MiSİr səFƏrov azərbaycan diLİ



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə11/86
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76553
1   ...   7   8   9   10   11   12   13   14   ...   86

Misir S
əfərov 
 
 
38 
Göründüyü kimi, yazıçı qiymətvericilik keyfiyyətinə 
makik olan metafora vasit
əsilə  düşmənin   yırtıcı təbiətini 
açmış, oxucuda ona qarşı nifrət hissi oyatmışdır. 
Metafora 
ədəbi qəhrəmanların bir-birinə olan münasi-
b
ətlərini müəyyənləşdirməkdə  də  mühüm  rol  oynayır. 
“Dostluq  qalası”  romanından  seçilmiş  nümunələrə  diqqət 
ed
ək: 
“O 
çıxandan sonra qoca arvad bir xeyli qapıya baxıb, 
d
ərin bir ah çəkərək: 
− Bu quduz olub ki, - dedi. 
“−  Atəm, atəş!  Qoçaqlar,yumun  bu  bayquşun 
ağzını”.  
“−  Ax,  kərtənkələ  rəngli  əqrəblər!  Gör necə  irəli 
cumurlar”.  
Bu cüml
ələrdəki  quduz,  bayquş,  əqrəb sözləri ilə 

əllif mənfi surətlərə olan nifrətini, kinini, qəzəbini ifadə 
etmiş və beləliklə, qüvvətli metafora yaratmışdır. 
Gül, çiç
ək, meşə, dəniz,  su və s. sözlər bədii əsər-
l
ərin dilində üslubi məqsəddən asılı olaraq canlı insan kimi 
t
əsvir olunur. Bu sözlərin içərisində  dəniz  sözü xüsusilə 
diqq
əti cəlb edir. Sənətkar dəniz sözü vasitəsilə obrazlılıq 
yaradır.  Fikrin  daha  təsirli, mənalı  verilməsinə  nail olur: 
“İndi  bu  dəniz  Tapdığın    gözü  qabağında  sərilib  qızmar 
yay gün
əşi altında sakit-sakit yatırdı”; “Dəniz pıçıldayır
onlar is
ə susurdular”.  
Yatmaq  v
ə  pıçıldamaq  insana aid olan keyfiyyət-
l
ərdir. Sənətkarın  bu  keyfiyyətləri dənizə  aid  etməsi 
qüvv
ətli metafora yaratmaq məqsədilə əlaqədardır. 
Gün
əş,  ay,  ulduz  və  s. göy cisimlərinin  adlarını 
bildir
ən sözlərdən  insandakı  müsbət keyfiyyətləri daha 
qabarıq  vermək üçün  istifadə  edilir. Bu sözlərin daxili 


Az
ərbaycan dili məsələləri 
 
39 
t
əbiətindəki  ülvilik,  ucalıq  söz  sənətkarlarının  diqqətini 
h
əmişə cəlb etmişdir. İstər şifahi, istərsə də yazılı ədəbiy-
yatımızda  yüksək insani keyfiyyətlər səma cisimləri ilə 
müqayis
ə edilmişdir. “Dostluq qalası” romanınımn dilində 
d
ə bu metaforalardan geniş istifadə edilmişdir. 
Gün 
sözü  azadlıq,  xoş  gələcək mənasında    işlən-
mişdir.  Məsələn: “-  Əhəd, yəqin, bir gecə  yatıb  yuxuda 
gör
əcək ki, barışıq olub.  
-
 
Ah, hanı o gün?!”  
Ov sözü semantika c
əhətdən  heyvan və quş adları ilə 
əlaqəlidir. Həmin söz üslubi məqamından  asılı  olaraq 
qüvv
ətli  metafora  yaradır.  Bunu  əsərdən götürdüyümüz 
aşağıdakı nümunədə aydın görmək olar: 
“O, t
ələni qurmuşdu: ov düşəcəkdimi? – Cuma bunu 
bilmirdi”.  
Nümun
ədə verilmiş ov metaforası üslubi məqamında 
tamamil
ə  yerində  işlənmişdir.  Avam  və  sadəlövh  Canı 
kişini  Vətən xaini Cuma aldadaraq öz tərəfinə  çəkmək 
ist
əyir. Sənətkar  ov  metaforası    ilə  bunu  obrazlı  şəkildə 
t
əsvir etmişdir. 
T
əbiət hadisələrinin adlarını bildirən  fırtına, zəlzələ, 
qar,  çovğun,  boran,  külək, tufan, yel  və  s. sözlər 
qüvv
ətli metaforalardan olub, pis, ağır, əziyyətli gün və s. 
m
ənalarında  işlənir.  Tufan  sözü müharibə,  döyüşün 
getdiyi,  baş  verdiyi  yer,  cəbhə  və  s. mənalarda  işlənir. 
M
əsələn: “Lakin Kərəm heç nəyə  baxmır,  bu  tufanın 
içind
ən keçərək  özünü susmaqda olan pulemyota yetir-
m
əyə  tələsirdi”.  Od  sözü də  həmin mənalarda  işlənir. 
M
əsələn: “Cəbhəyə  yola  düşəndən  sonra  Qulamın  bircə 
fikri, yegan
ə arzusu özünü qorumaq, bu odun içindən sağ-
salamat qurtara bilm
ək idi”. 


Misir S
əfərov 
 
 
40 
İnsandakı  müsbət keyfiyyətləri:  qoçaqlıq,  mərdlik,  
c
əsarət, qorxmazlıq və s. verə bilmək üçün tarixi və əfsa-
n
əvi  şəxsiyyət  adlarından  istifadə  olunur. Belə  şəxsiyyət 
adlarından  Fərhad, Babək,  Koroğlu,  Qaçaq  Nəbi və  b. 
göst
ərmək olar.  
Ədəbiyyatda bir ənənə  şəklini  alaraq,  işlədilən  bu 
metaforalardan  “Dostluq  qalası”  romanında  da  geniş  isti-
fad
ə  edilmişdir.  Məsələn: “Kəyan,  Koroğlu  ilə  başladığı 
söhb
əti kəsib, traktorçuya döndü”. 
Yuxarıda  deyilənlərdən  aydın  olur  ki,  metafora 
qüvv
ətli bədii təsvir vasitəsi  olub  geniş  üslubi  imkanlara 
malikdir.  Metafora  yazıçının  əlində  o zaman qüvvətli 
t
əsvir vasitəsinə çevrilir ki, bənzədilən obyektlər arasında 
dolayı  bağlılıq  olsun,  fakt  bu  əlaqəni sübut edə  bilsin. 
M
əhz bundan sonra  yazıçının  yaratdığı metafora qüvvətli 
emosional-ekspressiv t
əsir gücünə malik olur. 
 
1982 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Az
ərbaycan dili məsələləri 
 
41 
 
 
 
 
Ə.ƏBÜLHƏSƏNİN “DOSTLUQ QALASI” 
ROMANINDA  TERMİNLƏR  
 
Ə.Əbülhəsənin  “Dostluq  qalası”    romanının  lüğət 
t
ərkibinin mühüm bir hissəsini terminlər təşkil  edir. 
M
əlum  olduğu  kimi,  termin müəyyən dövrdə  müəyyən 
d
əqiq məfhumun yeganə  ifadəçisi  kimi  tanınan  və  qəbul 
olunan sözdür”
1
.  Yaxud  “termin  xüsusi    anlayışları  ifadə 
etm
ək üçün işlədilən dəqiq söz və ya söz birləşmələridir”
2
.  
Terminl
ər digər  sözlər kimi lüğət tərkibində mühüm 
yer tutur. Çünki termin d
ə  sözdür. Lakin termin dildə 
işlənən digər  söz  qruplarından  fərqlənir. Bu fərqlər, 
əsasən, terminlərin sinonimsizliyi, az komponentliyi və 
t
əkmənalılığı (monosemantik) ilə izah olunur
3
.  
Buna gör
ə də terminlər mətn daxilində eyni mənada 
başa düşülür. Dilin lüğət tərkibinin mühüm hissəsini təşkil 
ed
ən terminlərdən  “Dostluq  qalası”  romanında  geniş 
istifad
ə edilmişdir. Ə.Əbülhəsən əsərin mövzusundan asılı 
olaraq müxt
əlif sahə terminlərindən az və ya çox dərəcədə 
faydalanmışdır.  Romanda  elm,  mədəniyyət, incəsənət, 
ədəbiyyat, musiqi, hərbi və  s. sahələrə  aid terminlərdən 
istifad
ə  olunmuşdur.  Lakin  bu  terminlər  əsərin dilində 
işlənmə  baxımından  bir-birilərindən fərqlənirlər. Belə  ki, 
h
ərbi terminlər digər elm sahələrinə aid terminlərdən daha  
                                                 
1
 
Ə.Dəmirçizadə. Azərbaycan dilinin üslubiyyatı. Bakı. 1962, səh.35. 
2
 
О.С.Ахманова. Словарь лингвистических терминов. М., 1969, стр.474. 
3
 Bax: A.Qurbanov. Müasir Az
ərbaycan ədəbi dili. Bakı, 1967, səh.214. 
 


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə