MiSİr səFƏrov azərbaycan diLİ


Az ərbaycan dili məsələləri



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə13/86
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76553
1   ...   9   10   11   12   13   14   15   16   ...   86

Az
ərbaycan dili məsələləri 
 
45 
Bütün bunlara 
əsasən  “Dostluq  qalası”  romanının 
leksik t
ərkibini  aşağıdakı  qruplar  üzrə  tədqiq etməyi 
m
əqsədəmüvafiq hesab edirik: 
1.  Ümumişlək sözlər: dəniz,  yağış,  qar,  qırmızı,  ağ, 
bir, min, g
əlmək, getmək. 
2. H
ərbi terminlər: Mədəd Mədədov Kayutun 
ortasında  durub, hissə  komissarından  aldığı  məlumatı 
rotaya oxuyurdu  (1, 13). 
3. Dialekt sözl
əri:  Sonra  da  işığı  söndürdü,  “gecən 
xeyr
ə qalsın” qızım, - deyib qrtırmaya çıxdı (IV, 158). 
4. Arxaik sözl
ər: Onların əvəzində mədrəsələri, mol-
laxananı, hücrələri işə salmaq gərəkdir (I, 35). 
5. Vulqar sözl
ər: Nə  vaxtdan sonra Kenberq Qələn-
d
ərə tərəf baxmağa çalışaraq mızıldandı (II, 242). 
6. Loru sözl
ər: Lakin bizim müdafiə mövqelərimizin 
başlandığı yamac tərəfə adladıqda iş əngəlləşdi (II, 326). 
 
1983 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Misir S
əfərov 
 
 
46 
 
 
 
 
KTEMATONİMLƏR HAQQINDA  
BƏZİ QEYDLƏR 
 
Onomastik  leksikanın  bir  qatını  təşkil  edən ktema-
toniml
ərin tədqiqat obyektindən biri də bədii əsər adlarıdır. 
B
ədii  əsərə  ad vermək yaradıcılıq  prosesində  mühüm  
amill
ərdəndir. Belə  ki, ad əsərin,  bir növ,  məzmun və 
ideyasından doğmalı, onu əks etdirməlidir. Bədii əsərə ad 
qoymaq müxt
əlif  formalarda    baş  verir.  Bəzən  yazını 
yazacağı  əsərə  ad  qoyur,  sonra  yazmağa  başlayır  və  bu 
prosesd
ə  ad bir neçə  dəfə  dəyişdirilir.  Əsər çap olunur, 

əllif təkrar onun üzərində  işləyir və  bu təkmilləşmə 
prosesind
ə  də  bəzən ad dəyişdirilir.  Elə  də  olur ki, əsər 
yazılıb  qurtarandan sonra ona ad verilir. Poeziyada hətta 
adsız şeirlərə də təsadüf edilir. 
B
ədii  əsər  adlarını,  əsasən,  aşağıdakı  kimi  qrup-
laşdırmaq olar: 1) Əsər baş qəhrəmanın adı ilə adlandırılır: 
“Vaqif”, “Mehman”, “Şamo” və s.; 2) Əsər hadisələrin baş 
verdiyi yerin adı ilə adlandırılır: “Gizli Bakı”, “Abşeron” 
v
ə  s.;  3)  Əsərin rəmzi mənasını  daşıyan adlar: “Dostluq 
qalası”, “Böyük dayaq”, “Qılınc və qələm” və s.
1

Biz bu mülahiz
ələrimizi xalq yazıçısı Ə.Əbülhəsənin 
b
ədii əsərlərinin adları əsasında izah edəcəyik. 
Yazıçının maraqlı əsərlərindən biri “Yoxuşlar” roma-
nıdır.  Romanda  30-cu illərin gərgin  hadisələri, kollek-
                                                 
1
  Daha 
ətraflı məlumat almaq üçün bax: Yusif Seyidov. Ədəbi tənqid və 
b
ədii dil. Bakı, “Yazıçı” nəşriyyatı, 1986, səh.90-100. 


Az
ərbaycan dili məsələləri 
 
47 
tivl
əşmə uğrunda gedən mübarizə və qarşıya çıxan çətin-
likl
ər  özünün  geniş  və  bədii həllini tapmışdır.  Romanın 
“Yoxuşlar”  adlandırılması  da  dövrün  keşməkeşli  və 
ziddiyy
ətli olmasına işarə idi. Yazıçı özü bu haqda deyir: 
“Yoxuşlar”  romanını  ilk  zamanlar  “Səhv”, “Xəta” və  ya 
“Yenid
ən”  adlandırmaq  fikrində  idim.  Bu  ad  altında  
Bünyadın səhvləri nəzərdə tutulurdu. Lakin bir müşahidəm  
m
əni bu fikirdən danışdırdı. 1930-cu ilin  yayında Şuşaya 
gedirdim. Faytonun böyük 
əzabla dırmandığı Şuşa yoxuşu 
bizi yormuşdu. Bu çətin, dolanbac yollar bir anlığa mənə 
kollektivl
əşmə işindəki çətinlikləri, yoxuşları xatırlatdı və 
əsəri obrazlı şəkildə “Yoxuşlar” adlandırmağı qət etdim”. 
Doğrudan da, bu başlıq yazıçının uğurlu tapıntısı idi. 
“Yoxuşlar” adı altında dövrün, zamanın doğurduğu  çətin-
likl
ərə dərin məzmunlu və mənalı işarə olunurdu. 
Əbülhəsən  “Yoxuşlar”dan  sonra “Dünya qopur” 
romanını yazır. 
Romanda sovet dövl
əti yaradıldıqdan sonra həyatda, 
c
əmiyyətdə, ailə, məişət aləmində baş verən dəyişikliklər 
Az
ərbaycanın  ən ucqar və  sakit  guşələrindən olan Çay-
qıraqlı  qəsəbəsinin  timsalında  inikas  obyektinə  çevril-
mişdir.  İnqilab  tufanı,  köhnə  kapital  dünyasını  yerindən 
qoparıb  atmış,  azad,  xoşbəxt  bir  dünya  yaratmışdır. 
Adamların  şüurunda,  məişətində  və  psixologiyasında 
yenilik, inkişaf əmələ gəlmişdir. Bəli, doğrudan da dünya 
qopmuşdur. Məhz bu mənada “Dünya qopur” adı romanın 
mövzusunu v
ə ideyasını tamamilə əhatə edir. 
Ədibin  “Dostluq  qalası”  romanı  müharibə  mövzu-
sunda  yazılmış  əsər kimi həm  Ə.Əbülhəsənin  yaradı-
cılığında, həm də Azərbaycan sovet ədəbiyyatında mühüm 
yer tutur.  


Misir S
əfərov 
 
 
48 
Bir m
əlumata görə, əsərin ilk adı “Kapitan Qılıcov” 
olmuş,  sonradan  S.Vurğunun  məsləhəti ilə  dəyişdirilib 
“Müharib
ə”  adlandırılmışdır
1
.  Başqa  bir  məlumatda isə 
əsərin ilk adının “Sevastopol” olduğu göstərilir
2

Birinci hiss
əsi 1947-ci ildə “İnqilab və  mədəniyyət” 
jurnalında  (N  5,6,7,8)  “Müharibə”  adı  ilə  çap  olunmuş 
əsərin  ilk  kitabının  rusca  tərcüməsi Moskvada keçirilən 
Az
ərbaycan  ədəbiyyatı  ongünlüyü  münasibətilə  “Бастио-
ны  дружбы”  başlığı  ilə  buraxılmış  (tərcümə  edənlər Mir 
Cabbar v
ə  B.Runin, “Советский  писател”, 1950) və 

əllif bundan sonrakı hissəsləri “Dostluq qalası” adı ilə 
çap etdirmişdir. 
B.N
əbiyev əsərin adını bu şəkildə izah edir: “Dostluq 
qalası”  adı  altında  romanda  Böyük Vətən müharibəsinin 
ağır,  dəhşətli  sınaqlarından  şərəflə  çıxıb,  bəşəriyyəti 
faşizm  əsarəti təhlükəsindən  xilas  etmiş  böyük,  qüdrətli 
V
ətənimiz,  sovet  xalqlarının  sarsılmaz  birliyi,  onların 
döyüşlərdə  bərkimiş  Lenin  dostluğu  və  bu  dostluğun 
h
əyati gücü ehtiva olunur... Romanın sərlövhəsindəki qala 
anlayışı  həmişə  sülh və  xalqlar  arasında  dostluq  siyasəti 
yerid
ən, dinc quruculuqla məşğul  olan,  lakin  istiqla-
liyy
ətinə əl qaldıranlara qarşı sarsılmaz dayanan SSRİ-nin 
timsalı kimi yaxşı tapılmışdır”
3

Yazıçı özü bu məsələdən danışarkən yazır: “Azadlıq 
v
ə xalqlar arasında möhkəm dostluq Böyük Oktyabrın ən 
mühüm  fütuhatındandır...  Elə  buna görə  də  bütün 
işğalçılara  qarşı  olduğu  kimi,  faşizmə  qarşı  da  sovet  
                                                 
1
 
Bax: Yaqub İsmayılov. Əbülhəsənin yaradıcılığı. Bakı, “Elm” nəşriyyatı, 
1986, s
əh.105. 
2
  Bax: Yusif Seyidov. Göst
ərilən əsəri, səh.91. 
3
 B.N
əbiyev. Böyük Vətən müharibəsi və Azərbaycan ədəbiyyatı. “Elm” 
n
əşriyyatı, Bakı, 1977, səh.248. 


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə