MiRZƏ ƏLƏKBƏr sabiR



Yüklə 12,74 Mb.
Pdf görüntüsü
səhifə10/138
tarix11.07.2018
ölçüsü12,74 Mb.
#54986
1   ...   6   7   8   9   10   11   12   13   ...   138

25 

Hophopnamə 

cəhdləri və seçki zamanı törədilən saxtakarlıqlar və s. məsələlər də özünün geniş və dolğun 

əksini tapmışdır. «Öylə bilirdim ki, dəxi sübh olub», «Hə, de görüm nə oldu bəs, ay balam, 

iddialərin»,  «Qlasnı  seçkisini  qoydu  dum  müzakirəyə»,  «Yu-  xu»  və  s.  satiralar  buna 

parlaq misaldır. Əgər əvvəlki iki satirada çar hökumətinin xalqa verdiyi vədlərin, əslində, 

xalqın azadlığına deyil, onların aldadılmasına, bununla da vaxtda udulmasına xidmət etdiyi 

və saxta mahiyyət daşıdığı göstərilib bu cür vədlərə aldananlar siyasi ayıqlığa çağırılırsa, 

sonrakı satiralarda seçkilərdə baş verən siyasi möhtəkirliklər ifşa olunur. 

* * * 


Elmi ədəbiyyatda göstərildiyi kimi, Sabir poeziya məktəbi «Molla Nəsrəddin» jurnalı 

səhifələrində  formalaşıb  kamala  çatmışdır.  Həmin  prosesin  gedişini  diqqətlə  izləyən 

professor Məmməd Məmmədov yazır: 

«Sabir ədəbi  məktəbinə  mənsub olan  şairlər öz ustadlarının poetik üslubunu, satirik 

ifadə  tərzini  və  spesifik  yazı  manerasını  birdən-birə  həzm  və  dərk  edə  bilmir,  tədricən 

mənimsəyirdilər. Müşahidələr göstərir ki, 1906-cı ilin ortalarından başlayaraq bu dərketmə 

və mənimsəmə prosesi təxminən 1907-ci ilin axırlarına qədər davam etmişdir. Beləliklə, 

Sabir  satirasının  təsiri  altında  yazılmış  bəzi  şeirlərə  «Molla  Nəsrəddin»  jurnalının  ilk 

illərində  ara-sıra  təsadüf  edilsə  də,  bu  təsir  1908-ci  ildən  etibarən  özünü  daha  qabarıq 

göstərməyə başlayır... 

Beləliklə,  Sabirin  satira  ənənələri  1908-ci  ildən  etibarən  onun  müasirlərinin 

yaradıcılığında xüsusi bir qüvvət və ahənglə səslənməyə başlamışdın). Sabir poeziyasının 

təsiri  ilə  onun  qələm  dostları  Ə.Nəzmi,  Ə.R.Şamçızadə,  Ə.Qəmküsar,  M.S.Ordubadi, 

B.Ə.Hammal,  M.M.Axundov,  M.Ə.Möcüz,  M.Hadi,  A.Səhhət,  H.Vəzirov,  C.Cabbarlı, 

sonralar Ə.Vahid, M.H.Kərimi, Ə.P.Həddad, R.Əhmədzadə, 

B.Pünhan və b. şövqlə qələm işlətmişlər. Həmin ənənə bu gün də yaşamaqdadır. 

Sabir  ədəbi  məktəbinin  əhatə  və  təsir  dairəsi  getdikcə  genişlənmiş,  «Molla 

Nəsrəddin

»  jurnalı  ənənəsi  ilə  nəşr  olunan  «Bəhlul»,  «Zənbun»,  «An»,  «Kəlniyat», 

«Məzəli»,  «Babayi-Əmir»,  «Mirat»,  «Lək-lək»,  «Kirpi»  və  s.  satirik  jurnallarla  yanaşı, 

bəzi  qəzet  səhifələrində  də  Sabiranə  şeirlər  dərc  olunmuşdur.  Hətta  Bakıda  nəşr  olunan 

«Günəş»  və  sonra  onun  davamı  kimi  çıxan  «Yeni  Həqiqət»  qəzetlərinə  əlavə  olaraq, 

həftədə bir (bəzən bir qədər gec) 

«Palanduz» 

adlı satirik səhifə də çıxmağa başlamışdı. 

Həmin  səhifədə  Sabir  də  iştirak  edərək  öz  əsərlərini 

«Çuvalduz» 

ümumi  başlığı  və 

«Nizədar» 

imzası ilə dərc etdirirdi. 

Qeyd  edək  ki,  bu  satirik  səhifənin  adı  ilə  xalq  şairinin  orada  çap  etdirdiyi  əsərlərin 

ümumi başlığının həmqafıyə olmasına («Palanduz»  - «Çuvalduz») təsadüf kimi baxmaq 

olmaz. Sabirin burada işlətdiyi imza da «Palanduz»un digər müəlliflərinin imzalarından 

seçilir; o biri  müəlliflər səhifənin sadəcə olaraq  «Nizə»si,  «Biz»i,  «Mismar»ı,  «İynə»si, 

«Töylə mıxı», «Anğ»ı və s. idilərsə, Sabir «Nizə- dar»ı, yəni bayraqdan idi. «Palanduz»un 

üzvləri Sabiri özlərinə ustad hesab edir




26

Mirzə Ələkbər Sabir 

onun adını (daha doğrusu, səhifədə işlətdiyi əsas gizli imzası olan «Nizədar»ı) hörmətlə 

çəkir, satirasının ictimai-bədii gücünə, şairin sənətkarlıq qüdrətinə yüksək qiymət verir, 

xalq şairinin əsərləri mövzusunda əsərlər yazırdılar. Sabir bu səhifədə «İııteligentlər deyir 

ki:», «Millət deyir ki:», «Axşam olacaq...», «Mürtəcelər, sevinin...», «Şurə gəlib şad olun, 

iranlılar!», «Yuxu» satirasını, habelə «Əz tərəfı- Mirzə Bisavad» imzası ilə «Şik

 ayət!..» 

başlıqlı  felyetonunu  dərc  etdirmişdir.  Bundan  əlavə,  Sabirin  «Qurban  bayramı» 

satirasının imzasından «Palanduz» şairlərindən «Nizədar» cənabları» görünür ki, bu əsər 

də həmin səhifə üçün nəzərdə tutulmuş, lakin satirik səhifə bayram günü çıxmadığından 

həmin əsər belə bir törəmə imza ilə qəzetdə məhz Qurban bayramı günü dərc edilmişdir... 

Sabir «Günəş» və «Yeni həqiqəti» qəzetlərindən əvvəl «Həqiqət» qəzetində və ona 

əlavə kimi çıxan «Həfteyi-ədəbi» və «Həfteyi-fənni» səhifələrində də fəal iştirak etmiş, 

hətta  «Həfteyi-ədəbi»nin  münsiflər  heyətinin  üzvü  kimi,  burada  keçirilən  tədbirin 

səmərəliliyini artıra bilən təkliflə çıxış etmiş, onun təklifi qəbul edilmişdi... 

Elə  buradaca  qeyd  edək  ki,  Sabir  Balaxanı  məktəbinin  o  zamankı  müdiri  Əhməd 

Kamalla yaxın ünsiyyətdə olmuş, hətta Ə.Kamal «Həqiqət» qəzetinə «Sər mühənir» kimi 

işə dəvət olunanda Sabiri də özü ilə bərabər həmin qəzetə cəlb etmişdi. Xalq şairi də bir 

sıra  didaktik  əsərini  və  satirasını  «Həqiqət»,  «Günəş»  və  «Yeni  həqiqət»  qəzetlərində, 

habelə onlardan son ikisinə əlavə olunan satirik səhifədə dərc etdirmişdi. Sabirin Balaxanı 

məktəbi ilə bağlı fəaliyyəti, bu məktəb ətrafında yaranan bəzi problemlərlə bağlı qələmə 

aldığı «Saxtə bir xətti-xam ilə...», «Şimdi hər millət edir...», «Haləti-məstliyində nə olur, 

ey əyyaş» sözləri ilə başlanan taziyanələri və «Şikayət!..» felyetonu həmin qəzetlərdə işıq 

üzü görmüşdü. 

«Şimdi  hər  millət  edir...»  taziyanəsində  təəssüflə  bizdəki  təkcə  avamlar,  «qara 

məxluq» deyil, «ariflərin», oxumuşlann da «vətən övladın nəfi-cibişdanə fəda» etmələri 

diqqətə çatdırılırdı. 

Sabir  öz  gəlişi  ilə  xalqın  nəzərindən  müəyyən  qədər  düşmüş  Balaxanı  məktəbində 

böyük canlanma yaratdı. Qısa müddət ərzində məktəbin nüfuzu elə yüksəldi ki, növbəti 

dərs ilində ona gözlənildiyindən daha çox şagird gəldi. Məktəb binasında şagirdlərə yer 

çatışmadı... Məktəb rəhbərliyi ilə camaat arasında yaranmış problemdən istifadə edən bəzi 

qara qüvvələr, o cümlədən müəllimə yaraşmayan əməllərinə görə məktəbdən xaric edilən 

keçmiş şəriət müəllimi Molla Abdulla məktəbin qabaqcıl müəllimlərinə qarşı böhtan və 

hədə kampaniyası təşkil etdilər. Bu cür hədələr Sabirin də ünvanına gəlirdi. Başda camaat 

vəkili  Baxış  Əhmədov  olmaqla  qabaqcıl  görüşlü  adamlar  şairi  layiqli  müəllim  və 

əməlisaleh  bir  insan  kimi  müdafiə  etdilər.  Sabir  də  hədə-qorxulardan  çəkinməyib,  onu 

savadsızlıqda,  müəllimlik  qabiliyyətinin  yoxluğunda,  Azərbaycan  (türk)  dilini 

bilməməkdə  günah-  landıranlara  cavab  olaraq  «Saxtə  bir  xətti  xam  ilə...»,  «Haləti 

məstfiyində nə olur, ey əyyaş» taziyanələrini və «Şikayət!..» başlıqlı felyetonunu yazaraq 

Molla Abdul 

-



Yüklə 12,74 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə