Nəzakət Əliyeva
120
ziyalılarımızdan bir neçəsinin bu fədakar insan, böyük
müəllim haqda xatirələrindən müəyyən iqtibaslar
gətirmək istərdim:
Akademik Ağamusa Axundovun xatirələrindən:
"... Mehdi müəllim böyük təşkilatçı, yaradıcı
rektor olmaqla yanaşı, böyük şəxsiyyət idi. Onun
şəxsiyyətində prinsipial, tələbkar insanla humanist,
qayğıkeş insan vəhdət təşkil edirdi. Onun şəxsiyyəti
yadımda müdriklik rəmzi kimi qalıb... Gözəl alimin,
bənzərsiz müəllimin, nəhəng təşkilatçı və böyük
şəxsiyyətin əziz xatirəsi onu tanıyanların yaddaşında
və qəlbində əbədi həkk olunaraq qalır...".
Azərbaycan MEA-nın müxbir üzvü, professor
Məsumə Məlikovanın xatirələrindən:
"... Bu gün çoxsaylı mühüm hadisələrlə zəngin
olan illər, zamanlar keçdikdən sonra hər birimizin
cəmiyyətdə, kollektivdə müvafiq mövqe tutduğumuz
bir vaxtda səni vaxtilə əhatə edən, bu dünyanı artıq tərk
etmiş, lakin çoxsaylı insanların həyatında dərin,
silinməz izlər buraxmış şəxslərin fərdi keyfiyyətlərini,
şəxsiyyətlərinin dəyərini xüsusilə aydın dərk edirsən.
Belə
şəxsiyyətlər
bütöv
nəsillərin,
ziyalılar
pleyadasının hamiləri missiyasını özlərində daşıyırlar.
Mehdi Sadıxoviç məhz belə insan idi və mənim
xatirimdə beləcə prinsipial, obyektiv, diqqətcil bir
insan,
yüksək
nüfuzlu bir şəxsiyyət olaraq
qalmışdır...".
Professor Müseyib Müseyibovun xatirələrindən:
"... Hamı onu pak bir insan, təhsili, elmi sevən bir
alim,
Universitetimizi,
Vətənimiz
Azərbaycanı
Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında
121
özündən artıq sevən Vətən oğlu, ağsaqqal hesab
etmişdir. Mehdi müəllim ən yüksək hörmətə və
ehtirama layiq insan idi...".
Professor Faiq Əhmədovun xatirələrindən:
"...Mehdi müəllim haqqında Mehdi müəllim
zirvəsində olan insanlar söhbət edə bilərlər... Mehdi
müəllim çox qayğıkeş müəllim və rəhbər idi... Mehdi
müəllim böyük müəllim, qayğıkeş insan və müdrik
rəhbər kimi həmişə ürəyimizdədir."
Professor Niftalı Qocayevin xatirələrindən:
"... Mehdi müəllim Böyük Vətən müharibəsində
yaralanaraq qayıtdığı gündən ömrünün sonunadək
həyatını təhsilə, tədrisin təşkilinə və elmi kadrların
hazırlanmasına həsr etmişdir. O, təhsil fədaisi idi.." və
s.
Hörmətli oxucu! Mehdi müəllim haqqında bu xoş
xatirələri istənilən qədər artırmaq olardı. Ancaq hesab
edirəm ki, bu deyilənlər Mehdi müəllimin sözün, geniş
mənasında, uca şəxsiyyət və müdrik ziyalı olduğunu
bir daha təsdiqləyir. Azərbaycan ziyalılığını təmsil
edən bu böyük insana qiymət verərkən onun hansı
partiyanın üzvü olduğunu, hansı böyük vəzifələrdə
işlədiyini yox, yalnız həqiqi insanlığını və şəxsiyyətini
göz önünə gətirmək gərəkdir. Bu mənada Mehdi
müəllim böyük Azərbaycan ziyalısı, ziyalılar arasında
böyük nüfuzu olan uca şəxsiyyət idi...
Bir neçə kəlmə də Mehdi müəllimlə bağlı
gördüyüm və eşitdiyim hadisələrdən söz açmaq
istəyirəm. Yuxarıda dediyim kimi, mən tələbə olanda
Mehdi müəllim Universitetə rektor təyin edilmişdi.
Nəzakət Əliyeva
122
Mehdi müəllim ortaboylu, irisifətli, eynəkli, xoşsifət,
ciddi görkəmli bir insan idi. Universitet dəhlizində onu
görən tələbə və müəllimlər hörmət və ehtiramla ona
yol verər, baş əyib salamlaşardılar. Mehdi müəllim çox
böyük nüfuz sahibi idi. Universitetdə hamı onu
sevənlər də, onu istəməyənlər də onun nüfuzu
qarşısında, necə deyərlər, muma dönərdilər. Çünki o,
sözünün ağası olan şəxsiyyət idi, müdrik qərarlar verər,
haqqı-ədaləti heç zaman pozmazdı. Mən Mehdi
müəllimi rektor vəzifəsindən ayrılıb kafedrada dosent
kimi çalışdığı illərdə də (1971-1972) çox görmüşəm. O
dövrdə də hamı ona ehtiramla yanaşar, hörmətlə
salamlaşar, yol göstərərdilər. Mehdi müəllim
mənəviyyatca saf, büllur kimi təmiz müəllim idi. O, bir
ədalət mücəssəməsi idi. Saflıq, təmizlik, sadəlik,
prinsipiallıq, xeyirxahlıq, müdriklik Mehdi müəllimi
həmkarlarına, tələbələrinə, yetirmələrinə, bütövlükdə
insanlara sevdirən üstün keyfiyyətlər idi... Onu da
deməliyəm ki, Mehdi müəllimim mənim taleyimdə də
izləri qalıb. Ali təhsil haqqında diplomumda bu böyük
müəllimin rektor kimi imzası var. Ali məktəbi
bitirəndən sonra Gəncə Dövlət Pedaqoji İnstitutuna işə
göndərilməyimdə, Universitetin aspiranturasına qəbul
olmağımda
da
Mehdi
müəllimin
xidmətləri
unudulmazdır...
Mehdi müəllim haqqında bu yazını Həzrəti
Məhəmməd Peyğəmbərin belə bir müdrik kəlamı ilə
bitirmək istəyirəm: " Yaxşılığa öyrəşmiş və alim şəxs
insanlann ən yaxşısıdır.". Doğrudan da, Mehdi müəllim
yaxşıların yaxşısı, xeyirxahların xeyirxahı idi.
Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında
123
İnanıram ki, bu böyük müəllimin əziz xatirəsi onu
tanıyanların, tələbələrinin, yetirmələrinin qəlbində
əbədi
yaşayacaqdır.
Neçə
ki,
Bakı
Dövlət
Universitetinin şanlı tarixi var, Mehdi Əliyev də həmin
tarixin bir səhifəsi kimi hər zaman xoş xatirələrlə
anılacaqdır.
Ruhu şad olsun! ...
FRİDRİX BODENŞTEDTİN
“ŞƏRQDƏ MİN BİR GÜN”
ROMANININ
ÖN SÖZÜ
Bir çox nəğməkarlardan, o cümlədən 1918-ci ildə
Hötenin fars nəğməkarı Hafiz haqqında sırf insan
fəlsəfəsindən bəhs edən Qərb-Şərq divanı nəşr
edildikdən sonra Hannoverdə anadan olmuş Fridrix fon
Bodenştedin üstünlüyü uzun illər Şərqdə yaşayaraq
hələ bu gün də poeziya dolu Qafqazın adət - ənənələri
ilə şəxsən tanış olması idi (1843-1845). Bu illərin
poetik məğlubiyyəti şairin baş əsəri “Şərqdə min və bir
gün” ilə gəldi. Bu əsər 1850-ci ildə nəşr edildi və bir
çox nəşriyyatlara göndərildi. Əlbəttə, poetik məğlu-
biyyət. Çünki nəsr əsərində Bodenştedin Rusiyanın
Qafqazdakı valisi general Naythart tərəfindən Tiflis
tərbiyə institutunun rəhbəri təyin edilməsi haqqında
heç nə öyrənə bilmirik. Həm də Bodenşted bu xəlqi-
tarixi səyahət təsviri romanında əsas obraz deyildir. Bu
əsərin qəhrəmanı Tiflisdə Bodenştedin tatar dili
müəllimi Gəncə ülaməsi, Şərq şöhrətpərəstliyindən
uzaq olmayan, öz ruhlandırılmış şagirdlərinə güllü-
Dostları ilə paylaş: |