Mizrakli elmihal


axirətdə o qadının üzü qara olar.”



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə62/74
tarix19.10.2018
ölçüsü1,53 Mb.
#75160
1   ...   58   59   60   61   62   63   64   65   ...   74

 
151
axirətdə o qadının üzü qara olar.” Qadın, başqa hansı haqqın olduğunu 
soruşdu. Rəsul-i əkrəm buyurdu: “Hansı qadın, ərinin malından oğurla-
yıb, başqasına versə və əri ilə halallaşmasa, Allahü azım-üş-şan, o qa-
dının zəkat və sədəqəsini qəbul etməz.” Qadın soruşdu: “Başqa haqq da 
var?” Rəsul-i əkrəm buyurdu: “Hansı qadın, ərini söysə və ya ona qarşı 
çıxsa, tamı içində dilindən asarlar; hansı qadın, rəqs və çalğı dinləmə-
yə getsə, pul versə, kiçik yaşlarından bəri qazandığı savabları  məhv 
olar. Üzərindəki libasları da şikayətçi olub, bizi mübarək günlərdə və 
halalı üçün geyinmədi, haram yerlərə getdi, dedikdə, Haqq təala bu-
yurar ki, belə qadınları gərək min il yandırım.” 
Kinonun, radio və te-
levizorun pis cəhətlərini buradan da anlamaq olar.
 O qadın, bu cavabları 
eşitdikdə, “Ya Rəsulallah! Bu vaxta qədər ərə getməmişəm, bundan sonra 
da getmərəm”, dedi. 
Bir dəfə Rəsul-i əkrəm (sallallahü aleyhi və səlləm) səadətlə buyurdu: 
“Ya xatun! Ərə getməyin savabını da xəbər verim, dinlə! Hansı qadı-
na, əri, Allah səndən razı olsun desə, altmış il ibadət etməkdən daha 
üstündür. Ərinə bir içim su versə, bir il oruc tutmaqdan daha dəyərli-
dir.  Ərinin döşəyindən qalxdığı zaman qüsl alsa, bir qurban kəsmiş 
kimi savab qazanar. Ərinə hiylə etməzsə, onun üçün göylərdə mələk-
lər təsbeh edərlər. Əri ilə əylənərsə, altmış qul azad etməkdən xeyirli-
dir. Ərinin ruzisini mühafizə etsə, onun qohumlarına mərhəmət etsə, 
beş vaxt namazını  qılıb, orucunu tutsa, min dəfə  Kəbəyə getməkdən 
daha üstündür.” Fatimə-i Zəhra “radıyallahü anha”, bir qadın ərini incit-
sə, halı necə olar, deyə soruşduqda, “Bir qadın ərinə asi olsa, onunla ha-
lallaşmayınca, Allahü təalanın lənəti onun üzərində olar. Ərinin döşə-
yindən qaçsa, bütün savabları gedər.  Ərinə qarşı  təkəbbürlənsə, 
Haqq təala ona qəzəblənər. Ərinə, məgər sən mənim ağamsan və sən-
dən nə gördüm ki, desə, Allahü təala ona nemətini haram edər. Əri-
nin qanını dili ilə yalasa belə, yenə  də onun haqqını ödəmiş olmaz. 
Qadın ərinin izni ilə küçəyə açıq-saçıq çıxsa, ona izn verdiyi üçün əri-
nin  əməl dəftərinə min günah yazılar”, buyurdu. İcazəsiz çıxıb gedən 
qadının halının necə olacağını burdan anlamaq olar. 
Rəsuli  əkrəm (sallallahü aleyhi və  səlləm) buyurdu: “Ya Fatimə! 
Allahü təala bir qulun bir qula səcdə etməsini əmr buyursaydı, mən 
də, qadının ərinə səcdə etməsini buyurardım.” 
Həzrəti Aişə “radıyallahü anha” “Rəsulallaha, mənə  vəsiyyət eylə!”, 
dedim. Rəsul-i əkrəm: “Ya Aişə! Mən sənə vəsiyyət edərəm, sən də üm-
mətimin qadınlarına vəsiyyət eylə! Qiyamət günü, ilk öncə imandan, 
ikincisi, dəstəmaz və namazdan, üçüncüsü, ər haqqında sual verilə-
cək. Hansı kişi, xanımının yaramazlıqlarına səbr etsə, Allahü təala 
ona Eyyub Peyğəmbər savabı verər. Bir qadın, ərinin yaramazlıqları-


 
152
na səbr etsə, Aişəi Sıddıqa dərəcəsinə çatar.” “Bir kişi, xanımını döy-
sə, qiyamətdə mən ondan şikayətçi olacam”, buyurdu. 
“Şirat-ül-islam”da deyilir: “Xanımı yaramazlıq, tərslik edən kişi, qəba-
həti özündə axtarmalı, mən yaxşı olsaydım, o da belə etməzdi, deməlidir. Xe-
yirli, yaxşı xanımı olan kişi təkrar evlənməməlidir. Yaşamaq üçün vəsaitlərin-
də ədalətli davrana bilməyəcək kişinin, ikinci arvad alması caiz deyil. Ədalətli 
olacağını bilən kişinin, ikinci arvad alması caiz olsa da, almaması daha əfdəl-
dir. Qadın, icazə verilən yerlərə gedərkən, baş örtüyünü və bədənini yaxşı ört-
məlidir. Qadının ətir vuraraq, zinətlərini göstərərək küçəyə çıxması haramdır. 
Salihə, yəni xeyirli qadın, dünya nemətlərinin  ən qiymətlisidir. Müsəlmana 
şəfqət göstərmək, onu incitməmək, nafilə ibadətlərdən daha savabdır.” “Rı-
yad-un-nəsihin”də deyilir: “Nisa surəsinin on səkkizinci ayəsində: “Xanım-
larınza yaxşı, mülayim davranın!”, buyruldu. Hədisi-şərifdə:  “Ya  Əbu 
Bəkr! Zövcəsinə gülərək, mülayim söyləyənə, qul azad etmək savabı ve-
rilir”, “Günahkar kişiylə evlənən qadına, Allah mərhəmət etməyəcək-
dir”, “Şəfaətimə qovuşmaq istəyən, qızını, günahkara verməsin!”, “İn-
sanların ən yaxşısı, insanlara yaxşılıq edəndir. İnsanların ən pisi, insanla-
ra zərər verəndir (onları incidəndir)”, “Bir müsəlmanı haqsız olaraq in-
citmək, Kəbəni yetmiş dəfə yıxmaqdan daha günahdır”, buyruldu.” 
“Dürr-ül-muxtar”da deyilir: “Müsəlman kişinin, həqiqi nikahla ev-
ləndiyi qadının nəfəqəsini təmin etməsi fərzdir. “Nəfəqə”, yeyiləcək, ge-
yiləcək şeylər və qalınacaq evdir. Qadın, ərinin mülkü olan və ya kirayə 
tutduğu evdə qalmalıdır. Qadın, evdə kişinin qohumlarından heç birinin 
qalmamasını istəyə bilər. Kişi də qadının yaxınlarından heç birinin evdə 
olmamasını istəyə bilər. İkisi də bu haqqa malikdir. Ev, saleh müsəlman 
qonşular arasında olmalı, müəzzinin öz səsi evdən eşidilməlidir. Həftədə 
bir dəfə, qadının öz ata-anasıgilə getməsinə mane ola bilməz. Onların da 
həftədə bir dəfə qızlarını görməyə gəlmələri yaxşı olar. İkisindən biri xəs-
tə olsa və baxacaq adamları olmasa, kişi razı olmasa belə, qadın, gedib 
xidmət etməlidir. Digər məhrəm qohumların ildə bir dəfə  gəlməsinə  və 
qadının onlara getməsinə mane ola bilməz. Bunlardan başqalarına və gü-
nah olan yerlərə getməsinə icazə versə, hər ikisi günaha batar. Evində və 
ya evdən kənar yerdə, başqaları üçün pulla və ya xeyir vermək məqsədilə 
iş görməsinə, məktəbə getməsinə mane ola bilər. Qadın evində ev işləri ilə 
məşğul olmalı, bekar oturmamalıdır. Ər, xanımını övrət yeri açıq olanların 
getdiyi hamamlara, çimərliklərə, idmançıların oyunlarını seyr etməyə gön-
dərməməlidir. Bunları göstərən televizorları evinə qoymamalıdır. Qadın, 
bəzənərək və təzə geyinərək küçəyə çıxmamalıdır.” 
Ər xanımını, məhrəm olan, yəni evlənməsi haram olan qohumların-
dan başqa, haramlardan çəkinən müsəlmanların evinə apara bilər, ancaq 
qadınlarla kişilər ayrı oturmalıdır. Qadının məhrəm qohumları on səkkiz 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə