MiRZƏ ƏLƏKBƏr sabiR



Yüklə 12,74 Mb.
Pdf görüntüsü
səhifə30/138
tarix11.07.2018
ölçüsü12,74 Mb.
#54986
1   ...   26   27   28   29   30   31   32   33   ...   138

120

 

 



Mirzə Ələkbər Sabir 

QORXURAM 

Payi-piyadə düşürəm çöllərə, - 

Xari-müğilan görürəm, qorxmuram. 

Seyr edirəm bərrü biyabanları, - 

Quli-biyaban görürəm, qorxmuram. 

Gah oluram bəhrdə zövrəqnişin, - 

Dalğalı tufan görürəm, qorxmuram. 

Gəh çıxıram sahilə, hər yanda min 

Vəhşiyi-ğürran görürəm, qorxmuram. 

Gah şəfəq tək düşürəm dağlara, - 

Yanğılı vulkan görürəm, qorxmuram. 

Gəh enirəm sayə tək ormanlara, - 

Yırtıcı heyvan görürəm, qorxmuram. 

Üz qoyuram gah neyistanlara, - 

Bir sürü aslan görürəm, qorxmuram. 

Məqbərəlikdə edirəm gəh məkan, - 

Qəbrdə xortdan görürəm, qorxmuram. 

Mənzil olur gəh mənə viranələr, - 

Cin görürəm, can görürəm, qorxmuram. 

Bu küreyi-ərzdə mən, müxtəsər, 

Müxtəlif əlvan görürəm, qorxmuram. 

Xarici mülkündə də hətta gəzib 

Çox tühaf insan görürəm, qorxmuram. 

Leyk, bu qorxmazlıq ilə, doğrusu, 

Ay dadaş, vallahi, billahi, tallahi. 

Harda müsəlman görürəm, qorxuram!.. 

Bisəbəb  qorxmayıram,  vəchi  var: 

Neyləyim  axır,  bu  yox  olmuşların 

Fikrini  qan-qan  görürəm,  qorxuram. 

Qorxuram, qorxuram, qorxuram!.. 

 



121 

 



122

 

 



Mirzə Ələkbər Sabir 

BƏ’Zİ YERLƏRDƏ TƏSADÜF OLUNUR... 

 

Bə’zi yerlərdə təsadüf olunur aşa, ətə, 



Müftə görcək tuturam kəndimi bozbaşa, ətə! 

Deyirəm, kaş qonaqlıq olan evlərdə bütün 

Yeyib-içməkdə başım bənd ola, çulğaşa ətə! 

O qədər xoşlanıram tüstüsü çıxcaq kababın -  

Ac pişiktək cumuram şövq ilə birbaşa ətə! 

Görürəm ta əti qəssab dükanında asılıb, 

Az qalır it kimi nəfsim hürə, dırmaşa ətə! 

Nuş olur canıma ət, xasə o həngamdə kim. 

Mən yeyəm, xırda uşaqlar baxa, ağlaşa, ətə! 

Əti çox istəyirəm, leyk pulu ondan çox, 

Nola, quzğun kimi ta müftə qonam laşa, ətə! 

Xərc edir bir para əşxas pulun bayramda  

Zə’fəranə, yağa, razyanəyə, xaşxaşa, ətə! 

Filhəqiqət yeməli şeydir əgər pulsuz ola,  

Yaramır pul verilə hər quruya, yaşa, ətə! 

Pulu ancaq yaraşır çinləyəsən sənduqə, 

           Nə ki, xərc eyləyəsən millətə, dindaşa, ətə?! 

Oylə zəhləm gedir, Allah da bilir, millətdən,  

Oluram süst adı gəlcək, dönürəm daşa, ətə! 

Adı puldursa pulun, leyk özü can yonqarıdır, 

Vermək olmur qohuma, qonşuya, qardaşa, ətə! 

Verərəm dinimi, imanımı, əmma pulumu 

Vermərəm, «Bəhlul» ağa, arxayın ol, aşa, ətə!.. 



123 

 

Hophopnamə 



MƏN BELƏ ƏSRARI QANA BİLMİRƏM 

Mən belə əsrarı qana bilmirəm

Qanmaz olub da dolana bilmirəm!.. 

Axtaxana, dağda dana böyüdü, 

Mən böyük ollam haçana, bilmirəm!.. 

Derlər utan, heç kəsə bir söz demə, -  

Həq sözü derkən utana bilmirəm!.. 

Neyləməli, göz görür, əqlim kəsir, 

Mən günəşi göydə dana bilmirəm!.. 

Şiddəti-seylan ilə baran tökür, 

Bir koma yox, daldalana bilmirəm!.. 

Derlər usan, hərzəvü hədyan demə, -  

Güc gətirir dərd, usana bilmirəm!.. 

Derlər, otur evdə, nedim, kasibəm, 

Kəsb eləməzsəm, qazana bilmirəm!.. 

Derlər, a qanmaz, de yıxıl, öl, qutar! 

Hə, balam, doğrusu, ay dadaş, mən dəxi 

Məsləhət ondan o yana bilmirəm!.. 



MÜƏLLİMLƏR SİYEZDİ* 

Baş tutdu müəllimlərin iclasi-siyezdi, 

Ey vay, uçitellər yenə dərkar olacaqdır!.. 

Zənnimcə mənim, işbu yığıncaqda həmana 

Bildirki məsail yenə təkrar olacaqdır. 

Təşkil edəcəklər kişilər məktəbi-nisvan. 

Qızlar oxuyub cümlə şərəfdar olacaqdır. 

Hər şəhrdə bir məktəbi-sən’ət açacaqdır, 

Oğlanlar alıb həndəsə, me’mar olacaqdır. 

Tətbiq edəcəklər yazını şiveyi-türkə, 

Sibyan da sühulətlə xəbərdar olacaqdır. 

* «Bu şeirlər 33-cü nömrədə çap olunacaqdı. Bəzi səbəblərə görə bu nömrəyə qaldın 

(«Molla Nəsrəddinn jurnalı). 



124

 

 



Mirzə Ələkbər Sabir 

Təsnif olunub tazə kütüb türk dilində, 

Hər kəs oxuyub elmlə bidar olacaqdır. 

Bu bir, iki, üç məs’ələdə yox o qədər bak,  

Olsun, bəcəhənnəm, necə rəftar olacaqdır. 

Lakin bu yamandır ki, iki məzhəbə rəğmən  

Bir məs’ələ üstündə də göftar olacaqdır. 

Sünnilik ilə şiəliyi qaldıracaqlar, 

İslamə yetib rəxnə, xələldar olacaqdır. 

Qardaş biləcək bir-birini şiə və sünni, 

Hər əmrdə hətrə’yü həməfkar olacaqdır. 

Məzhəbləri biryanlıq edib bu uçitellər. 

Ancaq yavan islam adı təzkar olacaqdır. 

Əfsus, səd əfsus sənə, ey gözəl islam!  

Kimlər sənə gör indi tərəfdar olacaqdır!? 

Baş saçlı, ayaq çəkməli, mırt-mırt danışanlar  

Din qədri bilib, mö’minü dindar olacaqdır!.. 

ÇAPMA ATINI, GİRMƏ BU MEYDANƏ, 

A MOLLA! 

Çapma atını, girmə bu meydanə, a Molla! 

Çox məsxərə sən yazma müsəlmanə, a Molla! 

Salma özünü atəşi-niranə, a Molla! 

Gəlsin yazığın canına, divanə, a Molla! 

Bu sözlərini yaz xərü nadanə, a Molla!  

Biz anlayanıq, gəldik axır canə, a Molla! 

Şimdi de görək, məqsədin, aya, nədi bizdən? 

Nə kəşfi-kəramət, nə də bir mö’cüzə sizdən  

Heç görməmişik, salma özün bir belə gözdən! 

Ancaq ki, gəlir bircə şəkil çəkmək əlizdən! 

Qorxum budu inkar edəsən tarın, a Molla!  

Ya məhv edəsən axirət asann, a Molla! 

Elm əhlisən, et heyzü nifasi gözəl ünvan, 

Ya məs'əleyi-şəkk ilə səhvi elə tibyan, 

Məndən gəl eşit bunca nəsihət, a müsəlman! 

Nəql eylə «Çehil tuti», nə hürriyyəti-vicdan?! 



Yüklə 12,74 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə