Mizrakli elmihal


MƏSUMLARIN ÖLÜMÜ HAQQINDA



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə66/74
tarix19.10.2018
ölçüsü1,53 Mb.
#75160
1   ...   62   63   64   65   66   67   68   69   ...   74

 
160
 
MƏSUMLARIN ÖLÜMÜ HAQQINDA 
Bir müsəlmanın uşağı xəstə olub, ölüm döşəyində yatsa, Makam-ı illiy-
yin, yəni Cənnət onun yeridir. Oradan üç yüz altmış mələk gələr, səflərə dü-
zülərək o məsumun qarşısında durar və: “Ya məsum! Müjdələr olsun sənə, bu 
gün o gündür ki, keçmiş olan, analarını, babalarını və bütün qonşularını Haqq 
təaladan istəyəsən”, deyib, yüz mələk başına bir şəfaət tacı geydirər, digər yüz 
mələk eşq tacı geydirər, yüz mələk də qayrət və qüvvət köynəyi geydirər, alt-
mış mələk gözünün pərdəsini və hicabını qaldırar. Bütün hicablar qalxdığı ki-
mi, ta həzrət Adəmdən bəri, keçmiş möminlərin atalarını və əcdadlarını görər. 
Onların bəzisi üçün əzab hazırlanmışdır. Onların bu hallarını gördükdə, ağla-
yar, qışqırar və titrəyər. Bunu bilməyənlər, can verdiyini sanarlar. 
Sonra can alıcı  mələklər gəlib, o məsumun,  şəfaət tacını, köynəyini 
geyindiyini, gözünün pərdəsinin qalxdığını görüb, canını almağa qüvvət-
ləri çatmaz və: “Ya məsum! Aləmləri yaradan sənə salam söylədi və bu-
yurdu ki, mən onu yaratdım, yenə mənə qayıtsın. Çünki o ruh əmanətini 
mən verdim, yenə  mənə versin. Onun müqabilində ona Cənnət və didar 
(üz, sima) verim. Əgər inanmırsansa, üzünü çevirib göylərə tərəf bax, on-
da görərsən”, deyərlər. Bu zaman, o məsum da baxıb, mələkləri və Allahü 
təalanın camalını görər. Sevincdən cuşa gəlib titrəyər, həyəcanlanar, qıza-
rar. Sıçrayıb, döşəyində can verməyə atılar. Yenə o əzab içindəki əcdadla-
rı gözünə görünər və yenə canını verməz. Mələklər soruşar: “Ya məsum! 
Niyə canını vermirsən?” O məsum cavab verər: “Ey mələklər! Allahü təa-
laya rica edin, qohum və əcdadımı mənə bağışlasın.” Mələklər deyər: “Ya 
Rəbb! Bu məsumla bizim halımız sənə  məlumdur.” Həzrəti Allah (cəllə 
şanühu) xitab edər: “İzzətim haqqı üçün bağışladım.” Yenə mələklər: “Ya 
məsum! Muştuluq olsun sənə! Haqq təala imanı olanların günahlarını ba-
ğışladı və bütün ricalarını qəbul etdi”, dedikləri zaman, məsum şad olar. 
Bu halda ikən, Haqq təala, Cənnətdən iki huri göndərər. Onlar məsumun 
ata və anasının simasında gəlib, qollarını açaraq deyərlər: “Ey bizim oğlu-
muz, yaxud qızımız! Bizimlə gəl, biz Cənnətdə sənsiz qala bilmirik.” Cən-
nət almalarından bir alma çıxarıb məsuma verərlər. O məsum almanı iylə-
diyi zaman Həzrəti  Əzrail (əleyhissəlam) onun kimi bir gözəl məsum 
olub, ruhunu alar. 
Bir rəvayətə görə isə almanı iylədiyi zaman canı almaya yapışar və 
ölüm mələkləri məsumun canını almadan alarlar. Bu rəvayətlərin ikisi də 
caizdir. 
Sonra ölüm mələkləri o canı alıb, göyləri seyr etdirib Cənnətə aparar-
lar. Orada yaşıl zəbərcəddən (qiymətli daş) bir səhra vardır. Məsum bura 
gəldikdə: “Məni bura niyə gətirdiz?”, deyər. Mələklər: “Ya məsum! Qiya-
mət yeri vardır. Çox istidir. Məhz bu səhrada yetmiş min rəhmət bulağı 


 
161
vardır. Həzrəti Rəsuli  əkrəmin (əleyhissəlam) hovuzunun başında durub, 
nurdan olan badələrə baxın! Ata və ananız qiyamət yerinə  gəldikləri za-
man, bu badələri su ilə doldurub onlara verin. Onları əlinizdən buraxma-
yın ki, Cəhənnəm yoluna getməsinlər, əzab və cəza çəkməsinlər. Çünki si-
zin duanız Haqq təala qatında məqbuldur. Cümə gecələri yer üzünə enər-
siz. O vaxt Allahü təalanın salamını ümməti Muhammədə (sallallahü təala 
aleyhi və  səlləm) çatdırarsınız. Onların üzərinə nur verərsiniz və onların 
şükürlərini Haqq təalaya apararsınız”, deyərək nəsihət edərlər. 
Məsumların canlarına bu halları seyr etdirib, yenə gətirib meyitin yanı-
na qoyarlar. Namazı qılınıb, qəbrə qoyulub, sorğu sualı olunana qədər o can 
qəbirin yanında durar. Əgər ata və anası tövbəsiz ölərlərsə, qiyamətdə oğlu 
ilə onların arasında bir pərdə olar. O məsum onları axtarıb tapmaz və bir-
birlərinə  həsrət qalarlar. Möminlərin həddi-buluğa çatmamış övladlarının 
halı bax belədir. 
 
 
Vəfasızdır, ey alçaq dünya, sənin hər nemətin! 
Əcəl fırtınaları məhv eyləyir hər yüksəkliyini. 
 
MÜSƏLMAN QADINLARIN ÖLÜMÜ HAQQINDA 
Bir qadın zahı, hamilə və ya taun olsa, yaxud bunlardan heç biri olmasa 
da, yad kişilərin qabağına açıq-saçıq çıxmasa və əri ondan məmnun olsa, o 
qadın ölərkən, Cənnət mələkləri gəlib, qarşısında səf-səf durar, ona izzət və 
ikramla salam verər və: “Allahü təalanın sevgili şəhid cariyəsi, gəl çıx, nə 
edirsən dünya sarayında? Səndən Allahü təala razı oldu və sənin bu xəstəli-
yini bəhanə edib, günahını bağışladı, sənə Cənnət ehsan etdi, gəl əmanətini 
təslim et!”, deyərlər. O qadın bu mərtəbəni görüb, ruhunu vermək istədikdə
ətrafına baxıb: “Mənimlə dostluq edənləri mühakimə edib rəhmət etsin, son-
ra təslim edim”, dedikdə, mələklər də ricasını cənab-ı Haqqa ərz edərlər. Xi-
tab-ı izzət gəlib, “İzzətim haqqı üçün, qulumun bütün duasını qəbul etdim”, 
buyurar. Mələklər də xoş xəbəri çatdırarlar. Sonra ölüm mələkləri yüz iyirmi 
rəhmət mələyi ilə gələrlər. Üzlərinin nuru Ərşə çıxar, başları taclı, arxaların-
da nurdan Cənnət geyimləri, ayaqlarında qızıl ayaqqabılar və yaşıl qanadları 
olar. Əllərində Cənnət meyvələri, gözəl ətirlə gəlib, izzət və ikram ilə salam 
verərlər və: “Aləmləri yaradan, səni salamlayar və  Cənnət verib, sevimlisi 
Muhamməd əleyhissəlama qonşu edər, Həzrəti Aişəyə müsahib, dost edər”, 
deyərlər. 
Bu imanlı qadın bu kəlamları  eşidər, gözünün pərdəsi açılıb,  əhli 
iman qadınlarını görər, günahkar olub əzab olunanları görər və: “Onların 
günahlarını bağışla, Rəbbim!”, deyə arzu edər. Cənab-ı izzətdən bir xitab 
gələr: “Ya cariyəm! Cümlə muradını yerinə yetirdim, ver əmanətini, Həbi-
bimin xatunu və  qızı  səni gözləyirlər.” Bu xitabı  eşitdikdə, canı titrəyər, 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə