MiSİr səFƏrov azərbaycan diLİ



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə31/86
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76553
1   ...   27   28   29   30   31   32   33   34   ...   86

Misir S
əfərov 
 
 
110 
h
əsənin atalar sözləri və  məsəllər üzərində  apardığı  bu 
yaradıcılıq, hər şeydən əvvəl, əsərin ideyasının açılmasına, 
fikrin oxucuya tez  v
ə  aydın  çatmasına,  romanın  dilində 
milli koloritin verilm
əsinə və s. xidmət edir. 
Bütün  yaradıcılığı boyu xalqa,  xalq dilinə arxalanan 
Ə.Əbülhəsən sözlərin seçilib işlədilməsinə, sözün, ifadənin 
m
əna tutumuna, əsərin dilinin axıcı və oxunaqlı olmasına 
çalışmışdır. Yazıçının əsərləri ədəbi-bədii dilimizin inkişa-
fında  mühüm  rol  oynamış,  sözlərin müxtəlif məna çalar-
larında  işlənməsi  dilin  lüğət tərkibini daha da zəngin-
l
əşdirmişdir. 
 
1988 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Az
ərbaycan dili məsələləri 
 
111 
 
 
 
 
            
ÜMUMDİLÇİLİK FƏNLƏRİ VƏ   
           ON
OMASTİKA  PROBLEMLƏRİ 
 
 
Müasir Az
ərbaycan  ədəbi dili zəngin lüğət tərkibinə 
malik  inkişaf  etmiş  dillərdən  biridir.  Bu  dilin  lüğət 
t
ərkibinin  böyük  bir  qatını  onomastik  leksika  –  xüsusi 
adlar silsil
əsi təşkil  edir.  Bu  leksikanın  tərkib hissələrinə 
antroponiml
ər, etnonimlər, toponimlər, hidronimlər, 
kosmoniml
ər, ktematonimlər və  s. xüsusi adlar qrupuna 
daxildir.  Hazırda Azərbaycan dilçiliyinin qarşısında duran  
mühüm probleml
ərdən  biri  bu  söz  qruplarının  tədqiqidir. 
Çünki onomastik leksikaya daxil olan söz  
qrupları müəy-
y
ən ictimai-tarixi inkişafın məhsulu olub, mənsub olduğu 
xalqın həyatını əks etdirən əvəzsiz söz sərvətidir. Bununla 
yanaşı,  onomastik  leksikanın  öyrənilməsi  ədəbiyyatşü-
naslıq,  tarix,  etnoqrafiya,  söz  yaradıcılığı,  dialektologiya, 
dil tarixi  v
ə s. sahələrin tədqiqi üçün də  mühüm əhəmiy-
y
ətə malikdir. 
Az
ərbaycan dilçiliyində  bədii  əsərlərin onomastika-
sının öyrənilməsinə əsrimizin 60-cı illərindən başlanmışdır. 
Bu zaman is
ə tədqiqata daha çox şəxs adları  cəlb edilmiş, 
dig
ər onomastik vahidlərə  ötəri    toxunulmuşdur.  Lakin 
t
ədqiqat göstərir ki, bədii  əsərlərin dilindən  danışarkən 
onomastik vahidl
ərin  üslubi  imkanlarına  nəzər salmaq 
vacibdir. Bu, xüsusi adların – onomastik vahidlərin emo-
sionallığını, bədiiliyini, bədii mətnə milli kolorit verməsini
obrazlılığını  və  s. keyfiyyətləri üzə  çıxarmaqla  yanaşı, 


Misir S
əfərov 
 
 
112 
Az
ərbaycan  ədəbi dili tarixinin müəyyən mübahisəli 
m
əsələlərinin də  açılmasına    kömək  etmiş  olar.  Bədii 
əsərlərin dilində  onomastik vahidlərin  üslubi  imkanlarını 
öyr
ənən sahə  dilçilik  ədəbiyyatında  poetik  onomastika 
adlanır. Poetik onomastikada, “əsasən, bədii əsərlərə, bədii 
əsərdəki surətlərə, hadisələrin təsvir  olunduğu  yerlərə 
veril
ən  adlar,  onların  üslubi  xüsusiyyətləri,  əsərin ideya-
b
ədii təsir qüvvəsinin  artmasında  onomastik  vahidlərin 
rolu, b
ədii ədəbiyyatda xüsusi adların komik təbiəti, etnik 
adlar, onomastik vahidl
ərin  obrazlılığı,  bədii  əsərlərdə 
xüsusi ad yaradıcılığı, bədii əsərdə xüsusi adların sintaktik 
v
ə  semantik xüsusiyyətləri, hər  hansı  yazıçının  fərdi 
onomastikasının təhlili və s. məsələlər tədqiq edilir”
1
.  
Bu deyil
ənlərdən aydın olur ki, bədii əsərlərin dilinin 
onomastik t
əhlili mühüm əhəmiyyətə malikdir. 
H
ər bir bədii  əsərin  əsasında  insan  durur.  Belə  ki, 
bütün hadis
ələrin  iştirakçısı  və  aparıcı  qüvvəsi  şəxsdir. 
Əsərin yadda  qalmasında,  oxunaqlı  olmasında  da  şəxs 
adlarının  seçilib  əsərə  daxil edilməsinin  əhəmiyyəti 
böyükdür. 
Düzgün  seçil
ən  və yerində, məzmuna uyğun işlənən 
ad  dilin  lüğət tərkibinin  inkişafına,  dildə  yeni söz 
yaradıcılığına da müsbət təsir göstərir. Hazırda  dilimizdə 
bol-
bol işlənən Fərhad, Leyli, Məcnun, Afaq, Səbuhi, Sona, 
S
əadət, Fəxrəddin, Aygün, Aybəniz, Azər, Eldar, Gülzar, 
Mehman,  Sevil,  Almaz,  Yaşar  və  s.  kimi    adların  geniş  
yayılmasında məhz  yazıçı və şairlərin xidməti əvəzsizdir. 
Ayrı-ayrı yazıçı və şairlərin əsərlərindən gətirilən  nümu-
n
ələr əsasında fikrimizi aydınlaşdıracağıq. 
                                                 
1
 A.M.Qurbanov. Az
ərbaycamn dilinin onomalogiyası. Bakı, 1988, səh.496. 


Az
ərbaycan dili məsələləri 
 
113 
C.Cabbarlının  əsərlərində  işlətdiyi  şəxs  adları  bütün  
müsb
ət keyfiyyətləri ilə yanaşı bir də ona görə diqqəti cəlb 
edir  ki,  dramaturq  şəxs  adları  vasitəsi ilə    cəmiyyətdə 
ged
ən köhnəliklə  yeniliyin mübarizəsini  əks etdirə 
bilmişdir.  Sənətkarın  Sevil,  Yaşar,  Gülüş,  Gülsabah, 
Gündüz 
kimi  adları  yeniliyin simvoludursa, Balaş,  Mirzə 
S
əməndər,  Ocaqqulu,  Hacı  Əhməd, Mirzə  Camal
K
ərbəlayi Fatmanisə,  Mazandaranski, Şaqqulu, Xosməm-
m
əd kimi adları isə keçmişin adları, ləqəbləri, titullarıdır. 
Yazıçının müsbət qəhrəmanları müasirdir, həmişəyaşardır. 
Q
ətiyyətlə demək olar ki, o qəhrəmanların  həyatda daimi 
yaşamalarını  təmin edən amillərdən biri də  məhz onlara 
verilmiş  adlardır.  Təsadüfi    deyil  ki,  yazıçı  əsərlərinin 
çoxunu m
əhz müsbət qəhrəmanlarının  adı  ilə  adlan-
dırmışdır.  Ədibin  hekayələrindən  birinin  adı  “Firuzə”dir. 
Hekay
ənin məzmunundan məlumdur ki,  çoxdan evindən, 
ail
əsindən ayrı düşmüş Məmməd Bakıya qayıdır və Firuzə 
il
ə  görüşür.  Yazıçı  bu  görüşü  aşağıdakı  şəkildə  təsvir  
edir : “M
ən  yalnız  Məmmədin  yumşaq  və  həyəcandan 
titr
əyən səsini eşitdim. Yalnız bir söz deyə bildi: 
- “Firuz
ə” 
Biz
ə belə gəlir ki, bu bircə söz Məmmədin keçirdiyi 
hissi, h
əyəcanı,  məhəbbəti tam ifadə  etmişdir.  Elə  bu 
faktın  özü  əsərdəki surətlərə  ad seçməyin nə  dərəcədə 
m
əsuliyyətli və çətin olduğunu göstərir. 
Yazıçı  müsbət surətlərlə  yanaşı  mənfi tiplərin də 
xarakterinin açılmasında addan məharətlə istifadə etmişdir. 
“Sevil” 
əsərindən    götürdüyümüz  aşağıdakı  dialoq  bu 
c
əhətdən maraqlıdır: 
Gülüş – Bu əfəndinin də qabaq qızıl satan dükanı var 
idi, sonra d
əllallıq  edirdi,  indi  də  qəzet  çıxarmaq  istəyir; 


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə