Mizrakli elmihal



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə72/74
tarix19.10.2018
ölçüsü1,53 Mb.
#75160
1   ...   66   67   68   69   70   71   72   73   74

 
173
O, varlığını bu nizamlılıqla bəlli etdiyi kimi, qullarına rəhm edərək, 
var olduğunu ayrıca da bildirmişdir. Adəm  əleyhissəlamdan başlayaraq, 
hər əsrdə dünyanın hər yerindəki insanlar arasından ən yaxşı, ən üstün ola-
raq yaratdığı birinə mələklə xəbər göndərərək, özünü və öz adlarını bildir-
miş, insanların dünyada və axirətdə rahat olmaları, yaxşı yaşamaları üçün 
nə etmələri və nədən çəkinmələri lazım olduğunu bəyan etmişdir. Bu cür 
seçilmiş üstün insanlara “Peyğəmbər” deyilir. Onların bildirdikləri əmrlə-
rə  və qadağanlara  “Din”  və  “Əhkami diniyyə” deyilir. İnsanlar qədim 
şeyləri unutduğu üçün və hər zaman mövcud olan pis insanlar Peyğəmbər-
lərin (aleyhimüssaləvatü vəttəslimat) kitablarını və sözlərini dəyişdirdiklə-
rinə görə, qədim dinlər unudulmuş, korlanmışdır. Pis insanlar uydurma 
dinlər də meydana gətirmişdirlər. 
Hər  şeyi yaradan uca Allah, insanlara rəhmi gəldiyi üçün qullarına 
son bir Peyğəmbər və yeni bir din göndərmişdir. Bu dini qiyamətə qədər 
qoruyacağını, pis insanlar hücum etsə də, dəyişməyə, pozmağa cəhd etsə-
lər də, özü onu pozulmamış şəkildə hər yerə yayacağını müjdələmişdir. 
Allaha şükürlər olsun ki, hələ kiçik yaşlardan bir olan yaradana inanmı-
şıq.
 
Onun adının  “Allah” olduğunu, son Peyğəmbərinin  “Muhamməd” 
əleyhissəlam olduğunu və onun bildirdiyi dinin “İslamiyyət” olduğunu öy-
rənmək səadətinə qovuşduq. Bu islam dinini doğru olaraq anlamaq istədik. 
Məktəbdə, universitetdə oxuyarkən onu öyrədəcək bir qaynaq axtardıq. Alla-
ha yalvarmaqdan başqa çarə yoxdur. Uca Allahımız Əhli sünnət alimlərinin 
(rahimə-hümullahü təala) kitablarını oxumaq nəsib etdi. Lakin “Fən fırıl-
daqçıları”nın, yəni fənn bilgisində mütəxəssis olmadığı halda özünü fənn 
adamı və müsəlman göstərib, müsəlmanların dinini, imanını pozmağa, isla-
miyyəti içəridən yıxmağa çalışan şəxslərin fənn bilikləri adı altında və dini 
dünya mənfəətlərinə alət edən “Din fırıldaqçıları”nın Quran tərcüməsi adı 
altında zəhərləmiş olduqları səhv fikirlər ruhumuza işləmişdi. Allahü təalaya 
sonsuz şükürlər olsun ki, həqiqi din adamlarının xəbərdarlıq etməsi ilə yaxşı-
nı pisdən ayırmağa başladıq. Başımıza yerləşdirilənlərin elm deyil, bəzəklə 
örtülmüş  zəhər olduqlarını, onların təsiri ilə  qəlbimizin qaraldığını anlaya 
bildik.  Əhli sünnət alimlərinin kitablarını görməsəydik, dostu düşməndən 
ayıra bilməyəcək, nəfsimizin və din düşmənlərinin hiylələrinə, yalanlarına 
aldanacaqdıq. Dinsizliyi, əxlaqsızlığı öncüllük kimi tanıdan xain düşmənlə-
rin hiylələrindən qurtula bilməyəcəkdik. Xalis, təmiz müsəlman olan ana-
mızla, atamızla və onlardan əldə etdiyimiz islam bilikləri ilə istehza edəcək-
dik. Sevgili Peyğəmbərimiz (sallallahü təala aleyhi və səlləm) islam düşmən-
lərinin tələlərinə düşməməyimiz üçün bizi xəbərdar edir: “Dininizi ricalin 
ağızlarından öyrənin!”, buyurur. Rical, yəni həqiqi din alimi tapa bilmədik-
də, onların kitablarından öyrənəcəyik. Bidət sahiblərinin, məzhəbsiz, cahil 
din adamlarının din kitabları kafirlərin kitabları kimi çox zərərlidir. 


 
174
Qadınların, qızların başları, saçları, qolları, ayaqları açıq, kişilərin də 
dizləri ilə göbək arası açıq olaraq başqasının yanına çıxmaları haramdır. Yə-
ni Allahü təala bunları qadağan etmişdir. Allahü təalanın əmrlərini və qada-
ğalarını bildirən dörd haqq məzhəb, kişilərin övrət yerlərini, yəni baxması 
və başqasına göstərməsi qadağan edilmiş üzvlərini fərqli olaraq bildirmiş-
dirlər. Hər müsəlmanın, aid olduğu məzhəbin bildirdiyi övrət yerini örtməsi 
fərzdir. Buraları açıq olanlara başqalarının baxması haramdır.  “Kimya-i 
səadət”də deyilir ki, “Qadınların, qızların başı, saçı, qolları, ayaqları açıq 
küçəyə  çıxmaları haram olduğu kimi, incə, bəzəkli, dar, xoş  ətirli paltarla 
örtünərək çıxmaları da haramdır. Belə  çıxmalarına icazə verən, razı olan, 
bəyənən anası, atası, əri və qardaşı da onun günahına və əzabına ortaq olur-
lar”. Yəni Cəhənnəmdə birlikdə yanacaqlar. Əgər tövbə etsələr, əfv olunar, 
yandırılmazlar. Allahü təala tövbə edənləri sevər. Ağıllı, buluğ yaşına çat-
mış qızların və qadınların yad kişilərə görünməmələri hicrətin üçüncü ilində 
əmr olundu. İngilis cəsuslarının və onların tələlərinə düşmüş cahillərin, Hi-
cab ayəti gəlmədən əvvəl olan örtünməməyi irəli sürərək, örtünməyi sonra-
dan fiqhçilərin uydurduğunu demələrinə aldanmaq olmaz. 
Təkrar bildirək ki, bir uşaq həddi-buluğa çatanda, yəni yaxşını pisdən 
ayıracaq və evlənəcək yaşa gəldikdə, dərhal imanın altı şərtini öyrənməsi, 
sonra “Əhkami islamiyyə”ni, yəni fərzləri, halal və haramları öyrənməsi 
və onlara uyması, ona fərz olur. Bir qız doqquz, bir oğlan on iki yaşına 
çatdıqda ağıllı və həddi-buluğa çatmış olur. Bu bilgiləri atasından, anasın-
dan, qohumundan, qonşusundan soruşub öyrənməsi fərzdir. Müsəlman 
olan bir kafirin də, dərhal bir din adamından bunları öyrənməsi, onların da 
öyrətməsi və ya həqiqi bir din kitabı hədiyyə edib oradan oxuyub öyrən-
məsini tənbeh etmələri fərzdir. Öyrətməsələr və ya kitab verməsələr fərzi 
yerinə yetirməmiş olurlar. Fərzi yerinə yetirməyən Cəhənnəmdə yanacaq-
dır. Din adamını  və ya kitabını axtarıb tapana qədər öyrənməməsi üzrlü 
hesab edilir. 
Oxuduğumuz doğru islam bilgilərini gənclərə çatdırmaq üçün və hər 
kəsin dünyada rahatlığa, hüzura, axirətdə sonsuz nemətlərə qovuşmalarına 
xidmət etmək üçün Əhli sünnət alimlərinin kitablarından seçmə, qiymətli 
yazıları nəşr etməyə inşəallah davam edəcəyik. 
Məqsədlərə nail olmaq üçün “Salətən tüncina” oxumaq lazımdır: “Alla-
hümmə salli alə seyyidinə Muhammədin və alə əli seyyidinə Muhammədin 
salətən tüncina bihə min cəmiil əhvali vəl-afət və taqdi lənə bihə cəmial ha-
caat və tütahhirunə bihə min cəmiisseyyiat və tərfəunə bihə aləddərəcat və tü-
bəlliqunə bihə aksalqayat min cəmiil hayrat-i fil hayati və badəl-məmat”. 
Hər cür sıxıntıdan və təhlükədən qorunmaq, şeytanların, düşmənlərin 
zərər və hücumlarından xilas olmaq üçün “İstiğfar” oxumağın çox fayda-
lı olduğu Hədisi-şəriflərdə bildirilmişdir. 
 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə