MiSİr səFƏrov azərbaycan diLİ



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə23/86
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76553
1   ...   19   20   21   22   23   24   25   26   ...   86

Misir S
əfərov 
 
 
82 
S
ənətkarın    uğurla  seçdiyi  bədii  əsər  adı  dilin  lüğət 
t
ərkibinin zənginləşməsinə, dildə  yeni söz və  ifadələrin 
yaranmasına ciddi kömək edir. 
 
1988 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Az
ərbaycan dili məsələləri 
 
83 
 
 
 
 
BƏDİİ ƏSƏR ADLARI HAQQINDA 
 
Dilin  lüğət tərkibində  mühüm yer tutan onomastik 
vahidl
ərdən yazıçı və şairlər geniş şəkildə istifadə edirlər. 
Onomastik vahidl
ərin bədii ədəbiyyatda işlənmə xüsusiy-
y
ətləri,  üslubi  rolları,  əsərin  ideya-bədii təsir qüvvəsinin 
artırılmasında  bu  vahidlərin  əhəmiyyətini və  s. öyrənən 
sah
ə  elmi  ədəbiyyatda  poetik  onomastika  adlanır.  Ümu-
miyy
ətlə, poetik onomastikanın tədqiqat obyekti genişdir. 
Poetik  onomastikanın  tədqiqat obyektindən biri də 
b
ədii  əsər  adlarıdır.  Bədii  əsərə  ad vermək  yaradıcılıq 
prosesind
ə mühüm amillərdəndir. Belə ki, ad əsərin ideya-
m
əzmunundan irəli gəlməli, onu əks etdirməlidir. Bədii  
əsərə  ad qoymaq müxtəlif  formalarda  baş  verir.  Yazıçı 
b
əzən  yazacağı  əsərə  ad  qoyur,  sonra  yazmağa  başlayır. 
El
ə  də  olur ki, əsər  yazılıb  qurtarandan  sonra  ona  ad 
verilir.  Müşahidələr göstərir ki, əsər çap olunur, müəllif 
onun üz
ərində təkrar işləyir və bu təkmilləşmə prosesində 
b
əzən ad da dəyişdirilir. 
S
ənətkarın  əsərə  ad  qoyması  fərdi  xarakter  daşıyır. 
Bununla  yanaşı,  əsərin  adlandırılmasında  müəyyən  prin-
sipl
ərə  əməl edilməlidir: bədii  əsər  adı  asan  başa 
düşülməli,  oxunaqlı  olmalıdır;  ad  qısa  olmalı  və  dilin öz 
sözl
ərindən  yaranmalıdır.  Estetik  cəhətdən cazibədar, 
m
ənaca dolğun, aydın metodoloji  əsasa malik olmalıdır və 
s. (daha 
ətraflı  məlumat almaq üçün bax: A.Qurbanov. 
“Az
ərbaycan ono-mastikası”.  Bakı,  1986,  səh.95-115; 


Misir S
əfərov 
 
 
84 
yen
ə onun, “Azəbay-can onomalogiyası məsələləri”. Bakı, 
1986, s
əh.55-60). 
Növünd
ən və  janrından  asılı  olmayaraq,  əsər 
adlarının  hər  birinin  yaranma  qanunauyğunluqları,  tarixi, 
inkişaf  yolu,  bədii  əsərin  adlandırılması  xüsusiyyətləri, 
adların  leksik,  semantik,  qrammatik  təhlili, dildə  işlənmə 
m
əqam-ları, inklişaf proseslərinin  aydınlaşdırılması, elmi 
t
əsnifi və s.  öyrənilməsi və düzgün tədris edilməsi maraqlı 
dil faktlarının üzə çıxarılmasında  mühüm rol oynaya bilər. 
Dig
ər tərəfdən,  bədii  əsər  adlarının  düzgün  yazılışı  və 
t
əlıəffüzü nitq mədəniyyətinin  inkişaf  etdirilməsində, dil 
m
ənsubiyyətinin öyrənilməsində, Azərbaycan dilçiliyinin 
bir  sıra  problemlərinin  elmi  şəkildə  izah edilməsində
t
ədris olunan  əsərin  şagirdlər tərəfindən hərtərəfli qavra-
nılmasında  ,  şagirdlərin  lüğət ehtiyatının  düzgün  inkişaf 
etdirilm
əsində mühüm rol oynaya bilər. Bu deyilənlərdən 
aydın  olur  ki,  xüsusi  yaradıcılıq  məhsulu olan bədii  əsər 
adlarının  öyrənilməsi və  tədris edilməsi mühüm elmi 
əhəmiyyətə malikdir. 
B
ədii  əsər  adları,  forması  və  mahiyyəti etibarı  ilə 
geniş və rəngarəngdir. Onlardan bəzilərinə nəzər salaq: 1) 
Əsər  baş  qəhrəmanımn  (yaxud  qəhrəmanların)  adı  iə 
adlandırılır:  “Leyli  və  Məcnun”, “Vaqif”, “Mehman”, 
“Şamo”...; 2) Hadisələrin baş verdiyi yer bədii əsər adına 
çevrilir: “Leninqrad göyl
ərində”, “Gizli Bakı”, “Abşeron”, 
“Qara  daşlar”...; 3) Əsərin  adı    rəmzi-simvolik məna 
daşıyır:  “Böyük  dayaq”,  “Dostluq  qalası”,  “Qılınc  və 
q
ələm”, “Dəli  Kür”...;  4)  Obrazın  zahiri  görünüşünə  əsa-
s
ən sonradan gələn ad-ləqəb bədii  əsər  adına  çevrilir: 
“Saçlı”,  “Qaraca  qız”...;  5)  Müəyyən bir əşya    əsərdəki 
hadis
ələrin  açılmasında, ideyanın  qabarıq nəzərə çatdırı-


Az
ərbaycan dili məsələləri 
 
85 
masında    mühüm  rol  oynayır  və  həmin  əşya  bədii  əsərin 
adı  səviyyəsinə  yüksəlir: “12-ci tüfəng”,  “Qayçı”, 
“Medalyon”, “Poçt qutusu”...; 6) B
ədii əsər quş və heyvan 
adları ilə adlandırılır: “Durnalar”, “”Tısbağa, Qarğa, Kəsə-
y
ən, Ahu”, “Köpəyə  ehsan”,  “Qaz və  durna”..; 7) Bədii 
əsər  atalar  sözü və  məsəl ilə adlandırılır: “Adı var, özü 
yox”, “Sonrakı peşmançılıq fayda verməz”, “Daldan atılan 
daş topuğa dəyər” (bax: Y.Seyidov. “Ədəbi tənqid və bədii 
dil”. Bakı, 1986, səh. 90-100). 
Bu  qruplaşdırmanın  daha  da  genişləndirmək olar. 
Lakin  bu bölgünün özü b
ədii əsər adlarının genişliyini, az 
da olsa, n
əzərə çatdırmaq üçün kifayətdir. 
B
ədii əsərin şəxs adı ilə adlandırılması qədim tarixə 
malikdir. H
ələ  dahi Nizamidən üzü bəri sənətkarlar bu 
formadan istifad
ə  etmişlər və  bu hal bu gün də  davam 
etdirilir. Burada, 
əlbəttə,  bir  qanunauyğunluq  olmalıdır. 
Y
əni  baş  qəhrəmanın  adı  ilə  adlandırma  əsərdən irəli 
g
əlməli,  yazıçı  fikrinin  açılmasında  mühüm  rol  oyna-
malıdır. Eləcə də başqa şəkildə adlandırılan əsərlərdə  ad 
ideyanın  açılması  üçün,  bir növ,  açar  rolunu  oynamalı, 
əsərin məzmununa uyğun gəlməli, qondarma  olmamalıdır. 
B
əzi nümunələrə  nəzər  salaq.  C.Cabbarlının  “Almaz”ı 
ideya-m
əzmun    baxımından    çoxşaxəli bir əsərdir. Pyes-
d
əki  hadisələrin mərkəzində  Almaz  dayanmışdır.  Bütün 
s
əhnələr, dialoqlar, hadisələr  Almazın  xarakterinin  açıl-
masına,  onun  əsərin  baş  qəhrəmanı  səviyyəsinə  qalx-
masına xidmət edir. Ona görə də Almaz bütün hadisələrin 
fonunda  dayanır,  əsərin  ideyasının    açılmasında  mühüm 
rol oynayır. Bizə elə gəlir ki, surətin adının  məhz Almaz 
adlandırılması da təsadüfi deyil. 
30-cu ill
ərin qaranlıq mühitində Almazın almaz kimi 
işıq saçması, təmizliyi, paklığı, sözü üzə deməsi, özündən  


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə