MiSİr səFƏrov azərbaycan diLİ


Az ərbaycan dili məsələləri



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə17/86
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76553
1   ...   13   14   15   16   17   18   19   20   ...   86

Az
ərbaycan dili məsələləri 
 
61 
meyar kimi  istifad
ə  etməsidir. Müəllif  surət  haqqındakı 
fikrini, ona münasib
ətini atalar sözü və  məsəl vasitəsilə 
d
əqiq  ifadə etmişdir. Bu hikmətli ifadələr surətlərin xarak-
terini  qısa  və  obrazlı  şəkildə  oxucuya  çatdırır.  Əsər-dəki  
sur
ətlərdən  biri  o  birisi  haqqında  danışarkən onu atalar 
sözü il
ə xarakterizə edir və  bununla oxucuda tip haqqında 
tam t
əsəvvür yaranır. Məsələn: 

Saya saldığı şey yoxdur. Araz  aşığındandır, Kür 
topuğundan  (II, 62)
*
;  -  N
ə  eləyək?  Meşə  çaqqalsız 
olmaz (I, 309) v
ə s.  

Araz  aşığındandır, Kür topuğundan” atalar sözü 
əxlaqsız, Vətən xaini Göyçəyin xarakterini açmaq, “Meşə 
çaqqalsız olmaz” ifadəsi isə  qorxaq, yalançı, xain Qulamı 
s
əciyyələndirmək  üçün  işlədilmişdir.  Burada  müəllif bu 
tipl
ər  haqqında  əlavə  izahat verməsəydi də, oxucu bu 
ifad
ələr vasitəsilə  tam məlumat ala biləcəkdir.  Bunlar  
s
ənətkarın  xalq  dilindən,  xalqın  ifadə  vasitələrindən necə 
ustalıqla istifadə etməsinə kifayət qədər səs verir. 
Sur
ətin nitqini fərdiləşdirmək, həm də onun təfəkkür 
t
ərzini, həyata, insanlara münasibətini göstərmək üçün 
atalar sözl
əri və  məsəllər sənətkarın  əlində  mühüm 
vasit
ədir. Göyçəklə  Gövhərin həyat hadisələrinə  baxışı 
müxt
əlifdir. Eyni hadisəyə  hərə  bir cür qiymət verir. 
Gövh
ər cəbhədə olarkən bir təsadüf nəticəsində yoldaşları 
il
ə  düşmən tərəfə  keçir. Lakin çox çəkmir ki, sovet 
əsgərlərinə  qoşulur.  Bu  məsələdən  danışarkən o, nikbin-
likl
ə  deyir ki, hər  şey  yaxşı  olacaq,  haqqı  nahaqdan 
ayıracaqlar. Göyçək isə ona cavabında deyir: 
                                                 
*
 Möt
ərizə içərisindəki birinci rəqəm kitabın nömrəsini, ikinci rəqəm isə 
müvafiq olaraq s
əhifəni bildirir. 


Misir S
əfərov 
 
 
62 
-
 
Ayıracaqlar!  Tülkü tülkülüyünü sübut 
el
əyincə dərisini boğazından çıxardarlar (IV, 95). 
Ədib Göyçəyin öz dili ilə  onun  dünyagörüşünü 

əyyənləşdirir. 
“Əkəndə  yox, biçəndə  yox, yeyəndə  ortaq  qardaş”, 
“Azacıq aşın duzu deyil”, “Hamam suyu ilə dost tutmaq”, 
“Qonşuya  ümid  olan  şamsız  yatar”,  “Eyibsiz  gözəl 
olmaz”,  “İlan  vuran  ala  çatıdan  qorxar”  və  s. kimi atalar 
sözl
əri və məsəllər vasitəsilə ədib bir sıra obrazların nitqini 
f
ərdiləşdirmiş, hadisələrin real təsvirinə nail olmuşdur. 
Dil
ə yaradıcı şəkildə yanaşan sənətkar dövrün, zama-
nın  sınağından  çıxaraq  bu  günümüzə  qədər gələn atalar 
sözl
əri və  məsəllərə  də  yaradıcılıqla  yanaşmış,  onların 
üz
ərində ustalıqla, zərgər dəqiqliyi ilə iş aparmış, obrazın 
t
əfəkkür tərzinə, həyatda  tutduğu  mövqeyə, söyləyəcəyi 
fikr
ə, mühit və  şəraitə  uyğunlaşdıraraq,  yaradıcılıq  labo-
ratoriyasından  keçirmiş  və  əsərlərində  işlətmişdir.  Sənət-
karın  atalar  sözləri və  məsəllər üzərində  apardığı  bu 
yaradıcılıq  əməliyyatı, hər şeydən əvvəl, əsərin ideyasının 
açılmasına, fikrin oxucuya tez və aydın çatmasına,  əsərin 
dilind
ə milli koloritin verilməsinə və s. xidmət edir. 
Atalar sözl
əri və  məsəllərin müəyyən dəyişikliklə 
işlədilməsi yeni məna  çaları  kəsb edir, bu və  ya digər 
üslubi m
əqsədlərlə  əlaqədar olub, həm müəllif, həm də 
sur
ət  nitqinin təsir gücünü artırır. 
Xalq bir işi axıra kimi görüb qurtarmayan, yarımçıq 
qoyan  adamlar  haqqında  yığcam,  obrazlı  şəkildə  “soyub, 
soyub  quyruğunda  qoyur”  deyir.  Yazıçı  həmin məsəlin 
m
əzmununu  olduğu  kimi  saxlamış,  ancaq  quruluşunda, 
ifad
ə  tərzində  cüzi dəyişilik  etmişdir.  Məsələn; “Cuma 
m
əqsədə  yetişmək ümidinin  artdığını  duyub  düşündükcə 


Az
ərbaycan dili məsələləri 
 
63 
daha  çox  qorxmağa  başlayır,  soyub,  soyub  quyruğunda 
yarımçıq qoymaqdan ehtiyat edirdi” (III, 128). 
B
əzən bir atalar sözü və  məsəlin bir neçə  variantı 
olur. M
əsələn,  “Ağıllı  fikirləşincə, dəlinin  bir  oğlu  da 
oldu” atalar sözünün “D
əlilər dünyanı yedi, ağıllı indi cüt 
qoşur”,  “Ağıllı  fikir  edincə, dəli Kürdən keçər” və  s. 
variantları  da  vardır.  Müəllif bunlardan birincisini əsas 
götürmüş  və  onun  quruluşunda  müəyyən dəyişiklik 
etmişdir.  Məsələn;  “Atalar  yaxşı  deyiblər ki, ağıllılar 
fikirl
əşincə, dəlinin  oğlu  bazara  gedib  gələr”. Sən də 
gedib  oxuyub  qayıdınca  bizim  uşaqlar  neçə  dəfə  döyüşə 
girib  çıxdılar,  orden  aldılar,  medal  aldılar  (II,  286).  “Bir 
oğlu da oldu” ifadəsinin “oğlu bazara gedib gələr” tərkibi 
il
ə  dəyişdirilməsində  əsas məqsəd dili daha rəvan,  axıcı, 
s
əlis etməklə əlaqədardır. 
Yazıçı  bəzən atalar sözü və  məsəllərdəki bu və  ya 
dig
ər söz və  ifadəni  ona  sinonim  olan  başqa  söz  və  ya 
ifad
ə ilə dəyişdirərək işlətmişdir. “Ağ at arpa yeməz” (bu 
atalar  sözünün  “Çolaq  qırmızı  alma  yeməz” variantı  da 
var)  şəklində  işlənən el məsəlindən  Ə.Əbülhəsən “Çal at 
arpa yem
əz məgər?”  şəklində  istifadə  edir. Məsələn, 
“Balam, lap nahaq yer
ə  mən  özümü  qocalmış  hesab 
edir
əm.  Axı,  qırx  beş  yaş  nədir ki? Çal at arpa yeməz 
m
əgər?”  (IV, 45). Burada diqqəti cəlb  edən cəhət  “Ağ” 
lekseminin  el  variantında  işlənən “çal” sözü ilə  əvəz 
edilm
əsi və  sual  intonasiyasını  qüvvətləndirmək üçün 
“m
əgər” sual ədatının  artırılmasıdır.  Müəllifin atalar söz-
l
əri və  məsəllər üzərində  apardığı  bu  qəbil dəyişikliklər 
üslubi m
əqsədlə  bağlı  olub,    əsərin  dilinin  canlı,  obrazlı 
olmasında mühüm rol oynayır. 
Yazıçı  bəzi atalar sözləri və  məsəllərin məzmununu 
saxlamış,  formasını  tamamilə  dəyişdirmişdir.  Xalq  eldən 


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə