Mizrakli elmihal


Allahdan bilin, demədilərmi?”



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə65/74
tarix19.10.2018
ölçüsü1,53 Mb.
#75160
1   ...   61   62   63   64   65   66   67   68   ...   74

 
158
Allahdan bilin, demədilərmi?” Dünya malına həris olmayın! Allahü təa-
lanın verdiyinə  qənaət edin, kasıb qullarına mərhəmət edin, yoxsullara 
təam verin! Allahü təala o padşahdır ki, sizi yaratdı və sizi bəsləməyi öz 
üzərinə götürdü ki, sizə Ondan bir bəla gəlsə, yenə Onu çağırasınız, yalva-
rasınız, dərmanı Ondan diləyəsiniz! Mən həkimlərə pul verdim və sağal-
dım demə! Allahü təalanın lütfündən bil! Sənin malım dediyin, sənə əma-
nətdir. O mal sizin dərdinizə dərman deyil. Halaldırsa, hesabını verməyə 
vəzifəlisiniz. Haqq sübhanəhü və təala nə qədər təqdir etdisə, o qədər alar-
san. Nə maldan, nə övladdan, nə dostdan, hər nə qədər fəryad etsən və ya 
hansı səhraya qaçsan, canını qurtara bilməzsən. Ancaq torpağın haradırsa, 
o yerə dəfn olunarsan. Əcəlin gəlmədikcə, sənə heç kimdən ziyan gəlməz. 
Sizə, yalnız təhlükədən qorunmaq və  dərdlərə  dəva olan səbəblərə sarıl-
maq əmr olundu. 
Nə zaman Haqq təala sizə sağlıq kimi, mal kimi, övlad kimi nemət 
versə, sevinib, Əlhamdü-lillah, bizim Rəbbimiz bizə ikram etdi, deyərsi-
niz. Nə vaxt Allahü təala sizə müsibət versə, yəni sizə bir bəla versə, qəm 
çəkərsiniz, səbr etməzsiniz, şükr etməyi unudarsınız. 
Haqq təaladan xitab gələr: “Ya mələklərim! Onu tutun!”  mələklər 
onun canını bütün qıllarının dibindən alıb, yenidən yerinə qaytararlar. 
Haqq təalanın əzab verdiyini, kimsə xilas etməyə qadir deyildir. 
Ölüm döşəyində yatan şəxs bu əzabı görüb, ah, kaş ki, dünyada olarkən 
əməlimi yerinə yetirərdim, bu gün də bu əzabı çəkməzdim. Yenə o xəstəni 
gözləyən insanlara xitab gələr: “Ey mənim təkəbbürlü qullarım! Bu dostu-
nuzu, mal xərcləyərək qurtarın! Dünyada məndən gələn bəlaya səbr et-
məzsiniz, məndən şikayət edərsiniz. Bu qul əzab çəkir və canı hulqumu-
na gəlib. Mənim qüdrətimdən!” Mələklər bu nidanı eşidib, “Ey Rəbbimiz! 
Sənin əzabın haqdır”, deyərək, səcdəyə gedərlər. Haqq təala bunları Qurani-
kərimdə  xəbər verməkdədir. Sonra yenə  mələklərə, tutun, deyə nida gələr. 
Mələklər o şəxsi elə tutar ki, bir qılının yeri belə boş qalmaz. Mələklər qışqı-
rıb: “Ey Allahın asi qulunun canı! Gəl çıx vücudundan. Bu gün sənə əzab olu-
nacağı gündür. Allahü təaladan başqasına məhəbbət etdiyin üçün, təkəbbürlü 
olub, kasıblara salam verməzdin, haram olan şeyləri edərdin, batili haqq və 
haqqı batil görərdin”, deyərlər. Bunlar Qurani-kərimdə xəbər verilmişdir. 
Sonra o insan mələklərə, “bir aman verin, ağlımı başıma toplayım”, dedik-
də, görər ki, ölüm mələkləri, başının üstədir. Onları gördükdə, bu əzabları unu-
dub titrəməyə başlayar. Ölüm mələklərini görüb soruşar: “Bu qədər mələk əzab 
verdiyi halda, sən kimsən və niyə gəlmisən?” Bundan sonra ölüm, bir vahiməli 
səslə deyər: “Mən o ölüməmki, səni dünya üzündən çıxarmalıyam. Övladlarını 
yetim qoymalı, malını dünyada sevmədiyin qohumuna miras qoymalıyam.” 
Ölümdən bu sözləri eşidib, titrəyər, üzünü o yan, bu yana çevirər. 
Çünki  əlaməti budur və  Hədisi Buxaridə  Rəsul-i  əkrəm (sallallahü təala 


 
159
aleyhi və  səlləm),  “Mələkləri eşitdikdə üzünü divara çevirər, önündə 
ölümü görər”, buyurur. 
Hansı tərəfə baxsa, ölümü o tərəfdə görər və yenə arxası üstə dönər. 
Ölüm mələkləri bir şiddətli səslə çağırıb, deyər: “Mən o ulu mələyəm 
ki, atanın və ananın canını aldım, sən o vaxt orada idin, nə faydan oldu? 
İndi də bütün dostların baxır, nə faydası var? Mən o ulu mələyəm ki, sən-
dən əvvəl öldürdüklərimin qüvvəti səndən çox idi.” 
Bu insan mələklərlə bu qədər danışarkən, əzab mələkləri gedər. Əz-
rail əleyhissəlamı zəhmli görüb, o an ağlı itər. 
Əzrail əleyhissəlam soruşar: “Dünyanı necə gördün?” O da cavab ve-
rər ki, dünyanın hiyləsinə aldandığıma görə bu haldayam. 
Cahanın yaradıcısı, dünyanı bir qadın şəklinə salar. Gözləri göy, diş-
ləri öküz buynuzu kimi, bir pis ətirlə gəlib sinəsinin üstünə oturar. 
Sonra o insanın malını qarşısına gətirərlər. Haram və halal deməyib, 
qazandığı malını gözünün önündə varislərinə verərlər. 
Sonra o mal, öz sahibinə deyər: “Ey asi! Məni qazandın, nahaq ye-
rə xərclədin, sədəqə, zəkat vermədin. İndi isə əlindən çıxdım, sənin is-
təmədiyin insanların əlinə keçdim, səndən minnətsiz aldılar”
Bu halda ikən susayar, ürəyi yanaraq dörd tərəfinə baxar. 
Bu vəziyətdə ikən, şeytan fürsət tapıb, imanını almaq üçün yanına gə-
lər. O lənətlənmiş,  əlində, içində buzlu su olan bir qədəh tutar, xəstənin 
yanında o qədəhi çalxalayar. Onu görər və eşidər. O yerdə və o anda kasıb 
və zənginin halı bəlli olur. 
Əgər səadətsizdirsə, gətir o sudan içim, deyər. O məlunun canına 
minnət olar. Deyər ki, Allah qorusun, aləmlərin yaradıcısı yoxdur, de! 
Əgər zalımdırsa, dediyi kimi söyləyər və Allah qorusun, imanı gedər. La-
kin hər şeydə hikmət Hüdanındır. O vəziyyətdə olan xəstənin yanında hə-
mişə su qoymaq, ağzını açıb suyu içirmək lazımdır. 
Əgər hidayətə çatarsa, şeytanı lənətləyib rədd edər. 
Vədəsi yetişdikdə, əgər mömindirsə, əmr olunar, Əzrail əleyhissəlam 
canını alar. Üç yüz altmış mələk o canı Əzrail əleyhissəlamın əlindən alıb, 
dost-tanışlarının surətinə girib, Cənnət geyimlərini geydirib, ruhunu Cən-
nət sarayına çatdırar və yenə dərhal meyitin yanına gətirərlər. 
Əgər imansız gedibsə, üç yüz altmış siccin mələkləri Cəhənnəmdən, qət-
randan da qara zəqqum yarpağı gətirib, o imansız çıxan ruhu ona sarıyıb, dər-
hal Cəhənnəmə çatdırar və yerini göstərib, yenə meyitin yanına gətirərlər. 
Bir kimsə  həddi-buluğa çatıb, dünyada yaşadığı müddətdə üsyan 
edib, tövbəsiz gedərsə, Allaha sığınırıq, bu əzabları görər, qiyamətdə rüs-
vay olar. Onun gedəcəyi yer Cəhənnəmdir. Təkcə Allahü təaladan hidayət 
gəldiyi haldan və ya həzrəti Muhammədin “sallallahü təala və səlləm” şə-
faəti gəldiyi haldan başqa. 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə