Mizrakli elmihal



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə68/74
tarix19.10.2018
ölçüsü1,53 Mb.
#75160
1   ...   64   65   66   67   68   69   70   71   ...   74

 
164
Üzünü dərgahı izzətə tutub: “Ey mənim məbudum! Nə ki ömrüm ol-
sa, bir şeyə ümid bağlamadım, yalnız həzrətinə. Kimsəyə boyun əymədim. 
Dünya hiyləsinə, din düşmənlərinə aldanmadım. Ya Rəbb!  İndiki halda 
səndən ümidim budur ki, cəmi ümməti Muhammədi (sallallahü təala aley-
hi və səlləm) əfv və məğfirət edəsən”, deyə dua edib yalvaran da şəhiddir. 
O mələklər, bu insanları Cənnət geyimlərinə bürüyərlər. O anda, Haqq-
dan nida gələr: “Cənnətə aparın! Çünki dünyada, hamıdan çox namaz qılar-
dı və qonağı sevər, təqsirləri bağışlar, Allahdan əfv dilərdi. Məni çox zikr 
edərdi. Övrət yeri açıq olaraq bayıra çıxmazdı. Özünü haramlardan təmizlə-
yərdi. Peyğəmbərlərə və islamiyyətə itaət edərdi.” 
İnsanın dünyada etdiyi xeyir və şərləri yazan, çiynindəki iki mələk de-
yər: “Ya Rəbb! Bizi dünyada bu quluna müvəkkil etdin. Bu anda icazə ver, 
bu qulunun canı ilə göylərə çıxaq.” Xitabı izzət gəlir ki: “Siz onun qəbrinin 
yanında durun, təsbih və təkbir edib, mənə səcdə edin və savabını o quluma 
bağışlayın.” Onlar da, qiyamətə qədər zikr və təsbih edib, savabını o qulun 
dəftərinə yazarlar. 
TƏNBEH: Misirdəki münafiqlər, üsyan edərək, xəlifə Osmanı (radı-
yallahü anh) öldürmək üçün Mədinəyə gəlirlər. Mədinədəkilər də yalan və 
iftiralarla onları dəstəkləyir. Mədinədəki müsəlmanlar xəlifəyə yardım et-
mədi, deyərək,  Əshabi-kiramı pislədilər. Halbuki xəlifə, Cənnətdəki  şə-
hidlərin yüksək dərəcələrinə qovuşmaq istəyirdi və bunun üçün dua edirdi. 
Ona yardıma gələnlərə mane oldu, onları geri qaytardı. Bundan istifadə 
edən düşmənlər, xəlifəni asanlıqla şəhid etdi. Beləliklə duası qəbul oldu. 
Arzusuna çatdı. Şəhidlər ölərkən heç iztirab çəkməzlər. Cənnətdəki verilə-
cək nemətlər, ləzzətlər onlara göstərilər, bunların həzzi içində ruhlarını 
mələklərə məmnuniyyətlə təslim edərlər.
 
 
KAFİRLƏRİN ÖLÜMÜ HAQQINDA 
Bir kafir, bir mürtəd, islamiyyəti bəyənməyən, Qurani-kərimə çöl qa-
nunu deyən, insanların  ən üstünü, ən  şərəflisi, Peyğəmbərlərin  əfəndisi 
Muhamməd  əleyhissəlama, Allah qorusun, dəvə çobanı deyəcək qədər 
elm və əxlaq yoxsulu olan, bəşəriyyətə hüzur, səadət gətirən, elm, əxlaq, 
təmizlik, sağlıq,  ədalət qaynağı, mədəniyyətə  işıq saçan islamiyyəti ruh-
suz, bir leş qutusu olan zalım başı ilə uyğunlaşdıra bilməyərək, dinlərə eh-
tiyac yoxdur, deyəcək qədər alçaqlaşan, cilovunu nəfsinin əlinə vermiş bir 
axmaq öldüyü zaman, gözündən pərdə qaldırılacaq. Cənnət ona göstəri-
ləcək. Gözəl bir mələk ona: “Ey kafir! Müsəlmanlara geridə qalmış, şəh-
vətlərinin ardınca qaçanlara, əxlaq prinsiplərini  əzənlərə ziyalı, qabaqcıl 
deyən alçaq! Yanlış yolda idin. Haqq olan islam dinini bəyənməzdin. Mu-
hamməd əleyhissəlamın Allahü təaladan gətirdiyi bilgilərə inanan, hörmət 
edən insanlar bu Cənnətə gedəcəkdir”, deyəcək. O, Cənnətdəki nemətləri 


 
165
görəcək. Cənnət huriləri də: “İman edənlər, Allahü təalanın  əzabından 
qurtulurlar.”, deyəcək. Bir az sonra şeytan bir keşiş şəklində görünər. “Ey 
filan oğlu filan! O gələnlər yalan söylədi. O gördüyün nemətlər hamısı sə-
nin olacaq”, deyər. Sonra Cəhənnəmi göstərilər. Onun atəşdən dağları, qa-
tır kimi əqrəbləri vardır. Hədisi-şəriflərdə bildirilən əzabları görər. Cəhən-
nəmdəki Zəbani deyilən  əzab mələkləri atəşdən olan çomaqla vurarlar. 
Ağızlarından alov çıxar. Boyları minarə kimi, dişləri öküz buynuzu kimi-
dir. Göy gurultusu kimi səsləri var. Kafir onların səsindən titrəyib üzünü 
şeytana çevirər.  Şeytan qorxusundan dayana bilməyib qaçar. Mələklər 
şeytanı tutub yerə vurarlar. Bu kafirə: “Ey islam düşməni! Dünyada Rəsu-
lullaha (sallallahü təala aleyhi və  səlləm) inanmadın.  İndi də  mələklərə 
inanmadın, məlun şeytana yenə aldandın” deyərlər. Boynuna atəşdən zən-
cirlər taxıb, ayaqlarını başından aşırıb, sağ əlini sol böyrünə, sol əlini sağı-
na qoyub, arxadan çıxararlar. Ayəti kərimə bu halı xəbər verməkdədir. O 
insan qışqırar, dünyadakı yaltaqçılarını çağırar. Zəbanilər cavab verib: 
“Ey kafir, ey müsəlmanları  ələ salan axmaq! Yalvarmaq zamanı keçdi. 
Artıq iman qəbul olmaz, dua qəbul olmaz. Küfrünün cəzasını çəkmək vax-
tı  gəldi” deyərlər. Dilini ənsəsindən dartar, gözlərini çıxararlar. Müxtəlif 
cür çox acı  əzablar verərək, qəddar, pis ruhunu alar, Cəhənnəmə atarlar. 
Allahü təala, Muhamməd  əleyhissəlamın dinində  və böyük Peyğəmbərin 
dinini doğru olaraq bizlərə çatdıran  Əhli sünnət alimlərinin kitablarında 
yazılmış etiqadda olaraq can verməyimizi nəsib eyləsin! Amin. 
Nə qədər yaşasan, nəhayət öləcəksən. Peyğəmbərimiz (əleyhissəlam) 
buyurdu ki, “Bir insanın ruhu vücudundan ayrıldıqda, bir nida gələr 
ki, ey insan oğlu, sənmi dünyanı tərk eylədin, yoxsa dünyamı səni tərk 
eylədi? Sənmi dünyanı topladın, yoxsa dünyamı  səni topladı? Sənmi 
dünyanı öldürdün, yoxsa dünyamı  səni öldürdü? Cənazəni yumağa 
başladıqda üç nida gələr: 
1-Hanı sənin qüvvətli vücudun? Səni nə zəiflətdi? 
2-Hanı sənin gözəl danışığın? Səni nə susdurdu? 
3-Hanı sənin sevimli dostların? Səni nəyə buraxıb getdilər? 
Cənazə kəfənə sarıldıqda, bir nida da gələr: Azuqəsiz yola çıxma! Bu 
səfərin geriyə dönüşü yoxdur, əbədi olaraq geri qayıda bilməzsən. Ge-
dəcəyin yer əzab mələkləri ilə doludur. Tabuta qoyulduqda bir nida gələr: 
Əgər Haqq təalanın rızasını qazandınsa, necə xoşbəxtsən, böyüklük və 
səadət sənindir. Əgər cənab-ı Haqqın qəzəbini qazandınsa, ar olsun sənə! 
Cənazə  məzarının yanına çatdıqda daha bir nida gələr. Ey insan oğlu! 
Dünyada qəbir üçün nə hazırladın? Bu qaranlıq məzar üçün nə nur 
gətirdin? Zənginlik və şöhrətindən nə gətirdin? Bu çılpaq qəbiri döşəmək 
və zinətləndirmək üçün nə  gətirdin? Cənazəni məzara qoyduqda, qəbir 
nida edərək deyər ki: Arxamda danışardın, indi qarnımda sakit durarsan. 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə