Mizrakli elmihal



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə70/74
tarix19.10.2018
ölçüsü1,53 Mb.
#75160
1   ...   66   67   68   69   70   71   72   73   74

 
169
yağar. Yaşlı qadınların kişilərin arasına qarışmadan  əqrəbasının və Övli-
yanın qəbirlərini ziyarət etməsi caiz olsa da, gənc qızlara belə ziyarət də 
məkruhdur. Qadınların cənazədə olmaları da belədir. 
“Cila-ül-qulüb” kitabında deyilir: “Qəbiristanlığa gələn  şəxs ayaq 
üstə, “Əssəlamü aleyküm, ya əhlə dar-il kavm-ilmüminin! İnnə inşəal-
lahü ən qaribin biküm ləhiqum” deməlidir. Sonra Bəsmələ ilə on bir İx-
las və bir Fatihə oxumalıdır. Sonra, “Allahümmə rabbəl-əcsədilbəliyəh, 
vəl-izamin nahirə-tilləti harəcət minəddünyə və hiyə bikə müminətün, 
ədhil aleyha rəvhan min indikə və sələmən minni” duasını oxumalıdır. 
Qəbirin yanına gəldikdə, meyitin sağ (qəbirin qiblə) və ayaq tərəfindən 
yaxınlaşmaq lazımdır. Salam verilir. Ayaq üstə və ya oturaraq Bəqərə su-
rəsinin əvvəlini, sonunu, Yasin-i şərif surəsini, Təbərakə, Təkasür, İxlas-ı 
şərif və Fatihə surələrini oxuyub, meyitə hədiyyə edilir.” 
Tənbeh: Başqasının yerinə həcc etməyi bildirərkən alimlərimiz buyu-
rur ki, namaz, oruc, sədəqə və Qurani-kərim oxumaq, zikr etmək, təvaf et-
mək, həcc, ömrə etmək, Peyğəmbərlərin, Övliyanın qəbirlərini ziyarət et-
mək, ölü kəfənləmək kimi fərz və ya nafilə ibadətlərin, Allah rızası üçün 
edilən yaxşı  əməllərin savabını başqalarının ruhuna hədiyyə etmək caiz-
dir. İbadəti edənə də, onların ruhuna da savab verilir. Buna görə qəbir ba-
şında və ya başqa yerdə Qurani-kərim oxunub savabı ölülərə hədiyyə edil-
məli, onlar üçün dərhal dua edilməlidir. Çünki Qurani-kərim oxunan yerə 
rəhmət və bərəkət enər. Burada edilən dua qəbul olunar. Qəbirin yanında 
oxunduqda, qəbrə rəhmət, bərəkət dolar. Hənəfi məzhəbinə görə, bir şəxs 
nafilə oruc, namaz, sədəqə, oxumaq savabını ölü və ya diri, başqasına hə-
diyyə edərsə, onlara da savabı gedər. Fərzlərin savabı  hədiyyə edildikdə 
də getdiyini söyləyənlər vardır. Savablar meyitlər arasında bölünmür, hər 
birinə hamısı verilir. Maliki və şafiyə görə, oxumaq kimi yalnız bədənlə 
edilən ibadətlər hədiyyə edilə bilməz. Onlar vasitəsi ilə dua edilə bilər. 
“Kitab-ül-fiqh aləl-məzahib-il-ərbəa”da deyilir ki, “Ölüdən ibrət al-
maq və axirəti düşünmək üçün qəbir ziyarət etmək, kişilərə sünnətdir. Hə-
nəfi və Maliki məzhəblərində Cümə axşamı, Cümə və Şənbə günləri ziya-
rət etmək müəkkəd, yəni qüvvətli sünnətdir. Şafii məzhəbində Cümə axşa-
mı əsr namazından Şənbə günü günəş doğana qədər müəkkəd sünnət olur. 
Ziyarət edən meyit üçün Qurani-kərim oxumalı, ona dua etməlidir. Bunla-
rın meyit üçün faydası var. Qəbiristanlığa girdikdə: “Əssələmü aleyküm 
ya Əhlə dar-il qavmil-müminin! İnnə inşəallahü ən qaribin biküm lə-
hikün”dən etibarən demək sünnətdir. Yaxın və ya uzaq, hər qəbir ziyarət 
edilir. Xüsusilə  də, Salehləri, Vəliləri (rahimə-hümullahü təala) ziyarət 
üçün uzaq yerə getmək sünnətdir. Rəsulullahın (sallallahü aleyhi və  səl-
ləm) mübarək qəbrini ziyarət etmək, ibadətlərin  ən qiymətlilərindəndir. 
Yaşlı qadınların da, örtülü ziyarət etmələri caizdir. Fitnə  fəsada səbəb 


 
170
olarsa, onların da ziyarət etməsi haramdır. Ziyarət edərkən, qəbir ətrafında 
dövrə vurmaq, daşı, torpağı öpmək, ölüdən bir şey istəmək caiz deyil.” 
Övliyadan (rahimə-hümullahü təala) şəfaət etmələri, Allahü təalanın ver-
məsinə vəsilə olmaları istənilə bilər. 
Abdülquddüs həzrətləri, oğlu və xəlifəsi Rüknəddinə yazdığı məktubda 
buyurur ki: “Vaxtın qiymətini bil! Gecə-gündüz elm öyrənməyə çalış! Hər 
zaman dəstəmazlı ol! Beş vaxt namazı sünnətləri ilə və tadil-i ərkan ilə hü-
zur və huşu

 ilə və dinin sahibinin bildirdiyi kimi qılmağa çalış! Bunları et-
sən, dünyada və axirətdə saysız nemətlərə qovuşacaqsan. Elm öyrənmək, 
ibadət etmək üçündür. Qiyamət günü gördüyün iş soruşulacaq, çox elm öy-
rənməyin soruşulmayacaq. İş və ibadət, ixlas (Allah əmr etdiyi üçün ibadət 
etmək) əldə etmək üçündür. İxlas da, həqiqi məbud (ibadət edilən) və qeyd-
şərtsiz var olan sevgilini sevmək üçündür.” 
 
 
ÜÇÜNCÜ CİLD, 9-cu MƏKTUB 
İmam Rabbani Mücəddid-i  əlfi sani Ahməd Farukinin (rahimə-
hullahü təala) “Məktubat”ından üçüncü cildinin doqquzuncu məktu-
bu, Mir Muhamməd Numan üçün yazılmışdır. “Rəsulullahın gətir-
diklərini alın!” ayəti kəriməsini izah etməkdədir. Bu məktub ərəb di-
lində olub, tərcüməsi aşağıdakı kimidir: 
Bismilləhirrahmənirrahim! Haşr surəsində, yeddinci ayəti kəriməsində 
buyurulub: “Rəsulullahın sizə gətirdiklərini alın. Qadağan etdiklərindən 
çəkinin və Allahdan qorxun!” 
Əmrləri yerinə yetirməyə və haramlardan 
çəkinməyə  “İslamiyyət”ə uymaq deyilir.
 Allahü təalanın, qadağalardan 
çəkinin, dedikdən sonra Allahü təaladan qorxun buyurması, qadağanlardan 
qorunmağın daha mühüm olduğunu göstərməkdədir. Çünki Allahü təaladan 
qorxmaq, yəni “Təqva”, haramlardan qorunmaqdır. Təqva dinin təməlidir. 
Şübhəli şeylərdən də çəkinməyə “Vera” deyilir. Rəsulullah (sallallahü aley-
hi və səlləm), “Dininizin dirəyi veradır”, buyurdu. Başqa bir Hədisi-şərif-
də, “Heç bir şey vera kimi ola bilməz”, buyurdu. Dinimizin haramlardan 
çəkinməyə belə əhəmiyyət verməsi, çəkiniləcək şeylərin daha çox olmasın-
dan və faydasının daha çox olmasından irəli gəlir. Çünki əmrləri yerinə ye-
tirmənin özündə  də  çəkinmələr mövcuddur. Bir əmri yerinə yetirmək, bu 
əmri yerinə yetirməməkdən çəkinmək deməkdir. Faydasının daha çox olma-
sı, nəfsə heç uyulmadığındandır. Əmri yerinə yetirərkən, nəfs də ləzzət alır. 
Bir işdə, nəfsə uymaq nə qədər az olarsa, faydası da o qədər çox olar. Yəni 
Allahü təalanın rizasına daha tez qovuşdurar. Çünki əhkam-ı islamiyyə, yə-
ni islamiyyətin əmr və qadağaları, nəfsi cəzalandırmaq, zəiflətmək üçündür. 
                                                 

 hüzur-hazır olmaq; huşu-yüksək və heybətli bir hüzurda kiçiklik, təvazökarlıq. 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə