MiSİr səFƏrov azərbaycan diLİ



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə18/86
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76553
1   ...   14   15   16   17   18   19   20   21   ...   86

Misir S
əfərov 
 
 
64 
ayrı  yaşamamaq,  elin  dərdini öz dərdi bilmək, dərdinə 
şərik olmaq kimi anlayışları  bildirmək  üçün  qısa,  obrazlı 
şəkildə  deyir: “El ilə  gələn  qara gün toy-bayramdır”, 
yaxud, “El hara, s
ən də  ora”.  Ədib  bunların  məzmununu 
saxlamış, lakin formasını tamamilə dəyişmişdir: “El, ölkə 
nec
ə, biz də  elə” (II, 2). Burada,  hər  şeydən  əvvəl,  nitqi 
sur
ətin    düşüncəsinə, bilik səviyyəsinə  uyğunlaşdırmaq 
m
əqsədi  güdülmüşdür.  Belə  ki, cəbhədə  yaralandıqdan 
sonra müv
əqqəti olaraq evinə  gələn Kəyana  qayınanası 
daha c
əbhəyə getməmək, arxada qalıb birtəhər gizlənməyi 
t
əklif edir. Bir an da olsun cəbhəni, Vətəni müdafiə etməyi 
yaddan  çıxarmayan    Kəyan  qayınanasının  bu  təklifindən 
q
əlbən incisə  də,  üzə  vurmur və  yuxarıda  nümunə  verdi-
yimiz m
əsəllə onu sakitləşdirməyə  çalışır. 
Atalar sözl
əri və  məsəllərə  son dərəcə  ehtiyatla, 
h
əssaslıqla yanaşan sənətkar, yeri gəldikcə, üslubi tələbdən  
asıəlı olaraq onlara bəzi  əlavələr də etmişdir. Bu əlavələr 
atalar sözl
əri və  məsəllərin ifadə  etdiyi mənanı  daha  da 
genişləndirmiş,  oxucuya  təsirini qat-qat  artırmış,  əsərin 
dilini canlı xalq danıçşıq dilindən gələn  ifadələrlə zəngin-
l
əşdirmişdir. 
Xalq  arasında  işlənən “Niyyətin hara, mənzilin də 
ora” v
ə “Bir gül ilə bahar olmaz” atalar sözlərinə Ə.Əbül-
h
əsən əlavələr etmiş və  bununla da onları surətin danışıq 
t
ərzinə, bilik səviyyəsinə  uyğunlaşdırmışdır:  “Bala,  sən 
bunu 
yadında    yaxşı  saxla.  Adamın  niyyəti  haradırsa, 
m
ənzili də  ora olar.  Səninki  buradır,  burada  da 
qalacaqsan” (I, 221). Bir güln
ən də  ki, bilirsən bahar 
olmaz  dey
ərlər.  Amma  bu  gül  baharın    yaxınlığının 
muştuluqçusu  olanda  iş  dəyişir  (II,  213).  Burada  maraqlı 
bir c
əhət də  özünü göstərir. Müəllif atalar  sözləri və 


Az
ərbaycan dili məsələləri 
 
65 
m
əsəllərin tərkibinə müxtəlif sözlər əlavə etməklə yanaşı, 
onlara  öz münasib
ətini də  bildirmişdir.  Nümunələrdəki 
“S
əninki buradır, burada da qalacaqsan” və “amma bu gül 
baharın  yaxınlığının  muştuluqçusu  olanda  iş  dəyişir” 
artımları  məhz  dediyimiz məqsədlə  əlaqədardır.  Bunlar 

əllifin atalar sözləri və  məsəllərə  yaradıcı  şəkildə 
yanaşdığını bir daha təsdiq edir.  
Ə.Əbülhəsən  dildə  yığcamlıq,  az  sözlə  dərin məna 
ifad
ə  etməyin tərəfdarı  olan  sənətkarlardandır.  Yazıçının 
atalar sözl
əri və  məsəllər  üzərində apardığımız ixtisarlar 
heç d
ə  onların  ifadə  etdikləri  mənaya xələl gətirməmiş, 
əksinə, fikrin oxucuya tez və  yığcam  çatmasına  kömək  
etmişdir. Xalq arasında işlənən “Qonşudan gələn doyum-
luq olma
z, o da vaxtında gəlməz” atalar sözündən Ə.Əbül-
h
əsən  “Qonşudan  gələnlə  öynəli  olmaq  olmaz”  şəklində 
istifad
ə etmişdir. Yaxud “Qohum qohumun ətini yesə də, 
sümüyünü çöl
ə  tullamaz” məsəlini  yazıçı  “ətin yeyər, 
sümüyünü  atmaz”  (I,  269)  şəklində  işlətmişdir.  Müqayi-
s
ələrdən  görünür  ki,  yazıçı  ümumi  məzmunu  saxlamış, 
lakin  fikri  yığcam  şəkildə, az sözlə, mənaya xələl 
g
əlmədən verə bilmişdir. Fikrin az sözlə bu şəkildə dəqiq 
ifad
əsi bədii əsərin ən yaxşı məziyyətlərindəndir. 
B
ədii əsərin dilində işlənən atalar sözləri və məsəllər 
o zaman daha d
əqiq mahiyyət kəsb edir ki, onlar təsvir 
olunan hadis
ə  ilə  səsləşə  bilsin.  Ə.Əbülhəsən bu mühüm 
c
əhəti həmişə  diqqət mərkəzində  saxlamış,  istifadə  etdiyi 
atalar sözl
əri və  məsəlləri təsvir olunan hadisələrlə  elə 
müv
əffəqiyyətlə  əlaqələndirmişdir  ki,  bu  hikmətli ifadə-
l
ərin bədii mahiyyəti  bir  daha  parlaq  şəkildə  ifadə  olun-
muşdur.  
1986 
 


Misir S
əfərov 
 
 
66 
 
 
 
 
LƏQƏBLƏR HAQQINDA 
 
Antoponimik vahidl
ərin bir qolunu təşkil  edən 
l
əqəblərlərin  əmələgəlmə  səbəbləri müxtəlifdir. Həyatda 
onlar insanlara xarakterin
ə,  xarici  görünüşünə, vəzifəsinə 
v
ə s. görə verilir. Bundan başqa, xalq həmişə vəzifəpərəst, 
qarunqulu,  acıdil,  xain,  el  malına  xor  baxan,  pozğun 
adamlara  da l
əqəb qoşur.  Bunlar da bədii əsərlərdə çox 
zaman öz 
əksini tapır, şair və yazıçılarımızın fikrini daha 
dolğun verməkdə onlara kömək edir.  
B
ədii  əsərlərdə  bununla  yanaşı,  müsbət surətlərə  də 
b
əzən ləqəb verilir. Bu zaman surətin mərdliyi, cəsarəti
xalq  üçün    çalışması,  əməyə, zəhmətə  bağlılığı,  vətənə 
namusla xidm
ət etməsi ön plana çəkilir. Ümumiyyətlə, 
l
əqəbdən bədii dildə istifadə olunduqda o, mühüm üslubi 
əhəmiyyət daşıyır. 
M
əlumdur  ki,  “lüt”  sözü  paltarsız  –  çılpaq  adam 
anlayışını  ifadə  edir. Bu söz ləqəb  kimi  işləndikdə  isə 
kasıb,  kimsəsiz, evi, ailəsi olmayan adam mənasını  da 
bildirir: “H
ələ iyirminci ildə Bakıdan təzə gəldiyi vaxtlar 
dünya  inqilabından  danışanda  “proletariat”  əvəzinə 
“lümbülümlüt  proletariat”  deyirmiş.  Bir  ay  hər gün belə 
danışıb, ayın axırında – məvacibini alan günü kəndin orta-
sında,  yığıncaqda  deyib:  “Kim  lap  lümbülümlüt prole-
tardırsa  əlini  qaldırsın”.  Məvacibini  əllərini  qaldıranların 
arasında  tən  bölüb,  paylayıb,  deyiblər: “Özünə  bir  şey 
qalmadı  axı”.  Deyib:  “Sanadım  düz  otuz  nəfərsiniz. 


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə