Mizrakli elmihal



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə69/74
tarix19.10.2018
ölçüsü1,53 Mb.
#75160
1   ...   66   67   68   69   70   71   72   73   74

 
166
Nəhayət cənazənin dəfni bitib, oralarda xidmət göstərən insanlar da çıxıb 
getdikdən sonra, Haqq təala həzrətləri tərəfindən bir nida gələr: Ey 
mənim qulum, yalnız qaldın; bu qaranlıq məzarda səni qoyub getdilər. 
Onlar sənin dostların, qardaşların, övladların və ən yaxın adamların idi. 
Halbuki heç birinin sənə faydası olmadı. Ey qulum, sən mənə asi oldun, 
əmrimi tutmadın, heç bu halını düşünmədin.  Əgər ölən insan imanla 
ölmüşdürsə, umulur ki, cənab-ı Haqq o insanı  əfv edər və deyər ki, ey 
mömin qulum! Səni qəbirdə  tənha qoymaq şanıma yaraşmaz.  İzzət-ü 
cəlalim haqqı üçün, sənə bir mərhəmət edim ki, dostların təəccüblənsin, 
sənə bir şəfqət göstərim ki, ata-ananın oğluna olan şəfqətindən artıq olsun. 
Lütfü kərəmindən o qulun bütün günahlarını əfv edib, qəbiri Cənnət bağ-
çası olar və  Cənnət huriləri, nemətləri ilə dolar. Allahü təala elə  mər-
həmətlidir ki, günahkar qullarını  əfv edər. O qədər mərhəmətlidir ki, 
gündə neçə  dəfə qullarının eyiblərini görüb örtər, üzlərinə vurmaz. O 
halda, belə bir xaliqin əmrlərini yerinə yetirib, qadağalarından qaçmaq, 
hər gün xeyirli əməl edib, sabahın əzabından qurtulmaq lazımdır.” 
Möminlərin, istər günahlı, istər günahsız, hamısına qəbir sualı vardır. 
Yalnız günahları əfv edilməyənlərə və bütün kafirlərə qəbir əzabı da var-
dır. Müsəlmanlar arasında söz gəzdirənlərə və ayaqyolunda üzərinə sidik 
sıçradanlara qəbirdə  əzab olacaqdır. 
Qəbir əzabı yalnız ruha deyil, həm 
də  cəsədə olacaqdır. Ağlın çatmadığı, dərk etmədiyi şeyləri ağıl ilə başa 
düşməyə cəhd etmək olmaz.
 
Əgər bir şəxs imansız ölərsə, şiddətli əzablarla məhşər gününə qədər 
sonra da, Cəhənnəmdə əbədi əzab görər. 
 
Ey zair-i sahib-nəfəs, hubb-ı sivadan meyli kəs. 
Dünyada qalmaz heç kəs, Allahü bəs, baki həvəs. 
Hər ten bitər bir dərd ilə, gah germ ilə, gah sərd ilə 
Uğraşmağa bir fərd ilə, dəyməz bu dünya-yı əhas. 
Mən də Fərid-i əsr idim, fass-ı nigin-i sədr idim, 
Nakş-ı hümayun-ı satr idim, göstərdi çarx ru-yi abəs. 
Dil-xəstə oldum bir zaman, tədric ilə bitdi tüvan
Uçdu nəhayət murq-ı can, çünki xarab oldu qəfəs. 
Söndü çəraq-ı afiyət, zülmətdə qaldı şeş cəhət, 
Açıldı sübh-i axirət, ənvar-ı Haqqından muqtəbəs. 
Buldum o dəm Sübhanımı, ərz etdim üsyanımı, 
Matlub idüp, qufranımı, rahmətlə oldu dad-rəs. 
Ya Rəbb! Bu abd-i rüsiyah, etdimsə də yüzmin günah, 
Dərgahını qıldım pənah, əfvindir ancaq mültəməs. 
Tarixdir ism-i Qafur, labüd edər sirri zühur, 
Əfv olunur hər bir qüsur, Allahü bəs baki həvəs. 
Abdürrahman Sami Paşa 


 
167
Ey ziyarətə gələn diri insan! Allahdan başqa heç bir şeyə könül vermə! 
Dünyada kimsə qalmaz. Allahdan başqası bir şey edə bilməz. Ondan 
başqa kimsə qalmaz! 
Hər kəsin bir dərdi olur. Şirin, acı günlər olur. Bu alçaq dünya, kimsə 
ilə məşğul olmağa dəyməz. 
Mən də zamanın bir dənəsi idim. Hökumət rəisinin üzük qaşı 
brili-
yant
 kimi idim. Sultanın fərmanındakı imzası kimi idim. Qədər  təqdir 
mənə də tərs üz göstərdi. 
Qəlbim xəstə oldu bir zaman. Gücüm, qüvvətim getdi hər an. Nəhayət 
can quşum 
ruhum uçdu. Çünki qəfəs bədənim xarab oldu o an. 
Sağlamlığım mum kimi söndü. Hər tərəfim qaraldı. Axirət günəşi 
doğdu. Allahın nurları ilə aydınlandı. 
O anda Rəbbimə qovuşdum. Günahlarım meydana çıxdı. Əfv edilmə-
yimi dilədikdə, məni sonsuz rəhməti ilə qarşıladı. 
Ya Rəbb! Yüz min günah işlədimsə də, bu qara üzümlə əzəmətli qa-
pına sığınıram. Səndən əfv olmağımı diləyirəm. 
Qafur adını bu yazıma tarix 
1286 etdim. Mənası  əlbət hasil olar. 
Qüsurlarım əfv olunar. Allahdan başqası bir şey edə bilməz. Ondan başqa 
kimsə qalmaz!
 
A.Sami paşa senat üzvü olarkən 1295-ci m.1878 ildə  vəfat et-
mişdir.
 
İki şey vardır ki, bunların həsrəti, 
Kimlər olursa olsun, yandırar hər kəsi. 
Göz qan ağlasa, haqlarını ödəyə bilməz, 
Birisi gənclik, biri də din qardaşı! 
 
QƏBİR ZİYARƏTİ VƏ QURANI KƏRİM OXUMAQ 
Qəbir ziyarəti sünnətdir. Həftədə bir dəfə, heç olmasa bayramlarda zi-
yarət edilir. Cümə axşamı, Cümə və ya şənbə günü ziyarət daha savabdır. 
“Şirat-ül-islam” kitabında deyilir ki, Qəbir ziyarəti sünnətdir. Ziyarət 
edən, meyitin çürüdüyünü düşünərək ibrət alır. Osman (radıyallahü anh) 
qəbir yanından keçərkən çox ağlar, saqqallı islanardı. Meyit də edilən dua-
dan faydalanar. Rəsulullah (sallallahü aleyhi və  səlləm)  əqrabasının və 
Əshabının (radıyallahü təala anhüm) qəbirlərini ziyarət edərdi. Salam və 
duadan sonra, arxası qibləyə çevrilib, üzü qəbrə oturulur. Qəbrə  əl, üz 
sürtmək, torpağı öpmək xristyanların adətidir. Hədisi-şərifdə,  “Bir  şəxs, 
tanıdığı birinin qəbirinə gedib salam verdikdə, onu tanıyar və 
salamına cavab verər”, buyruldu. Ahməd ibni Hanbəl (rahimə-hullahü 
təala) deyir: “Qəbiritsanlıqdan keçərkən, İxlas, iki Qul əuzüləri və Fatihə 
oxuyub, savabı meyitlərə  hədiyyə edilməlidir. Savab onlara çatar.” Enes 
ibn Malikin “radıyallahü təala anh”bildirdiyi Hədisi-şərifdə buyruldu ki, 


 
168
“Ayət-əl-kürsi oxuyub, savabı meyitlərə göndərildikdə, Allahü təala 
onu bütün meyitlərə çatdırır.” 
“Hazənət-ür-rivayət”də deyilir: “Diri ikən ziyarət edilən alimləri, 
vəfatından sonra ziyarət etmək üçün uzaq yerlərə getmək də olar. İstifadə 
etmək baxımından, Peyğəmbərlərin “aleyhhimüssaləvatü vəttəslimat”, 
Övliyanın və Alimlərin (rahimə-hümullahü təala) ziyarəti arasında fərq 
yoxdur. Yalnız dərəcələri arasında fərq vardır.” 
Bir müsəlman, oturduğu otağın divarına bir lövhə assa, lövhə üzərinə 
bir sevdiyinin adını yazsa və ya onun qəbiri üzərinə daş qoydurub, daşın 
üzərinə yazsa, otağa girən və ya bu qəbiri ziyarət edən müsəlmanlar lövhə 
və daş üzərindəki ad sahibinin ruhuna Fatihə  və dua oxuduqda, Allahü 
təala ad sahibinə  rəhmət edər, günahlarını  əfv edər. Otağın divarına və 
məzar daşına ad yazmaq, onu xatırlamaq üçün deyil. Ad sahibinə Fatihə 
və dua oxunması üçündür. Buna görə islam ölkələrində otağın divarına və 
məzar daşına ad yazmaq adət olmuşdur. Bir vəlinin adı yazılarsa, bu adı 
oxuyub, sahibindən  şəfaət, dua istənildikdə, vəli eşidib, istəyən  şəxsin 
dünya və axirət muradları üçün dua edər və duası qəbul olar.
 
Qadınların da ziyarət etməsi caiz olsa da, Rəsulullahdan başqasının 
qəbrini ziyarət etməmələri daha yaxşıdır. Hayz və cünub ikən ziyarət caiz 
olsa da, dəstəmazlı olmaq sünnətdir. Hədisi-şərifdə buyruldu ki, “Bir mö-
minin qəbrini ziyarət edib, Allahümmə inni əsə-lü-kə bi-haqqi Mu-
hammədin və ali Muhammədin  ən lə-tüazzibə hazəlməyyit, dedikdə, 
meyitin əzabı qaldırılır.” “Ana-atasının və ya onlardan birinin qəbri-
ni hər Cümə ziyarət edən bir şəxs əfv olunur”. Yalnız ata-ananın qəbir 
torpağını öpmək caizdir. “Kifayə” kitabında deyilir ki, bir şəxs Rəsululla-
ha (sallallahü aleyhi və səlləm), Cənnət qapısının eşiyini öpməyə and iç-
dim, nə edim, deyə soruşduqda,  “Ananın ayağını öp”, buyurdu. Anam, 
atam yoxdur, dedikdə, “Qəbirlərini öp! Qəbirlərini bilmirsənsə, iki xətt 
çəkib, onların qəbiri olaraq niyyət et, bu xəttləri öp! Andını yerinə ye-
tirmiş olarsan!” buyurdu. 
Böyük zatların qəbrini ziyarət üçün uzaq ölkələrə getməmək, başqa 
bir iş üçün getdikdə ziyarət etmək daha yaxşıdır. Yalnız Peyğəmbərimizi 
(sallallahü aleyhi və  səlləm) ziyarətə getmək savabdır. Peyğəmbərləri 
(aleyhimüssəlam) və Övliyanı “aleyhimürrahmə” ziyarət edən, Onların 
mübarək ruhlarından istifadə edir. Onlara olan sevgisi, bağlılığı qədər qəl-
bi təmizlənir. Türbələrdə günah işləyən olarsa, məsələn açıq-saçıq qadın-
lar da gələrsə, ziyarət tərk edilməməli, onlara mane ola bilmədikdə, qəlb-
də nifrət edilməlidir. Bundan başqa, qadın olan, mahnı, ilahi, nitq söyləni-
lən möminin cənazəsinə getmək lazımdır. 
Qadınların qəbir ziyarəti üzülmək, ağlamaq, qışqırmaq və ya kişilərin 
arasına qarışıb fəsad çıxarmaq üçün olarsa, haramdır. Belə qadınlara lənət 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə