MiRZƏ ŞƏFİ ŞƏrq qərb araşdirmalarinda


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə27/54
tarix14.06.2018
ölçüsü2,91 Kb.
#48870
1   ...   23   24   25   26   27   28   29   30   ...   54

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
111 
Mehdi Sadıq oğlu Əliyev 1907-ci il dekabrın 21-
də  Azərbaycanın  qədim  və  zəngin  mədəniyyət 
mərkəzlərindən olan Gəncədə ziyalı ailəsində doğulub. 
Əslən  qədim  Gəncənin  əsilzadə  ailələsində  dünyaya 
gələn  Mehdi  müəllim  XIX  əsrin  sonundan  Gəncədə 
fəaliyyət  göstərməyə  başlamış  rus-müsəlman  (rus-
Azərbaycan)  məktəbində  və  kişi  gimnaziyasında 
mükəmməl təhsil almışdır. 
Mehdi Əliyev 1920-1924-cü illərdə təhsilini ötən 
əsrin  əvvəllərində  Azərbaycanda  müəllim  kadrları 
hazırlayan  ilk  seminariya  kimi  yaradılan  (1914)  və 
Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) 
milliləşdirilən  Gəncə  Müəllimlər  Seminariyasında 
davam  etdirərək  müəllimlik  peşəsinə  yiyələnmişdir. 
Məlumat üçün onu da deməliyəm ki, həmin seminariya 
Azərbaycanda  sovet  hakimiyyəti  qurulduqdan  sonra 
böyük  şairimiz  Məhəmməd  Füzuli  adına  Gəncə 
Müəllimlər Seminariyası (Həmin Seminariyanın 1923-
1927-ci 
illərdə 
direktoru 
Kiyev 
İmperator 
Universitetinin  tarix  -  filologiya  fakültəsinin  məzunu 
(1916) olmuş, Azərbaycanın bir çox ali məktəblərində 
müəllim  işləmiş,  sonralar  repressiyaya  məruz  qalmış 
Cavad 
bəy 
Rəfibəyli  (1890-  1956  olmuşdur) 
adlandırılmış,  Mehdi  Əliyev  də  həmin  təhsil 
müəssisəsinin  beşinci  buraxılışından  məzun  olmuşdur. 
Burada  o,  1962-ci  ildə  Mehdi  Əliyevin  elm,  təhsil  və 
idarəçilik  sahəsindəki  zəngin  təcrübəsi  və  yüksək 
peşəkarlığı,  ən  başlıcası  isə  yüksək  mənəviyyatlı 
ziyalılığı  nəzərə  alınaraq  respublika  rəhbərliyi 
tərəfindən  Azərbaycanın ən  qocaman  pedaqoji  ali  


    Nəzakət Əliyeva 
 
 
112 
 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
113 
təhsil  müəssisəsi  olan  Azərbaycan  Dövlət  Pedaqoji 
İnstitutuna  rektor  təyin  olunmuşdur.  1965-ci  ilədək 
Mehdi  müəllim  bu  institutda  yüksək  ixtisaslı  ali 
pedaqoji  kadrların  hazırlanmasında,  elmi-tədqiqat 
işlərinin  aparılmasında,  institut  kollektivi  arasında 
sağlam  mənəvi-əxlaqi  iqlimin  formalaşmasında  əsaslı 
dönüşə  nail  olmuş,  respublikanın  peşəkar  müəllim 
kadrlarına  olan  tələbatının  ödənilməsinə  sanballı 
töhfələr  vermişdir.  Beləliklə,  Mehdi  müəllim  rektor 
kimi ali təhsilin təşkili və qurulması sahəsində bilik və 
bacarığını,  yüksək  təşkilatçılığını,  fədakar  əməyini, 
dərin  intellektual  səviyyəsini,  mənəvi  təmizliyini, 
idarəçilikdə  misilsiz  ünsiyyət  mədəniyyətini  və  şəxsi 
nüfuzunu  Azərbaycanın  təhsil  ictimaiyyəti  və  xalqı 
qarşısında bir daha ləyaqətlə təsdiqləmiş oldu. 
Bütün  bu  yüksək  əxlaqi-mənəvi  dəyərlər  1965-ci 
ildə  Mehdi  Əliyevin  yenidən  Azərbaycan  Dövlət 
Universitetinə  daha  yüksək  statusda  -  rektor  kimi 
qayıdışına səbəb oldu. O, bu məsul və şərəfli vəzifəni 
1970-ci il dekabrın 26-na kimi böyük uğur və ləyaqətlə 
daşıdı. 
Mehdi  müəllimin  universitetə  rəhbərlik  etdiyi 
həmin illərdə onun fədakar əməyi, yüksək təşkilatçılıq 
məharəti  və  dərin  intellekti  sayəsində  elm  və 
təhsilimizdə  böyük  uğurlar  qazanıldı.  Bu  illər  doğma 
universitetimizin 
tarixində 
bir  sıra  yaddaqalan 
hadisələrlə  əlamətdar  oldu.  Belə  ki,  bu  dövrdə 
yüksəkixtisaslı  kadr  hazırlığı  və  elmi-tədqiqat  işləri 
sahəsində  əsaslı  uğurlar  qazanılmış,  universitetdə  bir 
sıra  elmi  istiqamətlər  (məsələn,  neft  kimyası, 


    Nəzakət Əliyeva 
 
 
114 
fiziologiya,  yarımkeçiricilər  fizikası  və  s).  üzrə  elmi 
məktəblər  formalaşmış,  həmin  istiqamətlər  üzrə 
kafedralar və problem laboratoriyaları yaradılmışdır. 
Mehdi  müəllimin  təşəbbüsü  ilə  bu  illərdə 
universitet  məzunları  arasında  xüsusi  istedadı  ilə 
seçilənlərin 
sistematik  olaraq  keçmiş  Sovetlər 
Birliyinin tanınmış elm mərkəzlərinə, universitetlərinə 
aspiranturaya 
və 
stajirovkaya 
göndərilməsinə 
başlanmışdır.  Hazırda  universitetdə  çalışan  tanınmış 
professor-müəllim  heyətinin  böyük  əksəriyyəti  o 
illərdə  yetişmiş  elmi-pedaqoji  kadrlardır.  Bu  gün 
universitetin  elmi-pedaqoji  kadrları  arasında  Mehdi 
müəllimin  qayğılarından  bəhrələnən  alimlərimiz  onu 
minnətdarlıq duyğuları ilə xatırlayırlar. 
Mehdi Əliyevin rektor olduğu illər Azərbaycanın 
çağdaş  mədəniyyət  və  təhsil  tarixində  Azərbaycan 
Dövlət Universitetinin 50 illik tarixi yubileyinin (1969) 
keçirilməsi,  həmin  yubiley  tədbirində  Azərbaycanın  o 
zamankı rəhbəri, ümummilli lider Heydər Əliyevin ana 
dilində  çıxış  etməsi,  bununla  da  xalqımızın  milli 
özünüdərk  və  oyanışında  yeni  mərhələnin  başlanması 
ilə  də  yaddaşlarda  qalıb.  Bu  tarixi  yubileyin 
keçirilməsində,  təşkilində,  universitet  tarixinə  dair 
zamanına  görə  ən  sanballı  əsərin  (Xəlil  Əlimirzəyev. 
Azərbaycan  Dövlət  Universiteti  50  ildə.  Bakı:  1969) 
yazılmasında  ADU-nun  rektoru  Mehdi  Əliyevin  də 
xüsusi xidmətləri olmuşdur. 
Mehdi  müəllim  Azərbaycanda  elm,  təhsil 
sahəsində  görkəmli  təşkilatçı  olmaqla  yanaşı,  qırx 
ildən  artıq  ardıcıl  olaraq  peşəkar  müəllimliklə, 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
115 
pedaqoji 
fəaliyyətlə  də 
məşğul  olmuşdur.  O, 
respublikanın  bir  sıra  ali  məktəblərində,  həmçinin 
Tiflisdəki  Zaqafqaziya  Dəmir  Yolları  İnstitutunda 
mühazirələr 
oxumuşdur. 
Onu 
tanıyanların, 
yetirmələrinin və tələbələrinin söylədiyinə görə, Mehdi 
müəllim  özünəməxsus  qeyri-adi  pedaqoji  istedada  və 
ustalığa  malik  pedaqoq  idi.  Mehdi  müəllim  məntiqli, 
sistemli, 
aydın, 
anlaşıqlı, 
dərin 
məzmunlu 
mühazirələrini 
söyləməkdən 
xüsusi 
zövq 
alar, 
dinləyicilərin qəlbini sanki ovsunlamağı bacarardı. 
Bir  məqamı  da  xüsusi  vurğulamaq  istərdim.  Son 
dərəcə  səmimi,  geniş  ürəkli,  humanist  insan  kimi 
ziyalılar arasında tanınan və bu gün yaddaşlarda böyük 
ziyalı  kimi  qalan  Mehdi  Əliyevdən  söz  düşəndə  hamı 
etiraf edir ki, insanın yadına ilk olaraq "müəllim" sözü 
düşür.  Həmkarları  ona  həmişə  "Mehdi  müəllim",  - 
deyə  müraciət  edərdilər.  Mənə  elə  gəlir  ki,  "Mehdi 
müəllim"  ifadəsi  daha  ürəyəyatan,  qəlboxşayandır. 
Sanki  müəllimlik  onun  boyuna  biçilmişdi.  Mehdi 
müəllimdə  Azərbaycanın  köhnə  kişilərinə,  xüsusən 
klassik  müəllim-pedaqoqlara  xas  olan  bir  ürək 
genişliyi,  mərdlik,  qürur,  səmimiyyət  və  doğmalıq, 
ədəb-ərkan,  səliqə-sahman,  yüksək  davranış  və 
ünsiyyət  mədəniyyəti  cəmləşmişdi.  Açıq  etiraf  etmək 
lazımdır  ki,  Mehdi  Əliyevdən  söz  düşəndə  "Mehdi 
müəllim"  ifadəsi  insan  qəlbindən  uca  dağlardan 
süzülüb  gələn  büllur  bulaq  suyu  kimi  dodaqlara  axıb 
gəlir... 
Azərbaycanın iki qocaman ali təhsil müəssisəsinə 
uzun  illər  rəhbərlik  etmiş  Mehdi  Əliyev  təhsil 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə