MiRZƏ ƏLƏKBƏr sabiR



Yüklə 12,74 Mb.
Pdf görüntüsü
səhifə19/138
tarix11.07.2018
ölçüsü12,74 Mb.
#54986
1   ...   15   16   17   18   19   20   21   22   ...   138

69 

Mirzə Ələkbər Sabir 

Məktəblilər içrə deyi) az söhbəti-ruyin

Keyfıyyəti-muyin. 

Dərsi-qəmi-eşqin oxuyan min nəfərin var, 

Aşiftələrin var. 

Qafqazlı müsəlmanlar edərsə səni qaib, 

Fikr etmə əcaib. 

İranlı müsəlmanları tək əbdi-dərin var. 

Min dərbədərin var. 

Xud sanma ki, meyxanədə çoxdur sənə üşşaq, 

Didanna müştaq. 

Məsciddə dəxi bir neçə xunincigərin var, 

Şuridəsərin var. 

Bilməm nə füsun eylədin, ey fıtneyi-əyyam, 

Uydu sənə islam?! 

Hər şəhrdə, hər bəldədə bəs cansüpərin var, 

Dildadələrin var. 

Aşiq arayıb aləmi seyr eylədin əmma, 

Xeyr eylədin əmma; 

Bir zövci-həlal ilə dolaşsan zərərin var, 

Xövfın, xətərin var. 

Hər xami-təmə’ aşiq ilə ülfətin olmaz, 

     Ünsiyyətin olmaz; 

Varın yox edən sərxoşa əvvəl nəzərin var. 

Sonra həzərin var. 

Gövhər saçılır, zər saçılır yar yolunda, 

Dildar yolunda. 

Ey bəhr, sanırsan sənin ancaq gühərin var? 

Vey kan, zərin var! 

Hophop, demə bixud ki, mən uydum o nigarə, 

Bax əhli-diyarə. 

Ey qafil, özündən sənin ancaq xəbərin var! 

Xunabi tərin var, 

Dərdin, kədərin var, 

Çox dərdi-sərin var, 

Bu köhnə başında  

Tazə xəbərin var! 

Millət belə batdı, 

Ümmət elə yatdı, 

Xud, söylə, ay axmaq, 

Daşı kim oyatdı? 

Dinmə, xətərin var! 



70


71 

 

Mirzə Ələkbər Sabir 



ŞİMDİ FÜRSƏT VAR İKƏN BİR İŞ GÖR 

İSTİQBAL ÜÇÜN! 

Qılma, ey mün’im, təcahüd kəsrəti-əmval üçün, 

Etmə sərf ovqatını cəm’iyyəti-əsqal üçün, 

Düşmə iste’cala nəfsin göstərən amal üçün. 

Kəndi fikrində çalışmaq ancaq istiqlal üçün! 

Getdi əldən millətin, fikrin nədir əmsal üçün? 

Şimdi fürsət var ikən bir iş gör istiqbal üçün! 

Nagəhan bər’əks olur halmca təqdiri-qəza, 

Huşyar ol, övdət etməz sərgüzəşti-ma-məza! 

Binəvalər gərdənində fəqrdən zəncirə bax, 

Mübtəlalər ahi-cansuzində min tə’sirə bax, 

Yatma rahət, millətində naleyi-şəbgirə bax, 

Dünki dərvişi bu gün mün’im edən təqdirə bax, 

Dünki mün’im bir gəda olmuş, göz aç, tofırə bax, 

Qıl cəhanə bir nəzər, məxrub olan tə’mirə bax, 

Pəmiyan naimləri olmuş həmağuşi-türab, 

Ya bəni-adəm lədu lilmövto vəbnu lilxərab*. 

Bilməzəm təksiri-miknətdən nələrdir niyyətin? 

Sirri tə’mini-təəyyüş isə çoxdur miknətin, 

Gər yığıb, həsrət qoyub getməksə, boşdur zəhmətin, 

Bari, ey qafil, bu gün əldə var ikən fürsətin

Bir binayi-xeyrə bani ola, ucalsın himmətin! 

Ta bu himmət sayəsində xeyrə çatsın millətin! 

Var ikən bu milləti-islamdə min ehtiyac, 

Heyf kim, himmət edən yoxdur ki, qılsın bir ilac... 

Eyqizu, ya mə’şərəl-islam, qəflət ta bəkey? 

Eyşü işrət bəstərində istirahət ta bəkey? 

Növmi-şətva içrə müstəğrəq xudarət ta bəkey? 

Aləmi-islamdə bunca ətalət ta bəkey? 

Bu tədənni, bu tənəzzül, bu kəsalət ta bəkey? 

Getdi izzət, batdı millət, fərqü zillət ta bəkey? 

Yetdilər sərmənzilə əğyar, ya qövm, ərrəhil!  

Eyqizu vəstə’cilu, ya əhlə-islam, əddəxil!** 

* Tərcüməsi: Hər bina viran olur, hər kəs olur, axır ölür. Tərcüməsi: 

Yatmayın, bir sə'y edin, cy əhli-islam, əl’əman! 



72

Hophopnamə 

Feyzi-təhsilə məgər qabil deyil övladımız?! 

Ya məgər yox iktisabi-elmə iste’dadınuz?! 

Talibi-təhsil ikən külliyyətən əfradımız - Hankı 

məktəbdən nə dərs alsın bu gün əhfadımız? 

Yoxmu bir zihimmət olsun baisi-irşadımız? 

Əlmədaris, əğniya, sizdəndi istimdadımız! 

Sizdən əlhəq qəlbi-millət, ruhi-ümmət şad olur! 

Binəva Sabirlərin ancaq işi fəryad olur... 



CAVABLAR CAVABI 

Elm ayineyi-surəti-hal idi, nədən bəs

Əcsamdə ərvahə misal idi, nədən bəs, 

Elm ilə vətən nikməal idi, nədən bəs, 

Təhsili-ədəb, kəsbi-kəmal idi, nədən bəs, 

Millət ümənasi bu gözəl rütbəyi dandı?  

Əfsus, «Həyat» isə məmat oldu, qapandı! 

Elm idi əgər bəxş edən insanə şərafət -  

Millət nə səbəbdən ona göstərmədi rəğbət? 

İslam tilumunda gər olsaydı ləyaqət  

Rusi oxumuşlar bə neçin etdilə nifrət? 

Bu nifrəti hər gündə görüb axır utandı,  

Əfsus, «Həyat» isə məmat oldu, qapandı! 

Mey nəş'əsini zövq bilər, cam nə bilsin? 

Ruh anladığı ləzzəti əcram nə bilsin? 

Ustadın işin, işlədiyin xam nə bilsin? 

Elmin, hünərin qiymətin islam nə bilsin? 

Getsin qabağa qonşular, islam dayandı,  

Əfsus, «Həyat» isə məmat oldu, qapandı! 

Qoy qonşular alsın hələ min dürlü fəvaid, 

Qoy qonşular etsin hələ təzyidi-cəraid. 

Sən söylə, qəzetdən nə olur bizlərə aid

Ancaq ikini bir elə, qoyma ola zaid, 

İslamdə bilmək, oxumaq çünki ziyandı,  

Əfsus, «Həyat» isə məmat oldu, qapandı! 



73 

 

Mirzə Ələkbər Sabir 



Əğyarlər imdi sənə faiqmi, deyil ya? 

İslamını məhv etməyə şaiqmi, deyil ya? 

İbzali-himəm millətə layiqmi, deyil ya? 

Ancaq əməlin qət’i-əlaiqmi, deyil ya? 

Çün qət’i-əlaiq odu hər guşədə yandı,  

Əfsus, «Həyat» isə məmat oldu, qapandı! 

Gopnan əməl aşmaz, işə qeyrət gərək olsun, 

Millət düyünün açmağa hümmət gərək olsun. 

Min elm deməkdənsə həmiyyət gərək olsun

Sözdən nə bitər, işdə həqiqət gərək olsun! 

Həqsizliyi hər gündə görüb axır usandı, 

Əfsus, «Həyat» isə məmat oldu, qapandı! 

Ağrıtma əbəs başını, meyl etmə ülumə. 

Yox vəq’ qoyan elmə, kəmalatə, rüsumə, 

Hər kəs cibini güdmədədir baxsan ümumə, 

Xərc etsə edər dolma-badımcanə, lühumə; 

Hophop, yeməyə, içməyə bu qövm yarandı! 

Əfsus, «Həyat» isə məmat oldu, qapandı!.. 



BAKI PƏHLİVANLARINA 

Könlüm bulanır küçədə cövlanını görcək, 

Nitqim tutulur hərzəvü hədyanım görcək. 

Canım üzülür əldəki qalxanına baxcaq, 

Qəlbim alışır beldəki patranını görcək. 

Baxdıqca revolverinə əndamım olur süst, 

Bağrım yarılır xəncəri-bürranım görcək. 

Təffiq edəməm: məstmi, huşyarmısan sən, - 

Məstanərəviş, məşyi-pərişanını görcək. 

Düşdün lotuluq məşqinə, islamə uyuşma, 

Öldür nerədə olsa müsəlmanını görcək. 

Qoy börkünü kəc qaşının üstündə, fırılda, 

Kəndin kimi bir lotiyi-meydanmı görcək. 



Yüklə 12,74 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə