MiSİr səFƏrov azərbaycan diLİ



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə25/86
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76553
1   ...   21   22   23   24   25   26   27   28   ...   86

Misir S
əfərov 
 
 
90 
daxil olan sözl
ər  arasında  incə  məna  çalarlarını  duymaq 
v
ə  onlardan üslubi məqamına  uyğun  olaraq  yerli-yerində 
istifad
ə etmək yazıçıdan  böyük məharət tələb edir.  
 
 
1988 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Az
ərbaycan dili məsələləri 
 
91 
 
 
 
 
TERMİN VƏ BƏDİİ DİL 
 
 
Terminl
ər digər  söz  qrupları  kimi,  dilin  lüğət tərki-
bind
ə  mühüm  yer  tutur.  Yazıçılar  müxtəlif mövzulu 
əsərləri qələmə  alarkən  haqqında  danışdıqları  məsələ  ilə 
əlaqədar həmin  sahəyə  aid terminlərdən istifadə  edirlər. 
Xalq  yazıçısı  Ə.Əbülhəsən  “Dostluq  qalası”  romanında 
müxt
əlif sahə  terminləri ilə  yanaşı,  əsərin mövzusundan 
asılı olaraq hərbi terminlərdən daha çox istifadə etmişdir. 
“Dostluq qalası” romanında işlənən hərbi termin və termin 
s
əciyyəli sözlər realizm yaradan bədii-üslubi vasitə  kimi 
özünü göst
ərir.  Yazıçı  elmi  üslub  üçün  xammal  hesab 
edil
ən və  müəyyən mənada çətin  başa  düşülən hərbi 
terminl
əri  əsərdə  elə  məharətlə  işlətmişdir  ki,  romanın 
dilind
ə  heç bir  ağırlıq,  fikir  dolaşığı  əmələ  gəlməmişdir. 
S
ənətkar tərəfindən məharətlə  işlədilən hərbi terminlərin 
m
ənasını  oxucu  çətinlik çəkmədən  başa  düşür.  Məsələn: 
On günd
ən çox idi ki, o snayperlik kursunu qurtarıb rotaya 
g
əlmişdi.  Bu  günlərdə  Lidiya batalyon, sonra hissə, 
diviziya, daha sonra snayper v
ə cəbhə komsomolçularının 
konfranslarında iştirak etmişdi: Top atəşindən yeni üsulla 
istifad
ə  etmək  haqqında rotalarda, batareyalarda təlimat 
müşavirələri  çağırılması  haqqında  batalyon,  batareya  və 
rota  komandirl
ərinə  tapşırıq  verildikdən  sonra  müşavirə 
qurtardı.  Nümunələrdə  verilmiş  hərbi terminlər  əsrin 
realizmini  artırmış,  təsvir olunan hadisənin oxucuya hər-
t
ərəfli çatdırılmasına xidmət etmişdir. Digər  tərəfdən, bu 


Misir S
əfərov 
 
 
92 
sözl
ər (hərbi terminlər) mətndə  yerli-yerində  işləndiyi 
üçün 
əsərin dilində ağırlıq yaranmamışdır. 
C
əbhə  şəraitini,    döyüş  gedən yerləri  olduğu  kimi
t
əsvir etmək, həmin sahəni oxucuya hərtərəfli göstərmək 
üçün yazıçı hərbi terminlərdən məharətlə istifadə etmişdir. 
Bu  zaman  yazıçı  hərbi terminlər vasitəsilə  döyüş  gedən 
yerin,  bir növ,  söz il
ə  şəklini çəkmişdir.  Bunu  aydın 
görm
ək üçün aşağıdakı parçaya diqqət edək: İndi düşmən 
m
ərmilərinin və  minalarının  açdığı  çuxurlar  addımbaşı 
qarşıya    çıxırdı.  Vurulub,  yanmış,  qaralmış  tanklar, 
maşınlar, iri toplar köpmüş qara heyvərələr tək qar içində 
havadan  asılıb  qalan  kimi  görünürdü.  Külək  tutmayan, 
qarın yaxşı oturmadığı hər qarış yerdə donmuş qanlı əsgi-
üskü, d
əlmə-deşik,  əleyhqaz, dəbilqə, tüfəng  qırığı, 
parçalanmış  pulem-yot təkəri, top lülələri, minasaçan 
borular,  boş  gilizlər və  düşmən meyitləri tez-tez gözə 
d
əyirdi. 
“Dostluq  qalası”  romanının  dilində  işlənmiş  hərbi 
terminl
ər quruluşca maraqlı xüsusiyyətlərə malikdir. Belə 
ki, 
əsərin dilində  sadə, düzəltmə  və  mürəkkəb hərbi  
terminl
ər işlənmişdir. Yaızıçı  terminlərdən istifadə  edər-
k
ən  forma  dalınca  qaçmamış,  təsvir olunan  hadisə  ilə 
əlaqədar olaraq, müxtəlif  quruluşlu  terminlərdən istifadə 
etmişdir.    Kapitan  Çernışevski  rotanın    bəzi  əsgərlərini 
K
əyana təqdim etmək fikrilə  yan-yörəsinə  göz yetirib, 
adbaad bir neç
ə  əsgəri səslədi; Beləcə  o,  bir  soldatı  da 
süngül
ədiyi vaxt necə  oldusa, süngünü çəkib    düşmənin 
qabırğası arasından çıxara bilmədi. Semenovdakı “topun” 
birini  topçular  partlatmışdı;  Rabitəçi  qayıdıb  pulemyot-
çuların  vurulduğunu  xəbər  verdiyi vaxt,  artıq  düşmən 
vzvodun gizl
əndiyi yerin bərabərinə  yetişmişdi;  Çernışev 


Az
ərbaycan dili məsələləri 
 
93 
döyüşçülərə  işarə  verdi; O isə  batalyon komandirindən 
xahiş etməyə gəlmişdi. 
Nümun
ələrə  verilmiş  kapitan,  rota,  əsgər, soldat, 
süngü, düşmən sözləri quruluşca sadə, topçu, pulemyotçu, 
rabit
əçi,  döyüşçü  sözləri düzəltmə, batalyon komandiri 
birl
əşməsi isə mürəkkəbdir. 
Bura q
ədər verdiyimiz nümunələr göstərir ki, 
Ə.Əbülhəsənin  “Dostluq  qalası”  romanının  dilində  hərbi 
terminl
ər  mühüm  yer  tutur.  Yazıçı  üslubi  məqsədindən 
asılı  olaraq  hərbi terminlərdən sənətkarlıqla  istifadə 
etmişdir.  Mənası  çətin  başa  düşülən, “quru söz” hesab 
edil
ən terminləri  yazıçı  mətn daxilində  sənətkarlıqla 
işlətmişdir.  Nəticədə  əsərin dilində  quruluq  yaranmamış, 
elmi üslub üçün xarakterik olan termin b
ədii üslubda da 
yeni ekspressiv-emosional  mahiyy
ət kəsb etmişdir. 
 
1988 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə