Mizrakli elmihal



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə61/74
tarix19.10.2018
ölçüsü1,53 Mb.
#75160
1   ...   57   58   59   60   61   62   63   64   ...   74

 
149
 
EVLƏNMƏK HAQQINDA 
Evlənməkdə çox fayda vardır. Əvvəla, evlənmiş olan dinini qorumuş 
olar. Təbiəti, xasiyyəti gözəl olar. Qazancında bərəkət olar. Həm də sün-
nətə uyğun hərəkət etmiş olar. Beləki, Peyğəmbərimiz “aleyhissalətü vəs-
səlam” buyurur: “Evlənin, çox övladınız olsun. Çünki mən qiyamətdə 
ümmətimin çoxluğu ilə digər ümmətlərə öyünəcəm.” 
Ər və arvadın bir-birinə qarşı olan haqqlarına riayət etməsi lazımdır. 
Bir  şəxs, evlənəcəyi zaman, araşdırıb, saleh, yəni dinində sağlam
möhkəm olan və məhrəm olmayan bir xanım tapıb almalıdır. Zinadan ha-
milə qalan qadına nikahlanmaq caizdir. Zina edən başqasıdırsa, uşaq ol-
madan əvvəl əlaqəyə girmək caiz olmaz. (Feyziyyə). 
Bir qızı malına və gözəlliyinə görə almaq olmaz. Belə ki, sonra zəlil olar. 
Peyğəmbərimiz (sallallahü təala aleyhi və səlləm) buyurmuşdur: “Kimsə ma-
lına və ya gözəlliyinə görə bir qız alsa, onun malından və gözəlliyindən 
məhrum olar.” 
Kimsə dininə, əxlaqına görə qız alsa, Haqq təala onun malını və gö-
zəlliyini artırar. 
Qadın ərindən dörd şeydə aşağı olmalıdır: yaşı, boyu, yaxın qohumu, 
əqrəbası. Dörd şeydə qadın  ərindən artıq olmalıdır: gözəllikdə,  ədəbdə, 
gözəl xasiyyətdə, haramdan və şübhəli şeylərdən çəkinməkdə. Qadın saçı, 
başı, qolları, ayaqları açıq olaraq yad kişilərə görünməməlidir. 
Gənc qızları yaşlı adama ərə vermək fəsada səbəb olur. 
Nikaha girməzdən əvvəl qohum olacaq ailələr haqqında və evlənəcək 
gənclər haqqında yaxşı araşdırma aparılması həm sünnətdir, həm də arala-
rındakı münasibətin davamlı olmasına səbəb olar. Bunda üç fayda olduğu 
bəyan edilmişdir: iki gəncin arasında ölənə qədər məhəbbət kəsilməz, ru-
zilərində bərəkət olar, sünnət ilə əməl etmiş olarlar. 
İlk növbədə VVAQ orqanında evliliklə bağlı  məsələləri həyata keçir-
mək lazımdır. Sünnətə uyğun nikah etməmək böyük günah olduğu kimi, 
dövlət orqanında da evliliklə bağlı qeydiyyatdan keçməmək qanuna ziddir. 
Sünnətə uyğun nikahdan sonra, oğlan tərəfinin qız tərəfinə gözəl və 
qiymətli şeylər göndərməsi məhəbbətə səbəb olar. 
Ərin qarşısında qadının hər cür bəzənməsi və düzgün faydalanması 
caizdir və savabdır. 
Zifaf gecəsi, ziyafət vermək sünnətdir. 
Şam namazından sonra ye-
mək,  İşanı  qıldıqdan sonra oğlanı  qız evinə aparıb, duadan sonra dərhal 
getmək (dağılışmaq) lazımdır.
 
Birinci gecə oğlanın gəlinin ayağını yuması, suyunu isə evin dörd tə-
rəfinə səpməsi sünnətdir. Sonra iki rükət namaz qılıb dua etmək lazımdır. 
O gecə hər nə dua edilsə, qəbul olar. Bəyi görənlər ona bunu xatırladar və 


 
150
“Bərəkəllahü lək və bərəkəllahü aleyha və cəməa bəynəkümə bilhay-
ri” deyərlər. Yəni, Allahü təala sənə mübarək eyləsin və zövcənə mübarək 
olsun, ikinizin arasını xeyrlə birləşdirsin! 
Bəzilərinin söylədikləri kimi “Xoşbəxt olun, oğullu qızlı olun”, de-
mək dinimizə görə yanlışdır, heç bir faydası yoxdur. O vaxta məxsus dua-
ları oxumaq sünnətdir. 
Əsas olan, dinin əmrlərini bilmək və övrətinə öyrətməkdir. Belə ki, 
axirətdə sual olunacaq. Bilmirəm demək üzrlü səbəb deyil. 
Fərzləri, ha-
ramları,  Əhli sünnət etiqadını öyrənmək və zövcəsinə, uşaqlarına öyrət-
mək fərzdir. Sünnətləri öyrənmək və öyrətmək sünnətdir.
 
Kişi xanımını islamiyyətin icazə vermədiyi yerlərə aparmamalı və bu-
raxmamalıdır! Küçəyə açıq çıxmasına yol verməməlidir. Çünki Peyğəm-
bərimiz (əleyhissəlam): “Bir qadın gözəl ətirlərlə, namaz qılmaq üçün 
məscidə gəlsə, o qadının namazı, evinə gedib, cünubluqdan qüsl aldığı 
kimi qüsl almayınca qəbul olmaz”, buyurdu. Onlara, xoş ətirlərlə məsci-
də getmək caiz olmadığı halda, başqa yerlərə gedib camaata görünmək 
günahının necə böyük olduğunu təsəvvür etmək olar. Ona görə bunları 
müqayisə etmək və çəkiləcək əzab barədə yaxşıca düşünmək lazımdır. 
Peyğəmbərimiz (əleyhissəlam) bir Hədisi-şərifində buyurmuşdur: 
“Cənnət əhlinin çoxu kasıblar, Cəhənnəm əhlinin çoxu qadınlardır.” 
Bununla  əlaqədar, həzrət Aişə “radıyallahü anha” soruşdu: “Qadınların 
çoxunun Cəhənnəmdə olmasına səbəb nədir?” Rəsul-i  əkrəm (sallallahü 
aleyhi və səlləm) buyurdu: “Onlar bəlaya səbr etməz, on yaxşılıq gör-
dükləri adamdan bir pislik gördükləri zaman, o on yaxşılığı  dərhal 
unudub, bir pisliyi daim söylərlər. Dünya zinətlərini həddən artıq se-
vər, axirət üçün çalışmaz və çox qeybət edərlər.” 
Kişi və qadınlardan hər kim bu xüsusiyyətlərlə xarakterizə olunarsa, 
əhli Cəhənnəmdir. 
Həzrəti Əlidən (kərrəmallahü təala vəchəh) rəvayət olunur ki, bir gün 
Rəsuli əkrəmin (sallallahü təala aleyhi və səlləm) hüzuruna bir qadın gə-
lib: “Ya Rəsulallah! Bir nəfərə ərə getmək istəyirəm, nə buyurursuz?”, de-
di. Səadətlə buyurdu ki“Kişinin qadın üzərində haqqı çoxdur. Öhdə-
sindən gələ biləcəksən?” O qadın: “Ya Rəsulallah! Kişinin haqqı nədir?”, 
soruşdu. Peyğəmbərimiz (əleyhissəlam) buyurdu: “Sən onu incitsən, 
Allaha asi olarsan və namazın qəbul olunmaz.” Qadın soruşdu: “Başqa 
hansı haqqı var?” Rəsulullah (sallallahü aleyhi və səlləm) buyurdu: “Han-
sı qadın ərindən icazəsiz evdən bayıra çıxsa, hər addımına günah ya-
zılar.” Qadın dedi: “Yenə var?” Rəsul-i əkrəm (sallallahü təala aleyhi və 
səlləm) buyurdu: “Ərinə pis söz deyənin, qiyamətdə dilini ənsəsindən 
çıxararlar.” Qadın soruşdu: “Başqa hansı haqq var?” Rəsuli  əkrəm bu-
yurdu:  “Hansı qadın, malı olduğu halda ərinin ehtiyacını ödəməsə, 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə