MiSİr səFƏrov azərbaycan diLİ


Az ərbaycan dili məsələləri



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə84/86
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76553
1   ...   78   79   80   81   82   83   84   85   86

Az
ərbaycan dili məsələləri 
 
277 
B
əzən bir atalar sözü və məsəlin canlı xalq dilində bir 
neç
ə variantı olur. Məsələn, “Ağıllı fikirləşincə, dəlinin bir 
oğlu da oldu”
97
 atalar sözünün “D
əlilər dünyanı yedi, ağıllı 
indi cüt qoşur”, “Ağıllı fikir edincə, dəli Kürdən keçər”
98
 
v
ə  s.  formaları  da  vardır.  Müəllif  bunlardan birincisini 
əsas  götürmüş  və  məhz  onun  quruluşunda müəyyən 
d
əyişiklik  etmişdir:  “Atalar  yaxşı  deyiblər ki, ağıllılar 
fikirl
əşincə, dəlinin  oğlu  bazara  gedib  gələr.  Sən də 
gedib  oxuyub  qayıdınca  bizim  uşaqlar  neçə  dəfə  döyüşə 
girib  çıxdılar,  orden  aldılar,  medal  aldılar  (II,  286).  “Bir 
oğlu da oldu” ifadəsinin  oğlu bazara gedib gələr” tərkibi 
il
ə  dəyişdirilməsində  əsas məqsəd surətin  nitqini  canlı, 
obrazlı  etməklə  bərabər, dili daha   rəvan,  axıcı,  səlis 
etm
əkdən ibarətdir. 
Yazıçı atalar sözü və məsəllərdəki bu və ya digər söz 
v
ə  ifadəni  ona sinonim olan  başqa  söz  və  ya ifadə  ilə  
d
əyişdirərək  işlədir.  “Ağ  at  arpa  yeməz”
99
  (bu atalar 
sözünün “Ç
olaq  qırmızı  alma  yeməz?”  variantı  da  var) 
şəklində işlənən el məsəlindən Ə.Əbülhəsən romanda “Çal 
at arpa yem
əz məgər?” şəklində istifadə edir: “Balam, lap 
nahaq  yer
ə mən özümü qocalmış hesab edirəm. Axı, qırx 
beş  yaş  nədir ki? Çal at arpa yeməz məgər? (IV, 45). 
Burada diqq
əti cəlb edən cəhət ifadədə  “ağ”  sözünün  el 
variantında işlənən “çal” deyimi ilə əvəz edilməsi və sual 
in
tonasiyasını  qüvvətləndirmək üçün ona “məgər” sual 
ədatının artırılmasıdır. Müəllif “ağ”  sözünü “çal” sözü ilə 
əvəz etməklə  əsərin dilini təbii  ki,  ümumxalq  danışıq 
dilin
ə  yaxınlaşdırmışdır.  Müəllifin atalar sözləri və 
m
əsəllər üzərində  apardığı  bu  qəbil dəyişikliklər üslubi 
                                                 
97
 
Atalar sözü. Bakı, 1949, səh.6. 
98
 Yen
ə orada. 
99
 Yen
ə orada, səh.1. 


Misir S
əfərov 
 
 
278 
m
əqsədlə bağlı olub, əsərin dilinin canlı, obrazlı olmasında 
mühüm rol oynayır. Belə ki, xalq arasında “Öküz altında 
buzov  axtarır”
100
 
kimi  işlənən  atalar  sözünü  “dananı  qal-
dırıb altında buzov axtarır” (IV, 128) şəklində “Südlü inək 
ol,  vur  badyanı  dağıt”,  “Südlü  inək ol,  vur sərnici 
sındır”
101
  m
əsəlini “südlük inək ol, vur sərnici dağıt” (II, 
264)  kimi,  “İsti  aşa  soyuq  su  qatmazlar”  məsəlini “isti 
aşımıza  soyuq  su  qatdılar”  (III,  6)  şəklində, “Ölünü 
özbaşına  qoysan  şıllaq  atar,  kəfəni  yırtar”
102
m
əsəlini 
“Ölünü öz başına qoysalar şıllaq atıb kəfəni cırar” (VI, 40) 
şəklində,  “Xoruz  banlamasa  sabah  açılmaz?”
103
m
əsəlini 
“Xoruz  yox idi, sabah açılmırdı” (II, 300) kimi, “Qorxaq 
günd
ə yüz dəfə ölər, igid ömründə bir yol” (I, 5) məsəlini 
“Qorxaq günd
ə  min dəfə  ölər, cəsur isə  bütün ömründə 
birc
ə  dəfə”  (I,  14)  formasında  və  s.  işlədərək surətlərin 
nitql
ərini fərdiləşdirmiş,  habelə  hadisələrin  real və  canlı 
t
əsvirinə nail  olmuş, danışılan məsələni surətin düşüncəsi
psixologiyası  ilə  əlaqələndirmiş,  həm də  əsərin dilində 
x
əlqilik kimi seçimli keyfiyyəti  qabarıq  şəkildə  verə 
bilmişdir. 
2.  Atalar sözl
əri və  məsəllərin məzmunu  saxlanmış, 
forması  tamamilə  dəyişdirilmişdir.  Xalq  eldən  ayrı 
yaşamamaq,  elin  dərdini öz dərdi bilmək, dərdinə  şərik 
olmaq kimi anlay
ışları  bildirmək üçün  qısa,  obrazlı 
şəkildə  deyir: “El ilə  gələn qara gün toy-bayramdır”, 
yaxud,  “El hara, s
ən də ora”
104
. Ədib bu məsəlin məzmu-
nunu saxlamış, lakin formasını tamamilə dəyişmişdir: “El, 
                                                 
100
 
Atalar sözü. Bakı, 1949, səh.176. 
101
 Yena orada, s
əh.199. 
102
 Yen
ə orada, səh.179. 
103
 Yen
ə orada, səh.217. 
104
  Atalar sözü v
ə məsəllər.. Bakı, 1971, səh.136. 


Az
ərbaycan dili məsələləri 
 
279 
ölk
ə necə, biz də elə” (II, 11). Burada, hər şeydən əvvəl
nitqi sur
ətin  düşüncəsinə, bilik səviyyəsinə  uyğunlaş-
d
ırmaq  məqsədi  güdülmüşdür.  Belə  ki, cəbhədə  yaralan-
dıqdan  sonra  müvəqqəti olaraq evinə  gələn Kəyanı 
qayınanası daha cəbhəyə getməmək, arxada qalıb bir təhər 
girl
ənməyi təklif edir. Bir an da olsun cəbhəni, Vətəni 
müdafi
ə  etməyi  yaddan  çıxarmayan  Kəyan  qayınanasının 
bu t
əklifindən qəlbən incisə  də  üzə  vurmur və  yuxarıda 
nümun
ə  verdiyimiz məsəllə  onu  sakitləşdirməyə  çalışır. 
Əlbəttə, Kəyan  başqa  cür  də  cavab  verə  bilərdi, lakin 

əllif bu cavabla el dərdini öz dərdi bilən Kəyanı 
oxucusunun gözünd
ə  daha  da  ucaltmış,  həm də  əsərdə 
t
əbiilik,  canlılıq,  obrazın  düşüncə  səviyyəsinə  uyğun  nitq 
nümun
əsi yaratmışdır. 
Xalq  arasında  belə  bir məsəl  işlənir:  “Ərsiz  arvad, 
cilovsuz at kimidir”
105
.  Ə.Əbülhəsən bu məsəlin də 
m
əzmununu saxlamış, formasını isə büsbütün dəyişərək və 
əxlaqsız  Göyçəyin xarakterinə  müvafiq    bir  şəkildə  ifadə 
etmişdir:  “Sonra  o,  söhbəti Göyçəyin üstünə  gətirdi:  - 
Amma yaman yolsuzdur ha... 

Əlbəttə, ər yox, uşaq yox. Nə də ki, dərd çəkir! (I, 
62). 
Göründüyü kimi, mü
əllif bu məsəli dəyişdirərək onu 
əslində  olduğu  kimi  deyil,  surətin dilinə,  yaşına  və 
dünyagörüşünə, ifadə etmək istədiyi fikrə uyğun bir şəklə 
salmışdır. 
Yazıçı  eyni  atalar  sözü  və  məsəldən    əsərdə  həm 
əslində  olduğu  kimi,  həm də  üzərində  leksik təshihlər 
apararaq da istifad
ə etmişdir. Atalar sözləri və məsəllərdən 
bu  şəkildə yararlanma müəyyən üslubi məqsədlə əlaqədar 
                                                 
105
 Yen
ə  orada,  səh.11. 


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə