MiSİr səFƏrov azərbaycan diLİ



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə21/86
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76553
1   ...   17   18   19   20   21   22   23   24   ...   86

Misir S
əfərov 
 
 
74 
H
ərbi terminlərdən  təkrara yol verməmək üçün 
istifad
ə  olunmuşdur:  Dünyaya  sübut  eləmək istəyirik ki, 
əsgərlərimiz onların soldatları ilə mehriban qardaş kimi-
dirl
ər. 
Bura q
ədər verdiyimiz nümunələr göstərir ki, 
Ə.Əbülhəsənin  “Dostluq  qalası”  romanının  dilində  hərbi 
terminl
ər  mühüm  yer  tutur.  Yazıçı  üslubi  məqsədindən 
asılı  olaraq  hərbi terminlərdən sənətkarlıqla  istifadə 
etmişdir.  Mənası  çətin  başa  düşülən,  “quru söz” hesab 
edil
ən terminləri  yazıçı  mətn daxilində  sənətkarlıqla 
işlətmişdir.  Nəticədə  əsərin dilində  quruluq  yaranmamış, 
elmi üslub üçün xarakterik olan termin b
ədii üslubda da 
yeni ekspressiv-emosional mahiyy
ət kəsb etmişdir. 
 
1988 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Az
ərbaycan dili məsələləri 
 
75 
 
 
 
 
                         
NƏSRİMİZİN AĞSAQQALI 
 
 
Müasir  Az
ərbaycan nəsrinin görkəmli  simalarından 
biri d
ə  xalq  yazıçısı  Ə.Əbülhəsəndır.  Onun  yaradıcılığı 
m
ənsub  olduğu  xalqın  müəyyən mərhələdəki  ictimai 
taleyinin, bir növ, b
ədii tarixçəsindir. Yazıçının əsərlərində 
xalqın  məişəti, təfəkkür tərzi, adət-ənənəsi, mütəfəkkir 
yazıçı tendensiyası ilə işıqlandırılır, izah və təhlil olunur. 
Buna gör
ə  də  onun  yaradıcılığı  nəinki ölkə-mizdə, onun 
hüdudlarından  da  kənara  keçmiş,  öz  xalqını  bəşəriyyətə 
tanıdan,  ona  dünyəvi  şöhrət gətirən qüdrətli bir vasitəyə 
çevrilmişdir. 
Uzun v
ə  səmərəli    yaradıcılıq  yolu  keçmiş  Əbül-
h
əsənin  ədəbi-bədii fəaliyyəti  xalqımızın  həyat tərzi ilə 
üzvi sur
ətdə bağlıdır. Azərbaycanda Sovet hakimiyyətinin 
qurulmasından başlayaraq bu günümüzə qədər  olan hadi-
s
ələr  özünün  geniş  və  bədii həllini  Əbülhəsənin  yaradı-
cılığında tapmışdır. 
Əbülhəsən də  bəzi görkəmli nasirlərimiz kimi ilk 
yaradıcılığa  şeirlə  başlamışdır.  O,  Dağıstanda  işlədiyi 
müdd
ətdə “Maarif yolu” jurnalında “Məhbus”, “Dalğalar”,  
“Şahbuzdağ”,  “Bahar  yağışları”,  “Etirafdan”  və  s.  şeir-
l
ərini çap etdirmişdir. 
Ədib bu haqda belə yazır: “Mən əvvəlcə şeir yazmaq 
ist
əyirdim. Hətta 1926-1927-ci illərdə  Dağıstanda  müəl-
limlik etdiyim vaxtlar bir neç
ə  sentimental, müvəffəqiy-
y
ətsiz “şeirlər”  də çap etdirmişəm. Rus proletar  ədəbiy-


Misir S
əfərov 
 
 
76 
yatı  ilə  tanış  olmasaydım,  kim  bilir,  mənim  “şairliyim” 
daha n
ə qədər davam edəcəkdi”. 
Əbülhəsən 1927-ci ildə  Bakıya  gəlir. Həmin ildə 
“Maarif v
ə mədəniyyət” jurnalında “Sofi” hekayəsini çap 
etdirir. Bununla da 
istedadlı bir yazıçı kimi ədəbi tənqidin 
v
ə oxucuların diqqətini cəlb edir. Daha sonra yazıçı “Özü 
üçün yazanlar”, “21”, “Xan
əndə”,  “Öldürdü”,  “Bacımın 
yuxusu”,  “Üsyan”,  “Qaraulçu”,  “Tanışlar”,  “Araz”, 
“Boşandı”,    “Kəbutər” və  s. hekayələrini çap etdirir. Bu 
hekay
ələr  yazıçının  fərdi  üslubunu,  yaradıcılıq  taleyini 

əyyənləşdirir.  Digər tərəfdən,  yazıçı  irihəcmli  əsərləri 
üçün istedad v
ə bacarığını  yoxlayır, həyatı dərindən dərk 
etm
əyə  çalışır,  özünün  potensial  gücünü,  sənətkarlıq 
qüdr
ətini  sınaqdan  keçirirdi.  Bütün  bu  müşahidələrin, 
t
əkmilləşmənin nəticəsi olaraq 1930-cu ildə  “Yoxuşlar” 
romanı  meydana  gəlir. Bununla da Azərbaycan sovet 
ədəbiyyatında roman janrının əsası qoyulur. Ədəbi  tənqid 
əsərin yüksək məziyyətlərindən  danışmaqla  yanaşı,  onun 
nöqsanlarını  da  qeyd  etmişdir.  Bunlar  isə  yazıçını  əsər 
üz
ərində yenidən işləməyə sövq edir. Ədib 1933 və 1938-
ci ill
ərdə əsəri ciddi dəyişiklik etməklə yenidən işləmişdir. 
N
əhayət, 1962-ci ildə roman üzərindəki iş başa çatdı və o, 
bitkin formada kitab şəklində çapdan çıxdı. 
Əsərin mövzusu Azərbaycan kəndində  kollektiv 
t
əsərrüfatın  yaradılması  uğrunda    mübarizədə  qarşıya 
çıxan çətinlikləri bütün  mürəkkəbliyi və ziddiyyətləri ilə 
göst
ərən həyat hadisələrindən  götürülmüşdür.  Yazıçı 
Az
ərbaycanın  ucqar  bir  kəndində  qolçomaqların  bir  sinif 
kimi  aradan  çıxmasını  və  kollektiv təsərrüfatın  getdikcə 
böyüm
əsini geniş və bədii şəkildə əks etdirmişdir. Əsərdə 
Bakı fəhləsinin nümayəndəsi Bünyad, Azərbaycan kəndi-


Az
ərbaycan dili məsələləri 
 
77 
nin  işıqlı  sabahına  inanan  Qumru  və  muzdur, son dərəcə 
mür
əkkəb, canavar təbiətli  Kamal,  qolçomaq  Əhməd, 
ortabab k
əndli Babacan, yoxsul və  tənbəl  Canı  kişi  kimi 
mür
əkkəb xarakterli surətlər var. Bu surətlərin hər biri 
s
ənətkar tərəfindən öz fərdi cizgiləri, xarakterləri ilə 
dolğun və canlı şəkildə verilmişdir. 
Ədib 1933-cü ildə  ikinci  romanı  “Dünya  qopur”u 
yazır. Romanın  mövzusunu Azərbaycan zəhmətkeşlərinin 
hakimiyy
əti ələ alması və inqilabi dövlət yaratmaq uğrun-
da  apardıqları mübarizə təşkil edir. Əsər istər Əbülhəsənin 
yaradıcılığında,  istərsə  də  o  zamankı  nəzrimizdə  mühüm 
ədəbi hadisə  idi. Romanda əsas  ədəbi konflikti uçuruma 
ged
ən köhnə  dünya ilə  təzə-təzə  ayaq tutan, lakin  möh-
k
əm  addımlamağa  hazırlaşan  yeni  dünya  qurucuları  ara-
sındakı  siyasi  toqquşmalar,  sinfi  mübarizə  təşkil  edir. 
Əbülhəsən ilk hekayələrindən inkişaf  etdirdiyi  köhnə 
dünya il
ə  yeni  dünyanın  mübarizəsini “Dünya qopur” 
romanında daha da geniiş planda həll etmişdir. 
Romanda  maraqlı  surətlər var. Bunlar da əsərin 
mövzusundan ir
əli gələrək iki cəbhəyə  bölünmüşdür.  Bir 
t
ərəfdə köhnə dünya zənciridən qurtarıb yeni, azad dünya 
qurmağa  can  atan  Veys,  Əziz,  Səttar, Zeynal və  s. kimi 
mübariz  şarbaflar,  digər tərəfdə  isə  məğlub  edilmiş 
istismar  dünyasının  Həmzə  xozeyn və  Hacı  Tağı  kimi 
sahibkarları.  Bu  surətlər  roman  boyu  inkişaf  etdirilir,  öz 
f
ərdi cizgisi, xarakteri ilə  bir-birindən seçilir. Ümumiy-
y
ətlə, bu əsərdə  Əbülhəsənin xarakter yaratmaq məharəti 
özünü aydın göstərir. 
Böyük V
ətən müharibəsi mövzusu bütün sənətkar-
larımızda  olduğu  kimi,  Əbülhəsənin    yaradıcılığında  da 
mühüm  yer  tutur.  Yazıçı  müharibənin  ilk günlərində 
q
ələmini silahla  əvəz etmiş və bilavasitə cəbhədə vətəni 


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə