MiSİr səFƏrov azərbaycan diLİ


Az ərbaycan dili məsələləri



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə30/86
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76553
1   ...   26   27   28   29   30   31   32   33   ...   86

Az
ərbaycan dili məsələləri 
 
107 
olaraq ümumişlək, köhnəlmiş və dialekt sözlərindən, hərbi 
terminl
ərdən və s. yerli-yerində istifadə etmişdir. 
Əsərin xəlqiliyi, realizmi, tipikliyi, həyatiliyi və  s. 
onda  işlənmiş  ümumişlək sözlərin  miqdarı,  xarakteri  və 
işlənmə  dərəcəsi ilə  üzvi surətdə  bağlıdır.  Yazıçı  təsvir 
etdiyi hadis
əni,  əhvalatı  oxucuya  daha  aydın  çatdırmaq, 
sur
ətin hansı təbəqəyə mənsub olduğunu bildirmək, onun 
peşəsini,  düşüncəsini,  dünyagörüşünü  aydınlaşdırmaq 
üçün t
əsvir olunan hadisəyə, surətin xarakterinə  uyğun 
sözl
ər  işlətmişdir.  Nəticədə  hadisə,  əhvalat, insan psixo-
logiyası  ətraflı, aydın  və dolğun surətdə əks olunmuşdur. 
Tapdıq kolxozçu oğludur – zəhmətkeşdir. O, cəbhədə 
vuruşa-vuruşa    kolxozu  –  kəndi  düşünür,  əkib-becərmək, 
qurub-yaratmaq üçün müharib
ənin    tez  qurtarmasını  
ist
əyir. 
 
Yazıçı  surətin daxili aləmini  açmaq,  onun  hansı 
hissl
ərlə  yaşadığını  bildirmək məqsədilə  ümumişlək- 
l
ərdən sənətkarlıqla istifadə etmişdir: “Mən iş adamıyam, 
S
əlim.  Bikarçılıqdan  bağrım  çatlayır.  Mən  davanı  tez 
qurtarmaq ist
əyirəm  ki,  kolxoza,    işimə  qayıdım...  İndi 
kolxoz
da şumun şirin  vaxtıdır, Səlim... Nə xoş günlərimiz 
vardı, Səlim! Bikar oturanda kolxoz heç yadımdan çıxmır, 
gözümd
ən getmir, az qalır bağrım çatlasın!”. 
 
Romanın  dilində  elə  sözlər  var  ki,  onların  ifadə 
etdikl
əri predmet və hadisələr indi sıradan çıxmışdır.  Belə 
sözl
ərin  işlənmə  dairəsi məhdudlaşmış,  dilin  aktiv 
fondundan  passiv  fonduna  keçmişdir.  Elmi  ədəbiyyatda 
arxaizm adlanan bel
ə  sözlərdən  “Dostluq  qalası”  roma-
nının  dilində  də  istifadə  olunmuşdur.  Əsərdə  işlənmiş  
k
əndxuda,  mövlud  bayramı,  çuxa,  xış,  donluq  və  s. 
arxaizml
ər tarixi  kolorit yaratmaq, təsvir olunan dövrün 
tarixi xüsusiyy
ətlərini real əks etdirmək, surətin  nitqini  


Misir S
əfərov 
 
 
108 
f
ərdiləşdirmək, nitqdə  emosionallığı  artırmaq,  yumor, 
gülüş yaratmaq və s. üslubi məqsədlərə xidmət edir. 
Ə.Əbülhəsənin yaradıcılıq xüsusiyyətini və üslubunu 

əyyənləşdirən məziyyətlərdən biri də  onun  canlı  xalq 
danışıq dilindən  alıb işlətdiyi söz  və ifadələrin   obrazlı-
ğından,  rəngarəngliyindən, zənginliyindən məharətlə 
istifad
ə  etməsidir. Müəllif loru söz və  ifadələr vasitəsilə 
əsərin  dilinin  canlı  və  dolğun  olmasına,  fikrin  aydın  və 
r
əvan ifadəsinə, milli koloritin saxlanmasına nail olmuşdur. 
Dig
ər tərəfdən loru söz və  ifadələr yüksək  obrazlılığa 
malik olub, nitqin z
ənginləşməsində,  danışığın  təsir 
qüvv
əsinin  artırılmasında  da  mühüm  üslubi  əhəmiyyətə 
malikdir: s
əni çox poran görürəm;  Toqqanın  altını 
b
ərkitdin,  allahuva    şükür  elə; bu nə  vaxtacan  belə 
meydan sulayacaq!; biz d
ə  burada  qarpız-yemiş  yeyib 
dama dön
əcəyik və s.  
“Dostluq  qalası”  romanının  dilində  vulqarizmlərdən 
d
ə istifadə edilmiş, onlara son dərəcə ehtiyatla yanaşmışdır. 
Romanın  dilində  işlənmiş  köpək  oğlu,  qoduq  ,  murdar, 
l
əçər, alçaq, əclaf, yekəqarı, heyvan, lotu, bayquş, sümsük 
tula v
ə  s. vulqar sözlər  əsərə  surətlərin bir-birinə  olan 
m
ənfi münasibətini  bildirmək, tipin  mədəni səviyyəsini 
oxucuya  tanıtmaq,  düşmənin eybəcər,  pozğun  təbiətini 
h
ərtərəfli vermək və  s. üslubi məqsədlərlə  əlaqədar  əsərə 
daxil edilmişdir. 
“Dostluq  qalası”  romanında    yeri  gəldikcə  dialek-
tizml
ərdən də istifadə edilmişdir. Yazıçı bu sözləri əsərin 
dilind
ə zəruri üslubi tələblə əlaqədar işlədir. dialektizmlər 
əsərə  müəyyən  ərazidə  yaşayan  əhalinin həyat tərzini, 
m
əişətini, geyimini, adətlərini və  s. bildirmək, surətlərin 
bir-birin
ə  olan münasibətlərini, eləcə  də  tipin özünün 


Az
ərbaycan dili məsələləri 
 
109 
xasiyy
ətini, xarakterini, mənəvi aləmini  aydınlaşdırmaq, 
oxucuya  daha  yaxşı  tanıtmaq,  əsərdə  yerli kolorit yarat-
maqdan, k
ənd həyatını realist boyalarla əks etdirmək üçün 
v
ə  s. məqsədlərlə  əlaqədar  daxil  edilmişdir.  Məsələn, 
C
əhrənin yanında bir xəlbir əlçim vardı; sən yaman örən 
düşmüsən  axı,  işləsən  arıqlarsan;  Mahmud  üstüörtülü  də 
olsa,  sözarası  bunu  bir  neçə  dəfə  ona  çıtızmışdı;  Artır-
mada 
taxta çarpayı vardı və s.  
Romanın dilində elm, mədəniyyət, incəsənət,  ədəbiy-
yat, musiqi, h
ərbi və  s. sahələrə  aid terminlərə  də  rast 
g
əlirik. 
“Dostluq  qalası”  romanının    dilində  sinonimlər mü-
hüm yer tutur. Əsərin lüğət tərkibində aşxana-yeməkxana, 
doğru-düz, oturmaq-əyləşmək, qəlb-ürək-könül, balaca-
körp
ə-kiçik; qoca-ahıl,  danışmaq-söyləmək-nağıl  etmək, 
x
əstə-naxoş,  qayış-toqqa, günəş-gün,  yaş-sulu, igid-
q
əhrəman, dinləmək-qulaq asmaq, gözəl-göyçək-yaraşıqlı, 
geniş-enli və  s. sinonim cərgələr  vardır.  Əsərin dili, 
ümumiyy
ətlə  sinonimlərlə  zəngindir. Bu zənginlik isə 
onun dilini aydın, obrazlı  etmişdir. 
Ə.Əbülhəsən fikri canlı və təsirli ifadə etmək, surət-
l
əri parlaq və əlvan boyalarla əks etdirmək, söz və ifadənin 
k
əsərini artırmaq, bədii əsərdə milli koloriti saxlamaq və s. 
üçün atalar sözl
əri və  məsəllərin üslubi imkanlarından da 
bacarıqla faydalanır. 
Dil
ə  yaradıcı  şəkildə  yanaşan  sənətkar dövrün, 
zamanın  sınağından    çıxaraq  bu  günümüzə  qədər gələn 
atalar sözü v
ə  məsəllərə  yaradıcılıqla  yanaşmış,  onların 
üz
ərində ustalıqla, zərgər dəqiqliyi ilə iş aparmış, obrazın 
t
əfəkkür tərzinə, həyatda  tutduğu    mövqeyə, söyləyəcəyi 
fikr
ə, mühit və şəraitə uyğunlaşdıraraq yaradıcılıq labora-
toriyasından  keçirmiş  və  əsərlərində  işlətmişdir.  Əbül-


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə