Mizrakli elmihal



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə67/74
tarix19.10.2018
ölçüsü1,53 Mb.
#75160
1   ...   63   64   65   66   67   68   69   70   ...   74

 
162
ayaqları atılar, tər tökər və can vermək üzrə ikən, iki mələk gələr. Əllərin-
də atəşdən bir çomaq olar, sağ yanında biri, sol yanında biri durar. Üzəri-
nə  lənət olunmuş  şeytan qaçaraq gələr və “hərçənd bundan bizə fayda 
yoxdur, amma hələ bir görüm”, deyib, qiymətli kasada buzlu su gətirib, 
göstərər. O mələklər zalımı görüb, əllərindəki çomaqla vuraraq əlindəki 
kasanı  sındırar, onu qovarlar. Müsəlman qadın bunu görüb, gülər. Sonra 
huri qızlar ona qiymətli kasada kəvsər şərabı verər, o da içər. Cənnət şəra-
bının ləzzətindən canı sıçrayıb, qədəhə yapışar və ölüm mələkləri canını o 
qədəhdən alar. Mələklər çağırışıb: “İnnə lillahi və innə ileyhi raci-un”
deyərlər. Canını alıb, göyləri seyr etdirib, Cənnətə aparar və oradakı yerini 
göstərib, dərhal yenə meyitin yanına gətirərlər. 
Libasını çıxarıb, saçlarını açanda, ruhu dərhal cəsədinin yanına gəlib 
deyər: “Ey cəsədi yuyan! Yavaş-yavaş tut! Çünki Əzrail pəncəsindən can 
yarası yemişdir. Bədənim çox əziyyət çəkmişdir və zəifləmişdir.” Yuyul-
ma yerinə  gətirildikdə, yenə  gəlib deyər: “Suyu çox isti etmə. Bədənim 
çox zəifdir. Tez məni əlinizdən xilas edin ki mən rahat olum.” Yuyulub, 
kəfənə büküldükdə, bir az gözləyib, yenə deyər: “Bu cahanı son dəfə gö-
rürəm. Bütün qohum-əqrabalarımı görüm, onlar da məni görsünlər və ib-
rət alsınlar. Onlar da tezliklə mənim kimi öləcəkləri üçün arxamca fəryad 
etməsinlər. Məni unutmayıb, Qurani-kərim oxuyaraq daim yad etsinlər. 
Mənim mirasım üçün bir-birləriylə mübahisə etməsinlər ki, qəbirdə əzab 
görməyim. Cümələrdə və bayramlarda məni xatırlasınlar.” 
Məsciddə, dua oxunması üçün qoyulduqda, can yenə gələrək: “Rahat 
qalın, ey mənim oğlum və qızım, atam və anam! Bunun kimi ayrılıq günü 
yoxdur. Görüşməyimiz qiyamətə qaldı.  Əlvida olsun sizlərə, ey ardımca 
göz yaşı tökənlər!”, deyər. 
Namazı qılınıb, çiyinə qaldırıldıqda, yenə deyər: “Məni yavaş-yavaş 
aparın!  Əgər məqsədiniz savab qazanmaqdırsa, mənə  əziyyət verməyin! 
Sizdən Allahü təalaya razılıq aparım!” 
Qəbir kənarına qoyulduqda, can deyər: ”Mənim halımı görün, ibrət 
alın! İndi məni qaranlıq yerə qoyub gedəcəksiz. Mən əməllərimlə qalaca-
ğam. Bu halları görüb, vəfasız, yalançı dünyanın hiyləsinə aldanmayın!” 
Qəbrə qoyulduğu zaman, can, meyitin baş  tərəfinə  gələr. Nəbadə bir 
meyit duasız qalsın. 
Dəfndən sonra saleh birinin “Təlkin” verməsi sünnət-
dir. Təlkin, dəfndən sonra meyitin üzünə qarşı ayaq üstə duraraq oxunan, 
qəbir suallarını və cavablarını bildirən sözlərdir. Vəhhabilər, bunun sünnət 
olduğuna inanmırlar. Bunun bidət olduğunu, ölünün eşitmədiyini deyirlər. 
Əhli sünnət alimləri (rahimə-hümullahü təala) müxtəlif kitablar yazaraq, təl-
kin verməyin sünnət olduğunu sübut ediblər. Bu dəyərli kitablardan biri, 
Mustafa ibn İbrahim Siyami (rahimə-hullahü təala) həzrətlərinin “Nur-ul-
yakin fi-məbhas-it-təlkin” kitabıdır. Burada, Tabəraninin və ibn Məndənin 


 
163
xəbər verdikləri Hədisi-şərif yazılmışdır. Bu Hədisi-şərifdə təlkin verilməsi 
əmr olunur. “Nur-ul-yakin” kitabı 1345-ci ildə Siyamda, Bankonq şəhərin-
də yazılmış, 1396-cı 
m. 1976 ildə İstanbulda ikinci dəfə çap olunmuşdur. 
Allahü təalanın əmri ilə, meyit qəbirdə yuxudan oyanmış kimi oyanar 
və görər ki, bir qaranlıq yerdədir. Xidmətçisini, cariyəsini və ya ona daim 
kömək edən birini çağırıb: “Mənə şam gətirin!”, deyər. Əsla səs-səda gəl-
məz. Qəbir yarılıb, iki sual mələyi 
Münkər və Nəkir zühur edər. Onların 
ağızlarından alov, burunlarından qara duman çıxar. Bu vəziyyətdə ona ya-
xın gəlib, deyərlər: “Mən rabbükə və mən dinükə, və mən nəbiyyükə”
yəni Rəbbin kimdir, dinin hansıdır və Peyğəmbərin kimdir? Bu suallara 
doğru cavab verərsə, o mələklər, onu, Haqq təalanın rəhməti ilə müjdələ-
yib, gedərlər. O anda qəbirin sağ tərəfindən bir pəncərə açılar və bir ay üz-
lü şəxs çıxıb, yanına gələr. Bu imanlı qadın ona baxıb şad olar. “Sən kim-
sən?”, deyə soruşar. O da: “Mən sənin, dünyada səbrindən və şükründən 
yaradıldım. Qiyamətə qədər sənə yoldaş olaram”, deyə cavab verər. 
 
 
Haramları istəməkdən kəsilmədikcə nəfs, 
Qəlb, ilahi nurlara heç ayna ola bilməz! 
 
MƏZLUM, SƏBRLİ VƏ QƏRİB  
OLANLARİN ÖLÜMÜ HAQQINDA  
 ŞƏHİDLƏR 
Bu insanların ölümləri eynidir. Birini deyək, digərləri də ona oxşardır. 
Qəriblər iki cürdür: biri, uzaq yerdə qalıb, yanında qohumu və tanıdı-
ğı olmayandır. Biri də, öz məkanında yoxsul olub, heç kəsin mərhəmət 
edib yaxın durmadığı kəsdir. Belə möminlər də qəribdir və öldükdə, şəhid 
olurlar. Altmış yaşını keçən və beş vaxt namazını tərk etməyən də şəhid-
dir. 
Haram işləməsi ölümünə səbəb olan, məsələn. İçki içərək zəhərlənən 
şəhid olmaz. Lakin haram işlərkən başqa səbəbdən ölərsə, məsələn, bina 
çökərək ölərsə, şəhid olur. Qadınların, qızların üzlərindən və ovuc içlərin-
dən başqa hər yerləri övrətdir. Örtünmələri fərzdir.  əhəmiyyət verməyən 
kafir olur. Başı, saçı, qolu, ayağı açıq olaraq küçəyə  çıxmayan qadınlar, 
qızlar da şəhiddir. Allahü təalanın  əmr və qadağalarına  “Əhkam-ı isla-
miyyə” deyilir. əhkamı islamiyyəni öyrənən və  uşaqlarına öyrədən ata-
ana da şəhiddir.
  İmanı  və namazı olmazsa, şəhid olmazlar. Kafir əlində 
əsir olduğu halda ölən müsəlman şəhiddir. Zülm, işkəncə edilərək öldürülən 
kafir şəhid olmaz. Kafir olaraq ölən, əsla Cənnətə girməz. 
Bu insanlar başlarını ölüm yastığına qoyduqları zaman göylərin qapı-
sı açılar və yerə o qədər mələk enər ki, sayını ancaq Mevla bilər. Onların 
əllərində nurdan tac və Cənnət geyimləri olar. O insanın canını hörmətlə 
dəvət edərlər. Haqq təala bu halı Fəcr surəsinin sonunda bəyan etmişdir. 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə