MiRZƏ ƏLƏKBƏr sabiR



Yüklə 12,74 Mb.
Pdf görüntüsü
səhifə24/138
tarix11.07.2018
ölçüsü12,74 Mb.
#54986
1   ...   20   21   22   23   24   25   26   27   ...   138

89 

 

Mirzə Ələkbər Sabir 



Ehtiramən səni hər gündə ziyarət edərəm

Vacibüttaəsən, ancaq sənə taət edərəm, 

Çəkərəm nazını, təksirinə xidmət edərəm, 

Nəməkü nanü pənir ilə qənaət edərəm, 

Daş düşər başıma çatsa sənə bir həbbə ziyan

Biəbi əntə və ümmi sənə canım qurban! 

Beşlərəm can kimi, ey sevgili sərmayə, səni, 

Etmərəm sərf əbəs məscidə, mollayə səni. 

Ala bilməz oxusa minbir-iki ayə səni, 

Vermərəm ac-yalavac əhli-təmənnayə səni. 

Görə bilməz üzünü sail, əgər qussa da qan, 

Biəbi əntə və ümmi sənə canım qurban! 

Bir günüm sənsiz əgər keçsə, min əfğan edərəm, 

Səndən ötrü bütün övladımı giryan edərəm, 

Qeyrətü şə'nimi hifzində nigəhban edərəm. 

Bir gün öz canımı hətta sənə qurban edərəm. 

Şad olur varisim, əmma gedərəm mən nigəran,  

Biəbi əntə və ümmi sənə canım qurban! 

Ah, səd ah, gedər ruhi-rəvanım dərəkə. 

Mollalar hazır olur dəfnimə əldə çərəkə. 

Səni varislərimə eyləyər onlar tərəkə, 

Eşidən olsa, görər kim, çıxır ahım fələkə, 

Baxaram qəbrdə həsrətlə, xəsarətlə, əman! 

Biəbi əntə və ümmi sənə canım qurban! 

Sanma varis mənə rəhmət oxuyub heyf çəkər. 

Səni təqsim edərək hər biri bir seyf çəkər, 

Orda-burda, nə bilim, məsrəf edib keyf çəkər

Hərə bir Annanı, Sonyanı dutub zeyf çəkər, 

Deyər: ey sərv-qədü lalə-rüxü qönçə-dəhan, 

Biəbi əntə və ümmi sənə canım qurban!.. 

 

 



90

 

 



 


91 

 

 




92

 

 



Mirzə Ələkbər Sabir 

SƏRADƏN BİR DƏLİ ŞEYTAN DEYƏR: ... 

Səradən bir dəli şeytan deyər: insanlar, insanlar! 

Nədir dünyanı dutmuş elmlər, irfanlar, insanlar!? 

Qanan kim, qandıran kim, nəşri-irfan eyləyən kimdir?  

Sizi irşad edir görmürsünüz fəttanlar, insanlar!? 

Ədəbdən, elmdən gər feyziyab olsa əvamünnas, 

Düşər şə’nü şərəfdən mollalar, işanlar, insanlar! 

Sevərmi əhli-istibdad millət huşyar olsun? 

Buna razı olurmu bir neçə vicdanlar, insanlar!? 

Ayılmış rəncbərlər, almaq istər həqqi-məşruin. 

Nə yerdə qalmısız, bəylər, ağalar, xanlar, insanlar!? 

Mühənirlər, müfəttinlər usanmazlar, utanmazlar,  

Yazarlar hərzələr, əfsanələr, hədyanlar, insanlar! 

Şərarətdən çəkib əl, xeyrə mail olmayın bir dəm.  

Kəsin başlar, alın canlar, tökün min qanlar, insanlar! 

Bəşərsiz, sizdə qan tökmək təbiidir, cibillidir, 

Bu fitrətdən uzaqdır, şübhəsiz, şeytanlar, insanlar! 

Deyilmi heyf dillərdən qübari-cəhl məhv olsun?  

Neçin hər gündə qandan qopmasın tufanlar, insanlar!? 

Dəmadəm nəfsi-əmmarə deməkdə «üqtülül-ixvan»,  

Neçin salim qala başlar, bədənlər, canlar, insanlar? 

Cəhalət pərdəsin çak etməyin, onda görərsiz kim, 

Səradir cismlər, həm nəfslər, şeytanlar, insanlar!.. 

AMALIMIZ, ƏFKARIMIZ İFNAYİ-VƏTƏNDİR 

Amalımız, əfkarımız ifnayi-vətəndir

Kinü qərəzü hirs bizə ziynəti-təndir, 

Əf al yox, ancaq işimiz lafı-dəhəndir, 

Dünyadə əsarətlə bütün kam alırız biz, 

Qafqazlılanz, yol kəsiriz, nam alırız biz! 

Əqrəb kimi neştər gücü var dırnağımızda, 

İslam susuz olsa, su yox bardağımızda, 

Hər küncdə min tülkü yatıb çardağımızda, 



93 

 

Hophopnamə 



Min hiylə qurub, rütbəvü ikram alırız biz, 

Qafqazlılarız, yol kəsiriz, nam alırız biz! 

Qafqazlı adı aləmə ikrah-rəsandır, 

Quldur, qoçumuz zülmdə məşhuri-cəhandır, 

Kim dersə tərəqqi edəriz, məncə, yalandır, 

Büxlü həsədə adət edib, kam alırız biz, 

Qafqazlılarız, yol kəsiriz, nam alırız biz! 

Biz xoşlamanıq dərsi ki, min məktəb açılsın, 

Gər min də məarif sözü dünyayə saçılsın, 

Məktəbdə nə hörmət ki, o samanə qaçılsın? 

Meyxanədə votqa vurarız, kam alırız biz, 

Qafqazlılarız, məst olarız, nam alırız biz! 

Avropalı öz millətin ihya edir, etsin, 

Şə’nü şərəfi-qövmünü i’la edir, etsin, 

İnsanlıq adın dəhrdə ibqa edir, etsin, 

Qəflətdə yatıb, ad batırıb, nam alırız biz, 

Başə yumuruq zolladınz, kam alırız biz!.. 

SƏRHESAB 

Səs ucalaşdı, qoymayın! 

Millət oyaşdı, qoymayın! 

Rişteyi-dərsə, məktəbə... 

Cümlə dolaşdı, qoymayın! 

İş yavalaşdı, qoymayın! 

El uyuşub azanlara, 

Gündə qəzet yazanlara

Od vurulub qazanlara, 

Qaynadı, daşdı, qoymayın! 

Həddidən aşdı, qoymayın! 

Tərk eləyin cavanlan, - 

Zərrəcə yoxdu qanlan. 

Sözləri doğru isə də, 

Başları şaşdı, qoymayın! 

Çöhrə təraşdı, qoymayın! 




94

 

 



Mirzə Ələkbər Sabir 

Sehri, füsunu xoşlayın, 

Şairi, şe’ri boşlayın, 

Məktəb ilə bu fırqənin  

Bağrı badaşdı, qoymayın! 

Nikbəti var, səsin kəsin! 

Qarğa dolaşdı, qoymayın! 

Çox pis ulaşdı, qoymayın! 

Kafir olub, vurun, vurun! 

Rişteyi-ülfətin qınn! 

Yazdığı şe’rini cırın! 

Dinə sataşdı, qoymayın! 

Küfrə bulaşdı, qoymayın! 

Əqli, şüuru, fəhmi yox, 

İrzü həyadə səhmi yox. 

Məzhəbi, dini, rəhmi yox, 

İşləri yaşdı, qoymayın! 

Lap danabaşdı, qoymayın! 

Qırıldı qaşdı, qoymayın! 

Gözdən uzaşdı, qoymayın, 



AĞLAŞMA 

Nə rəvadır əğniyalər baxa ac qalanə, ya rəb! 

Bu nə söz ki, ac qalanə oluna ianə, ya rəb! 

Çıxa canı ac qalanın gözünün bəbəklərindən, 

Gedib işləsin, qazansın əlinin əməklərindən, 

Nədir əğniyayə xeyri oların yeməklərindən? 

Yeməyib acmdan ölsə, dəxi xoş bəhanə, ya rəb! 

Mənə boylə-boylə işdə deməyin söz, ey cəmaət! 

Nəyimə gərək ki, yeksər qırılıb ölür də millət? 

Yaradan xudayi-raziq edəcək özü kəfalət, 

Nə rəva baxam fəqirə, ürəyim bulanə, ya rəb! 

Bu qəzetçilər deyilmi ki, salıb bizi bəlayə? 

Elə bir iş olmamış hey verilir səda-sədayə -  

Ki, gərək kömək olunsun füqərayi-binəvayə... 

Elə puldu göndərilsin o yanə-bu yanə, ya rəb! 



Yüklə 12,74 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə