Mizrakli elmihal



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə48/74
tarix19.10.2018
ölçüsü1,53 Mb.
#75160
1   ...   44   45   46   47   48   49   50   51   ...   74

 
116
olmayan kafirə, istər müstəmin, yəni öz dövlətindən başqa dövlətin tor-
paqlarına sığınan, istərsə  də  hərbçi (islam dövləti ilə müharibə halında 
olan qeyri müsəlman ölkədən olan şəxs) olsun, fərz, vacib və nafilə sədə-
qə verilməz.” Borcu olmayan bir kasıba nisab miqdarı və ya daha çox zə-
kat vermək məkruhdur. Kasıbın ailəsi, uşaqları varsa, hər birinə nisab 
miqdarı düşməyəcək qədər vermək caizdir. 
Rayic (bazar qiyməti, məzənnə) olan, yəni geçər akçe (tez satılan 
mal) olan fülus (xırda pul, mis pul) ilə mal satmaq caizdir. Fülus, qızıldan 
və gümüşdən başqa metaldan və ya kağızdan pul demək olub, adətə görə 
səmən, yəni satın alınan mala qarşılıq olduğu üçün təyin edilməsi, yəni 
işarə verilməsi, göstərilməsi lazım deyil. Fülus bazarlarda keçərsiz olarsa, 
İmam azama (rahimə-hullahü təala) görə satış batil olur. İmameynə, yəni 
İmam  Əbu Yusif ilə  İmam Muhammədə “rahimə-hümallahü təala” görə 
batil olmaz, qiyməti qədər keçər axça verilir. Borc aldıqdan sonra fülus 
keçərsiz olarsa, İmam azama görə mislini, yəni aldığı qədər fülus ödəyər. 
İmameynə görə qiyməti qədər keçər axça ödəyər. Rayic olmayan fülus ilə 
alış-veriş etmək üçün fülusu təyin etmək, göstərmək lazımdır. Təyin edi-
lən mal təayyün edər. Yəni onu vermək lazım olur. Oxşarını verə bilməz. 
Sərrafa bir dirhəm ağırlığında gümüş verib bunun yarısı ilə də yarım dir-
həmdən bir habbə (dən) nöqsan gümüş ver desə bu bey (ticarət) batil olar. 
Çünki yarım dirhəm gümüşü daha az ağırlıqda gümüşə satmaq faiz olar. 
Əgər bunun yarısı ilə fülus ver və yarısı ilə də yarım dirhəmdən bir habbə 
noqsan gümüş ver desə, fülusun beyi (satış, ticarət) səhih olar. Əgər bu bir 
dirhəm gümüş mənə yarım dirhəm ağırlığında fülus və yarım dirhəmdən 
bir habbə nöqsan gümüş ver desə, beyin ikisi də səhih olar. Bir habbə nöq-
san gümüş eyni ağırlıqdakı gümüş qarşılığı və yarım dirhəm fülus da ya-
rım dirhəmdən bir habbə artıq ağırlıqdakı gümüş qarşılığı satılmış olar. 
Fülus ilə bunun qarşılığı olan gümüşün ağırlıqları  fərqli isə  də, cinsləri 
başqa olduğundan caiz olar.  
“Bədayıus-sanayı”da deyilir ki: “Zəkat olaraq veriləcək mal, zəkatı 
lazım olan malın cinsindən və ya başqa cinsdən zəkat malı olmalıdır. 
Qı-
zıl yerinə kasıba paltar, ayaqqabı, buğda, yağ kimi şeylər vermək caiz de-
yildir.
 Zəkat malı ayn və ya deyn olur. Ayn, bir şeyin özü deməkdir. Ayn, 
insanın zəkat üçün ayırdığı və yanında hazır olan maldır. Deyn, hazır və 
mövcud olmayan mal deməkdir. Deyn, zəkat verəcək insanın əlində, ya-
nında olmayıb, başqasında olan zəkat malıdır. Ayn olan zəkat malı çəki və 
ya həcm ilə ölçülür, ya da heç ölçülmür. Ölçülmürsə, ya saimə heyvan, ya 
da ticarət uruzu (qızıl və gümüşdən başqa canlı  və cansız hər növ mal) 
olur. Saimə heyvan verilərkən nass (ayəti kərimə  və  Hədisi-şəriflər) ilə 
bildirilən heyvanın orta vəziyyətdə olanı verilir. Aşağı  vəziyyətdə olanı 
verilərsə, orta vəziyyətdə olandan fərqi qədər qızıl və ya gümüş də verilir. 


 
117
Heyvanın qiyməti verildikdə, yenə orta vəziyyətdə olanın qiyməti verilir. 
Aşağı vəziyyətdə olanın qiyməti verilərsə, qızıl və ya gümüş ilə tamamla-
nır.  İki orta ölçülü qoyun yerinə qiymətlərinin cəmi qədər bir dolu, kök 
qoyun vermək caizdir. Ticarət malından nass ilə bildirilənin qırxda biri 
verilir. Öz cinsindən olan başqa mal verilərsə, yaxşının yerinə orta və ya 
aşağı mal verildikdə, aradakı fərqi tamamlamaq lazımdır. Çünki uruz ağır-
lıqla və ya həcmlə ölçülməyən əşya deməkdir. Bunlarda miqdar fərqi faiz 
sayılmır. Məsələn, bir yaxşı paltar yerinə iki adi paltar vermək caizdir. Öz 
cinsindən olmayan başqa mal verildikdə, fərz olunan miqdardan az veri-
lərsə, aradakı fərqi tamamlamaq lazımdır. Zəkat malı çəki və ya həcm ilə 
ölçülürsə, malın özünün qırxda biri verilir. Öz cinsindən olmayan başqa 
zəkat malı verilərsə, onun qiyməti qədər vermək lazımdır. Öz cinsindən 
olan başqa mal verilərsə, Şeyhayna, yəni həzrəti Əbu Bəkr və həzrəti Ömə-
rə görə (rahiməhümallahü təala) qiyməti qədər deyil, miqdarı qədər verilir. 
Məsələn, 200 kiloqram ticarət malı olan yaxşı növ buğdanın qiyməti 200 
dirhəm gümüşdürsə, onun zəkatı olaraq 5 kilo adi buğda vermək caizdir. 
Qızıl ilə gümüş mütləq Səmən, yəni ödəmə vasitəsidir. Səmən olaraq 
yaradılmışdırlar. İnsanın hər hansı bir ehtiyacını ödəmək üçün özləri işlə-
dilməz. Ehtiyac əşyasını satın almaq üçün vasitədirlər. Başqa  əşyalar isə 
həm ödəmə vasitəsi olaraq, həm də özləri istifadə edilmək üçün yaradıl-
mışdırlar.” “Bədayı”dan tərcümə tamamlandı. 
İnsanın rahat və islama uyğun yaşaya bilməsi üçün istifadə etməli ol-
duğu  şeylərə  “Ehtiyac  əşyası” deyilir. Ehtiyac əşyası insanın halına və 
zamana görə dəyişir. Rahat yaşam üçün lazım olmayıb, zövq üçün, bəzək 
üçün, hörmət qazanmaq üçün istifadə olunan şeylərə “Zinət əşyası” deyi-
lir. Qızıl və gümüş ehtiyac əşyası deyil, zinət əşyasıdır. Kişilərin evdə və 
küçədə, qadınların yalnız evdə mübah şeylərlə zinətlənmələri caizdir. 
Göründüyü kimi, rayic olan fülus hər zaman ticarət malıdır. Qiyməti, 
bazarda işlədilən qızıl pullardan dəyəri  ən az olana görə nisab miqdarı 
olarsa, zəkatını vermək fərzdir. Çünki ticarət malının nisabı  İmameynə 
(rahimə-hümallahü təala) görə  qızıl və gümüş puldan ticarətdə daha çox 
istifadə olunanı ilə hesablanır. Zəkatı da qiyməti hesab edilən pul ilə və ya 
malın özünün qırxda biri ilə verilir. Kasıb bunu ehtiyac əşyası kimi istifa-
də edir. Fülus, qızıldan və gümüşdən başqa olan pul deməkdir. Mis, tunc 
və başqa qatışıqlardan olduğu kimi, kağızdan da düzəldilir. Yəni kağız 
pullar fülusdur. Onların zəkatını vermək lazımdır. Lakin onların qiymətlə-
ri qızıl və gümüşün qiyməti kimi “Həqiqi qiymət” deyil, “Etibari qiy-
mət”dir. Hökumətin verdiyi qiymətdir. Verildiyi kimi geri də alına bilər. 
Etibari qiymətləri getdikdə “Səmən” (ödəmə vasitəsi) və  zəkat malı ola 
bilməzlər. İbni Abidin buyurur ki: “Ticarət malının qiyməti ticarətdə çox 
işlədilən, pul olaraq hazırlanmış qızıl və ya gümüş ilə hesablanılır. Gümüş 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə