MiRZƏ ƏLƏKBƏr sabiR



Yüklə 12,74 Mb.
Pdf görüntüsü
səhifə32/138
tarix11.07.2018
ölçüsü12,74 Mb.
#54986
1   ...   28   29   30   31   32   33   34   35   ...   138

131 

 

Mirzə Ələkbər Sabir 



Bəsdir dəxi millət qəmini eyləmə təkrar. 

Olmaz belə israr! 

Bir bax özünə, gör necə əşki-bəsərin var, 

Həm çeşmi-tərin var! 

Yüz elm oxusan, axırı avarə qalarsan,  

Biçarə qalarsan; 

Baxmazla sənin sinədə dürlü gühərin var, 

Lö’löi-tərin var. 

Bir tazə cavan olsan, əzizim, işin işdir. 

Bu yaxşı rəvişdir; 

Hər kəs görə söylər: necə lə’li-şəkərin var.  

İncə kəmərin var. 

Əlbət yeyib-içmək, keyf çəkmək ola karın. 

Həm olmaya arııı; 

Bunda biləsən yaxşıca fəthü zəfərin var, 

Hali-digərin var. 

Getsə belə iş möhtəşəmi-xəlvət olursan,  

Asudə qalırsan; 

Boylə eləməzsən, bilirəm, çox xətərin var, 

Həm şurü şərin var. 

Yoxsa deyəsən milləti-biçarə qəmindən. 

Hakim sitəmindən; 

Bil sübhə kimi naleyi-mürği-səhərin var! 

01 dərbədərin var! 

Etmə qəmi-millət, 

Açma başa zəhmət, 

Olsa belə möhnət 

Xunin ciyərin var! 




132

 

 



Hophopnamə 

SUAL-CAVAB 

-

 



Görmə! - Baş üstə, yumaram gözlərim. 

-

 



Dinmə! - Mütiəm, kəsərəm sözlərim. 

-

 



Bir söz eşitmə! - Qulağım bağlaram. 

-

 



Gülmə! - Pəkey, şamü səhər ağlaram. 

-

 



Qanma! - Bacarmam! Məni mə’zur tut, 

Boyləcə təklifi-məhalı unut! 

Qabili-imkanmı olur qanmamaq? 

Məcməri-nar içrə olub yanmamaq? 

Eylə xəmuş atəşi-suzamnı, 

Qıl məni asudə, həm öz canını! 



İFTARDAN BİR GÖFTAR, 

YA MƏCMUƏDƏN BİR LÖQMƏ 

Atmış niqabi-hüsnin məcmuəyi-təvangər, 

Məcmuədə düzülmüş eyzən xuruş sərasər, 

Həsrətkeşani-mətbəx, gürgani-bətnpərvər, 

Cari boğaza şərbət, sari-məzaqə şəkkər, 

Əksi-buxari-dolma, zilli-əmmameyi-sər, 

Dəryayi-iştəhayə olmaqda behcətavər,  

Hüzzar içində əsla yox bir fəqirü müztər,  

İftar vəqtidir ha, ey vaizi-süxənvər! 

İş başbilənsiz olmaz! 

Sərsüfrə sənsiz olmaz! 

Vəqti-ğəza ki, nəfsin cuş etdiyi zəmandır, 

Bilcümlə ruzədarə həngami-əkli-nandır, 

Ənva


!

i-nazü ne’mət sərsüffədə əyandır.  

Lakin o löqməler həp ə’yanə şayəgandır, 

Hər su nəzər edərsən: bəydir, əmirü xandır, 

Fəqr əhlinə bu halət taqətgüdazi-candır. 

İftar ləzzətəfza suri-səfanişandır. 

Ey müstəhəq, darıxma, könlün əgərçi qandır! 

Miskin həzənsiz olmaz! 

Qəm, qüssə sənsiz olmaz! 

Etdikcə mən təmaşa, gördükcə işbu kari - 

Acizdə inkisari, saildə iztirari, 

Miskində intizari, tacirdə ehtikari, 




133 

 

Mirzə Ələkbər Sabir 



Əşkim olur gözümdən xuni-ciyərlə cari,  

Heyhat, olurmu çeşmim haiz bu iqtidari  

Ta yanmadıqca könlüm, ey könlümün mədari?! 

Əş’ari-atəşin-dəm yaxdıqca qəlbi-zari

Təqlid edir təbiət mürğani-növbəhari. 

Şair süxənsiz olmaz, 

ŞeT isə sənsiz olmaz! 

Ey əhli-fəqrü faqə, ver şairə səlalın, 

Dəmdir ki, şair olsun dildadeyi-kəlalın, 

Dəmdir ki, şe’ri-nəğzim şərh etsin ərzi-halın, 

Şayani-rəhm olunsun hər kəscə infiahn, 

Surətnümalıq etsin ayineyi-visalm, 

Gözlərdə cilvələnsin insan kimi cəmalın.  

Heyhat! Sümmə heyhat! Xam olmasın xəyalın! 

Bihimmət əğniyadən olmaz rəva sualın. 

Tök ruyi-zərdin üzrə daim sirişki-alm... 

Sail mihənsiz olmaz! 

Möhnət də sənsiz olmaz! 



BİMƏRHƏMƏT Ə’YANLARINA... 

Bimərhəmət ə’yanlarma şükr, xudaya! 

Bu sahibi-milyanlanna şükr, xudaya! 

Millət qəminə baxmayan ənzari-kərəmlə - 

İşani-zəvişanlanna şükr, xudaya! 

İş bilməyən ancaq yemək-içməkdən əlavə,  

Bu canlı dəyirmanlarına şükr, xudaya! 

Bidadi-bəradərlə olan qanma qəltan, 

Qafqazdakı qurbanlarına şükr, xudaya! 

Xassə Baku şəhrində, o şöhrətli məkanda 

Dərya tək axan qanlarına şükr, xudaya! 

Xunxar olan əfradi-bəni-növ’ünə daim -  

Bu vəhşiyü ğürranlanna şükr, xudaya! 

Qurd isə, şəqal isə biyabanda olurdu, 

Şəhr içrə bu heyvanlarına şükr, xudaya! 



134

 

 



Hophopnamə 

Gözlənməyən ədnahğm icadına ciddən - 

Himmət edən insanlarına şükr, xudaya! 

Hemmamdə övrətlərə quldurluq edən bu 

Qeyrətli müsəlmanlarına şükr, xudaya! 

Sakit oturan boylə cinayətlərə qarşı  

Bu sahibi-vicdanlanna şükr, xudaya! 

Bilməm nə zəman qəhrin edər aləmi bərbad?! 

Səbr etdiyin avanlanna şükr, xudaya! 

Həll olmadı könlümdəki niskilli müəmma, 

Təcdid edirəm mətləi, mabə’di var əmma 

MƏKTUB 

Molla dayı, etmə şərarət belə, 

Ortalığa salma ləcacət belə!.. 

Gündə çıxarma yeni bir qaidə

Məktəbi bilmə belə bafaidə, 

Milləti bənd etmə əlif-baidə, 

Söyləmə «se’fəs» belə, «qərşət» belə!.. 

Çox da sənin tək deyiləm naxələf  

Ta olam aqi-pədərani-sələf, 

Elmlə övladımı etməm tələf- 

Min də desən söz belə, söhbət belə!.. 

Elm nədir, fəzl nədir - qanmaram, 

Atəşi-elmə alışıb yanmaram, 

Sən edən iğvalərə aldanmaram, 

Vermə əbəs kəndinə zəhmət belə!.. 

Cəhldə bir qəPəyi-istadəyəm, 

Aləmi məhv etməyə amadəyəm, 

Adiyi-tiryakü meyü badəyəm, 

Etmişəm ömrümdə mən adət belə!.. 

Tikmə, kənar ol, gözümə milləti! 

Neyləyirəm milləti, milliyyəti?! 

Oldu başım dəng, dəyiş söhbəti, 

Az sölə millət belə, ümmət belə!.. 



Yüklə 12,74 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə