MiSİr səFƏrov azərbaycan diLİ


Az ərbaycan dili məsələləri



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə82/86
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76553
1   ...   78   79   80   81   82   83   84   85   86

Az
ərbaycan dili məsələləri 
 
271 
D
ərin mənalı atalar sözləri və məsəllərdə bədii dilin 
ən gözəl incilərini tapmaq  mümkündür. Folklorun, şifahi 
xalq 
ədəbiyyatı  nümunələrinin  əhəmiyyəti bu mənada 
əvəzsizdir. Böyük proletar ədibi  M.Qorki  yazır:  “Ən 
böyük him
ət sözlərin sadəliyindədir. Atalar sözü və məsəl-
l
ər həmişə qısa olur, lakin onlarda tam kitablar dolusu ağıl 
v
ə hikmətlər vardır”
95
.  
Atalar sözl
əri və  məsəllər  obrazlılıq,  emosionallıq, 
ifad
əlilik, bədiilik və bu kimi keyfiyyətləri ilə dildə xüsusi 
üslubi v
əzifəyə  malikdir. Buna görə  də  atalar sözü və 
m
əsəllərdən  bədii, publisist və  digər üslublarda geniş 
istifad
ə  olunur. Bədii  üslubda  yazılan  əsərlərdə  isə  onlar 
xüsusi üslubi v
əzifə daşıyır. 
Bu c
əhətdən “Dostluq qalası” romanının dili tədqiqat 
üçün olduqca z
əngin  material  verir.  Müşahidələr göstərir 
ki, 
əsərin mətnində  atalar sözləri və  məsəllərdən bəhrə-
l
ənmə  iki istiqamətdə  baş  vermişdir.  Birinci  halda  atalar 
sözl
əri və  məsəllər romana heç bir dəyişiyə  uğramadan, 
canlı  dildə  olduğu  kimi  daxil  edilmişdir.  İkinci  halda  isə 
atalar sözl
əri və  məsəllər  konkret üslubi tələbə  uyğun 
olaraq mü
əyyən dəyişikliyə məruz qalaraq işlənmişlər. 
Bu is
ə xalq  yazıçısı Ə.Əbülhəsənin bütün varlığı ilə 
xalqa, onun  yaradıcılığına – xalq frazeologiyasına folklor 
dilin
ə bağlılığından irəli gəlir. Dərin  mənalı, təsirli ifadə 
vasit
əsi olan atalar sözləri və məsəllərdən bol-bol istifadə 
etm
əsi yazıçıya əsərin dilini canlı, oxunaqlı etməkdə, onun 
b
ədii-hissi keyfiyyətini artırmaqda kömək etməklə bərabər, 
s
ənətkarın  özünün    də  təfəkkür tərzinin  genişlənməsinə 
yardım etmişdir. 
                                                 
95
 
М.Горький. Материалы и исследования, т.I, Изд. АН СССР, 1934, 
стр.114. 


Misir S
əfərov 
 
 
272 
Ə.Əbülhəsən öz əsərlərinin  dilini  canlı  və  təsirli 
etm
ək, surətin parlaq şəkildə, əlvan boyalarla əks etdirmək, 
söz v
ə  ifadənin kəsərini dildə  və  ümumən bədii  əsərdə 
milli koloriti saxlamaq v
ə s. üçün atalar sözləri və məsəl-
l
ərdən heç bir dəyişiklik etmədən istifadə etmişdir.  Yazıçı 
əsərdə  “Araz  aşığındandır,  Kür  topuğundan”,  “Hamam 
suyu il
ə  dost  tutur”,  “Azacıq  aşın  duzu  deyil”,  “Ölmək 
ölm
əkdir,  xırıldamaq  nə  deməkdir”, “Meşə  çaqqalsız 
olmaz”, “Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş”, 
“Ac  qulağım,  dinc  qulağım”,  “İşləməyən  dişləməz”, 
“İştaha diş altındadır”, “Qonşuya ümid olan şamsız yatar”,  
“Tülkü tülkülüyünü sübut el
əyincə  dərisini  boğazından 
çıxardarlar”,  “İlan  vuran  ala  çatıdan  qorxar”,  “Cücəni 
payızda  sayarlar”,  “Bu  xına  o  xınadan  deyil”,  “Aşıq 
gördüyünü çağırar” və s. kimi dərin mənalı xalq ifadələrini 
–  el sözl
ərini romanda necə  varsa eləcə,  olduğu  kimi 
saxlamış və işlətmişdir. 

əllif bu əvəzedilməz ifadə  vasitələrini  işlədərkən 
onların  xalq  dilindən  alındığına  işarə  edərək “atalar 
deyibl
ər”, “el məsəlidir”, “məsəldir”, “deyiblər”, “atalar 
yaxşı deyib” və s. tərkib və ifadələr işlədərək bu sözlərin 
alındığı  mənbəyə  də  birbaşa  işarə  etmişdir:  Məsələn: 
Atalar deyibl
ər ki, işləməyən dişləməz (III, 179);  Atalar 
yaxşı  deyib ki, aşıq gördüyünü  çağırar (I, 171); - Bax, 
bel
ə,  -  yeyin yemək  lazımdır.  İştaha  diş  altındadır, 
deyibl
ər  (I,  52).  Əsərdə  atalar sözləri və  məsəllərdən iki 
üslubi qalıbda istifadə olunub. 
a) Mü
əllif    işlətdiyi ifadənin atalar sözü və  məsəl 
olduğunu birbaşa xatırladır: 


Az
ərbaycan dili məsələləri 
 
273 
“−Mən cəbhəyə  gələndə  özümə  söz  vermişdim  ki, 
g
ərək qorxmayam. Atalar deyiblər  axı,  ölmək ölməkdir, 
xırıl-damaq nə deməkdir” (II, 24); 
2.  Mü
əllif romana xalq ifadəsinin mənbəyini göstər-
m
ədən gətirir:  -  Zarafat eləmə,  aşıq,  sən öl, bu  xına  o 
xınadan deyil (II, 157). 
 
Ə.Əbülhəsənin yaradıcılıq üslubuna məxsus xüsusiy-
y
ətlərdən biri atalar sözü və  məsəllərdən qiymətverici 
meyar kimi istifad
ə  etməsidir.  Müəllif surət  haqqındakı 
fikrini, ona münasib
ətini atalar sözü və  məsəl vasitəsilə 
daha d
əqiq və sərrast ifadə etmişdir. Bu hikmətli  ifadələr 
h
ər bir surətin xarakterini  qısa,  lakonik  və  obrazlı  bir 
şəkildə  oxucuya  çatdırır.  Maraqlıdır  ki,  müəllif özü surət 
haqqında  danışmır.  Əsərdəki surətlərdən biri o birisi 
haqqında  danışarkən atalar sözü və  məsəl  işlədir ki
bununla da oxucuda tip haqqında tam təsəvvür yaranır:  
-  Bel
ədir ki, var. Nə tanrı, hə hökumət! Saya saldığı 
şey  yoxdur.  Araz  aşığındandır,  Kür  topuğundan  (II, 
62);  -  N
ə  eləyək?  Meşə  çaqqalsız  olmaz!  Podpolkovnik 
mehribanlıqla  Mahmuda  göz  qoyub  əlavə  etdi:  -  Yaxşı, 
gedin (I, 309). 

Araz  aşığındandır,  Kür  topuğundan” atalar sözü 
əxlaqsız, Vətən xaini Göyçəyin  xarakterini açmaq, “Meşə 
çaqqalsız olmaz” ifadəsi isə qorxaq, yalançı, xain Qulamı 
s
əciyyələndirmək üçün yerinə düşən çox sərrast ifadələrdir. 
Burada mü
əllif bu tiplər haqqında əlavə izahat verməsəydi 
d
ə oxucu bu ifadələr vasitəsilə tam məlumat ala biləcəkdi. 
Bu is
ə sənətkarın xalq dilindən, xalqın ifadə vasitələrindən 
nec
ə ustalıqla bəhrələnməsinə parlaq örnəklərdəndir. 
Ə.Əbülhəsən atalar sözü və məsəllərdən  istifadə edə-
r
ək  obrazın  daxili-psixoloji vəziyyətini,  düşdüyü  şəraitə 
münasib
ətini canlı boyalarla təqdim edir. Müharibənin ilk 


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə