MiSİr səFƏrov azərbaycan diLİ



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə12/86
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76553
1   ...   8   9   10   11   12   13   14   15   ...   86

Misir S
əfərov 
 
 
42 
çox işlənmişdir. Bu isə, əlbəttə, əsərin mövzusu ilə əlaqə-
dardır. Bunu nəzərə alaraq biz, əsərin dilindəki terminləri 
iki qrupda t
ədqiq etməyi  lazım  bildik;  birinci  elm, 
m
ədəniyyət, incəsənət, ədəbiyyat, musiqi və s. sahələrə aid 
olan terminl
ərdən  yazıçı  yerli-yerində, səmərəli surətdə 
istifad
ə  etmişdir.  Bunu  aydın  görmək  üçün  aşağıdakı 
nümun
ələrə  nəzər salaq: Söhbətin də  əsası  bu  idi  ki, 
pionerl
ər kolxoza hər mövsümdə kömək etmişlər, yenə də 
etm
əlidirlər (III, 8)
1
;  s
əhiyyə  məntəqəsinə  getmək üçün 
Sergey  qarşıdakı  qayanın  döşünə  qalxmalı  idi  (III, 48); 
Lakin o, d
ənizi  görmürdü (III 95); Nə  olar  Canı  dayı, 
zavoda f
əhlə  lazımdır  (III,  28);  Elə  mən özüm də 
t
əbliğatçıyam  (III, 94); Qış,  yaz,  yayın  ilk  ayları  soyuq 
keçdi  (IV,  204);  Cuma  geniş  darvazanın  qabağında 
qazalaqdan 
düşəndə  Maralı  gördü  (III,16) və  s. Nümu-
n
ələrdən  aydın  olur  ki,  Ə.Əbülhəsən terminlərdən yerli-
yerind
ə  istifadə  etmiş,  onların  işlənmə  yerini, məqamını 
n
əzərə  almışdır.  Maraqlı  haldır  ki,  bəzən eyni cümlədə 
müxt
əlif sahələrə  aid  beş-on  termin  işlədilmişdir.  Bu  isə 
t
əsvir olunan  hadisəni oxucuya daha ətraflı  çatdırmaq 
m
əqsədindən irəli gəlmişdir.  Nümunəyə  nəzər salaq: 
traktorçu-
şofer, pilot, tikinti injeneri, çilingər, poladəridən, 
maşinist, ocaqçı, biçinçi, çoban, hər şey ...(III, 193). 
Əsərin dilində mühüm yer tutan hərbi  terminlər istər 
quruluş,  istər məna nöqteyi-nəzərindən  maraqlı  xüsusiy-
y
ətlərə malikdir. Buna görə də biz hərbi terminlıəri aşağı-
dakı  qruplar  üzrə  tədqiq  etməyi məqsədəmüvafiq hesab 
edirik: antonim h
ərbi terminlər,  ümumişlək hərbi termin-
l
ər, məhdudişlək hərbi  terminlər, rütbə  bildirən hərbi 
                                                 
1
 Qeyd: Birinci r
əqəm əsərin cildini, ikinci rəqəm isə səhifəsini göstərir. 


Az
ərbaycan dili məsələləri 
 
43 
terminl
ər,  geyim  adı  bildirən hərbi terminlər, silah və 
döyüş alətlərinin adını bildirən hərbi terminlər. 
Burada, 
əlbəttə, bu məsələlərin  hamısı  haqqında 
danışmaq mümkün deyil. Ona görə də biz əsərdən götür-
düyümüz b
əzi nümunələr verməklə  kifayətlənəcəyik: 
Siyasi r
əhbər Mədətov çağırıb bu uişi Kərəmə  tapşırdı (I, 
15); 
Pilotkasını  əlinə  alıb,  iti  addımlarla  irəliləyirdi (II, 
68);  İrili-xırdalı  bomba, mərmi  və  mina  çala-çuxuru 
əlindən burada  ayaq atmaq çox çətin idi (II, 436). 
M
əlum olduğu kimi, dilçilik ədəbiyyatında terminlər 
emosionallıq    və  ekspressivlikdən uzaq, üslubca neytral 
sözl
ər hesab olunur
1
.  
Lakin bu da m
əlumdur ki, dildə elə bir söz qrupu ola 
bilm
əz ki,  bədii üslub ondan istifadə etməsin. Dildə  hər 
n
ə  varsa,  bədii üslubun istifadə  etməsin. Dildə  hər nə 
varsa, b
ədii üslubun ixtiyarındadır”
2
.  
Ə.Əbülhəsən terminlərə  məhz  bu  baxımdan  yanaş-
mış, onların  üslubi rolundan yerli-yerində istifadə etmiş-
dir. 
Yazıçı ziddiyyətli həyat hadisələrini təsvir etmək üçün 
müharib
ə  -  sülh  antonim hərbi terminlərdən istifadə 
etmişdir.  Nümunəyə  nəzər  salaq:  onları  cəbhəyə  aparan 
teploxod  müharib
ədən  qabaq Qara dənizdə  üzən gəmi-
l
ərin ən yaxşısı və qəşəngi idi. Lakin sülh zamanı (1,5). 
Əsərin dilində  işlənmiş  digər terminlərdən də  yazıçı 
m
əhz belə bir üslubi tələbin nəticəsində istifadə etmişdir. 
 
1983 
 
 
                                                 
1
 
А.А.Реформатский. Введение в языковедение. Учпедгиз, 1947, стр.41; 
M.Ş.Qasımov. Azərbaycan dili terminologiyasının əsasları. Bakı, 1973, 
s
əh.18. 
2
 A.M.Qurbanov. Göst
ərilən əsəri, səh.19. 


Misir S
əfərov 
 
 
44 
 
 
 
 
Ə.ƏBÜLHƏSƏNİN “DOSTLUQ QALASI”   
ROMANININ TƏRKİBİ HAQQINDA  
 
“Dostluq  qalası”  romanının    dilin  zəngin və  rənga-
r
əngdir.  Romanın  dilində  işlənmiş  sözlər istər məna, 
ist
ərsə  də  üslubi roluna görə  son dərəcə  maraqlı  üslubi 
xüsusiyy
ətlərə  malikdir.  Əsərin dilixəlqiliyi, realizmi, bir 
d
ə  bu  dilin  lüğət tərkibində  əsas yer tutan canlı  xalq 
danışıq  dili  sözləri ilə  diqqəti cəlb edir.  Romanda təsvir  
olunan hadis
əni  olduğu  kimi  vermək,  hər bir surətin 
danışığını lazımi qədər səciyyələndirmək üçün dilin bütün 
z
ənginliyindən  geniş  və  səmərəli istifadə  edilmişdir. 
Əsərin dilinin leksik təhlili müharibə  dövrü  danışıq  dili 
xüsusiyy
ətlərini öyrənmək üçün son dərəcə  lazımdır. 
Yazıçı  müharibənin törətdiyi dəhşətləri, o dövrün dil 
xüsusiyy
ətlərini özünəməxsus  bir  orijinallıqla  əks etdir-
mişdir.  Sənətkar həmçinin  hamının  başa  düşə  biləcəyi 
ümumişlək sözlərlə yanaşı, əsərin mövzusu ilə bağlı olaraq 
m
əhdud dairədə  işlənən hərbi terminlərdən də  üslubi 
t
ələbatın doğurduğu ehtiyac nəticəsində istifadə etmişdir. 
Bununla  yanaşı,  ədib müharibə  dövrünün həyat 
t
ərzini göstərmək üçün məişət sözlərindən, surətin nitqini 
f
ərdi-ləşdirmək üçün  dialekt sözlərindən,  personajların 
bir-birin
ə  olan münasibətlərini aydınlaşdırmaqdan  ötrü 
vulqar v
ə loru  sözlərdən və s. istifadə etmişdir. 


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə