MiSİr səFƏrov azərbaycan diLİ



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə22/86
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76553
1   ...   18   19   20   21   22   23   24   25   ...   86

Misir S
əfərov 
 
 
78 
xain  düşmənlərdən  qorumuşdurş  Ədibin  cəbhə  həyatı 
əsasən qəhrəman  Sevastopolla  bağlıdır.  Yazıçı  düşmənə 
qarşı  vuruşmaqla  yanaşı,  səngərdə, qazmada cəbhənin 
d
əhşətlərini bilavasitə  müşahidə  etmiş,  ağır  səngər 
h
əyatını,  döyüşçü  məişətini,  psixologiyasını  yaxından 
duyub öyr
ənmişdir. Bu müşahidələrin  nıəticəsi olaraq bir 
sıra hekayə və povestlərini yazıb çap etdirmişdir. “Oğullar 
v
ə  atalar”  (1943),  “Leytenant  Şerban”  (1943),  “Yaralı” 
(1942), “R
əşid” (1942), “Qorxaq” (1942), “Görüş” (1942), 
“Oxu, bülbülüm, oxu” (1942), “Sahild
ə” (1942) və  s. 
hekay
ə  və  povestləri məhz  bu  müşahidələrin məhsulu 
olaraq meydana g
əlmişdir. Bu hekayə  və povestlər bütün 
müsb
ət keyfiyyətləri ilə yanaşı, bir də ona görə qiymətlidir 
ki,  onlar  “Dostluq  qalası”  kimi  böyük  bir  romanın 
yaranmasında hazırlıq mərhələsi və bədii zəmin olmuşdur. 
İlk  variantında  “Müharibə”  adlanan  “Dostluq  qalası” 
romanı  1947-ci ildə  “İnqilab  və  mədəniyyət”  jurnalında 
çap  olunur.  Əsər tezliklə  oxucuların  və  ədəbi tənqidin 
diqq
ətini cəlb edir. 
Ədəbi tənqid romanın müsbət keyfiyyətlərini göstər-
m
əklə  yanaşı,  qüsurlarını  da  qeyd  edir,  xeyirxah  məslə-
h
ətlər verir. Bu isə  yazıçını  əsər üzərində  dönə-dönə 
işləməyə  ruhlandırır.  Dörd  kitabdab  ibarət olan  “Dostluq 
qalası” romanının sonuncu kitabı 1967-ci ildə çap olunur 
v
ə  bununla da ədibin bu əsər üzərindəki  yaradıcılıq 
əməliyyatı sona çatır. 
Əsər istər mövzusu, istərsə  də  dili və  üslubu  baxı-
mından  həm Azərbaycan sovet ədəbiyyatında,  həm də 
Əbülhəsənin  yaradıcılığında  mühüm  yer  tutur.  Romanın 
mövzusu sovet xalqının, o cümlədən Azərbaycan döyüşçü-


Az
ərbaycan dili məsələləri 
 
79 
l
ərinin  Böyük Vətən müharibəsi illərində alman faşizminə 
qarşı apardığı mübarizə təşkil edir. 
 
Əsərdəki hadisələr məkan etibarilə  iki hissəyə 
bölünür. Birinci hiss
ədə  Sevastopolun müdafiəsi və  bila-
vasit
ə  döyüş  meydanı,  ikinci  hissə  isə  əmək növbəsində 
dayanmış və cəbhəni hər cür sursat və  ləvazimatla təmin 
ed
ən arxa cəbhədir. Bu hissələrin  özləri də  hadisələrin 
t
əsviri ilə əlaqədar olaraq ayrı-ayrı qollara ayrılır. 
Əsərdə maraqlı və yaddaqalan surətlər var. 
“Dostluq  qalası”  romanı  xalqların  tarixində  çox 
böyük 
əhəmiyyətli bir dövr olan Böyük Vətən müharibəsi 
ill
ərinin bədii salnaməsi kimi həm  Əbülhəsənin  yaradı-
cılığında,  həm də  Azərbaycan sovet nəsrində  görkəmli 
yerl
ərdən birini tutur. 
Əbülhəsənin yaradıcılığında ailə, əxlaq, tərbiyə, gənc 
n
əslin yetişməsi kimi mühüm məsələlər də geniş yer tutur. 
Yazıçı bu mövzuların həllinə həsr edilmiş “Tamaşa qarının 
n
əvələri”, “Tərs adamlar”, “Gec deyil”, “Utancaq” və  s. 
kimi 
əsərlərin də  müəllifidir. Bu əsərlərdə  həll edilən 
m
əsələlər,  qaldırılan  problemlər bu günümüzlə  səsləş-
m
əklə  yanaşı,  yetişən nəslin tərbiyəsində  də  mühüm rol 
oynayır. 
 
Əbülhəsənin dili və üslubu səciyyəvi xüsusiyyətlərə 
malikdir. Bu dil xalq dilind
ən qida alaraq yazıçı qələmində 
daha  da  inkişaf  etdirilib  ətə-qana  dolur. Nəticədə,  yazı-
çının əsərlərində xalq dili, xalq ruhu özünün geniş və bədii 
h
əllini tapır. 
Bu  gün  80  illiyini  qeyd  etdiyimiz  xalq  yazıçısı 
Ə.Əbülhəsən yenə də gənclik həvəsi ilə yazıb-yaradır. Biz 
bu yolda  hörm
ətli ədibimizə uzun ömür, cansağlığı, yeni-
yeni yaradıcılıq sevincləri arzulayırıq. 
1988                    


Misir S
əfərov 
 
 
80 
 
 
 
 
Ə.ƏBÜLHƏSƏNİN BƏDİİ  
ƏSƏRLƏRİNİN ADLARI 
 
 
Xalq  yazıçısı  Ə.Əbülhəsənin bədii  əsərlərinin  adları 
maraqlı dil xüsusiyyətlərinə malikdir. 
Yazıçının  ilk  əsərlərindən biri “Sofi”dir. Hekayənin 
q
əhrəmanı Əlövsət on yaşından  dindarlıqda – “sofilik”Lə 
m
əşğul  olur  və  ömrünün  otuz  beş  ilini  bu  yolda  qurban 
verir. “O, 
bu “sofi” sözünü eşitməkdən o qədər xoşlanIrdı 
ki, adını soruşana “sofi” deyə cavab vermək istərdi”. Lakin 
bu v
əziyyət çox çəkmir.  İnqilabın  qələbəsindən sonra 
Əlövsət öz faciəli həyatını  dərk edir və  bu həyatdan 
uzaqlaşmağa  çalışır.  Ancaq  buna  nail  ola  bilmir.  “Sofi” 
əqidəsi Əlövsətin əl-qolunu bağlamış, onun yeniləşməsinə 
mane olan  bir b
əla  olmuşdur.  Bu  mənada hekayənin 
“sofi”  adlandırılması  əsərin  ideyasından  irəli gəlir və 
m
əzmunu tam əhatə edir. 
“Araz” hekay
əsində köhnəliklə yeniliyin mübarizəsi
qadının  ictimai  həyatda rolu məsələsi  ər-arvad  simasında 
əlvan boyalarla qələmə  alınmışdır.  Köhnə  cəmiyyətin 
nümay
əndəsi Qulaməli ilə  yeni, azad həyatın  vətəndaşı 
Tavus  qarşılaşır.  Tavus  cəsarətlə  Qulaməlinin  bütün  
t
əkliflərini rədd edir. Qulaməli  Tovusu  qaçıran    zaman  
s
ərhəd  gözətçiləri tərəfindən vurulur. Əsərin məzmunudan 
göründüyü kimi, hekay
ənin  “Araz”  adlandırılması  onun 
m
əzmunu və ideyası ilə  o qədər də bağlı deyildir. Fikri-


Az
ərbaycan dili məsələləri 
 
81 
mizc
ə, hekayə “Tavus” adandırılsa idi, daha yaxşı olardı. 
Çünki Tavus hekay
ənin  baş  qəhərmanı  olmaqla  yanaşı, 
t
əsvir olunan hadisələrin  mərkəzində dayanır və ideyanın 
aydınlaşmasında mühüm rol oynayır. 
“Yazıçılar”    romanında  30-cu illərin gərgin hadisə-
l
əri, kollektivləşmə  uğrunda  gedən mübarizə  və  qarşıya 
çıxan  çətinliklər  özünün  geniş  və  bədii həllini  tapmışdır. 
Romanın “Yoxuşlar” adlandırılması da dövrün  keşməkeşli 
v
ə  ziddiyyətli  olmasına  işarə  idi.  Yazıçı    özü  bu  haqda 
yazır: “Yoxuşlar” romanını ilk zamanlar  “Səhv”, “Xəta” 
v
ə ya “Yenidən” adlandırmaq  fikrində idim. Bu ad altında 
Bunyadın səhvləri nəzərdə tutulurdu. Lakin bir müşahidəm 
m
əni bu fikirdən daşındırdı. 1930-cu ilin yayında  Şuşaya 
gedirdim. Faytonun böyük 
əzabla dırmandığı  Şuşa yoxuşu 
bizi  yormuşdu.  Bu  çətin  dolanbac  yollar  bir  anlığa  mənə 
kollektivl
əşmə işindəki çətinlikləri, yoxuşları xatırlatdı və 
əsəri obrazlı şəkildə “Yoxuşlar” adlandırmağı qət etdim”. 
Doğrudan  da  bu  başlıq  yazıçının  uğurlu  tapıntısı  idi. 
“Yoxuşlar” adı altında dövrüN, zamanın doğurduğu çətin-
likl
ərə çox mənalı şəkildə işarə olunurdu. 
Əbülhəsən  “Yoxuşlar”dan  sonra  “Dünya  qopur” 
romanını yazır.  
Az
ərbaycanda Sovet dövləti  yaradıldıqdan  sonra 
h
əyatda, cəmiyyətdə, ailə  və  məişətdə  baş  verən dəyişik-
likl
ər,  yeniliklər Azərbaycanın  ən ucqar və  sakit  guşə-
l
ərindən olan Çayqıraqlı  qəsəbəsinin  timsalında  başlıca 
t
əsvir obyektinə çevrilmişdir. İnqilab tufanı, köhnə  kapital 
dünyasını yerindən qoparıb atmış, azad, xoşbəxt bir dünya 
yaratmışdır. Bəli, doğrudan da “dünya qopmuşdur”. Məhz 
bu m
ənada    “Dünya    qopur”  adı  romanın  mövzusunu  və 
ideyasını tamamilə əhatə edir. 


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə