MiRZƏ ƏLƏKBƏr sabiR



Yüklə 12,74 Mb.
Pdf görüntüsü
səhifə33/138
tarix11.07.2018
ölçüsü12,74 Mb.
#54986
1   ...   29   30   31   32   33   34   35   36   ...   138

135 

 

Mirzə Ələkbər Sabir 



Mən fəqət öz əmrimi samanlaram. 

Xeyrim üçün aləmi viranlaram, 

Mən nə cəmaət, nə vətən anlaram, - 

Yansa vətən, batsa cəmaət belə!.. 

Yox gözüm əsla ftiqəra görməyə! 

Xud, fıiqəranı nə rəva görməyə? 

Gözdə əgər olsa ziya görməyə - 

Göstər ona pul belə, dövlət belə!.. 



TÖHMƏT EDİR QƏZETÇİLƏR, ... 

Töhmət edir qəzetçilər, - mə'şəri-nası bir belə!.. 

Özlərinin, inan ki, yox fəlımü zəkası bir belə!.. 

Mən kimi aqil olsalar, şüğl edələr oğurluğu, -  

Zəhməti, rənci bir belə!.. Zövqü səfası bir belə!.. 

Cümlə məarif əhlinin haləti göz önündədir, - 

Vəchi-məaşı bir belə!.. Dərdii bəlası bir belə!.. 

Madəri-elmə söylənir Məryəmə söylənən tühəm.  

Elmin anası bir belə!.. Cəhlin atası bir belə!.. 

Mən dəliyəmmi oğlumu məktəbə, dərsə sövq edəm?! 

Dərsin əzası bir belə, xəlqin ədası bir belə!.. 



136

 

 



 


137 

 

 




138

 

 



Mirzə Ələkbər Sabir 

1908 


DAŞ QƏLBLİ İNSANLARI NEYLƏRDİN, İLAHİ?! 

Daş qəlbli insanları neylərdin, ilahi?! 

Bizdə bu soyuq qanları neylərdin, ilahi?! 

Artdıqca həyasızlıq olur el mütəhəmmil, 

Hər zülmə dözən canlan neylərdin, ilahi?! 

Bir dövrdə kim, sidqü səfa qalmayacaqmış, - 

Bilməm belə dövranlan neylərdin, ilahi?! 

Məzlumlann göz yaşı dərya olacaqmış, - 

Dəryaları, ümmanları neylərdin, ilahi?! 

Səyyadi-cəfakardə rəhm olmayacaqmış, -  

Ahuləri, ceyranlan neylərdin, ilahi?! 

Bağın, əkinin xeyrini bəylər görəcəkmiş, -  

Töxm əkməyə dehqanları neylərdin, ilahi?! 

İş rəncbərin, güc öküzün, yer özününkü, - 

Bəyzadələri, xanlan neylərdin, ilahi?! 

Hökm eyləyəcəkmiş bütün aləmdə cəhalət, - 

Dildadeyi-irfanlan neylərdin, ilahi?! 

Surtuqlu müsəlmanları təkfırə qoyan bu  

Döşdüklü müsəlmanları neylərdin, ilahi?! 

Yaxud buların bunca nüfuzu olacaqmış, -  

Beş-üç bu süxəndanlan neylərdin, ilahi?! 

Qeyrətli danosbazlanmız iş bacanrkən, -  

Tənbəl, dəli şeytanları neylərdin, ilahi?! 

Ərlər hərə bir qız kimi oğlan sevəcəkmiş, - 

Evlərdəki nisvanlan neylərdin, ilahi?! 

Tacirlərimiz Sonyalara bənd olacaqmış, -  

Bədbəxt Tükəzbanlan neylərdin, ilahi?! 

Sübhanəkə,sübhanəkə, sübhanəkə, ya rəb! 

Baxdıqca bu hikmətlərə heyran oluram həp!.. 



139 

 

Hophopnamə 



SUAL-CAVAB 

CAVAN-QOCA 

Şəhri-mə’lumunuzun vəz’ü qərarı necədir? 

Həmdülillah, necə görmüşdüsə Nuh, oyləcədir! 

Yeni məktəb açılıbmı vətən övladı üçün? 

Az deyil Adəm açan mədrəsə əhfadı üçün! 

Oxuyurmu qəzetə şəhrinizin əhli təmam? 

Bə’zi sarsaq oxumuşlar oxuyur, mən oxumam! 

Ölkənizdə açılıbdırmı qiraətxanə? 

Tazələr açmış idi, qoyduq onu viranə! 

Ac qanndaşlara infaq edilirmi, əmi can? 

Onu görməzmi xuda, el niyə versin ona nan?! 

Bivə övrətlərin əmri ahnırmı nəzərə? 

Canı çıxsın, o da getsin yenə bir tazə ərə! 

İttihad əmrinə dair danışırsızmı ban? 

Danışır bir paramız, leyk boğazdan yuxarı! 

Sünniyü şiə təəssübləri ləğv oldumu ya? 

Nə dedin? Küfr danışdın! Cıraram ağzım ha!.. 

-

 

Qabili-ərz sözüm yox, məni əfv et, gedirəm... 



-

 

Bəcəhənnəm ki, gedirsən, səni xud mən nedirəm?! 



-

 

Buna bax, ağzına bax, surəti-idbanna bax! 



-

 

Başının şapqasına, etdiyi göftarına bax!.. 



SƏBİR 

Ta gəlirik biz də bir az anlayaq, - 

Məhzəri-irfanda vurur tək səbir. 

Ya deyirik işləri samanlayaq, - 

Məclisi-ə’yanda vurur tək səbir. 

İstəyirik bir iş açaq fılməsəl, 

Söyləşirik bir-iki il laəqəl, 

Ta deyilir pul verin, aşsın əməl, — 

Ölkədə, hər yanda vurur tək səbir. 

Yalxı bizi eyləməyib mübtəla: 

Səfheyi-Qafqazı tutub bu bəla; 

Qaxda, Qazaxda, Şəkidə bərməla, 

Şişədə, Şirvanda vurur tək səbir. 



140

 

 



Mirzə Ələkbər Sabir 

Lakin o yerlərdə gedir, dunnayır, 

Bir elə layiqli kələk qumrayır, 

Gəncədə derlərsə vurur, vurmayır, 

Oylə ki, Səlyanda vurur tək səbir. 

Andıra qalmış nə yaman səslənir! 

Söz deməyə vermir aman, səslənir! 

Ox atılır, sanki kaman səslənir! 

Sahəti-meydanda vurur tək səbir. 

Hərzə nə şura və nə məclis bilir. 

Nə düşünür yaxşı, nə bir pis bilir, 

Qorxmur, utanmır, nə də bir his bilir, 

Hücrədə, dükkanda vurur tək səbir... 

FİSİNCAN 

Sanma əzdikcə fələk bizləri viranlıq olur. 

Un təmənnası ilə buğda dəyirmanlıq olur! 

Qarışıqdır hələlik millətin iste’dadı, -  

Ələnirsə, safı bir yan, tozu bir yanlıq olur! 

Çalxalandıqca, bulandıqca zaman nehrə kimi. 

Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur! 

Kim ki, insanı sevər, - aşiqi-hürriyyət olur.  

Bəli, hürriyyət olan yerdə də insanlıq olur! 

Ey ki, dersən, iirəfa rahi-xətadə bulunur

Elmi-məntiqcə bu söz bəhreyi-nadanlıq olur! 

Ürəfa dersən özün, əhli-xəta dersən özün, 

Düşünürsənmi bu sözdə necə hədyanlıq olur? 

Gözünü xirələdirmi günəşi irfanın? 

Haydı, xəffaşsifət, buncamı xulqanlıq olur?! 

Tanırıq biz sizi artıq, demə ha, biz beləyik,  

Tanılır ol kişi kim, tutduğu meydanlıq olur! 

Baxmasız guşeyi-çeşm ilə fəqiranə tərəf

Yüyürürsüz ora kim, dadlı fisincanlıq olur!.. 




Yüklə 12,74 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə