Mizrakli elmihal



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə64/74
tarix19.10.2018
ölçüsü1,53 Mb.
#75160
1   ...   60   61   62   63   64   65   66   67   ...   74

 
155
xardılar.  “Bəhr”də  və  “Dürr-ül-müntəqa”da deyilir: “Zövcin zövcəsinə 
verməsi vacib olan nəfəqə (yaşamaq üçün vəsait) təam, geyim və məskən-
dir. Geyim-baş örtüyü və üst geyimidir.” 
Üst geyiminə indi manto deyilir. 
Göründüyü kimi qadınların geyimi üç hissədən ibarətdir. Bunların arasında 
çarşab yoxdur. Çarşab ilə örtünmək, sonradan adət olmuşdur. Çarşabla ör-
tünmək adət olduğu yerlərdə çarşabla, manto adət olan yerlərdə geniş manto 
və qalın baş örtüyü ilə örtünmək caizdir. Adətlərdən kənara çıxmaq, cama-
atdan seçilməyə, bu da öz növbəsində fitnəyə səbəb olur. Fitnəyə səbəb ol-
maq haramdır.
 
Fərz olan kəfən kişilər və qadınlar üçün bir parçadır. Kəfən parçası 
tapılmasa, ipək tapılsa, kişilərə bir qat, qadınlara iki qat kifayət edər. 
Cənazə namazında imam olmağa ilk öncə, müsəlmandırsa, dövlət rəi-
si, ondan sonra o yerin hakimi, ondan sonra Cümə namazına icazəli olan 
şəxs və ondan sonra imamı-hay daha yaxşıdır. İmamı-hay, meyitin həya-
tında, ona hüsni-zənn etdiyi, alim olan müsəlman kimsədir. Ondan sonra 
meyitin vəlisidir. Vəlisi gəlməzsə, adı  çəkilənlərdən başqa kimsə varsa, 
vəlisi özü bilər. İstərsə, iadə edər istər etməz. 
Bunun açıqlaması, “Səadəti 
Əbədiyyə” adlı elmihal kitabında vardır.
 
Əgər kiminsə cəsədi ortadan bölünüb, yalnız yarısı qalıbsa, o yarımın 
namazı qılınmır. 
Parça-parça olmuş və hər parçası bir yerdə olan cəsəd tapılsa, onun da 
namazı qılınmır. Lakin o parçalar bir yerə toplansa, namazı qılınır. 
Bir cənazə yuyulduqdan sonra, onun hansısa bir yerinin quru qaldığı 
deyilsə, əgər kəfənlənməyibsə, onu yenidən yuyarlar. Amma qəbirin yanına 
çatdıqdan sonra, onun dəstəmaz üzvlərindən birinin quru qaldığı söylənsə, o 
yeri yuyulub, namazı  qılınar. Qəbrə qoyub, üzərini örtdükdən sonra xəbər 
verilsə, onu qəbirdən çıxarmazlar. Yuyulmadan basdırılan meyit, əgər üstü-
nə torpaq atılmayıbsa, çıxarılıb yuyulur. 
Bir cənazəyə təyəmmüm etdirilsə, aparılarkən su tapılsa, camaat ixtiyar 
sahibidir. 
Bir şəhərdə çox adam ölmüşdürsə, hamısı üçün bir namaz qılmaq olar. 
Təbii ki, islamiyyətin hökmü tətbiq olunmaqla. Lakin hərəsi üçün ayrı-ayrı 
qılmaq daha yaxşı olar. 
Cənazə namazında, “Allahü təalanın rızası üçün namaza, kişi 
və ya qa-
dın
 üçün duaya, uydum hazır olan imama”, deyə niyyət etmək lazımdır. 
Bir şəxsi, yol kəsib quldurluq edərkən tutsalar və hakimin və ya vəlinin 
rəyi ilə öldürsələr, yaxud kimisə dövlətə üsyan etdiyi üçün döyüşərkən öl-
dürsələr, yaxud da bir şəxs, öz ana və atasını öldürsə, onların namazları qı-
lınmaz. 
Özü özünü öldürən, yəni intihar edən şəxsin namazı qılınır. “Dürr-ül-
muxtar”. 


 
156
 
ƏHLİ SÜNNƏTDƏ OLANLARIN ON ƏLAMƏTİ VARDIR: 
 
1.Əhli sünnətdə olan şəxs davamlı olaraq camaat namazlarına gedər. 
2.
Etiqadı və ya günahı küfr dərəcəsinə çatmayan imama uyar. 
3.Məst üzərinə məshi doğru qəbul edər. 
4.Əshab-ı kiramdan (radıyallahü təala anhüm əcmain) heç biri haq-
qında pis söz deməz. 
5.Dövlətə üsyan etməz. 
6.Dində 
haqsız olaraq mücadilə, münaqişə etməz. 
7.Dində şəkk, şübhə etməz. 
8.Xeyri və şəri Allahü təaladan bilər. 
9.
Dindən çıxdığı bəlli olmadıqca əhli qibləni kafir adlandırmaz. 
10.Dörd xəlifəni digər Əshabdan üstün tutar. 
 
Bir nəfər, imam azam Əbu Hənifədən soruşdu: “Vaxtımı ibadətlə ke-
çirmək istəyirəm. Mənə bir şey yaz ki, həmişə onu edim!” İmam azam 
alış-veriş bilgilərini yazıb verdikdə, o şəxs: “Bunlar tacirlərə lazım olar. 
Mən evimdə oturub ibadətlə məşğul olacağam”, deyir. İmam cavab verə-
rək: “Yeyiləcək və geyiləcək  şeylərin lazım olmadığı insan varmı? 
Əhkamı islamiyyənin alış-veriş qismini bilməyən, haram tikədən qurtula 
bilməz və ibadətlərinin savabını qazana bilməz. Zəhmətləri boşa gedər, 
əzaba düçar olar və çox peşman olar”, buyurur. “Bəzzaziyyə”də deyilir: 
“Alış-veriş bilgisini öyrənməyənin ticarət etməsi haramdır.” İmam Əbül-
leys də “rahmətullahi təala aleyh” belə buyurmuşdur.  İmam Muhamməd 
Şeybaniyə (rahmətullahi təala aleyh) Zühd

 haqqında bir kitab yaz, deyil-
dikdə, “zühd üçün alış-satış bilgisi kifayətdir”, buyurmuşdur.” 
 
ÖLÜM HALLARI HAQQINDA 
Ey biçarələr, siz ölümdən qaçarsız. Filankəs öldü, mən də onun ya-
nında dursam, mənə də yoluxar, deyərsiniz. Taun, yolxucu xəstəlik filan 
məhəlləyə  gəldi, deyib, başqa yerə qaçarsız. Bu cür etiqad da haramdır. 
Xəstəlik, Allahü təala istədiyi zaman yoluxar. 
Ey biçarələr, hara qaçırsınız! Ölüm sizə  vəd olunmuşdur,  əcəl irəli 
getməz! Aləmləri yaradan sizə, əcəliniz gəldiyi zaman göz açıb yummaq 
qədər vaxt verməz. Yazılmış qədərdən nə az, nə də çox olar. 
Allahü təala əmrini harda hökm etdisə, o insan malını, övladını, həyat 
yoldaşını, hər şeyini atıb, o yerə gedər. Öz torpağı olan məmləkətə çatma-
yanadək, canını almaq əmr olunmaz. 
                                                 

 Zühd-zahidlik, nəfsani ləzzətlərdən əl çəkərək özünü ibadətə vermək. 


 
157
Hər kəs  əcəli gəldikdə ölər. Araf surəsinin 33-cü ayəsində buyruldu: 
“Əcəlləri gəldiyi zaman, onu az da olsa irəli və ya geri çevirə bilməzlər”
İnsan doğulmadan öncə nə qədər yaşayacağı müəyyən edilmişdir. İn-
san harada öləcək, tövbə iləmi, tövbəsizmi, hansı  xəstəlikdən, imanlımı, 
imansızmı gedəcək, bütün bunlar lövhi mahfuza (təqdirlər kitabı) yazıl-
mışdır. Loğman surəsinin son ayəsində buna işarə vardır. 
Aləmləri yaradan ölümü yaratdı. Sonra diriliyi yaratdı. Sonra ruzimizi 
yaratdı və lövhəyə yazdı. 
Beləliklə, Haqq təala, sizin gündə nə qədər nəfəs alıb verdiyinizi bilir. 
Bunu lövhəyə yazmışdır. Mələklər nəzarət edirlər və vaxtı gəldikdə ölüm 
mələklərinə xəbər verirlər. 
Əgər həyatında Qurani-kərim ilə müəyyən olunmuş sözlərə inanıb, 
əməl etmisənsə, səadətlə gedərsən. Bütün hər  şeyi Allahü təaladan bil! 
Vəfat edənin ardınca fəryad etmə! Bu cür şeylər, imansız getməyə səbəb-
dir. Nəuzübillah (Allaha sığının). Günah və xəta baş verərsə, tövbə-i na-
süh etmək, yəni tövbə edilən günahı təkrar etməmək lazımdır. 
Haqq sübhanəhü və  təala,  Əzrail  əleyhissəlama buyurar: “Dostları-
mın canını asan al, düşmənlərimin canını əziyyətlə al!” Allah qorusun 
asi olmaqdan! 
Qiyamətin bir gününün miqdarı min il və ya əlli min il olduğu güman 
edilir. Bununla bağlı təfsir çoxdur. Səcdə surəsinin beşinci və Merac surə-
sinin dördüncü ayələrindən aydın olur. 
Bundan sonra mələklər asi olanın canını əzabla alarlar. Dil ilə təsvir 
oluna bilməz. Bizi yoxdan var edən Allaha sığındıq. Bəzi meyitlər döşə-
yində yay (kaman) kimi o yan-bu yana dönər. Necə ki, Allahü təala Vən-
naziati surəsində buyurur. O mələklər  əzablar edib, bir biri ilə müzakirə 
edərlər. Cəbrayıl  əleyhissəlam o mələklərə deyər: “Mərhəmət etməyin!” 
Münafiqlərin canı burnunun ucuna gələr, yenə geri qaytarılar. Hər əzasını 
elə sıxarlar ki, gözlərinin nuru tökülər. Mələklər deyər: “Sən Cənnətlik de-
yilsən! Cahanı yaradan sənə qəzəbləndi! Sənə lütf, yardım yoxdur! Sən di-
ri ikən etdiklərini unutdunmu? Ey yaramaz insan! Sənə elə əzab hazırlandı 
ki, münafiqlər və kafirlər əzabıdır. Çünki səndə namaz, zəkat, sədəqə, ka-
sıblara mərhəmət yox idi. Haramdan qaçmazdın, bütün işlərin fəsad idi. 
Qeybət edərdin, yenə də Allah kərimdir deyərdin. Budur, əzab da çox acı 
vericidir.” Haqq sübhanəhü və təala həzrətlərindən xitab gələr: “Bu mü-
nafiqlər bir gün də ölümlərini xatırlamadılar. Təkəbbürlü olardılar. 
Fərz, vacib, sünnətə əməl etməzdilər. İndi mənim əzabımı görsünlər!” 
Yenə zəbanilər, yəni Cəhənnəm mələkləri dırnaqlarının dibindən yapışıb, 
canını sinəsinin damarlarından çıxararlar və hulquma aparıb, yenə geri bu-
raxarlar. Yenə xitab gələr: “Alimlər sizə bildirmədimi? Kitabımızı oxu-
madınızmı? Qafil olmayın,  şeytana uymayın, demədilərmi? Hər  şeyi 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə