Mizrakli elmihal



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə71/74
tarix19.10.2018
ölçüsü1,53 Mb.
#75160
1   ...   66   67   68   69   70   71   72   73   74

 
171
Nəfs, Allahü təalanın düşmənidir. Hədisi qüdsidə“Nəfsinə düşmənlik et! 
Çünki o, mənim düşmənimdir”, buyruldu. Bunun üçün yüksək təriqət 
yolları içində, islamiyyətə daha çox əməl olunan yol, Alahü təalaya daha 
yaxın yoldur. Çünki burada nəfsə uymamaq daha çoxdur. Bu da, bizim ol-
duğumuz yoldur. Buna görə  də, böyüyümüz, öndərimiz, böyük alim Bə-
haüddin-i Buxari, “Allahü təalaya qovuşduran yolların ən qısasını tapdım”, 
buyurmuşdur. Çünki bu yolda nəfsə qarşı gəlmək daha çoxdur. Bu yolda, is-
lamiyyətə riayət etməyin çoxluğuna gəldikdə, kitablarını araşdıran ağıllı və 
insaflı bir insan üçün bunu anlamaq çox asandır. Belə olduğunu aydın gö-
rür. Belə aydın olmaqla yanaşı, bir çox məktubumda bunu ətraflı bildirdim. 
Hər şeyin doğrusunu Allahü təala bilir. O, bizə yardımcıdır. Çox gözəl bir 
vəkildir. Əfəndimiz Muhamməd əleyhissəlama və Alinə və Əshabına (radı-
yallahü təala anhüm əcmain) və doğru yolda olanlara salət və salam olsun! 
 
ÜÇÜNCÜ CİLD, 84-cü MƏKTUB 
Allaha həmd olsun və Onun seçdiyi, sevdiyi qullarına salam olsun! Bu 
yolda çalışmaq 
Allahın sevgisinə qovuşmaq istəyən, ilk öncə etiqadını, 
haqq yolda olan alimlərin 
yəni Əhli sünnət alimlərinin bildirdiklərinə uy-
ğun düzəltməlidir. 
Bu böyük alimlər, bütün bilgilərini  Əshab-ı kiramdan 
almışdırlar. Öz düşüncələrini və fəlsəfəçilərin fikirlərini bu bilgilərə qarış-
dırmamışdırlar.
 Allah (cəllə cələlühü) onların çalışmalarına bol-bol müka-
fat 
qarşılıq versin! Bundan sonra hər kəsə lazım olan fiqh (islam hüququ) 
bilgilərini öyrənməlidir. Daha sonra bu öyrəndiklərinə əməl etməlidir. Bun-
dan  əlavə, hər zaman Allahü təalanı zikr etməlidir. 
Yəni qəlb hər zaman 
Onun adını və sıfat-i zatiyyəsini düşünməlidir.
 Lakin zikr etməyi kamil və 
mükəmməl olan bir zatdan öyrənmək şərtdir. Nöqsanı olandan 
xüsusən də 
cahil və yolunu azmış şeyxlərdən
 öyrənilərsə, kamala çatmaq mümkün ol-
maz. Başlanğıcda çox zikr etmək, fərz namazları və onların sünnətlərini qıl-
dıqdan sonra, zikrdən başqa bir ibadət etməmək, Qurani-kərim oxumağı və 
nafilə ibadətləri başqa vaxta saxlamaq lazımdır. Dəstəmazlı da, dəstəmazsız 
da zikr etmək lazımdır. Ayaq üstə olarkən, oturarkən, uzanarkən, həmişə bu 
vəzifəni yerinə yetirmək lazımdır. Yol gedərkən, yeyərkən və yatan zaman 
zikrsiz olmamaq lazımdır. Farisi beyt tərcüməsi: 
 
Zikr et, həp zikr, olduqca canın! 
Qəlbin paklığı, zikriylədir Cananın. 
 
Zikri o qədər çox etmək lazımdır ki, zikr olunandan 
Allahü təaladan 
başqa qəlbdə heç bir arzu, düşüncə qalmamalıdır. Ondan başqa şeylərin ad-
ları və nişanələri qəlbə gəlməməlidir. Başqa şeyləri düşünmək üçün özünü 
məcbur etsə də, qəlbinə gətirə bilməməlidir. Qəlbin, Allahdan başqa hər şe-


 
172
yi belə unutması,
 
Ona qovuşmağın başlanğıcıdır.
 
Bu unutma,
 
arzu olunanın 
rizasına, sevgisinə qovuşmağın müjdəcisidir. Ərəbi beyt tərcüməsi:
 
 
Necə Süada qovuşulur əcaba! 
Dağlar və uçurumlar var arada. 
 
Süad, bir məşuqənin adıdır. İnsanı hər şeyə qovuşduran, yalnız Al-
lahü təaladır. Doğru yolda olanlara salam olsun! 
Üçüncü cild, 17-ci mək-
tubda buyurulur: “Qəlb ilə zikr etmək, onu Allahdan başqa şeylərə düşkün 
olmaqdan qurtarır. Bu düşkünlük, qəlbin xəstəliyidir. Qəlb bu xəstəlikdən 
qurtulmadıqca, həqiqi imana qovuşa bilməz və əhkam-i islamiyyəyə, yəni 
Allahın əmrlərinə, qadağalarına uyması çətin olar. Bunlara uyarkən niyyət 
etmək və mübahlara əməl edərkən nəfsin ləzzət almasını düşünməmək də 
zikrdir.” Qəlbin xəstəliyinə səbəb, nəfsə uymasıdır. Nəfs, Allahü təalanın 
düşmənidir. Allaha itaət etmək istəməz. Qəlbin özünə də düşməndir. Qəl-
bin hər üzvə, haramları, pis, zərərli  şeyləri etdirməsindən zövq alar. Bu 
zövqlərinə qovuşmaq üçün dinsiz, imansız olmaq istəyər. Kafirlərlə, məz-
həbsizlərlə dostluq etmək, onların kitablarını, qəzetlərini oxumaq, radio və 
televizorlarındakı zərərli verilişləri izləmək də qəlbi xəstə edər. İslamiyyə-
tə uymaq qəlbi xəstəlikdən xilas edər. Nəfsi isə xəstə edər. Zövqlərini, ar-
zularını, qəlbə təsir qüvvəsini azaldar.
 
 
Kim tapar, zor ilə maqsuda hər zaman zəfər? 
Gələr əlbət zühura, nə isə hökmü qədər. 
 
 
CƏNNƏT YOLU ELMİHALI KİTABININ SON SÖZÜ 
 
Canlı  və cansız, bütün varlıqların bir nizam içində olduqlarını görü-
rük. Hər maddənin quruluşunda, hər hadisədə, hər reaksiyada heç dəyiş-
məyən nizam, riyazi əlaqələr olduğunu görürük. Bu qaydaları, bağlantıları 
fizika, kimya, astronomiya və biologiya qanunları deyə adlandırırıq. Bu 
dəyişməz nizamdan faydalanaraq, sənaye, fabriklər qurur, dərmanlar dü-
zəldir, aya gedir, ulduzlarla, atomlarla əlaqə qururuq. Radiolar, televizor-
lar, elektronik beyinlər və internetlər düzəldirik. Məxluqlarda bu nizam 
olmasaydı, hər şey təsadüfi olsaydı, bunların heç birini edə bilməzdik. Hər 
şey toqquşar, korlanar, fəlakətlər olardı. Hər şey yox olardı. 
Varlıqların nizamlı,  əlaqəli, qanunauyğun olmaları, onların öz-özlü-
yündən, təsadüfi var olmadıqlarını, hər  şeyin bilikli, qüdrətli, görən, eşi-
dən, istədiyini edən bir varlıq tərəfindən var edildiklərini göstərməkdədir. 
O dilədiklərini var etməkdə  və yox etməkdədir. Hər  şeyi var etməyə  və 
yox etməyə, başqa şeyləri səbəb etmişdir. Səbəbsiz yaratsaydı, varlıqların 
bir-biri arasında bu nizam olmazdı. Hər  şey qatmaqarışıq olardı. Onun 
varlığı da bəlli olmazdı. Həm də elm, mədəniyyət meydana gəlməzdi. 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə