Az
ərbaycan dili məsələləri
67
Arvadım yox, uşağım yox. Hər gün birinizin evində
qism
ət kəsəcəm. Otuz günün tamamında təzə məvacibimi
yen
ə sizə paylayacam. Hələ o vaxtdan özək katibi Cəfər
Qaryağdı oğluna “Lüt Cəfər” deyirmişlər”
1
(İ.Hüseynov).
Sur
ətin xarakterini oxucuya hərtərəfli tanıtmaq, onun
b
ədii portretini tam canlandırmaq üçün ləqəblərdən isti-
fad
ə olunur: “Hər yerdə ata ilə oğulun ixtilatına qarışmaq,
iki sevgilinin arasına girib, onları barışdırmaq, ər ilə arva-
dın davasını yatırtmaq, sədrin qəzəbinə gəlmiş adamların
işini düzəltmək sanki Yastı Salmana peşə olmuşdu...
T
əbiət onu qəribə yaratmışdı: enli üzü yastı idi, burnu yastı
idi, qara qaşları yastı idi, çənəsi yastı idi, bədəni yastı idi...
Q
əribədir ki, bu adamın yerişi və gülüşü də yastı idi...
(M.İbrahimov).
Sur
ətin kobud təbiətini mədəniyyətsizliyini bildirmək
v
ə oxucuda həmin tipə qarşı nifrət oyatmaq üçün ləqəb bir
vasit
ə rolunu oynayır: “ Zır İsmayıl dənliyin üstünə qalxıb
taxıla baxdı” (H.Mehdiyev).
Şəxsin zahiri görünüşü, yerişindəki qüsuru nəzərə
çarpdırmaq üçün onun adına ləqəb qoşulur: “ Çopur Zül-
füqar,
atanın goruna min lənət olsun, sənin kimi nanəcimi
qoyub getdiyi yerd
ə” (H.Mehdiyev).
L
əqəb tipin xarakterini, psixologiyasını, daxili eybə-
c
ərliyini göstərmək üçün də əsərlərdə geniş şəkildə işlə-
dilir: “Briqadir cavab verm
əyib dodaqlarını çeynədi, nə
“h
ə”, nə “yox” deməyib gözlərini döydü, - açıq cavab
verm
əyib bu yolla susmağı bacardığı üçün onun adını Lal
Hüseyn
qoymuşdular” (M.İbrahimov).
1
Nümun
ələr İ.Hüseynovun “İdeal” romanından (Bakı, 1986) götürül-
müşdür.
Misir S
əfərov
68
Şəxsin vəzifəsinə görə onun adına ləqəb qoşulur:
“PİK Ağamalının Gülənovnan, Sayılovnan əlbir fırıldaq-
ları haqqında bir aləm şey danışdı dünən mənə”
(İ.Hüseynov).
L
əqəb surətin fizionomiyasının zahiri eybəcərliyini
bildirir: “C
əbrayılla Cürə Fərəməz axurda oturub ayaq-
larını sallamışdılar” (H.Mehdiyev).
L
əqəblərin işlənmə xüsusiyyətləri də maraqlıdır. Belə
ki, l
əqəb qoşulduğu sözün bir qayda olaraq əvvəlində gəlir.
Bununla yanaşı, ləqəblərin işlənməsində digər xüsusiy-
y
ətlərə də rast gəlirik. Olduğu adla bir yerdə olur: “Elə
l
əkə ki, Sultan Əmirlinin bu dəfə mütləq “yeşikdə
qalacağına” dəstə üzvlərinin hamısını, o cümlədən Çax-
çux Xalıqı da inandırmışdı” (İ.Hüseynov).
Çox zaman is
ə ləqəb aid olduğu addan ayrı işlənir və
bu zaman adı əvəz edir: “Kənddə beş-üç Cürə kimi dılğır
oturub-
durub qıçıəyrilərdən danışır” (H.Mehdiyev).
B
ədii əsərlərdə bəzən “ləqəb” sözü “təxəllüs” sözünə
sinonim işlənir və bu zaman mühüm üslubi əhəmiyyət
daşıyır:
“Şairdir, ləqəbi “Vaqif”
Yaranmış, deyirlər hər elmə vaqif”
(S.Vurğun)
M
əlumdur ki, “Vaqif” ləqəb yox, təxəllüsdür. Şair
şeirin ahəngini qorumaq, əsərin dilinin canlı danışıq dilinə
dada da yaxınlaşdırmaq, nitqdə ahəngdarlıq, axıcılıq
yaratmaq v
ə s. üslubi məqsədlə əlaqədar olaraq bu əvəz-
l
ənmədən istifadə etmişdir.
Adamın xasiyyəti, peşəsi, fizionomiyası, sənəti,
v
əzifəsi və s. dəyişdikcə ona verilən ləqəblər də dəyişir:
“Dodaq
larının sağ, sol künclərində bir cüt qoz kimi fır,
Az
ərbaycan dili məsələləri
69
burnunun üstünd
ə isə üçüncü qoz kimi fır əmələ gəldiyinə
gör
ə kənddən baş götürüb getdi, qarmonçu Şənbənin
yanında qavalı üzünə tuta-tuta muğamat, təsnif, bayatı
oxuyan “Qozlu Yusif
ə”, sonra isə dəmiryol restoranında
ofisiant Qayım Qudalının yanında “sülənən” “Pyanıska
Yusif
ə” çevrildi” (İ.Hüseynov).
Göründüyü kimi, b
ədii əsərlərdə onomastik adlar,
xüsusil
ə ləqəblər dilin leksik tərkibini təşkil edən vahidlər
iç
ərisində geniş yer tutur. Bu ləqəblər əsərin məzmunu ilə
üzvi sur
ətdə bağlı olub, obrazların xarakterinin aydınlaş-
masında mühüm üslubi rol oynayır.
1987
Misir S
əfərov
70
BƏDİİ DİLDƏ HƏRBİ TERMİNLƏRİN
İŞLƏNMƏSİNƏ DAİR
Terminl
ər digər sözlər kimi lüğət tərkibində mühüm
yer tutur. Yazıçılar müxtəlif mövzulu əsərləri qələmə
alark
ən haqqında danışdıqları məsələ ilə əlaqədar həmin
sah
əyə aid terminlərdən istifadə edirlər. Xalq yazıçısı
Ə.Əbülhəsənin “Dostluq qalası” romanında müxtəlif sahə
terminl
əri ilə yanaşı, əsərin mövzusundan asılı olaraq hərbi
terminl
ərdən daha çox istifadə etmişdir.
Əsərin dilində mühüm yer tutan hərbi terminlər istər
quruluş, istər məna və istərsə də işlənmə baxımından
maraqlı xüsusiyyətlərə malikdir. Buna görə də biz hərbi
terminl
əri aşağıdakı kimi qruplaşdırmağı lazım bildik.
Antonim h
ərbi terminlər Ə.Əbülhəsən “Dostluq
qalası” romanında müharibəyə xas olan ziddiyyətli cəhət-
l
əri təsvir etmək üçün antonim hərbi terminlərdən istifadə
etmişdir. Maraqlı cəhətdir ki, yazıçı ümumişlək sözlərdən
əsərin dilində hərbi termin kimi istifadə edib. Burada,
əlbəttə, sözün düşdüyü şərait mühüm rol oynayır. “Arxa”
sözünün antonimi “qabaq”, “ön” sözl
əridir. Lakin yazıçı
t
əsvir olunan şəraitlə əlaqədar olaraq həmin sözün anto-
nimi kimi, “c
əbhə” sözünü işlətmişdir və bizcə, məqsə-
din
ə nail olmuşdur. Deməli, ümumişlək sözün termin-
l
əşməsi üçün onun düşdüyü mətn mühüm rol oynayır.
M
əsələn, Arxada hərbi hazırlıq yaxşı deyil, buna görə də
Dostları ilə paylaş: |