MiRZƏ ƏLƏKBƏr sabiR



Yüklə 12,74 Mb.
Pdf görüntüsü
səhifə11/138
tarix11.07.2018
ölçüsü12,74 Mb.
#54986
1   ...   7   8   9   10   11   12   13   14   ...   138

27 

Hophopnamə 

lanın və onun tərəfdarlarının şəxsində qaragüruhçuları, ümumən, qara fikirli, bəd əməlli, 

böhtançı insanları ifşa etdi. Qeyd edək ki, bu hadisələr zamanı böhtan və hədə hədəfi olan 

müəllimlərdən  biri  də  məktəbin  direktoru  Əhməd  Kamal  idi.  Əhməd  Kamal  Sabir 

şəxsiyyətinə  və  yaradıcılığına  hörmət  bəslədiyi  üçündür  ki,  onu  özü  ilə  bərabər 

«Həqiqət»  qəzeti  redaksiyasına  işə  cəlb  etmiş,  Sabirin  «Ruhum!..»  şeirini  «Sər 

Mühərrir»  olduğu  «Yeni  füyuzat»  jurnalında  dərc  edərkən  ona  yaxın  bir  dost,  qələm 

yoldaşı  yanğısından  irəli  gələn  belə  bir  qeyd  vermişdi:  «Sabir,  böyüklüyün  ən  böyük 

sifəti  səbirdir.  İştə  sən  də  bu  sifətlə  mövsüm  və  mövsufsan.  Əzizim,  səni  incidənlərə 

həmpa olmamaq üçün Sabir ol, sən ölmə! Sən ölürsən, ölümünlə sevinəcək qədər binəsib 

insaniyyət təsəvvür edəməm, A Sabir! Sana da əğyar olacaq qədər tədənniyyi-əxlaqəmi 

düşdün?.. 

Fələk hər dürlü əsbabi-cəfasın toplasın, gəlsin, 

Dönərsək, alçağız millət yolunda bir əzimətdən!» 

Bu sətirlərdə Sabirə məhəbbət, rəğbət və həmrəylik ifadə olunur, o daha əzmkar və 

dəyanətli olmağa səslənilirdi. 

Sabir Bakıda Haşım bəy Vəzirovun «Səda» qəzetində və mətbəəsində də çalışırdı. 

Burada  Haşım bəylə fəhlələr arasındakı əmək haqqının vaxtında verilməməsi üstündə 

yaranan münaqişədə Sabir fəhlələrin tərəfində duraraq Haşım bəyin əleyhinə çıxış etdi. 

Bundan H.Vəzirovun mətbəə və nəşriyyat sahəsində rəqibləri olan Orucov qardaşları da 

yararlanmağa  çalışaraq,  Sabiri  öz  tərəflərinə  çəkdilər.  Ona  yazdığı  taziyanələr 

müqabilində öz qəzetlərində («Həqiqət»də) yüksək maaş və qonorar verdilər. Sabir də bir 

az  H.Vəzirovun  bəylik  izzət  nəfsini  üstün  tutmasından  və  xarakterindən  irəli  gələn 

kobudluğundan incik düşüb, bir az da hissə qapılıb münaqişələrə uyaraq həm «Həqiqət» 

və  «Günəş»  qəzetlərində,  həm  də  «Zənbur»  və  «Molla  Nəsrəddin»  jurnallarında 

H.Vəzirovun  hərəkətlərini  tənqid  edən  əsərlər  çap  etdirdi.  «Meydana  çıxıyor...» 

hekayəsi, «Dün yatıb Mir Haşımı...», «Sanma bir məsləki-təqiblə...», «Dün bir eşşəkxisal 

ilsanə»,  «Səda»nın  162-ci  nömrəsinə»,  «Öylə  bir  tərcümə  ki...»  və  s.  hekayə  və 

taziyanələr  deyilənlərə  misaldır.  H.  Vəzirov  da  öz  növbəsində  borclu  qalmayıb  gah 

Sabirə cavablar yazdı, gah da polisə şikayət edib «Zənbur» jurnalının müəyyən müddət 

qapadılmasma  nail  oldu.  Bütün  bunlar  H.Vəziro.v,  M.Sabir,  Orucovlar,  Ə.Müznib  və 

başqa  xadimlərimizin  işıqlı  şəxsiyyətlərinə  və  uğrunda  mübarizə  apardıqları  yüksək 

amallara uyğun gəlməsə də, hər halda həqiqət naminə və tarixi-ədəbi faktlar kimi diqqətə 

çatdırılmalıdır. 

Bütün bunlarla yanaşı, yuxarıda göstərdiyimiz kimi, Sabir milli mənlik şüurumuzun 

düzgün istiqamətdə formalaşması naminə məktəb və maarifin təbliği, tərəqqi və inkişafa 

çağırış,  nəfs,  ədavət  və  təriqətçiliyin  tənqidi,  siyasi  məsələlərin,  o  cümlədən  dövlətin 

duma  siyasətinin,  beynəlxalq  imperializmin  Şərqdə  yürütdüyü  riyakar  və  məkrli 

siyasətinin mahiyyətini açıb göstərən dərin ictimai-siyasi 




28

Mirzə Ələkbər Sabir 

ruhlu,  yüksək  bədii-estetik  səviyyəli  əsərlər  də  yazıb  çap  etdirmişdir.  Bütün  bu  əsərlər 

dövrün bədii-poetik salnamə və sənədləri olmaqla, xalqın milli-ictimai və siyasi şüurunun 

onun milli mənafelərinə uyğun formalaşmasında mühüm rol oynamışdır. Şair eyni işi ana 

dilinə, bədii tərcümə məsələlərinə münasibətdə də əsl vətəndaşlıq mövqeyindən görürdü. 

O,  prinsipial  məsələlərdə  ən  yaxın  dostuna  da  güzəştə  getmirdi.  Məsələn,  bir  əsərin 

osmanlıcadan  türk  (Azerbaycan)  dilinə  çevrilməsi  ilə  bağlı  «Günəş»  qəzetində  belə  bir 

xəbər dərc olunmuşdu: 

«Gəncə Nəşri-Maarif Cəmiyyəti Mirzə Məhəmməd Axundovun «Röyam» nam əsərini 

basıb və nəşrə başladı. Müşarileyhin osmanlıcadan tərcümə edilmiş «Nədamət» nam əsəri 

dəxi  «Dram»  cəmiyyəti  tərəfindən  nəşr  edildi.  Hər  iki  əsər  Gəncədə  Hacı  Həsənovlar 

mətbəəsində basılmışdır». 

Sabir bu xəbərdəki fikrin mahiyyətindəki «Osmanlıcadan türk dilinə tərcümə» fikrinə 

etiraz edərək yazırdı: 

«Osmanlıcadan tərcümə türkə» - bunu bilməm, 

Gerçək yazıyor gəncəli, yainki hənəkdir; 

Mümkiin iki dil bir-birinə tərcümə, amma 

«Osmanlıcadan tərcümə türkə» nə deməkdir?! 

Burada Sabir diqqəti Osmanlı türkcəsi ile Azərbaycan türkcəsinin eyni kökdən olub, 

ortaq  dil  ailəsinə  mənsubluğuna  cəlb  edərək,  həmin  fıkirdəki  tərcümə  sözünün  yerinə 

düşmədiyini  nəzərə  çatdırmışdır.  O,  həmin  fikrin  türk  xalqlarının  birliyinə  deyil, 

bir-birindən süni surətdə ayn salınmasına xidmət etdiyindən narahat olmuşdu. Qələm dostu 

Ə.Qəmküsar  həmin  mühüm  cəhəti  nəzərdən  qaçırdığı  üçün  Sabirin  tənqid  və  şərhi  ilə 

qarşı-qarşıya  dayanmalı  olmuş  və  öz  səhvini  etiraf  etmişdi.  Sabirin  mövqeyini  «Molla 

Nəsrəddin» jurnalı da, dövrün məşhur tənqidçisi və ədəbiyyat tarixçisi Abdulla Tofiq Sur 

da müdafiə etmişdi. 

Bədii tərcüməyə belə həssas münasibət bəsləyən Sabir həmin məsələyə «Öylə tərcümə 

kim...» taziyanəsində də qayıtmış, eyni zamanda özü müxtəlif dillərdən Azərbaycan dilinə 

bədii  tərcümələr  etmişdir.  Buraya  farscadan  tərcümə  edilmiş  «Gördüm  neçə  dəstə  tazə 

güllər» şeiri, «Şahnamə» poemasından bir parça, «Ləf- fazlıyıq» məqaləsi və ərəb dilindən 

məşhur şair Şeyx Məhəmməd Əbdonun iki şeiri - «Tərcümeyi-qovləl-Müfti» və «Tapşırma 

sirrini  məgər...»  əsərləri  daxildir.  Həmin  əsərlər  həm  ideya-məzmun  xüsusiyyətinə, 

bədii-estetik  dəyərinə,  həm  də  tərbiyəvi-əxlaqi  mahiyyətinə  görə  diqqəti  cəlb  edir  və 

Sabirin bütün digər sahələrdə olduğu kimi, bədii tərcüməyə də həssas və ciddi münasibət 

bəsləməsinə şahidlik edir. 

Sabir müxtəlif vaxtlarda - 1907-ci və 1910-cu illərdə qəzəllər də yazmışdır. Həmin 

qəzəllər  şairin  öz  satiralarında  böyük  qəzəl  ustası  M.Füzuli  sənətinə  yaradıcı 

münasibətinin  və  sonsuz  ehtiramının  növbəti  ifadəsi  olmaqla,  yüksək  bədii-  estetik 

səviyyəli nümunələrdir. Bu qəzəllərdə lirik qəhrəmanın öz sevgilisinə 




Yüklə 12,74 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə