MiRZƏ ƏLƏKBƏr sabiR



Yüklə 12,74 Mb.
Pdf görüntüsü
səhifə29/138
tarix11.07.2018
ölçüsü12,74 Mb.
#54986
1   ...   25   26   27   28   29   30   31   32   ...   138

115 

 

Hophopnamə 



Baş tutdumu beytülmalmız, söylə, sən Allah?  

Çəkdiz, mən ölüm, hiç xəcalət, uçitellər?! 

İslamın ölüb yoxsa samrdız vükəlası? 

Xudsər eləyirdiz de vəkalət, uçitellər?! 

Bir millətə kim, siz olasız hadiyü hami

Batsın yerə, ya rəb, belə millət, uçitellər! 

Sidqi bu ki, bu barədə rə’yimdir əlavə -  

Sizlə edə bilməm də şərakət, uçitellər! 

Fikrim budur ancaq olam öz keyfımə məşğul -  

Bir guşeyi-gülzardə xəlvət, uçitellər! 

«Mey şişədə, cam əldə, ağır nəş’ə başımda»...  

Bu şe’rin edəm virdini adət, uçitellər! 



ŞƏKİBAİ 

Yar getdikcə təhəssür dili-şeydadə durar, 

Ömr vardıqca həvəs aşiqi-risvadə durar! 

Seyli-tə’n oylə təməwüclə alıb dövrü bərim -  

Bənzərəm bir qocaman dağə ki, dəryadə durar! 

Döysə də canımı minlərcə məlamət ləpəsi, 

Zövrəqi-himmətim əvvəlki təmənnadə durar! 

Bisütun sinəsinə dəysə də min tişə, yenə  

Cövrə təmkin edərək durduğu mə’vadə durar! 

Nəqdi-can isə bəhayi-tələbi-yar, iştə, 

Can bəkəf aşiqi-sadiq belə sövdadə durar! 

Nə qəm, uğratsa da bir gün məni ifhayə zəman,  

Mən gedərsəmsə məramim yenə dünyadə durar! 

Durmuşam pişü pəsi-tə'ndə, Sabir, necə kim, 

O əliflər ki, pəsü pişi-ətə’nadə durar! 



116

 

 



Mirzə Ələkbər Sabir 

VƏQTA Kİ, QOPUR... 

Vəqla ki. qopur bir evdə matəm. 

Təşkil edilir büsati-ehsan, 

Mə’lumler əyləşir müəmməm, 

Təfrih ilə əllərində qəlyan, 

Ev sahibinin xəyalı bərhəm. 

Əfkan qonaqların fısincan. 

Bişdikcə qazan-qazan miitəncəm. 

Gəldikcə tabaq-tabaq badımcan - 

Yad et məni, yağlı-yağlı yad et! 

Vəqta ki, əsas olur mürəttəb 

Məcmuəyi-nazü ne’mət ilə, 

Sərsüfrədə səf çəkir müəddəb 

Eyzən nücəba mətanət ilə, 

Dərvazədə əhli-fəqr: «Ya rəb! 

Ya rəb!..» çağırır zəlalət ilə; 

Sərsüfrədə dadlı-dadlı şərbət, 

İçdikcə qonaqlar əldə fincan, 

Dərvazədə həsrətü nədamət. 

Olduqca nəsibi-müstəməndan - 

Yad et məni, qəmli-qəmli yad et! 

Vəqta gətirir bir əhli-sərvət 

Minheysi-zəkat bir qədər pul; 

Seyfül-üləma edib icabət, 

Övradə olur və leyk məşğul; 

         Yə'ni ki, müqəddəsəm həqiqət (?) 

Mən fazili-əsr, xəlq məfzul. 

Məbləğ tökülüb hüzurə lay-lay. 

Olduqda həvaleyi-cibişdan, 

Həqqül-füqərayə şeyx: «Oxqay, 

Bəllə'tü)) deyib udanda pünhan 

Yad et məni, gizli-gizli yad et!.. 




117 

 



118

 

 



FƏXRİYYƏ 

Hərçənd əsirani-qüyudatı-zəmanız, 

Hərçənd düçarani-bəliyyati-cəhanız, 

Zənn etmə ki, bu əsrdə avareyi-nanız, 

Əwəl nə idiksə, yenə biz şimdi həmanız... 

Turanlılanz, adiyi-şüğli-sələfız biz! 

Öz qövmümüzün başına əngəlkələfız biz! 

Zülmətsevər insanlarız üç-beş yaşımızdan, 

Fitnə göyərir torpağımızdan, daşımızdan, 

Tarac edərək, bac alırız qardaşımızdan, 

Çıxmaz, çıxa bilməz də bu adət başımızdan... 

Əslafımıza çünki həqiqi xələfiz biz! 

Öz qövmümüzün başına əngəlkələfız biz! 

Ol gün ki, Məlikşah Büzürg eylədi rihlət, 

Etdik iki namərd vəzirə təbəiyyət

Qırdıq o qədər bir-birimizdən ki, nəhayət, 

Düşmən qatıb əl, taxtımızı eylədi qarət... 

Öz həqqimizi gözləməyə bitərəfız biz! 

Turanlılanz, adiyi-şüğli-sələfız biz! 

Bir vəqt olub leşkəri-Çingizə tərəfdar, 

Xarəzmləri məhv elədik qətl ilə yekbar, 

Xarəzmlərin şahı fərar eylədi naçar, 

Məscidləri, məktəbləri yıxdıq yerə təkrar... 

Həqqa ki, səzavari-nişanü şərəfız biz! 

Öz dinimizin başına əngəlkələfız biz! 

Bir vəqt də də’vayi-Səlib oldu mühəyya, 

Də’vadə fırəngilərə qalib gəlib, əmma 

Dincəlməyib etdik yenə bir faciə bərpa, 

Öz tiğimiz öz rişəmizi kəsdi sərapa... 

Guya ki, biyabanda bitən bir ələfız biz!  

Öz qövmümüzün başına əngəlkələfız biz! 

Bir vəqt dəxi Qarəqoyun, Ağqoyun olduq,  

Azərbaycana, həm də Anatoluya dolduq, 

Ol qədr qırıb bir-birimizdən ki, yorulduq, 

Qırdıqca yorulduq və yorulduqca qınldıq... 

Turanlılanz, adiyi-şüğli-sələfız biz! 

Öz qövmümüzün başına əngəlkələfız biz! 



119 

 

Hophopnamə 



Bir vəqt salıb təfriqə olduq iki qismət, 

Teymur şəhə bir paramız etdi himayət, 

Xan İldırıma bir paramız qıldı itaət, 

Qanlar saçılıb, Ankarada qopdu qiyamət... 

Əhsən bizə! Həm tirzəniz, həm hədəfız biz!  

Öz qövmümüzün başına əngəlkələfız biz! 

Teymur şəhi-ləngə olub tabeyi-fərman

Xan Toxtamışı eylədik al qanına qəltan, 

Ta oldu Qızıl Ordaların dövləti talan, 

Məsko şəhinə faidəbəxş oldu bu meydan... 

Əlyövm uruslaşmaq ilə zişərəfız biz! 

Öz dinimizin başına əngəlkələfız biz! 

Bir vəqt Şah İsmayilü Sultani-Səlimə  

Məftun olaraq eylədik islamı dünimə, 

Qoyduq iki tazə adı bir dini-qədimə, 

Saldı bu təşəyyö, bu təsənnün bizi bimə... 

Qaldıqca bu halətlə səzayi-əsəfız biz! 

Öz dinimizin başına əngəlkələfız biz! 

Nadir bu iki xəstəliyi tutdu nəzərdə, 

İstərdi əlac eyləyə bu qorxulu dərdə. 

Bu məqsəd ilə əzm edərək girdi nəbərdə

Məqtulən onun nə'şini qoyduq quru yerdə... 

Bir şeyi-əcibiz, nə bilim, bir tühəfız biz! 

Öz dinimizin başına əngəlkələfız biz! 

İndi yenə var tazə xəbər, yaxşı təmaşa, 

İranlılıq, osmanlılıq ismi olub ehya, 

Bir qit’ə yer üstündə qopub bir yekə də'va, 

Meydan ki, qızışdı olarıq məhv sərapa... 

Onsuz da əgərçənd ki, yeksər tələfız biz!  

Öz qövmümüzün başına əngəlkələfız biz! 




Yüklə 12,74 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə