MiRZƏ ƏLƏKBƏr sabiR



Yüklə 12,74 Mb.
Pdf görüntüsü
səhifə28/138
tarix11.07.2018
ölçüsü12,74 Mb.
#54986
1   ...   24   25   26   27   28   29   30   31   ...   138

111 

 

Hophopnamə 



Sən həm niyə bunca səhv edirsən

Göz nuri kimi uzaq gedirsən? 

Bunca oxudun, yorul da bari, 

Bir dəfə buraq bu zəhrimari! 

Pul qalmadı, baxmışam hesabə, - 

Getdi qələmə, kağız, kitabə. 

Jumalü kitab yüz-yüz olmaz, 

Bu xərc ticarətə düz olmaz. 

Dəftərsə beş-altı cild bəsdir. 

Ey naxələfim, bu nə həvəsdir?! 

Çemil, qrafıl, pero, qarandaş -  

İcad edəni olaydı şil, kaş! 

İnsaf eləməzmisən ki, yandım, 

Puli nə əzab ilə qazandım! 

Bihudə işə nə xərc edirsən, 

Bu könlümü hərcü mərc edirsən! 

Xərcin tükənib kəsilmir ardı, 

Billah, dəxi pullarım qutardı! 

Xassə əridi, üzüldü canın, 

Soldu gül üzün, qaraldı qanın; 

Vazeh bu ki, xəstədir məzacın, 

Ya rəb, kim edər sənin əlacın?! 

Nə var yeyib-içməyin, nə xabm, 

Təhsilədir ancaq irtikabın. 

Nə seyrü səfanı xoşlayırsan, 

Nə dərsü kitabı boşlayırsan. 

Mırt-mırt oxuyub mırıldayırsan, 

Qarğa kimi hey qınldayırsan! 

Əyyami-bəharü güldür, oğlum! 

Qoyma məni qəmdə, güldür, oğlum! 

Həmsinnlərin səfadə, bağda, 

Həməsrlərin çəməndə, dağda. 

 



112

 

 



Mirzə Ələkbər Sabir 

Bə'zisi gəzib də kiştzari. 

Quş əldə gözətləyir şikari; 

Bə’ziləri bir tərəfdə xəlvət

Adətcə edərlər eyşü işrət; 

Bə’zisi olub qumarə məşğul, 

Bə’zisi şərabə, yarə məşğul. 

Hər bir nəfəri bir işdə çalak, 

Hər digəri bir əməldə bibak. 

Hər gün əbəveyni şad edirlər.  

Hörmətlərin izdiyad edirlər. 

Xoş ol əbəveynə kim, bu minval 

Hər daim olur cəhanda xoşhal!.. 

MƏZLUMLUQ EDİB BAŞLAMA... 

Məzlumluq edib başlama fəryadə, əkinçi! 

Qoyma özünü tülkülüyə, adə, əkinçi! 

Bir üzrlə hər gündə gəlib durma qapımda.  

Yalvarma mənə, boynunu kəc burma qapımda,  

Gahi başına, gah döşünə vurma qapımda. 

Ləğv olma, ədəb gözlə bu mə’vadə, əkinçi!  

Lal ol, a balam, başlama fəryadə, əkinçi! 

Xoş keçmədi il çöllüyə, dehqanə, nə borcum?  

Yağmadı yağış, bitmədi bir danə, nə borcum? 

Əsdi qara yel çəltiyə, bostanə, nə borcum? 

Getdi mənə nə fə’ləliyin badə, əkinçi?!  

Lağ-lağ danışıb başlama fəryadə, əkinçi! 

Aldı dolu əldən sərü samanını, neylim? 

Yainki çəyirtkə yedi bostanını, neylim? 

Verdin keçən il borcuna yorğanını, neylim? 

Ol indi palas satmağa amadə, əkinçi! 

Lal ol, a balam, başlama fəryadə, əkinçi! 

Söz açma mənə çox çalışıb, az yeməyindən, 

Canın bəcəhənnəm ki, ölürsən, deməyindən! 

Mən gözləmənəm, buğda çıxar, ver bəbəyindən! 



113 

 

Hophopnamə 



Çəltik də gətir, arpa da, buğda da, əkinçi! 

Yoxsa soyaram lap dərini, adə, əkinçi! 

Sən hey de yoxumdur, çıxarıb canını, allam! 

Vallahi ovub dideyi-giryanını, allam! 

Şallağə tutub peykəri-üryanını, allam! 

Öz halını sal indi özün yadə, əkinçi! 

Lağ-lağ danışıb başlama fəryadə, əkinçi! 

Cütçü babasan, buğdanı ver, darı yeyərsən, 

Su olmasa, qışda əridib qarı yeyərsən, 

Daşdan yumuşaq zəhr nədir, marı yeyərsən, 

Öyrəşməmisən ət-yağa dünyadə, əkinçi! 

Heyvan kimi ömr eyləmisən sadə, əkinçi! 

Lakin mənim insanlıq olub vəz’i-mədarim, 

Bəyzadəyəm, asayişədir cümlə qərarim

Meysiz, məzəsiz bitməz olur şamü nəharim; 

İştə belədir haləti-bəyzadə, əkinçi! 

Bəyzadələrin rəsmi budur, adə, əkinçi!.. 

ƏLMİNNƏTÜ-LİLLAH Kİ,... 

Əlminnətü-lillah ki, «Dəbistan» da qapandı! 

Bir badi-xəzan əsdi, gülüstan da qapandı! 

Hasilləri puç oldu bütün məzrəəcatın, 

Yel vurdu qavun-qarpızı, bostan da qapandı! 

«Ülfət» kəsilib, toxdadı «Bürhani-tərəqqi», 

Məhv oldu «Həmiyyət», ədəbistan da qapandı! 

«Rəhbən» yorulub, yuxladı «İrşad»ü «Təkamül», 

Aslanlara ox dəydi, neyistan da qapandı! 

Meydani-rəqabətdə bizim hümmətimizdən 

Də’va qapanıb, Rüstəmi-dastan da qapandı! 

Ətfali-vətən qoy bağırıb ölsün acından, 

Yandı analar sinəsi, püstan da qapandı! 

Qoy 


köhnələrin daş ürəyi gül tək açılsın,  

Darüzzəfəri-tazəpərəstan da qapandı!.. 




114

 

 



Mirzə Ələkbər Sabir 

UÇİTELLƏR 

Tövqif edilmişdi mağıl Gəncə siyezdi,  

Olmuşduq əcəb biz dəxi rahət, uçitellər! 

Düşdü tavuğu dövriyə bədbəxt «Nicat»ın, 

Əyləşmədi bir ləhzə fərağət, uçitellər! 

Divan-dərəni bəndə çəkib aldı dübarə, 

Bu bid’ət olan əmrə icazət, uçitellər! 

İndi Bakıda başlanacaq oldu bu iclas, 

Olduq yenə ol məclisə də’vət, uçitellər! 

Qoymur bu qapanmış bizi dünyadə beş-on gün 

Adətcə çəkib keyf, edək işrət, uçitellər! 

Bilməm bu siyezdin nədir axır bizə xeyri -  

Hər ildə çəkək bunca əziyyət, uçitellər?! 

Daim bu təşəbbüslər olur həqqül-əməlsiz,  

Millət pulu yox, ta alaq ücrət, uçitellər! 

Lazım gətirir xərc edək ancaq cibimizdən,  

Həm xərc ola, həm mayeyi-zəhmət, uçitellər! 

Boylə əmələ aqil olan mürtəkib olmaz,  

Layiqmi cibişdanə xəyanət, uçitellər?! 

Yə’ni nə deməkdir bu ki, sən pulunu xərc et,  

Ta elm oxuyub dərs ala millət, uçitellər?! 

Millətdən ötür ağlıyan axırda olur kor, -  

Məzmunlu məsəldir bu ibarət, uçitellər! 

Bildir də nə zəhmətlə bu iclasa yığışdıq, 

Etdik nə qədər boş yerə söhbət, uçitellər! 

Lağ-lağ danışıldı ki, nədir şiə və sünni, 

Lazım ki, bir olsun bu şəriət, uçitellər! 

Derdiz ki, gərəkdir açıla məktəbi-nisvan, 

Bir yanda dəxi məktəbi-sən’ət, uçitellər! 

Bu hərzəvü hədyanlara kimlər qulaq asdı, 

Kim verdi bu axmaq sözə qiymət, uçitellər?! 



Yüklə 12,74 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə