MiSİr səFƏrov azərbaycan diLİ


Az ərbaycan dili məsələləri



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə15/86
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76553
1   ...   11   12   13   14   15   16   17   18   ...   86

Az
ərbaycan dili məsələləri 
 
53 
(100); Qurban 
əmi – Qılınc Qurbanın bu qışqırtısının ara-
sında Sultan əminin yorğun, üzgün səsi də eşidilirdi (70); 
Əvvəl ləqəb  işlənir, sonra ləqəbin  aid  olduğu  söz. 
S
ənin  Qıllı,  Piyli  dediyi  Qayımnan  Qeybalı  da  əmiyin 
t
əqlidini çıxardırmışlar (180); 
H
əm  ad  işlənir, həm  də  ad  qoşulduğu  ləqəblə  bir 
yerd
ə  verilir: O iniltinin  haqqında  danışan  Qurban  əmi 
Qılınc  Qurban  Səməd üçün kimdisə,  bu  mahnını  oxuyan 
Abbas 
əmi Təfriş Abbas da elə bir adamdı (155). 
L
əqəb  sadalanaraq  yanaşı  işlənir,  aid  olduğu  sözü 
əvəz edir və  bu zaman mühüm üslubi əhəmiyyətə  malik 
olur. Çünki 
Xaş,  Çax-Çux, Xəlvət,  Qıllı,  Piyli  adlarında 
adları da, özıəri də adama oxşayanlar, toxunulmaz qalmaq, 
h
əmişəki  kimi  xaş  tıxışdırmaq,  çax-çux eləmək, xəlvəti 
işlər görmək, qıllanmaq, piylənmək üçün aləmi dağıtmağa 
hazır  olan  bu  cin-şeytan  yığıncağının  hamısı  öz  həyat 
t
ərzləri,  əxlaqları,  dünyaya  baxışları  ilə  birlikdə, bütün-
lükl
ə, o casəddən törəmişdi... (290). 
Adamın xasiyyəti, peşəsi, fizionomiyası, sənəti, vəzi-
f
əsi və s. dəyişdikcə ona verilən ləqəblər də dəyişir: Miri 
“Axsaq Miri”  kimi yox, “Mator Miri” 
kimi  tanınmışdı. 
Çünki bu k
ənddə hərə bir şeyin vurğunu olduğu kimi, Miri 
d
ə mator vurğunu idi (317). 
 
1986 
 
 
 
 
 
 
 


Misir S
əfərov 
 
 
54 
 
 
 
 
MÜASİR AZƏRBAYCAN ƏDƏBİ DİLİ 
 
“Maarif” n
əşriyyatı Azərbaycan SSR EA-nın müxbir 
üzvü, professor A.M.Qurbanov ali m
əktəblər üçün “Müa-
sir Az
ərbaycan ədəbi dili”  dərsliyini (elmi redaktoru filo-
logiya elml
əri doktoru, professor Y.Seyidovdur) çap etdi-
rib istifad
əyə vermişdir. O, əsasən, pedaqoji institut tələbə-
l
əri, ali və orta məktəbdə Azərbaycan dilindən dərs deyən 

əllimlər, aspirant və  elmi  işçilər üçün  nəzərdə  tutul-
muşdur. 
D
ərslikdəki  materialları,  şərti olaraq, iki hissəyə 
ayırmaq  mümkündür:  I  hissədə  ümumi nəzəri xarakter 
daşıyan  məsələlərin  yığcam  və  konkret  şərhi  verilmiş;  II 
hiss
ədə  isə  Azərbaycan  ədəbi  dilinin  ayrı-ayrı  şöbələri 
haqqında  nəzəri və  təsviri məlumatlar  ətraflı  təhlil olun-
muşdur. Əsər giriş və iki bölmədən ibarətdir. “Giriş” adla-
nan birinci hiss
ədə  müəllif Azərbaycan dili, onun türk 
dill
əri  ailəsində  yeri, Azərbaycan dilinin təsir dairəsi, 
ümumxalq Az
ərbaycan dilinin tərkib hissələri,  ədəbi dil 
anlayışı, müasir Azərbaycan dilinin formaları və üslubları, 
onun inkişafında görkəmli  yazıçı və alimlərin, milli mət-
buatın rolu, danışıq dilinin dialekt və şivələri, ədəbi dillə 
danışıq  dilinin  əlaqəsi və  s. kimi mühüm məsələlər haq-
qında ətraflı məlumat verilir. 
D
ərsliyin ikinci hissəsində müasir Azərbaycan ədəbi 
dilinin  bir  sıra  şöbələrindən söhbət  açılır.  Əlbəttə, Azər-
baycan  dilçiliyind
ə  fonetika, orfoepiya, qrafika, orfoqra-


Az
ərbaycan dili məsələləri 
 
55 
fiya, leksikologiya, onomalogiya, semasiologiya, frazeo-
logiya, leksikoqrafiya v
ə  derivatologiya kimi bölmələrlə 
bağlı  ayrı-ayrı    tədqiqat  əsərləri, monoqrafiya və  dərs 
v
əsaitləri olsa da, bu bölmələrin əlaqəli şəkildə şərhinə ilk 
d
əfə prtof.A.Qurbanovun əsərində rast gəlirik. 
D
ərslik “Fonetika” bölməsi ilə başlanır. Bu bölmədə 

əllif fonetika    sahəsində    Ə.Dəmirçizadə, A.Axundov 
v
ə  b. alimlərin fikirlərini diqqətlə  izləmiş,  uzun  illərdən 
b
əri apardığı elmi axtarışları dil faktları əsasında ümumi-
l
əşdirmişdir. 
D
ərslikdə  sözlə  bağlı  olan  bölmələrə  daha çox yer 
ayrılmışdır.  Xüsusilə  leksikologiya,  onomalogiya, sema-
siologiya, frazeologiya, derivatologiya bölm
ələrində  veri-
l
ən məlumatlar diqqəti daha çox cəlb edir. Burada  verilən 
m
əlumatların  və  ümumiləşdirmələrin çoxu müəllifin  
uzun
illik axtarışlarının məhsuludur.  

əllif  dərsliyin yeni nəşrində  müasir Azərbaycan 
ədəbi  dilinin  leksikasını  daha  dərindən  işləmiş,  əvvəlki  
d
ərsliklərdə  verilməyən iki yeni  bölmə  məhz ilk dəfə 
olaraq bu 
əsərdə öz əksini tapmışdır. Həmin bölmələrdən 
biri “Onomalogiya” adlanır. Müəllif haqlı olaraq, göstərir 
ki, onomalogiya  Az
ərbaycan  dilçiliyinin gənc sahəsi 
olub, son zamanlara q
ədər diqqət mərkəzindən kənarda 
qalmış,  ixtisasçılar  onomastika  məsələləri ilə  çox seyrək 
m
əşğul olmuşlar. Lakin son illər onomastik leksika-antro-
poniml
ər, tioponimlər, hidronimlər, zoonimlər, kosmo-
niml
ər, ktematonimlər (idarə, təşkilat,  əsər  adları)  geniş 
t
ədqiqat  obyektinə  çevrildiyindən bu sahədə  xeyli  əsər 
yazılmışdır.  Onomastik  leksikanın    getdikcə  dildə  artma-
sını və bu sahəyə marağın güclənməsini nəzərə alan müəl-
lif onomalogiya bölm
əsinin  ayrıca    verməyi zəruri bil-
mişdir. 


Misir S
əfərov 
 
 
56 
Əsərə  yeni  daxil  edilmiş  ikinci  bölmə  “Derivato-
logiya  (sözyaratma)”  adlanır.  Dilçiliyimizdə  60-cı  illər-
d
ən  müstəqil  şöbə  kimi  formalaşan  derivatologiya    söz-
yaratmanın  mənbələri,  imkanları,  formaları  və  digər  cə-
h
ətləri ilə  məşğul  olur.  Bu  bölmədə  Azərbaycan  ədəbi 
dilinin leksik v
ə  frazeoloji tərkibinin sovet dövründə 
z
ənginləşməsinin mənbə və yollarından, leksik, semantik, 
morfoloji v
ə  sintaktik yolla sözyaratmadan, ədəbi dilin 
lüğət tərkibinin dialekt və şivə sözləri, habelə lüğəvi anlaş-
malar hesabına zənginləşməsindən ətraflı danışılmışdır. 
A.Qurbanov d
ərsliyin yeni nəşrində “Leksikoqrafiya” 
bölm
əsini xeyli genişləndirmiş, lüğət tiplərindən  Azərbay-
can  Sovet  Ensiklopediyasında,  linqvistik,  ensiklopedik, 
frazeoloji, terminoloji, t
ərcümə  və  omonimlər  lüğətləri 
haqqında  ayrıca  məlumat  vermiş,  Azərbaycan dilindəki  
lüğət tiplərini, onlardan istifadə  qaydalarını  və  s.  geniş 
t
əhlil etmişdir. 
 
1986 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə