Nəzakət Əliyeva
108
parlaq və uca şəxsiyyət kimi formalaşan Mehdi Əliyev
1952-ci ildə Azərbaycan Dövlət Universitetinin tədris
işləri üzrə prorektoru kimi məsul vəzifəyə irəli
çəkilmiş, o, bu vəzifədə çalışdığı on il ərzində
respublikamızda ali təhsilin öncülü və bayraqdarı olan
universitetdə tədrisin yüksək səviyyədə təşkili, elmi və
pedaqoji
işlərin
bir-biri
ilə
peşəkarlıqla
əlaqələndirilməsi,
ölkə
üçün
yüksəkixtisaslı
mütəxəssislərin
yetişdirilməsi
sahəsində
böyük
uğurlara imza atmış, nəticədə Azərbaycanın elmi-
pedaqoji, təhsil ictimaiyyəti arasında sayılıb-seçilən
şəxsiyyətə, böyük nüfuz sahibinə çevrilmişdir.
Universitetin tələbələri arasında dolaşan söhbətlər
məndə bu fenomenal insana olan əvvəlki hörmət və
ehtiramımı bir qədər də artırdı. Xoşbəxtlikdən tale elə
gətirdi ki, uzun illər o zaman respublikada yeganə olan
universitetdə tədris işləri üzrə prorektor işləmiş,
sonralar Azərbaycan Dövlət Pedaqoji İnstitutuna
rektor təyin olunmuş Mehdi Əliyev mən II kursda
oxuyanda yenidən Bakı Dövlət Universitetinə rektor
kimi qayıtdı. Bundan sonra Mehdi müəllimi daha
yaxından tanımaq imkanı qazandım. Çox keçmədi ki,
Universitet müəllim və tələbələri arasında Mehdi
müəllim haqqında dolaşan miflərin həqiqət və
gerçəklik olduğunu öz gözlərimlə gördüm, öz qəlbimlə
duydum.
Açığını deyim ki, Mehdi müəllimin dünyasını
dəyişməsindən
keçən
müddətdə
onunla yaxın
ünsiyyətdə olmuş insanlarla, görkəmli elm və təhsil
xadimləri ilə olan çoxsaylı söhbətlərdə hamıdan bu uca
Nəzakət Əliyeva
110
şəxsiyyət haqda yalnız xoş sözlər eşitmişəm. Mehdi
müəllim
haqqında
gördüklərim,
eşitdiklərim,
oxuduqlarım və bildiklərim məndə bu
görkəmli təhsil
fədaisinə vurğunluğu daha da artırdı, onu ideal bir
ziyalı, təhsil fədaisi kimi qəbul etməyimə əsas verdi...
Doğrudur, bu gün haqq dünyasında uyuyan
Mehdi müəllimi bizdən qırx illik bir zaman kəsiyi
ayırır. Çoxdan idi ki, Mehdi müəllimin ziyalılığa örnək
ola biləcək ömür yoluna yenidən işıq tutmaq, onun
şərəfli ziyalı həyatının enişli-yoxuşlu məqamlarını bir
daha yada salmaq, 65 illik ömrünün 40 ildən çoxunu
yorulmadan, usanmadan Vətənimizdə elmin, təhsilin
inkişafına, milli kadrların yetişdirilməsinə həsr etmiş
bu maarif, təhsil, elm fədaisini müasir gəncliyimizə
yaxından tanıtmaq arzusunda idim. Son illərdə
Azərbaycanın təhsil tarixinə dair araşdırmalarım
zamanı Mehdi Əliyev haqqında əldə etdiyim yeni
faktlar hazırda təhsil ictimaiyyətinin diqqətinə təqdim
olunan bu yazının yaranmasına gətirib çıxartdı...
Mehdi müəllim haqqında böyük məmnuniyyətlə
qələmə aldığım bu kövrək sətirlər az qala yarım əsrə
yaxın bir müddətdə ürəyimin dərinliyində yer almış
ülvi hisslərin təzahürüdür, görkəmli elm və təhsil
xadiminə, tanınmış fizik alimə, ömrünü elm və təhsilin
inkişafı yolunda şam kimi əritmiş böyük Azərbaycan
ziyalısına, ölkəmizdə ali təhsilin qurucularından biri
olan uca şəxsiyyətə olan dərin ehtiramın ifadəsidir, -
desəm mən yalnız həqiqəti etiraf etmiş olardım.
Hörmətli oxucu! Gəlin bu böyük ömür yolunu
birlikdə vərəqləyək.