Mizrakli elmihal



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə60/74
tarix19.10.2018
ölçüsü1,53 Mb.
#75160
1   ...   56   57   58   59   60   61   62   63   ...   74

 
146
oxumaq, lazımsız şeylər danışmaq, bu sevgini artırır. Qadın və qadın rəsm-
ləri seyr etmək, mahnı, çalğı dinləmək, bu sevgini qəlbdə möhkəmlədir. 
Bunların hamısı, insanı Allahdan uzaqlaşdırır. Qəlbin xəstə olması, Allahı 
unutmasıdır.” 
 
TƏAM BƏHSİ 
Yeməkdən əvvəl, sünnət olduğunu düşünərək, əlləri yumağın on fay-
dası vardır. 
Bir kimsə təam yemək üçün əllərini yuduqdan sonra yaş olan barmaq-
larının ucunu gözlərinin qapağına qoyub geriyə doğru silsə, o şəxs, Allahü 
təalanın izni ilə göz ağrısı görməz. On fayda: 
1.Ərşi-rəhman altında bir mələk deyər: “Əlini pak etdiyin kimi, sənin 
(kiçik) günahların pak oldu.” 
2.Nafilə namaz qılmış kimi savaba nail olar. 
3.Kasıblıqdan əmin olar. 
4.Sıddıqların savabına nail olar. 
5.Mələklər onun üçün Allahdan əfv diləyər. 
6.Hər tikənin müqabilində, bu tikələri sədəqə vermiş kimi savaba nail olar. 
7.Bəsmələ ilə yedikdə günahları təmizlənər. 
8.Yeməkdən sonra etdiyi duası qəbul olar. 
9.O gecə ölərsə, şəhidlik dərəcəsinə çatar. 
10.Gündüz ölərsə, şəhidlər sırasına yazılar. 
Yeməkdən əvvəl əlləri yumaq və qurulamamaq sünnətdir. 
Yeməkdən sonra, sünnəti yerinə yetirmək niyyəti ilə  əlləri yumağın 
altı faydası var: 
1.Ərşi-rəhman altında bir mələk deyər: “Ey mömin! Rəsulullah (sal-
lallahü təala aleyhi və səlləm) səndən razı oldu.” 
2.Bu nemətə məxsus savaba nail olar. 
3.Bədənindəki tüklərin sayı qədər savab qazanar. 
4.Rəhmət dəryasından nəsibi olar. 
5.Əlindən axan damlaların sayı qədər savab qazanar. 
6.Vəfat etdikdə, şəhid olar. 
Allahü təalanın əmrləri iki cürdür: Əmri təkvini və Əmri təklifi və ya 
Əmri təşrii. 
Əmri təkvini, Yaratmağını istədiyi şeylərə “Ol” deməsidir. Ol dedikdə, 
dərhal var olar. Heç kim bu şeyin var olmasına mane ola bilməz. Hər şeyin 
yaradılması üçün, bəlli  şeyləri səbəb etmişdir. Bəlli maddələr, digər bəlli 
maddələrin yaradılmasına səbəb olduğu kimi, insanın maddi və mənəvi gücü, 
müxtəlif enerjilər də, bir çox şeylərin yaradılmasına səbəbdir. Bir quluna bir 
şey ehsan etmək, yaxşılıq nəsib etmək istədikdə, o qulu, həmin şeyin səbəbinə 
qovuşdurar. Səbəb təsir etdiyi zaman, O da istəyərsə, “Ol” deyərsə, o şey var 


 
147
olar. O istəməzsə, heç bir şey var olmaz. Hikmətini, yaratmağını səbəblərlə 
örtmüş, gizləmişdir. Çox insan ancaq səbəbləri görür, səbəblərin arxasındakı 
hikməti, Onun yaratmağını anlamır. Bu anlayışsızlıq da o insanın fəlakətinə 
səbəb olur. 
Əmri təklifi, insanlara, yerinə yetirmələri və ya çəkinmələri üçün verdiyi 
əmrlərdir. Bu əmrlərin icrası insanın iradəsinə, istəməsinə bağlıdır. İnsanı ira-
dəsində, istəyində sərbəst buraxmışdır. Lakin insanın arzuladığı şeyi yaradan, 
yenə də Odur. İnsan istədikdən sonra, O da istəsə, yaradar. İstəməsə, yaratmaz. 
Hər  şeyi yaradan, maddələrə müxtəlif təsirlər, özəlliklər verən, yalnız odur. 
Ondan başqa yaradıcı yoxdur. Ondan başqasında üluhiyyət sıfatının olduğuna 
inanmaq, başqasını Ona şərik, ortaq etmək deməkdir. Başqasını Ona şərik qo-
şanı, Qiyamətdə əsla bağışlamayacağını, ona sonsuz və çox acı əzablar verəcə-
yini bildirmişdir. İnsan Onun əmrini yerinə yetirmək, yaxşılıq etmək istədikdə, 
O da mərhəmət edərək istəyir və yaradır. Ona inanmayanlar, qarşı çıxanlar bir 
pislik etmək istədikdə, O da istəyir və yaradır. Ona inananlar, yalvaranlar bir 
pislik etmək istədikdə, O, mərhəmət edərək istəmir və yaratmır. Buna görə 
düşmənlərinin hər istədikləri yerinə yetdiyi üçün, daha da yollarını azıb, qudu-
rurlar. 
Allahü təalanın əmri təklifləri əhəmiyyətlərinə görə dərəcələrə ayrılırlar: 
1-Bütün insanlara, iman etməyi, müsəlman olmağı əmr etmişdir. 
2-İman edənlərə, haramdan uzaq olmağı, pislik etməməyi əmr etmişdir. 
3-İman edənlərə, fərzləri yerinə yetirməyi əmr etmişdir. 
4-Haramlardan çəkinən və fərzləri icra edən müsəlmanlara, məkruhlar-
dan uzaq olmağı, sünnətləri, nafilə ibadətləri yerinə yetirməyi əmr etmişdir. 
Yuxarıdakı  sırada, birinci əmri icra etməyib, ondan sonra olanı icra 
etmək məqbul deyil, bəyənilmir. Faydası da yoxdur. Məsələn, imanı ol-
mayanın pisliklərdən çəkinməsini və ya pisliklərdən, haramlardan çəkin-
məyənin, fərzləri icra etməsini, yaxud fərzləri yerinə yetirməyənin sünnət-
ləri, nafilə ibadətləri icra etməsini Allahü təala bəyənməz, qəbul etməz. 
Buna görə, namaz qılmayan, zəkat verməyən, ananın, atanın, zövcənin və 
övladın haqqlarını icra etməyən müsəlmanın sədəqələrini, yaxşılıqlarını, 
xeyir  əməllərini, məscid tikdirməsini, pul yardımlarını, yeməkdən  əvvəl 
və sonra əllərini yumasını, ömrəyə getməsini bəyənməz, qəbul etməz. Gö-
ründüyü kimi, hər insanın buyurulan əmrləri yuxarıdakı sırayla yerinə ye-
tirməlidir. Bununla bərabər, əvvəlki sıradakı əmri yerinə yetirməyən, son-
rakını yerinə yetirər və bunu yerinə yetirməsi fərzi tərk etməsinə, haram 
işləməsinə  səbəb olmazsa, savab qazanmasa belə, bunu etməyi də  əldən 
qaçırmamalıdır. Bu əmrləri hər zaman yerinə yetirməyin bərəkəti ilə, 
Allahü təalanın, mərhəmət edərək, əvvəlki əmrləri də yerinə yetirməyi nə-
sib edəcəyini ummağın lazım olduğu  “Ruh-ul-bəyan”  şərhində, altıncı 
cüzün sonunda yazılmışdır.
 


 
148
Təam yeməyin dörd fərzi var: 
1.Yediyi zaman doymağı  və içdiyi zaman kifayətlənməyi Allahü 
azım-üş-şandan bilmək. 
2. Halal şey yemək. 
3. O təamdan aldığı qüvvət tükənənə qədər Allahü azım-üş-şana qul-
luq etmək. 
4. Əlinə keçənə qənaət etmək. 
Yeməyə başlarkən, Allahü təalaya ibadət etmək üçün, Allahü təalanın 
qullarına faydalı işlər görmək üçün, Allahü təalanın dinini, əbədi səadət və 
dinclik yolunu bütün insanlara yaymaq üçün qüvvət əldə etməyə niyyət et-
mək lazımdır. Başı açıq yemək caizdir. 
Təam yeməyin müstəhəbləri: Süfrəni yerdən salmaq, təmiz geyimdə 
süfrəyə oturmaq, diz çöküb yemək, yeməkdən  əvvəl  əli və  ağızı yumaq, 
yeməyə başlarkən Bəsmələ demək, yeməyin əvvəlində duz dadmaq, arpa 
çörəyi yemək, çörəyi  əl ilə parçalamaq, çörək qırıntılarını zay etməmək, 
önündən yemək, sirkə yemək, tikəni kiçik götürmək, tikəni yaxşı çeynə-
mək, üç barmaq ilə yemək, qabı barmaqla siyirmək, üç dəfə barmaqları 
yalamaq, təamın sonunda həmd etmək, diş çöpündən istifadə etmək. 
Təam yeməyin məkruhları: Sol əllə yemək, yeyəcəyi təamı iylə-
mək, Bəsmələni deməmək. 
Yemək arasında olsa da, xatırladıqda Bəsmə-
lə çəkilməlidir.
 
Təam yeməyin haramları: Doyduğu halda yeməyə davam etmək 
Qonaq varsa, onun yeməsinə mane olmamaq üçün, yeyirmiş kimi davran-
maq lazımdır
, yeməkdə israf etmək, başqasının malını haqsız olaraq ye-
yərkən Bəsmələ demək, qonaqlığa dəvətsiz getmək, başqasının malını ica-
zəsiz yemək, bədənə xəstəlik verəcək şey yemək, riyakarlıqla hazırlanmış 
təamı yemək, nəzir etdiyi şeyi yemək. 
Yeməyi isti yeməyin zərərləri: Qulağın kar olmasına səbəb olur, üz 
saralır, gözün parlaqlığı olmur, dişlər saralır, ağzın ləzzəti olmur, qarın 
doymur, anlayışı və ağlı az olar, bədəndə xəstəlik əmələ gəlir. 
Az yeməyin faydaları: Bədəni güclü, qəlbi nurlu olar, hafizəsi güclü 
olar, dolanışığı asan olar, işlərindən həzz alar, Allahü azım-üş-şanı çox 
zikr etmiş olar, Axirəti düşünər, ibadətlərində çox həzz olar, hər şeydə (ir-
şad və isabət) uyğunluq, münasiblik olar, hesabı asan olar. 
Zahida! Aç gözünü, səhraya bax da, ibrət al! 
Bu dirəksiz qübbəyi səmaya bax da, ibrət al! 
Görmək istərsən, Cənabı kibriyanın qüdrətin, 
Hər sabah, səhər vaxtı, dünyaya bax da, ibrət al! 
Padşah olsan da, deyərlər, “ər kişi niyyətinə”, 
Var, musallada yatan meyidə bax da, ibrət al! 
Bir kəfəndir aqibət, sərmayəi-beğ və fakir, 
Varlığa məğrur olan, məcnun deyil də, bəs nədir? 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə