MiSİr səFƏrov azərbaycan diLİ


Az ərbaycan dili məsələləri



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə19/86
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76553
1   ...   15   16   17   18   19   20   21   22   ...   86

Az
ərbaycan dili məsələləri 
 
67 
Arvadım  yox,  uşağım  yox.  Hər gün birinizin evində 
qism
ət kəsəcəm. Otuz günün tamamında təzə məvacibimi 
yen
ə  sizə  paylayacam. Hələ  o vaxtdan özək katibi Cəfər 
Qaryağdı oğluna “Lüt Cəfər” deyirmişlər”
1
 
(İ.Hüseynov). 
Sur
ətin xarakterini oxucuya hərtərəfli tanıtmaq, onun 
b
ədii  portretini  tam  canlandırmaq    üçün  ləqəblərdən isti-
fad
ə olunur: “Hər yerdə ata ilə oğulun ixtilatına qarışmaq, 
iki sevgilinin arasına girib, onları barışdırmaq, ər ilə arva-
dın  davasını  yatırtmaq,  sədrin qəzəbinə  gəlmiş  adamların 
işini  düzəltmək sanki Yastı  Salmana  peşə  olmuşdu... 
T
əbiət onu qəribə yaratmışdı: enli üzü yastı idi, burnu yastı 
idi, qara qaşları yastı idi, çənəsi yastı idi, bədəni yastı idi... 
Q
əribədir ki, bu  adamın  yerişi və gülüşü  də yastı idi... 
(M.İbrahimov). 
Sur
ətin kobud təbiətini mədəniyyətsizliyini bildirmək 
v
ə oxucuda həmin tipə qarşı nifrət oyatmaq üçün ləqəb bir 
vasit
ə rolunu oynayır: “Zır İsmayıl dənliyin üstünə qalxıb 
taxıla baxdı” (H.Mehdiyev). 
Şəxsin  zahiri  görünüşü,  yerişindəki qüsuru nəzərə 
çarpdırmaq üçün onun adına ləqəb qoşulur: “Çopur Zül-
füqar, 
atanın goruna min lənət olsun, sənin kimi nanəcimi 
qoyub getdiyi yerd
ə” (H.Mehdiyev). 
L
əqəb tipin xarakterini, psixologiyasını, daxili eybə-
c
ərliyini göstərmək üçün də  əsərlərdə  geniş  şəkildə  işlə-
dilir: “Briqadir cavab verm
əyib  dodaqlarını  çeynədi, nə 
“h
ə”, nə  “yox” deməyib gözlərini döydü, -  açıq    cavab 
verm
əyib bu yolla susmağı bacardığı üçün onun adını Lal 
Hüseyn 
qoymuşdular” (M.İbrahimov). 
                                                 
1
  Nümun
ələr  İ.Hüseynovun  “İdeal”  romanından  (Bakı,  1986)  götürül-
müşdür.  


Misir S
əfərov 
 
 
68 
Şəxsin vəzifəsinə  görə  onun  adına  ləqəb  qoşulur: 
“PİK Ağamalının Gülənovnan, Sayılovnan əlbir fırıldaq-
ları  haqqında  bir  aləm  şey  danışdı  dünən mənə” 
(İ.Hüseynov). 
L
əqəb surətin  fizionomiyasının  zahiri  eybəcərliyini 
bildirir: “C
əbrayılla  Cürə  Fərəməz  axurda oturub ayaq-
larını sallamışdılar” (H.Mehdiyev). 
L
əqəblərin işlənmə xüsusiyyətləri də maraqlıdır. Belə 
ki, l
əqəb qoşulduğu sözün bir qayda olaraq əvvəlində gəlir. 
Bununla  yanaşı,  ləqəblərin  işlənməsində  digər xüsusiy-
y
ətlərə  də  rast gəlirik. Olduğu  adla  bir  yerdə  olur: “Elə 
l
əkə  ki,  Sultan  Əmirlinin  bu  dəfə  mütləq  “yeşikdə 
qalacağına”  dəstə  üzvlərinin  hamısını,  o  cümlədən  Çax-
çux Xalıqı da inandırmışdı” (İ.Hüseynov). 
Çox zaman is
ə ləqəb aid olduğu addan ayrı işlənir və 
bu zaman adı əvəz edir: “Kənddə beş-üç Cürə kimi dılğır 
oturub-
durub qıçıəyrilərdən danışır” (H.Mehdiyev). 
B
ədii əsərlərdə bəzən “ləqəb” sözü “təxəllüs” sözünə 
sinonim  işlənir və  bu zaman mühüm üslubi əhəmiyyət 
daşıyır: 
“Şairdir, ləqəbi “Vaqif” 
Yaranmış, deyirlər hər elmə vaqif” 
                                     
(S.Vurğun) 
M
əlumdur ki, “Vaqif”  ləqəb yox, təxəllüsdür.  Şair 
şeirin ahəngini qorumaq, əsərin dilinin canlı danışıq  dilinə 
dada  da  yaxınlaşdırmaq,  nitqdə  ahəngdarlıq,  axıcılıq 
yaratmaq v
ə  s. üslubi məqsədlə  əlaqədar olaraq bu əvəz-
l
ənmədən istifadə etmişdir. 
Adamın  xasiyyəti,  peşəsi, fizionomiyası,  sənəti, 
v
əzifəsi və  s. dəyişdikcə  ona verilən ləqəblər də  dəyişir: 
“Dodaq
larının  sağ,  sol  künclərində  bir  cüt  qoz  kimi  fır, 


Az
ərbaycan dili məsələləri 
 
69 
burnunun üstünd
ə isə üçüncü qoz kimi fır əmələ gəldiyinə 
gör
ə  kənddən  baş  götürüb  getdi,  qarmonçu  Şənbənin 
yanında  qavalı  üzünə  tuta-tuta  muğamat,  təsnif,  bayatı 
oxuyan  “Qozlu Yusif
ə”,  sonra isə  dəmiryol restoranında 
ofisiant  Qayım  Qudalının  yanında  “sülənən”  “Pyanıska 
Yusif
ə” çevrildi” (İ.Hüseynov). 
Göründüyü kimi, b
ədii  əsərlərdə  onomastik adlar, 
xüsusil
ə ləqəblər dilin leksik tərkibini təşkil edən vahidlər 

ərisində geniş yer tutur. Bu ləqəblər əsərin məzmunu ilə 
üzvi sur
ətdə  bağlı  olub,  obrazların  xarakterinin  aydınlaş-
masında mühüm üslubi rol oynayır. 
 
1987 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Misir S
əfərov 
 
 
70 
 
 
 
 
BƏDİİ DİLDƏ HƏRBİ TERMİNLƏRİN 
İŞLƏNMƏSİNƏ DAİR 
 
Terminl
ər digər  sözlər kimi lüğət tərkibində mühüm 
yer  tutur.  Yazıçılar  müxtəlif mövzulu əsərləri qələmə 
alark
ən  haqqında  danışdıqları  məsələ  ilə  əlaqədar həmin 
sah
əyə  aid terminlərdən istifadə  edirlər.  Xalq  yazıçısı  
Ə.Əbülhəsənin “Dostluq qalası”  romanında müxtəlif sahə 
terminl
əri ilə yanaşı, əsərin mövzusundan asılı olaraq hərbi 
terminl
ərdən daha çox istifadə etmişdir. 
Əsərin dilində mühüm yer tutan hərbi terminlər istər 
quruluş,  istər məna və  istərsə  də  işlənmə  baxımından 
maraqlı  xüsusiyyətlərə  malikdir. Buna görə  də  biz hərbi 
terminl
əri aşağıdakı kimi qruplaşdırmağı lazım bildik. 
Antonim h
ərbi terminlər  Ə.Əbülhəsən “Dostluq 
qalası” romanında müharibəyə xas olan ziddiyyətli cəhət-
l
əri təsvir etmək üçün antonim hərbi terminlərdən istifadə 
etmişdir. Maraqlı cəhətdir ki, yazıçı  ümumişlək sözlərdən 
əsərin dilində  hərbi termin kimi istifadə  edib. Burada, 
əlbəttə, sözün düşdüyü şərait mühüm rol oynayır. “Arxa” 
sözünün antonimi “qabaq”, “ön” sözl
əridir.  Lakin  yazıçı 
t
əsvir olunan  şəraitlə əlaqədar olaraq həmin  sözün anto-
nimi kimi, “c
əbhə”  sözünü    işlətmişdir  və  bizcə, məqsə-
din
ə  nail  olmuşdur.  Deməli,  ümumişlək sözün  termin-
l
əşməsi  üçün  onun  düşdüyü  mətn  mühüm  rol  oynayır. 
M
əsələn, Arxada hərbi hazırlıq yaxşı deyil, buna görə də 


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə