MiSİr səFƏrov azərbaycan diLİ


Az ərbaycan dili məsələləri



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə78/86
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76553
1   ...   74   75   76   77   78   79   80   81   ...   86

Az
ərbaycan dili məsələləri 
 
259 
l
ərin bu tipi, yəni nisbi antonimlilik çox zaman, xüsusilə 
b
ədii əsərlərdə özlərinin üslubi məqamları ilə sıx əlaqədə 
olurlar. Bel
ə  ki,  bu  zaman  ilk  baxışda  antonim  olmayan 
ifad
ə  və  anlayışlar  belə  müəllif niyyətilə, üslubi yerinə 
gör
ə qarşılaşa və antonimlik əlaqəsinə girə bilirlər. 
Romanın  sinonimlik  cərgələri üçün tipik olan bir 
xüsusiyy
ət, antonim sözlərə də eyni dərəcədə xasdır. Bu da 

əllifin antonim sözlərdən istifadə edərkən dilimizin öz  
lüğət tərkibinə  əsaslanması,  məhz dilimizin söz ehtiya-
tından, əsl Azərbaycan dili mənşəli sözlərdən çıxış etmə-
sidir. Q
ələminə məsuliyyətlə yanaşan Ə.Əbülhəsən bilirdi 
ki, “
əcnəbi sözlərin dilimizdə  işlədilməsinə  xüsusi diqqət 
yetirm
əli, bu işdə ehtiyatlı olmaq lazımdır. Sözlərin başqa 
dild
ən  alınmasının müəyyən bir zəruri  əsası  olmalıdır. 
İstənilən vaxt istənilən sözü alıb işlətmək düzgün deyildir. 
H
ər cür əcnəbi sözü dilə daxil etmək və ya belə təşəbbüs 
göst
ərmək  əksər hallarda mənfi nəticə  verir, dili qəliz-
l
əşdirir, onu anlaşılmaz hala salır”
89
.  
“Do
stluq qalası” romanının dilində sözləri mənşəyinə 
gör
ə  tədqiq edərkən müəyyənləşdirdik  ki,  əsərin  dilində 
işlənmiş  alınma  sözlərin özləri belə  bugünkü dilimiz 
baxımından  ümumişlək xarakterlidir. Bu sözlər tarixən 
dilimiz
ə  keçib, dilin istər fonetik, istərsə  də  qrammatik 
qayda-
qanunlarına  tam  uyğunlaşıb.  Belə  alınma  sözlər 
dilimizd
ə  o dərəcədə  sabitləşib  ki,  hətta xüsusi tədqiqat  
olmadan bu sözl
ərin  alınma  olduğunu  müəyyənləşdirmək 
ç
ətin olur. Məsələn,  qoca-cavan, sağlam-xəstə və s. anto-
niml
əri fars, sual-cavab, əvvəl-axır antonimləri ərəb dilin-
d
ən  alınmadır. Hər bir azərbaycanlı nitqində bu sözlərdən 
                                                 
89
A.Ə.Aslanov. Bədii əsərlərin lüğət tərkibinin üslubi imkanları. Azərbaycan 
b
ədii  dilinin  üslubiyyatı  (oçerklər). “Elm”  nəşriyyatı,  Bakı, 1970, səh.60-
61. 


Misir S
əfərov 
 
 
260 
bol-bol istifad
ə edir, çünki bu sözlərin mənası danışana və 
dinl
əyənə tam aydındır. 
“Dostluq  qalası”  romanının  dilində  işlənmiş  anto-
niml
əri mənşəcə aşağıdakı kimi qruplaşdırmaq olar: 
1. Əsl Azərbaycan sözlərindən ibarət olanlar: yer-göy, 
uzaq-
yaxın, isti-soyuq, tez-gec, ağlamaq-gülmək, durmaq-
oturmaq, dal-qabaq, yaz-
qış,  bərk-boş,  var-yox, gecə-
gündüz, sağ-sol, iç-çöl, yaxşı-pis, vermək-almaq, getmək-
g
əlmək, girmək-çıxmaq,  böyük-kiçik,  əkin-biçin, bayaq-
indi, ir
əli-geri, tutmaq-buraxmaq, minmək-düşmək, ölü-
diri, bol-
qıt, düz-əyri, az-çox və s. 
2.  Əsl  Azərbaycan sözü ilə  alınma  sözlərdən ibarət 
olanlar: sonra (a) - 
əvvəl (ə),  aydın  (a)  –  zülmət (ə), 
bacarıqlı (a)- aciz (ə), geniş (a) - müxtəsər (ə), yavaş (a) – 
c
əld (ə), qoca (a) –  cavan  (f),  sağlam  (a)  –  xəstə  (a)  – 
naxoş  (f),  çalışqan  (a)  –  tənbəl  (f),  yaxşı  9A0  –  bəd (f), 
dinm
əz (a) – dilavər (f) və s. 
3.  Alınma  sözlərdən ibarət olan antonim sözlər. Bu 
qrupa aid sözl
ərin özləri də iki yerə bölünür: 
a) müxt
əlif dillərdən  alınma  sözlərin antonimliyi: 
m
əsud (ə) – bədbəxt (f), cəhənnəm (ə) – behişt (f), xəsis 
(
ə) – mərd (f), müvəqqəti (ə) - əbədi (f) və s. 
b) eyni dild
ən alınmış sözlərin antonimliyi: sual (ə) – 
cavab (
ə), mərhəmət (ə) – qəzəb (ə), mədaxil (ə) – məxaric 
(
ə), arif (ə) – cahil (ə), bəli (ə) – xeyr (ə), fəqir (ə) – zalım 
(
ə),heyvan (ə) – insan (ə), dünya (ə) – axirət (ə), avam (ə) 
–  m
ədəni (ə), halal (ə)  –  haram (ə),    şad  (f)  –  pərişan 
(peşman) (f), piyadə (f) – suvarı (f), bədbəxt (f) – xoşbəxt 
(f) v
ə sairə. 
“Dostluq qalası” romanının dilində işlənən antonim-
l
ər müxtəlif məna və məfhumları ifadə etmə dairəsinə görə 


Az
ərbaycan dili məsələləri 
 
261 
xeyli genişdirlər. İnsanların fəaliyyəti, ətraf mühitə müna-
sib
əti, təbiət hadisələri və s. hal, keyfiyyət və mənzərələrin 
əks  olunmasında  antonimlər fəal üslubi üstünlüyə  malik-
dirl
ər. Əsərin mətnindəki antonimlərin bəzi məna xüsusiy-
y
ətlərini, əyanilik xatirinə, burada xatırlamaq, zənnimizcə, 
yerin
ə düşərdi. 
a)
 
İnsanın  iş  fəaliyyəti ilə  əlaqədar olaraq əlamət, 
keyfiyy
ət və  xüsusiyyət  anlayışı  bildirən antonimlər: 
ziyan-xeyir, yoxsul-
varlı,  qoca-cavan,  lovğa-təvazökar, 
m
ədaxil-məxaric,  şad-peşiman,  abstrakt-konkret, nikbin-
b
ədbin, xəsis-səxavətli, söndürmək-yandırmaq,  süvari-
piyada,  tanış-yad, toy-yas, ölü-diri, evlənmək-boşanmaq, 
sökm
ək-tikmək,  doğma-yad,  qıtlıq-bolluq,  yaxşılıq-pislik, 
çalışqan-tənbəl, gülmək-ağlamaq,  yatmaq-durmaq, yaz-
maq-
pozmaq, sağlam-xəstə, arıq-kök, qüvvətli-zəif, avara-
işgüzar,  ağıllı-axmaq, ac-tox, aciz-bacarıqlı,  küsmək-
barışmaq,  sülh-müharibə, baha-ucuz,  ağlamaq-gülmək, 
ist
əmək-rədd etmək, gözəl-çirkin, böyük-balaca və s. 
b) Bizi 
əhatə  edən aləmlə  -  təbiət hadisələri və 
varlıqla  əlaqədar  anlayışları  ifadə  edən antonimlər: dolu-
boş,  yetişmiş-kal,  qaranlıq-işıq,  donmaq-ərimək,  küləkli-
sakit,  işıqlı-qaranlıq,  isinmək-soyumaq, yanmaq-sönmək
sulamaq-
qurutmaq, şirin-acı, yüngül-ağır, tünd-açıq, bərk-
yumşaq,  nazik-yoğun,  işıq-qaranlıq,  soyuq-isti,  ağ-qara, 
ağarmaq-qaralmaq,  çıxmaq-batmaq, quru-dəniz, dərin-
dayaz, isti-soyuq, gen-dar, hündür-alçaq v
ə s. 
c) Vaxt, zaman anlayışı bildirən antonimlər: yay-qış, 
əvvəl-axır,  qabaq-sonra,  keçmiş-gələcək, tez-gec, səhər-
axşam, gecə-gündüz, dünən-sabah və s. 
ç) M
əkanla  əlaqədar  anlayışları  ifadə  edən anto-
niml
ər: yer-göy, sol-sağ, aşağı-yuxarı, içəri-bayır, gen-dar, 
giriş-çıxış,  ora-bura, uzaq-yaxın,  iç-çöl,  dərəlik-təpəlik, 


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə