MiRZƏ ƏLƏKBƏr sabiR



Yüklə 12,74 Mb.
Pdf görüntüsü
səhifə27/138
tarix11.07.2018
ölçüsü12,74 Mb.
#54986
1   ...   23   24   25   26   27   28   29   30   ...   138

107 

 

Hophopnamə 



Vəleyk cadeyi-insafdən kənar olma  

Ki, rahi-ədl sirati-hüda deyil də, nədir? 

Rizayi-həqqi gözət, get rəhi-həqiqətlə, 

Bu yolda gəlsə bəla, həq riza deyil də, nədir? 

Əli, işgənceyi-əhli-diyarə ol Sabir, 

Bəlayi-hübbi-vətən lilvəla deyil də, nədir? 



NAƏHL OLANA MƏTLƏBİ... 

Naəhl olana mətləbi andırmaq olurmu?! 

Söz qanmıyana zor ilə qandırmaq olurmu?! 

Könlüm sənə maildir əzəldən bəri, ey pul! 

Olsam da nolur taətinə il-günü məşğul

Sənlə görürəm kəndimi hər bəzmdə məqbul, 

Sənsiz bu cəhan əhlin inandırmaq olurmu?! 

Naəhl olana mətləbi andırmaq olurmu?! 

Sənsiz mənim əfzuniyi-sərmayeyi-fəxrim, 

Sənlə ucalır mərtəbeyi-payeyi-fəxrim, 

Gər dönsə üzüm qiblədən, ey mayeyi-fəxrim, 

Səndən yana göz nuru dolandırmaq olurmu?! 

Naəhl olana mətləbi andırmaq olurmu?! 

Canım üzülüb səndən ötür xəlqi soyunca, 

Bir yatmamışam ta səni sənduqə qoyunca! 

Derlər mənə: pul yığmayı boşla, ye doyunca! 

Eşq əhlini sövdadən usandırmaq olurmu?! 

Naəhl olana mətləbi andırmaq olurmu?! 

Kasib deyiliz, sikkeyi-pulu tanırız biz, 

Pul ilə olan şə’nü şüunu qanırız biz, 

Bir həbbə zərər yetsə pula, odlanınz biz, 

Yansın ciyərim! Dövləti yandırmaq olurmu?! 

Naəhl olana mətləbi andırmaq olurmu?! 

Sə’y eyləmişəm bir neçə il zirəkü çalak, 

Hardansa keçib girimə çox sərvətü əmlak, 

Bir acizə rəhm etməyib, ömr eyləmişəm pak, 

İndi bu süluki yavalandımıaq olurmu?! 

Naəhl olana mətləbi andırmaq olurmu?! 




108

 

 



Mirzə Ələkbər Sabir 

Bunlar keçər, indi düşüb el başqa həvayə, 

Pul istənilir, məktəb açılsın füqərayə, 

Oğlan oxusun, qız oxusun payəbəpayə; 

Kasibləri elmə ucalandırmaq olurmu?! 

Naəhl olana mətləbi andırmaq olurmu?! 

Dəxli mənə nə elm oxuya millət uşağı?! 

Təhsili-kəmalat edə ya ümmət uşağı?! 

Getsin işə bu tənbəlü biğeyrət uşağı! 

Canım, gözüm, arifləri qandırmaq olurmu?! 

Naəhl olana mətləbi andırmaq olurmu?! 

Bizlərdə yox idi belə adət, - yeni çıxdı. 

Övrətlərə tədrisi-kitabət yeni çıxdı, 

İslamə xələl qatdı bu bid’ət, - yeni çıxdı, 

Bu çeşməni bir növ’ bulandırmaq olurmu?! 

Naəhl olana mətləbi andırmaq olurmu?! 



PAH ATONNAN, NƏ AĞIR YATDI... 

Pah atonnan, nə ağır yatdı bu oğlan, ölübə! 

Nə də tərpənməyir üstündəki yorğan, ölübə!.. 

Bu qədər qışqırığa durdu qonum-qonşu təmam, 

Dəbərişməz də, veribdir, deyəsən, can, ölübə! 

Demək olmaz dirilər tək yatıb, əlbət, duracaq, 

Ölülər yatmağıdır, yox buna payan, ölübə! 

Çox sovuqdur çıxan ahəstəcə tək-tək nəfəsi, 

Bədənində donuşub, ləxtələnib qan, ölübə! 

Cumuxub canına bitlər, birələr, hiss eləmir, 

Çalsa əqrəb də hənuz eyləməz əmman, ölübə! 

Hansı bir doktora ərz etdim onun illətini. 

Dedi: çək bundan əlin, boşla, bu çoxdan ölübə! 

Nə «masaj» ilə, nə «məsnui-tənəffiislə» bunun -  

Və nə «dağ» ilə olur dərdinə dərman, ölübə! 

Bunu hətta düşünüb cümlə müsəlman uşağı  

Hər vilayətdə deyirlər: pay atonnan, ölübə! 



109 

 

Hophopnamə 



Məzəli lap bu ki, bir parə urus «dama»ları 

Qoşulub bunlara derlər ki, müsəlman ölübə! 

Aman, ay Molla dayı, bir kitab açdır, fala bax, 

Tapmasan çarəsini sən də de ordan: ölübə!.. 

TƏRANEYİ-ƏSİLANƏ 

Nə soxulmusan arayə, a başı bəlalı fə’lə?! 

Na xəyal ilə olubsan belə iddialı, fə’lə?! 

Sənə dinmədikcə, əbləh, azıxıb yolun çaşırsan, 

Qapıda dayanmayıb da, zala doğru dırmaşırsan, 

Qara fə’lə olduğunda bəyü xanla çulğaşırsan, 

Bəyə bizdə görməyirsən bu qədər cəlalı, fə’lə?! 

Nə çığır-bağır salırsan, yorulub usanmayırsan, 

Ədəb ilə öz məqamın tanıyıb dayanmayırsan, 

Hələ köhnə paltarından qızarıb utanmayırsan, 

Başına qoyub gəlirsən yekə bir motalı, fə’lə?! 

Buna bax, bu sir-sifətlə danışır da bir ibarə!.. 

Gözüm ağrıyır edəndə bu qırılmışa nəzarə... 

Gətirib buraxdı kimlər buları bizim diyarə? 

Nə bilim haralı kasıb, nə bilim haralı fə’lə?! 

Belə idi adət əvvəl, bəyə yalvarardı kasıb, 

Nücəbaləri görəndə ayağa durardı kasıb. 

İki qat olub, ədəblə bəyə baş vurardı kasıb, 

Var idi vəfalı kasıb, var idi həyalı fə'lə! 

Dəyişib zəmanə imdi, dolanıb bütün ümurat, 

Ayağı çarıqlılar da gəlib istəyir müsavat!.. 

Belə əsrdə məişət bizə xoş keçərmi, heyhat?! 

Ayılıb yatan cəmaət, göz açıb qapalı fə'lə! 

Adə, fə’lə, sən get əlləş, sana günlərin ay olsun, 

Get olarla söz danış kim, sənə fəqrdə tay olsun. 

Bəşəriyyət aləmindən nəyinə görə pay olsun? 

Bu deyilmi baş-qulağın, a başı havalı fə’lə?! 

Bəşəriyyət axtarırsan, hanı rütbəvü cəlalın? 

Mədəniyyət axtarırsan, hanı pulü mülkü malın? 

Ə’zəmiyyət axtarırsan, hanı xalisən, mənalın? 

Hanı taqə-taqə şalın, a cırıq çuxalı fə'lə?! 



110

 

 



Mirzə Ələkbər Sabir 

Danışırsan azğın-azğın, hanı qəsri-zəmigarın? 

Hanı Anna tək banşnan, hanı Sonya tək nigarın? 

Hanı məclisi-qumarın, rüfəqayi-meyküsarın? 

Hanı nəş’əyi-xumann, a qalın qafalı fə’lə?! 

Əgər istəsəydi Allah, ki səni edəydi məqbul, 

Bizə verdiyi tək, əlbət, sənə həm verərdi pul-mul, 

Di utan ləyaqətindən, barı olma bunca məchul! 

Quru-boş əl ilə umma özünə kəmalı, fə’lə! 

Qələt eylə, etmə bir də belə boş xəyalı, fə’lə!  

Dur itil, cəhənnəm ol, get, ürəyim daralı, fə’lə!.. 

LEYLİ-MƏCNUN 

Ey dövlətimin zəvalı oğlum! 

Ey başı ağır bəlalı oğlum! 

Ey məktəbü dərsin aşinası! 

Ey rişteyi-elm mübtəlası! 

Şad oldum o gün ki, sən doğuldun

Min şükr elədim ki, oğlum oldun. 

Derdim ki, gözəl xələf olarsan, 

Bir ailəyə şərəf olarsan. 

Şüğlü hünərimi yad edərsən, 

Atanı, ananı şad edərsən; 

Dünyadən olursa irtihalım, 

Ancaq sənə tərk olur mənalım. 

Bilməzdim olursan elmə şeyda, 

Şuridə edər səni bu sevda. 

Bə’zi oxumuş rəfıqi-bədxah 

Tədbirimi çaşdırıbmış, ey vah! 

Uydum olara, səni oxutdum, 

Səd heyf ki, əqlimi unutdum! 

Kəsdim öz əlimlə öz ayağım,  

Xamuş elədim mən öz çirağım. 

Girəm bu xəta düşüb özümdən,  

Göz nurimi saçmışam gözümdən. 



Yüklə 12,74 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə