MiRZƏ ŞƏFİ ŞƏrq qərb araşdirmalarinda



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə31/54
tarix14.06.2018
ölçüsü2,91 Kb.
#48870
1   ...   27   28   29   30   31   32   33   34   ...   54

    Nəzakət Əliyeva 
 
 
128 
qırmızı  Kaxet  şərabı  doldururdu;  başında  piramida 
formalı  papağı,  əynində  mavi  cübbəli,  hiyləgər  sifətli 
fars müğənnisi mavi barmaq ucu ilə çengir (simli alət) 
çalır və Hafizin ən sevilən qəsidələrindən oxuyurdu. 
Təəccüblü  gözlərimlə  hara  baxırdımsa,  orada 
heyrətlər  və  yeniliklər  aşkar  edirdim.  Mən  uşaqlıqdan 
oxuduğum  və  arzu  etdiyim  min  bir  gecə  nağıllarında 
sanki  həqiqətən  yaşayırdım.  Gah  yemək  yeyilir,  gah 
söhbətlər aparılır –mahnı, rəqs, gülüş və ən əsası hamı 
sərxoş olurdu. 
Müğənni Şirazın  mahnılarının sevimli tonları elə 
qəribə  tərzdə  səsləndirilirdi  ki,  adamı  məst  edirdi. 
Qırmızı  Kaxet  şərabı  artıq  qonaqların  sifətində  əks 
olunurdu. Onun atəşi mənə də təsir etdi, səyahətlərdən 
yorulmuş bədənim rahatlıq tələb edirdi. 14 gündən bəri 
idi  ki,  mən  çarpayı  üzü  görməmişdim.  Nəmli-şehli 
gecələri  gah  arabalarda,  gah    nimdaş  xalçaların 
üstündə,  gah  da  kasıb  dağ  komalarında  keçirmişdim. 
Yorğun  gözlərim  yumulur  açılır  və  nəhayət,  mən 
yuxunun  təzyiqinə  tab  gətirə  bilməyib  və  öz  otağımı 
axtarmaq üçün ziyafəti tərk etdim. 
Mən  oyananda  şərabın  güclü  təsirini  ən  çox 
başımda  deyil,  ayaqlarımda  hiss  etdim,  çünki  Kaxet 
şərabının  belə  xüsusiyyəti  var  idi  ki,  o  başda  deyil, 
bədənin  aşağı  ətrafında  nadir  ağırlıq  yaradırdı.  Bəzi 
cənabların  dostcasına  müdaxiləsi  olmasaydı,  Tiflisin 
döşəməsiz,  itlərlə  dolu  küçələri  ilə  gəzib  heç  vaxt 
mənzilimə çata bilməyəcəkdim. 
Ay  işıqlı,  gözəl  ətirli  bir  gecə  idi,  belə  bir 
əsrarəngiz  gecə  yalnız  Gürcüstan  səmasında  görünə 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
129 
bilərdi, ay elə işıq saçırdı ki, onun parıltısı sirlərlə dolu, 
incə  bir  örtüklü  mülayim  günəş  işığıdır.  Sərin  gecədə 
bu  uzun  gəzinti  məni  bir  qədər  gümrahlaşdırdı; 
səmadakı  çox  cazibəli  parıltısı  olan  ulduzlar,  uzaqda 
isə yarım ay formasında olan Kazbekin zirvəsi ucalırdı, 
nağılvarı  gözəlliyi  olan  şəhər  büsbütün  sanki  mənim 
ayaqlarımın  altında  idi  və  buradan  Kürün  parlayan 
dalğaları aydın görünürdü. Güclü bir hiss pəncərəmdən 
görünən  bu  xoş  mənzərədən  ayrılmağa  qoymurdu. 
Mənim otağımdan çıxan qapı  yuxarıya-evin dövrəsinə 
fırlanan bir qalereyaya aparırdı və mən gördüm ki, bu 
qalereya  hələ  tam  hazır  deyildi,  yerə  kərənlər  və 
taxtalar  düzülmüşdü.  Çox  böyük  həyəcanla  mən  bu 
qalereyaya  gedən  qapını  açdım  və  həmin  anda 
beynimdə  Puşkinin  bu  qafiyələri  səsləndi:  (hərfi 
mənada) 
 
     Gürcüstan təpələrinə gecə qaranlığı çökəndə 
     Araquanın dalğaları mənim qarşımda köpüklənir. 
  
Mən  bayıra  çıxdım;  ayağımı  taxtanın  üstünə 
qoyanda, zərbədən yerə yıxıldım, qışqırtı, bağırtı və ən 
nəhayət, qan içində həyətdə bayılıb qaldım… 
Həyatım  bahasına  başa  gələn  bu  hadisənin 
gerisini  gündəliyimə  daxil  etmədim,  çünki  bu  mənə 
ikiqat  əzab  verərdi.  Sizin    bilməyiniz  üçün  bu  kifayət 
edər  ki,  bədənimin  çox  hissəsi  dəhşətli  yaralanmışdı, 
bu isə ağrıdıcı müalicə və qayğıkeş qulluq tələb edirdi. 
Bu vaxt mən kitablar və oxu ilə başımı qatırdım.  


    Nəzakət Əliyeva 
 
 
130 
Hər  şeydən  əvvəl  bunu  qeyd  etmək  istərdim  ki, 
mənə  tatar  dilini  öyrətmək  üçün  müəllim  lazım  idi, 
çünki Qafqaz ölkələrində lazımi dili mümkün qədər tez 
öyrənmək istəyirdim. 
Təsadüf  mənim  seçimimə  kömək  etdi,  yazı 
müəllimim  Mirzə  Şəfi  (Gəncə  alimi,  ülaməsi)  dediyi  
kimi, o bütün adamlardan savadlı və müdrik idi. 
Əslində,  o  özünü  yerli  təvazökarlığı  ilə  yalnız 
Şərqin  ilk  ülaməsi  adlandırırdı;  onun  fikrincə  Qərbin, 
yəni  Avropanın  övladları  hələ  zülmət  və  inamsızlıq 
içərisində  yaşayırlar,  o,    həmçinin  özü  üçün  belə 
fikirləşirdi  ki,  o,  müdrikliyinə  və  savadına  görə 
hamımızı ötüb keçmişdir. O, belə ümidlə yaşayırdı ki, 
çalışqanlığının,  maarifçiliyinin  və  müdrikliyinin 
sayəsində  təkcə  Şərqdə  deyil,  həm  də  Qərbdə  uzun 
müddət diqqət mərkəzində olacaq. Onun dediyinə görə 
mən onun beşinci şagirdiyəm. Bu ondan irəli gəlirdi ki, 
Mirzə  Şəfi  elminin  hikmətinə  Tiflisdə  tələbat  çox  idi. 
O, sözlərinə belə davam etdi: «Mənim dörd sələfim, öz 
ölkələrinə,  məni  Avropaya  qayıtdıqdan  sonra  Şərq 
təhsilini  bütün  qüvvələri  ilə  öz  kadrları  arasında 
yaymağa  söz  vermişlər.  Mənə  isə  xüsusi  bir  ümidlə 
yanaşırdı,  yəqin  ki,  mənim  hər  dərs  üçün  verdiyim 
gümüş  pula  görə;  nəyi  və  necə  öyrəndiyim  üçün  bu 
Gəncə  ülaməsinin  qeyri-adi  yüksək  qiyməti  var. 
Həmişə  olduğu  kimi  ən  anlaşılmayanı  budur  ki,  bu 
müqəddəs  dilləri başa  düşməyərək biz özümüzü alim 
və  ya  ülamə  adlandırırıq  və  bu  adla  bütün  dünyanı 
gəzirik.  Bu  müqəddəs  dilləri  öyrənmək  üçün  onu 
müəllim  seçməkdə  mən  uğurlu  seçim  etmişdim.  Bu 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
131 
uğurlu  seçimi  o  mənə  əyani  surətdə  bildirirdi.  «Mən, 
Mirzə Şəfi, dedi - o Şərqin ilk alimiyəm, mən şagirdim 
kimi isə, ikinci sənsən! Sən məni düz başa düşməlisən. 
Mənim Ömər Əfəndi adında bir dostum var, o ölkənin 
alimləri  içərisində  doğrudan  da  üçüncüyə  layiq 
olmayan  çox  ağıllı  bir  adamdır.  Əgər  mən  həyatda 
olmasaydım  və  Ömər  əfəndi  sənin  müəllimin  olsaydı, 
onda  birinci  sən  də  onun  şagirdi  kimi  ikinci 
olacaqdın». 
Fikirlərini bu cür izah etdikdən sonra Mirzə Şəfi 
şəhadət  barmağını  alnına  söykəyib  hiyləgər  baxışla 
mənə baxdı, mən isə dinməz halda başımı yırğalamaqla 
razılığımı bildirdim. 
Mirzə  Şəfinin  dərslərinə  görə    paxıllığını  çəkən 
rəqib alimlər içərisində Bağdadlı tanınmış Mirzə Yusifi 
göstərmək  olardı.  O,  Bağdadda  ərəb  dilində  təhsil 
aldığına görə özünü oralı hesab edirdi, o, özünü Mirzə 
Şəfidən çox dərin bilikli kimi qələmə verir və hətta bir 
dəfə  söhbət  edərkən  elm  adamları  arasında  onu 
«eşşək»  adlandırdı.  «Bu  adam  heç  vaxt  səliqəli  yaza 
bilmir  –  deyə  Yusif  mənim  hörmətli  Mirzəmin 
məzəmmətləyirdi  -  mahnı  oxumağı  isə  heç  bacarmır. 
İndi  mən  səndən  soruşuram:  Elm  yazısız  nədir? 
Alimlik  nəğməsiz  nəyə  lazımdır?  Mirzə  Şəfi  mənim 
qarşımda nəyə qadirdir?». 
Bu  anda  o,  xüsusilə,  onun  Yusif  adının 
gözəlliyindən  və  onun  həzrət  adı  kimi  bir  çox  şairlər 
tərəfindən  tərənnüm  edilməsini  qulaqbatırıcı  danışıq 
qabiliyyəti  ilə  aravermədən  deyərək  sübut  etməyə 
çalışırdı ki, adlar boş yerə səslənmir, onların gözəlliyi 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə