Mizrakli elmihal



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə59/74
tarix19.10.2018
ölçüsü1,53 Mb.
#75160
1   ...   55   56   57   58   59   60   61   62   ...   74

 
144
ilə  təsdiqlənmişdir. Rəsulullahın (sallallahü aleyhi və  səlləm) qayınatası-
dır. Qızı Aişə (radıyallahü anhə) anamızı, Rəsulullaha (sallallahü təala 
aleyhi və səlləm) ərə vermişdir. Həqiqət elmində mahirdir. Bütün malını, 
bir zərrəsi belə qalmayana qədər, haqq yoluna sərf etmişdir. Üzərinə xur-
ma lifindən örtü geyərdi. Cəbrayıl əleyhissəlam da, onun kimi geyinərək, 
Rəsulullahın yanına gəlir. Rəsul, onu bu halda görüb: “Ey dostum Cəb-
rayıl! Mən səni heç bu halda görməmişdim. Bu hal nə əcəbdir?”, deyə 
soruşduqda, Cəbrayıl əleyhissəlam: “Ya Rəsulallah! İndi sən məni bu hal-
da gördün, nə qədər mələk varsa, hamısı bu haldadır. Bunun səbəbi odur 
ki, Allahü azım-üş-şan, xitab edib: “Əbu Bəkr qulum bütün əmlakını 
mənim rızam üçün, mənim yolumda sərf etdi. İndi xurma lifindən ör-
tü geyinir. Ey mənim mələklərim, siz də onun kimi geyinin”, deyərək, 
əmr etdi. Bütün mələklər indi bu haldadır”, deyə buyurdu. Buna görə də 
ona Sıddıq deyildi. 
Ondan sonra Övliyanın ən üstünü, həzrət Ömərdir (radıyallahü anh). 
Xilafəti ümmətin söz birliyi ilə  təsdiqlənmişdir.  İslam elmlərində mahir-
dir. Bir gün, Rəsulullah (sallallahü təala aleyhi və səlləm) həzrətlərinin ya-
nına, bir münafiqlə bir yəhudi iddia ilə gəldilər. Rəsulullah (sallallahü təa-
la aleyhi və səlləm) həzrətləri iddialarını dinlədi. Haqq, yəhudinin lehinə 
çıxdı. O münafiq razılaşmadıqda, Rəsulullah (sallallahü təala aleyhi və 
səlləm) onlara: “Ey kişilər! Ömərin yanına gedin, sizin iddianıza bax-
sın!”, deyə buyurdu. Onlar həzrət Ömərin (radıyallahü anh) yanına gəldi-
lər. Niyə  gəldiniz, deyə soruşduqda, münafiq: “bu yəhudi ilə problemim 
var”, dedi. Həzrət Ömər (radıyallahü anh) buyurdu ki, islamiyyətin sahibi 
var ikən, mən bu iddiaya necə baxım? Münafiq dedi: “Biz Rəsulullaha 
(sallallahü təala aleyhi və  səlləm) getdik, iddianı  yəhudinin xeyrinə  həll 
etdi, mən razı olmadım!”. Ömər (radıyallahü anh) onlara: “Siz gözləyin, 
mən indi məsələnizi həll edərəm”, deyib, içəri keçdi. Bir az sonra, ətəyi-
nin altında bir qılınc, onların yanına gəldi. Qılıncı  çəkərək o münafiqin 
kəlləsini uçurdu və: “Rəsulullahın hökmünə razı olmayanın aqibəti bu-
dur”, dedi. Buna görə ona Ömər-ül-Faruq (radıyallahü təala anh) deyildi. 
Rəsulullah (sallallahü təala aleyhi və  səlləm) həzrətləri:  “Haqq ilə 
batili bir-birindən ayırıcı, Ömərdir”, buyurdu. 
Ondan sonra Övliyanın üstünü həzrət Osmanı Zinnureyndir (radıyal-
lahü anh). Xilafəti haqdır, doğrudur. Ümmətin söz birliyi ilə təsdiqlənmiş-
dir. Rəsulullah (sallallahü təala aleyhi və səlləm) ona, bir birinin ardınca 
iki qızını vermişdir. İkinci qızı vəfat etdikdə, “Bir qızım da olsaydı, ona 
verərdim!”, buyurmuşdur. 
İkinci qızını verdikdə, həzrəti Osmanı (radıyallahü anh) çox təriflə-
mişdir. Evləndikdən sonra qızı: “Ey mənim gözümün nuru atam! Həzrəti 
Osmanı çox mədh etdiniz. Buyurduğunuz qədər deyil!”, dedikdə, Rəsulul-


 
145
lah (sallallahü təala aleyhi və  səlləm) həzrətləri qızına:  “Ey mənim qı-
zım! Həzrət Osmandan göydəki mələklər həya edərlər!”, buyurdu. 
Rəsulullah (sallallahü təala aleyhi və  səlləm) ona iki qızını verdiyi 
üçün, Osman Zinnureyn deyildi. Zinnureyn, iki nur sahibi deməkdir. Ma-
rifət (Allahü təalanın sıfatlarını və adlarını haqqıyla bilmək, tanımaq) el-
mində mahirdir. 
Ondan sonra, Övliyanın üstünü, Əlidir (kərrəmallahü vəchəh və radıyal-
lahü anh). Xilafəti ümmətin söz birliyi ilə təsdiqlənmişdir. Rəsulullahın kürə-
kənidir. Qızı həzrət Fatimə (radıyallahü anhə) anamızı, ona ərə vermişdir. Tə-
riqət elmində mahirdir. Bir köləsi vardı. Bir gün köləsi qərara gəldi ki, sahibi-
ni sınağa çəksin. Həzrət Əli, (kərrəmallahü vəchəh) kölənin yanına gəlib, bir 
iş buyurdu. Kölə susdu. Həzrət Əli köləyə: “Ya kölə! Mən sənə nə etdim ki, 
qəlbini qırdım? Məndən niyə incidin?”, dedikdə, kölə: “Sən mənə heç nə et-
mədin. Mən sənin qulunam. Sadəcə səni sınamaq istədim. Haqqıyla Vəlisən”, 
dedi. 
Əshabi-kiramın hamısını sevənlərə və onların yolunda olanlara “Əh-
li sünnət” deyilir. Vəhhabilik düşüncələri, 1150-ci (m.1737) ildə Ərəbis-
tan yarımadasında ingilislər tərəfindən ortaya çıxarıldı.  İngilis planlarını 
yaymaq üçün, çox müsəlman qanı axıtdılar. İndi də hər ölkədə “Rabita-
tül-aləmil-isləmi” dedikləri mərkəzlər quraraq və saysız qızıl saçaraq, ca-
hil din adamlarını tora salırlar. Onların vasitəsi ilə müsəlmanları çaşdırır-
lar. Min dörd yüz ildir islamiyyəti müdafiə edən Əhli sünnət alimlərini və 
onların himayəçisi olan Osmanlıları pisləyirlər. Bu alimlərin nasslardan, 
yəni ayəti kərimələrdən və Hədisi-şəriflərdən çıxardıqları doğru bilgilərə 
yanlış deyirlər. 
Vəhhabilərin bəzisi, “Biz də  Əhli sünnət məzhəbindəyik, Hanbəli 
məzhəbindəyik”, deyirlər. Bu sözləri, Mutəzilə adlı yanlış təriqətdə olan-
ların, “Biz də Əhli sünnətik, Hənəfi məzhəbindəyik”, deməklərinə bənzə-
yir.  Əhli sünnət olmayanların Cəhənnəmə gedəcəklərini bildikləri üçün 
belə deyirlər. Halbuki yalnız əməllərinin, yalnız işlərinin bir məzhəbə uy-
ğun olması, o məzhəbdən olmaq deyildir. Bir məzhəbə tabe olmaq üçün 
həm etiqadın, həm də  əməlin o məzhəbə uyğun olması lazımdır. Dörd 
məzhəbin etiqadı bir-biri ilə eynidir. Dördü də Əhli sünnət etiqadındadır. 
Bir  şəxsin hənəfi və ya hanbəli məzhəbində ola bilməsi üçün, əvvəlcə 
onun Əhli sünnət etiqadında olması lazımdır. Vəhhabilər Əhli sünnət eti-
qadında deyildirlər.
 
“Rəşəhat”da, Sadüddini Kaşgari, hacə Muhamməd Parisadan (quddisə 
sirrühüma) eşidərək, buyurur: “İnsanı Allahdan uzaqlaşdıran pərdələrin ən 
zərərlisi, qəlbin qaralması, xəstə olması, yəni dünya sevgisinin qəlbə yerləş-
məsidir. Bu sevgi, pis dostlardan və lazımsız şeyləri seyr etməkdən əmələ 
gəlir. Çox çalışıb, bunları  qəlbdən çıxarmaq lazımdır. Faydasız kitablar 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə