MiRZƏ ƏLƏKBƏr sabiR



Yüklə 12,74 Mb.
Pdf görüntüsü
səhifə35/138
tarix11.07.2018
ölçüsü12,74 Mb.
#54986
1   ...   31   32   33   34   35   36   37   38   ...   138

145 

 

 




146

 

 



 


147 

 

MADAM Kİ, HAMİYANİ-ZÜLMƏT 

Madam ki, hamiyani-zülmət 

Xoşlar ki, dəvam edə cəhalət

Heyhat, bilimrıi onda millət 

Tovhid nədir və ya nübüvvət? 

Məktəb edir iqtiza zəmanə, 

Bixar ola ta güli-fərasət; 

Ey seyr arayan o gülsitanə, 

Əsli yoxu bəkləmək nə hacət?! 

Xab et hələ, qafılanə xab et! 

Tainki uyub yatan ayılmaz, 

Fərq etməz ola ya ağ, ya qarə; 

Xəstə ki, başmda huş qalmaz, 

Dərdin düşünüb bulurmu çarə? 

Ancaq ona türfə-türfə dəllak  

Eylər hərə bir əcəb təbabət! 

Ey xəstə, ayılma, etmə idrak, 

Həp qanını əmsə də həcamət! 

Dönmə o yana, bu yanə, xab et! 

Aldanma, quzum, ki ləfzi-kafər 

Təshih olunub çıxa lüğətdən; 

Madam ki, sağdı Mirzə Qənbər 

Eymən deyilik bu məFənətdən; 

Qoymaz ki, bu xəlqi cismi-vahid 

Hökmündə olub edə məişət

Əfsaneyi-küfrü şirkü mülhid, 

Heyhat, olurmu tərki-adət?! 

Bu nüktəni qanə-qanə xab et!.. 

MƏSLƏHƏT 

Ağrın alım, ay Məşəd Sijimqulu, 

Altmışa yetdin, demə oldun ulu, 

Şükr ola Allaha, canındır sulu, 

Çox da, kişi, tutma beş əlli pulu, 

Ver pulunu, dadlı, ləzətli zad al! 

Qoy babalın boynuma, get, arvad al! 



148

 

 



Hophopnamə 

Öz dediyindən görünür övrətin 

Birdir, olur evdə fəna halətin; 

Var imiş evlənməyə də qüdrətin, 

Bəs niyə yox laəqəl üç külfətin? 

Yoxsa qonum-qonşuda, axtar, yad al! 

Qoy babalın boynuma, get, arvad al! 

İndi ki, var elçi də Səfdər kimi

Bir bala qız al boyu ər’ər kimi, 

On-on iki sinndə dilbər kimi, 

Zülfü qara, sinəsi mərmər kimi, 

Qoy başını sinəsinə, bir dad al! 

Qoy babalın boynuma, get, arvad al! 

Saxlama kaftar kimi bir övrəti, 

Boşla onu, basdı səni nikbəti, 

Tap özünə bir sənəmi xəlvəti

Bağrına bas yari-mələksurəti, 

Sən də igidlər kimi iş gör, ad al! 

Qoy babalın boynuma, get, arvad al! 

Oğlun uşaqdır, hələ xamdır, naşı, 

Ancaq iyirmi beşə çatmış yaşı, 

Çıxmaz onun bir para işdən başı, 

Neyləyir evlənməyi, atsın daşı, 

Öz kefinə bax, kişi, dad ver, dad al! 

Qoy babalın boynuma, get, arvad al! 

And verirəm mən səni imanına, 

Bağla həna rişinə, qıy canına, 

Bir, iki, üç övrəti düz yanına... 

Vermə zərər sərvətü samanına - 

Sən nə qəzet qan və nə də «İrşad» al! 

Qoy babalm boynuma, get, arvad al! 

Fikr elə bir, kimdi bir arvad alan? 

Rus, yəhudi! - Deyil ərzim yalan. 

İldə bir arvad alı mö’min olan, 

Ləzzəti bir, feyzi də mindir, inan! 

Gəlməsə bir qız bu cürə, aldad al! 

Qoy babalın boynuma, get, arvad al! 



149 

 

Mirzə Ələkbər Sabir 



ŞİRVAN 

Şe’rimi, Molla dayı, zənbilə salsan, mənə nə?! 

Düşməyib əmdəni səhvən yada Şirvan, mənə nə?! 

Özüm aciz deyiləm, şəhrimizin ətvarın  

Çəkərəm nəzmə, əgər olsa da hədyan, mənə nə?! 

Əvvələn, ümdeyi-mətləb bu ki, şəhr əhli təmam 

Tənbəlü kahilü bihimmətü nadan, mənə nə?! 

Məhfılü məclisimiz, mədrəsəvü məscidimiz, 

Həm qiraətxanəmiz bağlı, pərişan, mənə nə?! 

Əvəzində buların çayçı, çaxırçı dükanı  

Gecə-gündüz doludur cümlə müsəlman, mənə nə?! 

Füqəranın qanını çox da sorullar lotular, 

Şeyxlər xəlqə satır huriyü qılman, mənə nə?! 

Qanmasan sözlərimi jurnala da yazma dəxi.  

Məsləhət amma budur, fıkr elə, bir qan, mənə nə?! 

BİR CİBİMDƏ ƏSKİNASIM, ... 

Bir cibimdə əskinasım, bir cibimdə ağ mənat, 

Olsun, olsun, qoy çox olsun boylə ləzzətli həyat! 

Pişgahi-çeşmi-canimdə vətən etsə vəfat, - 

Olsun, olsun, qoy çox olsun boylə ləzzətli həyat! 

Qarşıma tə’zim üçün səf bağlasa kuhsarlər, 

Axsa aclar didəsindən cuyi-cuşişbarlər. 

Baxmaram, ancaq çoxalsın kassada dinarlər, 

Olsun, olsun, qoy çox olsun boylə ləzzətli həyat! 

Xuni-ixvan ilə qoy olsun vətən bir laləzar, 

Zalimanın zülmü hərgiz etməsin vicdanə kar

Tək ucalsın şə'nimiz, olsun təəyyüş bərqərar. 

Olsun, olsun, qoy çox olsun boylə ləzzətli həyat! 

Şimdi bəzi etməm, mənə lazım şu imranın sonu, 

Çün pula möhtacdır dünyadə hər anın sonu, 

Bərcəhənnəm, olmasın yeksər müsəlmanın sonu! 

Olsun, olsun, qoy çox olsun boylə ləzzətli həyat! 



150

 

 



Hophopnamə 

Çeynənildi millətin, neylim, hüquqi-əqdəsi?! 

Ya ki, heç bir yerdə yoxdur hörməti, şə’ni, səsi, 

Boylə-boylə sözlərin mən olmaram baziçəsi! 

Olsun, olsun, qoy çox olsun boylə ləzzətli həyat! 

Müxtəsər, çəkmə yanımda bir də vicdan namini, 

Ac qalıb, zar ağlayan bikəs yetiman namini. 

İstəsən könlüm açılsın - söylə milyan namini! 

Olsun, olsun, qoy çox olsun boylə ləzzətli həyat!.. 

AY HARAY! 

Ay haray, bir neçə şair, neçə şair kimilər 

İstəyir döndərələr Gəncəyə Şirvanımızı! 

Yeni məktəb denilən bid’ətin icrası ilə 

Bir də bərbad edələr xaneyi-viranımızı! 

Kafir olduqları yetməzmi ki, bu hərzələrin, 

İstəyirlər çəkələr küfrə müsəlmanımızı! 

Ey bizi elmə dəlalət eləyənlər, bilirik, 

Qəsdiniz elm deyil, səlbdir imanımızı! 

Şaxlarıq hörməti-islamı, daha doğru desək, 

Açmarıq məktəbə hərgiz də cibişdanımızı! 

Deyilik biz nuxulu, gəncəli, ya kim bakılı, - 

Belə boş işlərə vəqf eyləyək ehsanımızı! 

İstəyirdiz bizi bir fənn ilə iğfal edəsiz, —  

Necə gördüz sizi təkfır edən ixvanımızı?! 

Kafir etdikmi nəzərgahi-cəmaətdə sizi?! 

Tamdızmı bizi, gördüzmü də vicdanımızı?! 

Gedin indi özünüzdən, dəxi bizdən də deyin! 

Ala bildizmi hələ məktəbə sibyanımızı?! 



Yüklə 12,74 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə