116
olmayan kafirə,
istər müstəmin, yəni öz dövlətindən başqa dövlətin tor-
paqlarına sığınan, istərsə də hərbçi (islam dövləti ilə müharibə halında
olan qeyri müsəlman ölkədən olan şəxs) olsun, fərz, vacib və nafilə sədə-
qə verilməz.” Borcu olmayan bir kasıba nisab miqdarı və ya daha çox zə-
kat vermək məkruhdur. Kasıbın ailəsi, uşaqları varsa, hər birinə nisab
miqdarı düşməyəcək qədər vermək caizdir.
Rayic (bazar qiyməti, məzənnə) olan, yəni geçər akçe (tez satılan
mal) olan fülus (xırda pul, mis pul) ilə mal satmaq caizdir. Fülus, qızıldan
və gümüşdən başqa metaldan və ya kağızdan pul demək olub,
adətə görə
səmən, yəni satın alınan mala qarşılıq olduğu üçün təyin edilməsi, yəni
işarə verilməsi, göstərilməsi lazım deyil. Fülus bazarlarda keçərsiz olarsa,
İmam azama (rahimə-hullahü təala) görə satış batil olur. İmameynə, yəni
İmam Əbu Yusif ilə İmam Muhammədə “rahimə-hümallahü təala” görə
batil olmaz, qiyməti qədər keçər axça verilir. Borc aldıqdan sonra fülus
keçərsiz olarsa, İmam azama görə mislini, yəni aldığı qədər fülus ödəyər.
İmameynə görə qiyməti qədər keçər axça ödəyər. Rayic olmayan fülus ilə
alış-veriş etmək üçün fülusu təyin etmək, göstərmək lazımdır. Təyin edi-
lən mal təayyün edər. Yəni onu vermək lazım olur. Oxşarını verə bilməz.
Sərrafa bir dirhəm ağırlığında gümüş verib bunun yarısı ilə də yarım dir-
həmdən bir habbə (dən) nöqsan gümüş ver desə bu bey (ticarət) batil olar.
Çünki yarım dirhəm gümüşü daha az ağırlıqda gümüşə satmaq faiz olar.
Əgər bunun yarısı ilə fülus ver və yarısı ilə də yarım dirhəmdən bir habbə
noqsan
gümüş ver desə, fülusun beyi (satış, ticarət) səhih olar. Əgər bu bir
dirhəm gümüş mənə yarım dirhəm ağırlığında fülus və yarım dirhəmdən
bir habbə nöqsan gümüş ver desə, beyin ikisi də səhih olar. Bir habbə nöq-
san gümüş eyni ağırlıqdakı gümüş qarşılığı və yarım dirhəm fülus da ya-
rım dirhəmdən bir habbə artıq ağırlıqdakı gümüş qarşılığı satılmış olar.
Fülus ilə bunun qarşılığı olan gümüşün ağırlıqları fərqli isə də,
cinsləri
başqa olduğundan caiz olar.
“Bədayıus-sanayı”da deyilir ki: “Zəkat olaraq veriləcək mal, zəkatı
lazım olan malın cinsindən və ya başqa cinsdən zəkat malı olmalıdır.
Qı-
zıl yerinə kasıba paltar, ayaqqabı, buğda, yağ kimi şeylər vermək caiz de-
yildir.
Zəkat malı ayn və ya deyn olur. Ayn, bir şeyin özü deməkdir. Ayn,
insanın zəkat üçün ayırdığı və yanında hazır olan maldır. Deyn, hazır və
mövcud olmayan mal deməkdir. Deyn, zəkat verəcək insanın əlində, ya-
nında olmayıb, başqasında olan zəkat malıdır. Ayn olan zəkat malı çəki və
ya həcm ilə ölçülür, ya da heç ölçülmür. Ölçülmürsə, ya saimə heyvan, ya
da ticarət uruzu (qızıl və gümüşdən başqa canlı və cansız hər növ mal)
olur. Saimə heyvan verilərkən nass (ayəti kərimə və Hədisi-şəriflər) ilə
bildirilən heyvanın orta vəziyyətdə olanı verilir. Aşağı vəziyyətdə olanı
verilərsə, orta vəziyyətdə olandan fərqi qədər qızıl və ya gümüş də verilir.
117
Heyvanın
qiyməti verildikdə, yenə orta vəziyyətdə olanın qiyməti verilir.
Aşağı vəziyyətdə olanın qiyməti verilərsə, qızıl və ya gümüş ilə tamamla-
nır. İki orta ölçülü qoyun yerinə qiymətlərinin cəmi qədər bir dolu, kök
qoyun vermək caizdir. Ticarət malından nass ilə bildirilənin qırxda biri
verilir. Öz cinsindən olan
başqa mal verilərsə, yaxşının yerinə orta və ya
aşağı mal
verildikdə, aradakı fərqi tamamlamaq lazımdır. Çünki uruz ağır-
lıqla və ya həcmlə ölçülməyən əşya deməkdir. Bunlarda miqdar fərqi faiz
sayılmır. Məsələn, bir yaxşı paltar yerinə iki adi paltar vermək caizdir. Öz
cinsindən olmayan başqa mal verildikdə, fərz olunan miqdardan az veri-
lərsə, aradakı fərqi tamamlamaq lazımdır. Zəkat malı çəki və ya həcm ilə
ölçülürsə, malın özünün qırxda biri verilir. Öz cinsindən olmayan başqa
zəkat malı verilərsə, onun qiyməti qədər vermək lazımdır. Öz cinsindən
olan başqa mal verilərsə, Şeyhayna, yəni həzrəti Əbu Bəkr və həzrəti Ömə-
rə görə (rahiməhümallahü təala) qiyməti qədər deyil, miqdarı qədər verilir.
Məsələn, 200 kiloqram ticarət malı olan yaxşı növ buğdanın qiyməti 200
dirhəm gümüşdürsə, onun zəkatı olaraq 5 kilo adi buğda vermək caizdir.
Qızıl ilə gümüş mütləq
Səmən, yəni ödəmə vasitəsidir. Səmən olaraq
yaradılmışdırlar. İnsanın hər hansı bir ehtiyacını ödəmək üçün özləri işlə-
dilməz. Ehtiyac əşyasını satın almaq üçün vasitədirlər. Başqa əşyalar isə
həm
ödəmə vasitəsi olaraq, həm də özləri istifadə edilmək üçün yaradıl-
mışdırlar.”
“Bədayı”dan tərcümə tamamlandı.
İnsanın rahat və islama uyğun yaşaya bilməsi üçün istifadə etməli ol-
duğu şeylərə
“Ehtiyac əşyası” deyilir. Ehtiyac əşyası insanın halına və
zamana görə dəyişir. Rahat yaşam üçün lazım olmayıb, zövq üçün, bəzək
üçün, hörmət qazanmaq üçün istifadə olunan şeylərə
“Zinət əşyası” deyi-
lir. Qızıl və gümüş ehtiyac əşyası deyil, zinət əşyasıdır. Kişilərin evdə və
küçədə, qadınların yalnız evdə mübah şeylərlə zinətlənmələri caizdir.
Göründüyü kimi, rayic olan fülus hər zaman ticarət malıdır. Qiyməti,
bazarda işlədilən qızıl pullardan dəyəri ən az olana görə nisab miqdarı
olarsa, zəkatını vermək fərzdir. Çünki ticarət malının nisabı İmameynə
(rahimə-hümallahü təala) görə qızıl və gümüş puldan ticarətdə daha çox
istifadə olunanı ilə hesablanır. Zəkatı da qiyməti hesab
edilən pul ilə və ya
malın özünün qırxda biri ilə verilir. Kasıb bunu ehtiyac əşyası kimi istifa-
də edir. Fülus, qızıldan və gümüşdən başqa olan pul deməkdir. Mis, tunc
və başqa qatışıqlardan olduğu kimi, kağızdan da düzəldilir. Yəni kağız
pullar fülusdur. Onların zəkatını vermək lazımdır. Lakin onların qiymətlə-
ri qızıl və gümüşün qiyməti kimi
“Həqiqi qiymət” deyil,
“Etibari qiy-
mət”dir. Hökumətin verdiyi qiymətdir. Verildiyi kimi geri də alına bilər.
Etibari qiymətləri getdikdə “Səmən” (ödəmə vasitəsi) və zəkat malı ola
bilməzlər. İbni Abidin buyurur ki: “Ticarət malının qiyməti ticarətdə çox
işlədilən, pul olaraq hazırlanmış qızıl və ya gümüş ilə hesablanılır. Gümüş