Mizrakli elmihal



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə56/74
tarix19.10.2018
ölçüsü1,53 Mb.
#75160
1   ...   52   53   54   55   56   57   58   59   ...   74

 
137
ləsi də otaqda idi. Bu kölə müxənnəs

 idi. Rəsulullah (sallallahü aleyhi və 
səlləm) onu gördükdə  və  səsini eşitdikdə,  “Bunun kimiləri evinizə bu-
raxmayın!”, buyurdu. Bu Hədisi-şərif,  “Buxari”də  və  “Müslim”də ya-
zılmışdır. “Müxənnəs”,  əxlaqını, hərəkətlərini, sözlərini və görünüşünü 
qadınlara bənzədən şəxs deməkdir. Belə edənlər məlundur, yəni lənətlən-
mişdir. Bunlar üçün Hədisi-şərifdə, “Özlərini qadınlara bənzədən kişilə-
rə və kişilərə bənzədən qadınlara Allah lənət etsin!”, buyruldu. Zərurət 
olmadan kişi kimi geyinən, təraş olunan, kişilərə  məxsus işlər görən qa-
dınlar və qadın kimi saçlarını uzadan, bəzənən kişilər bu Hədisi-şərifə da-
xil olmaqdadırlar. 
15-Misvər ibn Mahrəmə (radıyallahü anh) hicrətin ikinci ilində do-
ğulmuşdur. Abdürrəhman ibn Avfın həmşirəzadəsidir (bacısı oğlu) “radı-
yallahü anhüma”. Deyir ki, böyük bir daş aparırdım. Yolda paltarım aşağı 
düşdü, yuxarı qaldıra bilmədim. Rəsulullah (sallallahü aleyhi və  səlləm) 
məni bu halda gördü. “Paltarını yuxarı qaldır! Çılpaq olaraq küçəyə 
çıxmayın!”, buyurdu. Bu Hədisi-şərif “Müslim”də yazılmışdır. Bu Hədi-
si-şərif küçələrdə, çimərliklərdə  və idman meydançalarında kişilərin də
qadınların da açıq gəzmələrini qadağan edir. 
16-Əbu Ümamə “radıyallahü anha” xəbər verir. Rəsulullah (sallallahü 
aleyhi və  səlləm) buyurdu: “Bir qızın gözəlliyini görən kimsə, gözünü 
ondan dərhal çəksə, Allahü təala ona, yeni bir ibadət savabı ehsan 
edər ki, bu ibadətin ləzzətini o anda duyar.” Bu Hədisi-şərifi imam Əh-
məd ibn Hanbəl (rahimə-hullahü təala) bildirdi. 
17-Həsəni Bəsri “(rahmətullahi aleyh), xəbər verir. Rəsulullah (sallal-
lahü aleyhi və səlləm) buyurdu: “Övrət yerini açana və başqasının övrət 
yerinə baxana Allah lənət etsin!” bu Hədisi-şərif, imam Beyhəkinin (ra-
himə-hullahü təala) “Şuabül iman” kitabında yazılmışdır. 
18-Abdullah ibn Ömər “radıyallahü anhüma” xəbər verir. Rəsulullah 
(sallallahü aleyhi və səlləm) buyurdu: “Özünü bir qövmə bənzədən, on-
lardan olur!” Bu Hədisi-şərifi imam Əhməd və Əbu Davud (rahimə-hü-
mullahü təala) bildiriblər. Deməli, əxlaqını, işlərini və ya geyimini islam 
düşmənlərinə  bənzədən, onlardan olar. 
Dəbə, kafirlərin pis adətlərinə 
uyanlar, haramlara gözəl sənət adı verənlər və haram işləyənlərə sənətkar 
deyənlər, bu Hədisi-şərifdən ibrət almalıdırlar.
 
19-Əmr Şuayb, atasından və babasından xəbər verir. Rəsulullah (sal-
lallahü aleyhi və səlləm) buyurdu: “Allahü təala, quluna verdiyi nemət-
ləri görməyi sevər.” Bu Hədisi-şərifi, Tirmüzi (rahimə-hullahü təala) bil-
dirdi. Göründüyü kimi, Allahü təala, geyimin təzə, gözəl və təmiz olması-
nı sevir. Bunları, neməti göstərmək üçün geyəni sevər, təkəbbürlə geyəni 
                                                 

 müxənnəs-qadınlaşmış kişi. 


 
138
sevməz. Allahü təalanın verdiyi nemətləri gizlətmək caiz deyildir. Elm ne-
məti də belədir. 
20-Cabir ibn Abdullah (radıyallahü anh) deyir ki, Rəsulullah (sallallahü 
aleyhi və səlləm) bizə gəldi. Evdə, saçları dağınıq bir nəfər vardı. Onu gör-
dükdə:  “O saçlarını düzəltməyə bir şey tapmayıb?”, buyurdu. Paltarı 
çirkli birini də gördükdə: “Paltarını yumağa bir şey yoxdur?”, buyurdu. 
21-Böyük alim Əbülahvəs, atasından xəbər verir. Rəsulullahın (sallal-
lahü aleyhi və səlləm) yanına getdim. Paltarım köhnəlmişdi. “Malın yox-
dur?”, buyurdu. Malımın olduğunu dedim. “Nə cinsdən malın var?”
buyurdu. Hər cinsdən olduğunu dedim. “Allahü təala mal verdikdə, ne-
mətlərinin nişanəsini üzərində görməlidir!”, buyurdu. Bu Hədisi-şərifi, 
imam Əhməd və Nəsai (rahimə-hümullahü təala) bildirmişdir. “Əşiat-ül-
ləməat” kitabının üçüncü cildindən tərcümə burada sona çatdı. 
22-Yusuf Kardavinin “Əl-halal-ü vəl-haram-ü fil-islam” kitabında 
deyilir:  İslam dini, müsəlman qadının, altı görünəcək dərəcədə nazik ör-
tüklə örtünməsini haram etmişdir. “Müslim” və “Muvatta” kitablarında-
kı Hədisi-şərifdə, “Örtülü çılpaq və başları dəvə hörgücü kimi yüksəl-
dilmiş qadınlar, Cənnətə girməyəcək.  Ətrini belə hiss etməyəcəklər. 
Halbuki Cənnətin  ətri, çox üzaqlardan duyulacaqdır”, buyruldu. Bu 
Hədisi-şərif, qadınların incə, şəffaf və ya bədənə yapışıq dar paltar, corab, 
baş örtüyü ilə örtünmələrini və saçlarını, başlarının üstündə topa etmələri-
ni qadağan etməkdədir. Belə örtünmək, çılpaq gəzmək kimidir. Müsəlman 
xanımları, qızları, incə, dar şeylərlə örtünməməli, saçlarını dəvə hörgücü 
kimi başlarının üstündə yığmamalı, saçlarını toppuz etməməlidir. Bunun, 
Cəhənnəmə aparan günah olduğunu bilməlidirlər. 
Kardavinin məzhəbsiz bir din adamı olduğu əvvəlki səhifələrdə bil-
dirilmişdi. İslam dini, qadınların örtünmələrinin fərz olduğunu və örtüyün 
xüsusiyyətlərini bildirmişdir. Bu xüsusiyyətləri daşıyan çarşab, geniş, 
uzun don və manto ilə örtünməyin arasında fərq olduğu bildirilməmişdir. 
Örtünməyin fərz olduğu, örtük və paltar növlərinin isə “Sünnəti zəvaid” 
olduğu, fiqh kitablarında yazılmışdır. Sünnəti zəvaid, ibadət olmayan, adət 
olan sünnətlər deməkdir. Buna görə, adət halını almış örtüklərdən istifadə 
etmək lazımdır. İbadət olmayan şeylərdə adətə uymamaq məkruhdur. Fitnə-
yə səbəb olarsa, haram olar. “Hindiyyə”də deyilir: “Qalın və geniş parça ilə 
örtünmüş qadına baxmaq caizdir. İncə, dar örtünmüş qadına baxmaq caiz 
deyil. Örtülü qadının da üzünə şəhvətlə baxmaq haramdır. Şəhvətsiz olaraq, 
lüzumsuz baxmaq məkruhdur. Müsəlman olmayan qadınlara da baxmaq be-
lədir. Onların yalnız saçlarına baxmağın caiz olduğu deyilmışdir.” 
Qalın, geniş, topuğa qədər uzun və qolları biləklərini örtən tünd rəngli 
manto ilə örtünmək, iki parça çarşabla örtünməkdən daha yaxşıdır. “Hələ-
bi-yi kəbir”də deyilir: “Azad qadının qulaqlarına qədər sallanan saçı söz 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə