MiSİr səFƏrov azərbaycan diLİ


Az ərbaycan dili məsələləri



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə86/86
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76553
1   ...   78   79   80   81   82   83   84   85   86

Az
ərbaycan dili məsələləri 
 
283 
şünün  aydınlaşdırılmasına  və  nəhayət,  yazıçının  fərdi 
yaradıcılıq üslubuna xidmət məqsədinə edilmişdir.  
4. Atalar sözl
əri və məsəllər ixtisar edilmişdir. 
Ə.Əbülhəsən dildə  yığcamlıq,  az  sözlə  dərin  məna 
ifad
ə etməyi sevən və qələmində bu prinsipə sadiq qalan 
s
ənətkarlardandır.  Yazıçının  atalar  sözləri və  məsəllər 
üz
ərində  apardığı  ixtisarlar  bu  cəhətdən nəinki  onların 
ifad
ə  etdikləri mənaya xələl gətirməmiş,  əksinə,  fikrin  
oxucuya tez v
ə yığcam çatmasında həlledici bədii vasitəyə 
çevrilmişdir.  Məsələn,  xalq  arasında  işlənən  “Qonşudan 
g
ələn  doyumluq  olmaz,  o  da  vaxtında  gəlməz”
116
  atalar 
sözü  romanda  “Qonşudan gələndə  öynəli olmaq olmaz” 
(IV, 93) şəklindədir. Yaxud “Qohum qohumun ətini yesə 
d
ə, sümüyünü çölə  tullamaz”
117
  m
əsəlini  yazıçı  “Ətin 
yey
ər,  sümüyünü  atmaz”  (I,  269)  şəklində  daha  da  yığ-
camlaşdırmışdır.  Müqayisələrdən  görünür  ki,  yazıçı  bir 
qayda olaraq, ümumi m
əzmunu saxlamaqla, lakin fikri 
yığcam şəkildə, az sözlə, mənaya xələl gəlmədən verməyə 
s
əy edir. Fikrin az  sözlə  bu  şəkildə  dəqiq ifadəsi bədii 
əsərin  ən  yaxşı  məziyyətlərindəndir.  Xalq  arasında 

əyyən mənada bir-birinə  sinonim olan “Dünya üç 
gündür: bir anadan olan günü, bir oturan günü, bir d
ə ölən 
günü”, Dünyada üç şey gördüm: oldum, evləndim, öldüm”, 
“Dünya n
ərdivandır,  biri  çıxar,  biri  düşər”, “Bu dünya 
d
əyirmandır, üyüdər bir gün bizi”, “Dünya ölüm-itim dün-
yasıdır”  kimi  eyni  məna-məzmuna  malik müxtəlif  şəkilli 
atalar sözünd
ən müəllif üslubi məqamca məqsədə  daha 
çox  müvafiq  olanını  −  “Dünya ölüm-itim  dünyasıdır” 
                                                 
116
 
Atalar sözü.  Bakı, 1949, səh.70. 
117
 Yen
ə orada, səh.71. 


Misir S
əfərov 
 
 
284 
atalar sözünü seçib, “Ölüm-
itim  dünyasıdır”  (II,  72) 
şəklində ixtisar edərək işlətmişdir. 
Göründüyü kimi, burada h
əm “dünya” sözünün 
t
əkrarına   yol verilməmiş, həm də fikir yığcam və  yerinə 
gör
ə təsirli ifadə edilmişdir. Bu atalar sözünə Azərbaycan 
dilinin q
ədim abidəsi hesab olunan “Kitabi-Dədə Qorqud” 
dastanlarında  “Gəlimli-gedimli dünya, son ucu ölümlü 
dünya” şəklində də rast gəlirik
118
.  
Bel
ə nümunələrin sayını artırmaq da olar. 
B
ədii əsərin dilində işlənən atalar sözləri və məsəllər 
o  zaman  daha  geniş  mahiyyət kəsb edir ki, onlar təsvir 
olunan hadis
ə  ilə  səsləşə  bilsin.  Müşahidələr göstərir ki, 
Ə.Əbülhəsən bu mühüm cəhəti həmişə diqqət mərkəzində 
saxlamış,  istifadə  etdiyi atalar sözləri və  məsəlləri təsvir 
olunan hadis
ələrlə  elə  müvəffəqiyyətlə  əlaqələndirmişdir 
ki, bu hikm
ətli ifadələrin bədii estetik mahiyyəti bir daha 
parlaq şəkildə ifadə olunmuşdur. 
Ə.Əbülhəsənin “Dostluq qalası” əsərinin dil baxımın-
dan t
ədqiqi  yazıçının  özünəməxsus  yaradıcılıq  üslubu 
olduğunu bir daha təsdiq edir. 
Faktlar göst
ərir ki, qələminə son dərəcə məsuliyyətlə 
yanaşan  sənətkar  əsərin dili üzərində  zərgər dəqiqliyilə 
işləmişdir. Məlumdur ki, əsərin dili üzərində işləmək bədii 
yaradıcılıq  prosesinin  ən mühüm və  məsul mərhələ-
l
ərindəndir.  Əsərin  oxunaqlı  olmasında,  yazıçı  fikrinin 
oxucuya tez v
ə asan çatmasında, nəhayət əsərin təlqin və 
t
əşviq  gücünün  müəyyənləşməsində  dil müstəsna rola 
                                                 
118
  Bax:  “Kitabi-D
ədə  Qorqud”.  Bakı,  1962,  səh.156;  Prof.  Ə.M.Də-
mirçizad
ə. “Kitabi-Dədə  Qorqud”  dastanlarının  dili.  V.İ.Lenin  adına  APİ-
nin n
əşriyyatı, Bakı, 1959. 


Az
ərbaycan dili məsələləri 
 
285 
malikdir. Dig
ər tərəfdən  əsərin dili üzərində  işləmək 
s
ənətkardan böyük yaradıcılıq səyi tələb edir. 
Romanın  əvvəlki  çapları  ilə  sonrakı  nəşrlərinin 
t
əfərrüatlı müqayisəsi sübut edir ki, müəllif fikrin ifadəsinə 
müvafiq olmayan, 
əsərin  dilini  ağırlaşdıran  sözləri daha 
münasib söz v
ə  ifadələrlə  əvəz  etmiş,  ardıcıl  olaraq 
t
əshihlər aparmışdır. Aparılan bu düzəliş və əvəzetmələrin 
n
əticəsində əsər, nəticə etibarilə, daha mükəmməl bir şəkil 
almışdır. 
Yazıçı  əsərin dili üzərində  işləyərkən  romanın 
m
ətnində  ixtisarlara ehtiyac duyduğu  kimi,  yeni  əlavələr 
d
ə  etmişdir.  Edilmiş  bu  ixtisar  və  əlavələr  əsərin bədii 
m
əzmununu dərinləşdirmiş, epik fikri daha bitkin bir şəklə 
salmışdır. Sonradan mətnə əlavə edilmiş sözlər məkan və 
zamanın  düzgün  göstərilməsinə, xarakterlərin bir-birinə 
münasib
ətlərinin aydınlaşmasına geniş imkanlar açmışdır. 
Habel
ə  aparılan  ixtisarlar  əsərin  dilini  yığcam  və 
r
əsvir edilən hadisəni  konkret  şəkildə  oxucuya  çatdırmaq 
kimi bir m
əqsəddən  irəli gəlmişdir. Digər tərəfdən, yazıçı 
bu prosesd
ə əsərin dilini  surətin xarakterinə uyğun gəlmə-
y
ən və oxucu üçün çətin başa düşülən sözlərdən də təmiz-
l
əmiş,  beləliklə,  əsərin bədii keyfiyyəti  artmış,  romanın 
dilind
ə yığcamlıq, ahəngdarlıq və axıcılıq yaranmışdır. 
Romanın  lüğət tərkibinin zəngin və  çoxcəhətliliyi 
Ə.Əbülhəsənin xalq dilini mükəmməl bildiyini, ondan 
maksimum  faydalandığını  və  səmərəli surətdə  istifadə 
etdi
yini  bütün  parlaqlığı  ilə  nümayiş  etdirir.  Əsərin 
müxt
əlif üslubi   çalarlığa  malik  olan  söz,  birləşmə  və  
ifad
ələrlə zəngin olduğu da məhz buradan irəli gəlir. 
Romanın  dilini  oxunaqlı  edən, fikri sadə  şəkildə 
oxucuya  çatdıran  amillərdən  biri  yazıçının  ümumişlək 
sözl
ərdən geniş və yaradıcı  faydalanmasıdır. Yazıçı təsvir 


Misir S
əfərov 
 
 
286 
etdiyi hadis
əni, əhvalatı oxucuya daha aydın çatdırmaqdan 
ötrü, sur
ətin  hansı  təbəqəyə  mənsub  olduğunu  bildirmək 
üçün,  onun  peşəsini,  düşüncəsini,  dünyagörüşünü  müəy-
y
ənləşdirməkdən ötrü əsas mənbə kimi ümumişlək sözlərə 
istinad edir. 
Romanda müasir 
ədəbi dilimiz üçün arxaik hesab 
edil
ən sözlərlə  də  rastlaşırıq.  Yerli-yerində  işlənən belə 
arxaizml
ər, tarixizmlər  əsərdə  kəsərli üslubi vasitə  kimi 
çıxış  edir.  Köhnə  üsul-idarə, vəzifə, kənd təsərrüfatı  və 
m
əişət, geyim adları, dini-mövhumat, nəqliyyat  vasitələri 
v
ə  s. aid söz və  ifadələr milli və  tarixi koloriti qüvvət-
l
əndirməkdə  mühüm üslubi funksiya  daşıyırlar.  Əsərdə 
işlənmiş  arxaizmlər təsvir olunan dövrün tarixi xüsusiy-
y
ətlərini real əks etdirmək, surətin nitqini fərdiləşdirmək, 
nitqd
ə yumor, gülüş yaratmaq, surətin düşüncəsini, psixo-
logiyasını daha da ətraflı  vermək üçün tutarlı ifadə vasi-
t
əsi kimi mühüm üslubi əhəmiyyətə  malikdir. “Dostluq 
qalası”  romanının  dili  sübut  edir  ki,  köhnə, dilin passiv 
fonduna  keçmiş  sözlər  –  arxaizmlər  bədii yaradıcılıqda 
fikrin ifad
ə  vasitəsi kimi həmişə  çevik və  fəal dil 
vahidl
ərindəndir. 
Əsərdə yeri gəldikcə loru xarakterli söz və ifadələr də 
işlənmişdir. Yazıçının  canlı danışıq dilindən alıb işlətdiyi 
bu ifad
ələr nitqdə  obrazlılığın,  fərdiləşmənin yaranma-
sında mühüm rol oynayaraq, öz növbəsində  danışığın təsir 
qüvv
əsinin  artırılmasında  da  mühüm  üslubi  vəzifə  daşı-
mışdır. 
Romanda m
ənfi surətlərin müraciət etdikləri söz 
qruplarından biri də vulqarizmlərdir. Yazıçı mənfi surətin 
dilind
ə  vulqarizmləri işlətməklə onun mənəviyyatını açır, 
sur
ətin daxili aləmi ilə oxucusunu tanış edir. Bədii əsərin 


Az
ərbaycan dili məsələləri 
 
287 
estetik t
ərbiyəvi təsirindən  çıxış  edən  yazıçı  vulqar 
sözl
ərdən  minimum və  ancaq üslubun zəruri tələbi kimi 
yararlanmışdır. Təsadüfi deyil ki, bu qrupa aid olan sözlər 
əsərin dilində azlıq təşkil edir. 
Əsasən elmi üslubda  işlənən terminlər və terminoloji 
sözl
ər bədii  üslubun  ixtiyarına  keçəndə  qüvvətli üslubi 
m
ənaya  malik  olur.  Əsərin mövzusu ilə  əlaqədar olaraq 
yazıçı  təbii ki, hərbi terminlərə  tez-tez müraciət etməli 
olmuşdur.  Mənası  çətin  başa  düşülən hərbi    terminləri 
yazıçı  mətnə  yaradıcı  şəkildə  daxil etdiyi üçün  əsərin 
dilind
ə  heç  bir  ağırlıq  yaranmamışdır.  Səciyyəvidir ki, 
romanda  işlənən dialektizmlər də,  əsasən,  ümumişlək  
xarakterlidir v
ə  bu sözlərin çox hissəsi  hazırda  ədəbi 
dilimizd
ə işlənməkdədir. Yazıçı bu qrup sözlərdən surətin 
nitqini f
ərdiləşdirmək, tipin ərazicə haralı və ictimai mən-
şəcə hansı təbəqəyə aid olduğunu göstərmək üçün istifadə 
etmişdir. 
Romanın  dilinin  tədqiqi  söz  yaradıcılığı  baxımından 
da  maraq  doğurur.  Belə  ki,  yazıçının  canlı  xalq  dilindən 
alıb  işlətdiyi söz və  ifadələr  (“bağlaşma”,  “işin  bağrını 
yarmaq” v
ə  s.)  əsərin dilinə  canlılıq,  xəlqilik ruhu gətir-
m
əklə  yanaşı,  müasir  ədəbi  dilimizin  lüğət tərkibinin 
z
ənginləşməsində də mühüm rol oynamışdır. 
Yazıçı  əsərdə  söz və  ya ifadələrin məna  çalarlıq-
larına  xüsusi  fikir  vermiş  və  onların  çoxmənalılığından 
maksimum istifad
ə etməyə çalışmışdır. 
Z
əngin həyat təcrübəsinə  və  ustad nasir qələminə 
malik olan Əbülhəsən epik üslubun inkişafında, bədii dilin 
fikir v
ə məna tutumunun genişlənməsində, onun canlı xalq 
danışıq  dili  ilə  lüğəvi təmaslarının  möhkəmlənməsində 
özün
əməxsus böyük xidmətləri olan sənətkarlarımızdandır. 
“Dostluq  qalası”  romanı  da  daxil  olmaqla,  onun  zəngin 


Misir S
əfərov 
 
 
288 
b
ədii irsi, sözün bu mənasında, müasir ədəbi nəsillər üçün 
bir timsal v
ə  örnək olmaqla bərabər,  ədəbi-filoloji fikir 
üçün d
ə düşündürücü bir tədqiqat və axtarışlar mənbəyidir. 
İnanırıq ki, bu bədii söz mənbəyinə öyrənmək və öyrətmək, 
yaşamaq və yaşatmaq üçün hələ çox müraciət ediləcəkdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Az
ərbaycan dili məsələləri 
 
289 
 
 
 
 
 
M Ü N D Ə R İ C A T 
 

ə q a l ə l ə r 
 
Ədəbiyyat  dərslərində vətənpərvərlik 
t
ərbiyəsi ................................................................... 3 
Qrammatik t
əhlil və yekun təkrar ....................... .6 
Qrammatik t
ərif və qaydaları şagirdlərə 
nec
ə mənimsədirəm (pedaqoji mövzuda) ..............9 
T
əbliğatçının nitqi .................................................12 
B
ədii əsərlərin leksik təhlili haqqında .................18 
Şagirdlərin yazılı nitqinin inkişaf etdirilməsin- 
d
ə ədəbi əsərlərin dilinin öyrədilməsinin rolu ....23 
“Dostluq qalası” romanında sözün semantik 
xüsusiyy
ətləri .........................................................32 
B
ədii əsərlərdə metaforalar ..................................35 
Ə.Əbülhəsənin “Dostluq qalası” romanında   
terminl
ər .................................................................41 
Ə.Əbülhəsənin “Dostluq qalasi”   romanının 
t
ərkibi haqqında ....................................................44 
Ktematoniml
ər haqqında bəzi qeydlər ................46 
B
ədii əsərlərdə antroponimlərin üslubi  
i
mkanları ................................................................50 
Müasir Az
ərbaycan ədəbi dili ..............................54 
B
ədii əsərlərin dil və üslub cəhətdən təhlilinin 
şagirdlərin nitq inkişafı  üçün əhəmiyyətinə 
dair..........................................................................57 
B
ədii əsər və xalq hikməti ....................................59 


Misir S
əfərov 
 
 
290 
        L
əqəblər haqqında ...............................................66 
        B
ədii dildə hərbi terminlərin işlənməsinə dair.. 70 
N
əsrimizin ağsaqqalı    .........................................75 
Ə.Əbülhəsənin bədii əsərlərinin adları................80 
B
ədii əsər adları haqqında ...................................83 
Ədəbi dildə sinonimlərin  üslubi rolu .................88 
Termin v
ə bədii dil ................................................91 
Az
ərbaycan onomastikasının sistemli tədqiqi.... 94 
N
əsr dilinin gözəl nümunələri ............................106 
Ümumdilçilik f
ənləri və  onomastika   
probleml
əri ..........................................................111 
Sif
ətin çoxaltma dərəcəsi haqında .....................117 
Az
ərbaycan onomastika məktəbinin banisi ......122 
 
R  e s e n z i y a l a r 
 
Lüğət tərkibinin tədqiqi .....................................126 
Qiym
ətli tədqiqat əsəri .......................................131 
Dilçiliy
ə dair dərslik …………………………...135 
Dil v
ə üslub ..........................................................138 
Az
ərbaycan onomastikasının  fundamental 
t
ədqiqi ..................................................................147 
Türkoloji dilçiliy
ə dair biblioqrafiya ................154 
Doktor Çobanzad
ə”türk-tatar lisaniyyatına  
m
ədxəl” ................................................................157 
Ə.Əbülhəsən nəsrinin  dili ................................ .163 
 
 
 
 
 


Az
ərbaycan dili məsələləri 
 
291 
 
 
 
 
    Filologiya 
ü
zrə 
fəlsəfə 
doktoru,  dosent  Misir  Qaraoğlan 
oğlu Səfərov 1950-ci il iyulun 1-də 
Sabirabad  rayonunun  Kolanı  kən-
dində anadan olub.  
1967-
ci ildə Kolanı kənd orta 
m
əktəbini bitirib. 
1973-
cü  ildə  APİ-nin (indiki 
ADPU)  Filologiya  fakültəsini  əla 
qiymətlərlə bitirib;  
1984-
cü  ildə  namizədlik  disser-
tasiyası  müdafiə  edərək  10.02.02.  ixtisası  üzrə  filologiya 
elmləri namizədi adını alıb. 
1993-
cü  ildən    ADPU-nun  Azərbaycan  dili  və  onun 
tədrisi metodikası kafedrasının dosentidir.  
M.Səfərovun  2  kitabı,  200-dən  artıq  məqaləsi  çap 
olunub.
 
 
 
 
 
 
 
 
 
 
 
 


Misir S
əfərov 
 
 
292 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə