Mizrakli elmihal



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə58/74
tarix19.10.2018
ölçüsü1,53 Mb.
#75160
1   ...   54   55   56   57   58   59   60   61   ...   74

 
141
Möminin xeyirlisi, bu altı xüsusiyyətə malik olandır: 
1-İbadət edər. 2-Elm öyrənər. 3-Pislik etməz. 4-Haramlardan çəkinər. 
5-Heç kimin malına göz dikməz. 6-Ölümü heç unutmaz. 
Tənbeh: Hədisi-şərifdə buyruldu ki“Hər kəs, ona yaxşılıq edəni 
sevər. Bu sevgi, insanın yaradılışında mövcuddur.”  Nəfsinə düşkün 
olan, nəfsinin arzularına qovuşmaq üçün yardım edənləri sevər. Ağıl və 
elm sahibi isə, mədəni insan olmasına yardım edənləri sevər. Qısası, yax-
şılar yaxşıları, pislər pisləri sevər. Bir insanın sevdiklərinə, dostlarına ba-
xaraq, onun necə insan olduğu aydın olur. Dosta, düşmənə, müsəlmana, 
kafirə, bidət sahiblərindən başqa hər kəsə şirin dil və gülər üz göstərmək 
lazımdır. İnsanlara ediləcək ən faydalı ehsan, ən qiymətli hədiyyə, şirin dil 
və gülər üzdür. İnəyə sitayiş edən kafirləri gördükdə, inəyin ağzına saman 
verərək, düşmən olmalarına mane olmaq lazımdır. Kimsə ilə münaqişə et-
məyin. Münaqişə dostluğu azaldır, düşmənliyi artırır. Heç kimə hirslən-
məyin. Hirslənmək, sinir və ürək xəstəliyinə gətirib çıxarar. Hadisi şərif-
də, “Qəzəblənmə!”, hirslənmə, buyruldu. 
Bir şəxs, dörd şeyi gizləsə, insanların xeyirlisi olar: 
1-Kasıblığını. 
2-Sədəqəsini. 
3-Müsibətini. 
4-Bəlasını. 
Cənnət dörd insana müştaqdır: 
1-Dili zikr edən. 
2-Hafizi kəlamullah olan. (Allah kəlamını əzbər bilən) 
3-Təam yedirən. 
4-Ramazan ayında oruc tutan. 
Hər bir insan, aşağıdakı yeddi şeyi dilindən əsirgəməməlidir: 
Hər işdə “Bəsmələi şərifə” deməli; 
Hər işi bitirdikdə “Əlhamdülillah”, deməli; 
Filan yerə gedəcəm, dedikdə, “İnşaallah”, deməli; 
Bir müsibət eşitdikdə, “İnnə lillah və innə ileyhi raciun”, deməli; 
Bir xəta söylədikdə, tövbə və istiğfar etməli; 
“Lə iləhə illallahü vahdəhu lə  şərikə  ləh, ləhül-mülkü və  ləhül-
hamdü və hüvə alə külli şəyin qadir”, kəlimeyi tayyibəsini çox deməli; 
“Əşhədü ən lə iləhə illallah və əşhədü ənnə Muhammədən abdühü 
və rasulüh”, kəlimeyi şərifəsini çox deməlidir. 
Bu ikisini də gecə və gündüz çox oxumaq lazımdır: 
1-“Əstəğfirullah” 
2-“Sübhanəllahi vəl-hamdülillahi vələ iləhə illallahü vallahü əkbər 
vələ havlə vələ quvvətə illə billahil aliyyil azım”. 
 


 
142
 
GÖZƏL ƏXLAQ HAQQINDA 
İnsanın yetmiş ikiyə qədər gözəl xüsusiyyəti vardır: 
İman, Əhli sünnət etiqadı, İxlas (Allah əmr etdiyi üçün ibadət etmək), 
Ehsan (yaxşılıq), Təvazö, Zikri minnət, Nəsihət, Təsfiyə (saflaşdırmaq, tə-
mizləmək), Qayrət (Cəhd), Qibtə, Səha (Comərdlik),  İsar, Mürüvvət 
(Mərdlik), Fütüvvət (İgidlik), Hikmət,  Şükr, Rıza (Məmnunluq), Səbr, 
Havf (Qorxu), Rəca (Ümid), Hubbu fillah, buğdu fillah (Allah düşmənlə-
rinə düşmənlik, Allah dostlarını sevmək), Hamul, İstivai zəm və  mədh, 
Mücahidə (çalışmaq, mücadilə etmək), Səy, Qəsd, Əməl, Zikri mevt (ölü-
mü düşünmək), Təfviz (hər  şeyi Allahü təalaya həvalə etmək), Təslim 
(Allahın əmrinə uymaq, itaət etmək), Tələb-ül elm (elm axtarmaq), Sala-
matlıq, Sadr, Şücaət, Həlimlik, Rıfk (Nəzakət), İnabət (günahları tərk edə-
rək Haqqa dönüş), Vəfai ahd (Əhdə vəfalı olmaq), İncazi vəd, Hüsnu hulk 
(Gözəl əxlaq), Zühd (nəfsani arzulardan əl çəkib, özünü ibadətə vermək), 
Qənaət, Rüşd (Doğru yolda olma), Say fili hayrat (Yaxşılıq etməyə  səy 
göstərmək), Riqqət (acıma, incəlik), Şövq (nəşə, çox istək), Həya, Səbatı 
fi əmrillah (Allahın əmrlərində qəti olmaq), Ünsü billah, Şevku ilə likail-
lah (Allaha qovuşmağı çox istəmək), Vekar (ağır olmaq, yerini bilmək, 
şəxsiyyətli olmaq), Zəkavət (Zəkalılıq), İstiqamət (Doğruluq), Ədəb, Fira-
sət, Təvəkkül, Sidq (doğru söz), Murabata (qəlbi Allaha bağlamaq), Mü-
şarata (nəfsi hesaba çəkməyin ilk addımı olub, Allahü təalanın bəyəndiyi 
işləri etmək, bəyənmədiklərini tərk etmək və axirətə hazırlaşmaq barədə 
nəfslə sözləşmək), Mürakəbə (qulun, bütün hallarında Allahü təalanın onu 
gördüyünü bilməsi və Onu unutmaması), Mühasəbə (insanın nəfsini hesa-
ba çəkməsi), Muatebe, Kəzmi gayz (kini gizlətmək), Hubbi tüli hayati, li-
ibadətihi, Tövbə, Huşu (yüksək və heybətli hüzurda duyulan təvazökar-
lıq), Yaxın (qətilik, şübhəsizlik), Allaha təslim olmaq, Ubudiyyət, Müka-
fat (yaxşı qarşılıq vermək), Riayəti hüquq (Qul haqlarına riayət) etmək. 
Təvadü Qəlb alçaqlığına, Zikri minnət, hər itaətin Allahü azım-üş-şa-
nın quluna yardımı və lütfü olduğunu bilib, şükr etməyə; nəsihət, mümin 
qardaşına nəsihət etməyə; təsfiyə, qəlbdən pis əxlaqı çıxarıb, gözəl əxlaqla 
vəsf olunmağa; Qayrət, dinində  səy göstərməyə; qibtə, başqasındakı ne-
mətin özündə də olmasını istəməyə; Səha ilə fütüvət comərdlik, isar, baş-
qasının ehtiyacını öz ehtiyacından öncə düşünməyə; mürüvvət, insanlıq 
vəzifələrini yerinə yetirməyə; hikmət, dini elmini bilib, əməl etməyə; şükr, 
nemətləri  əmr olunan yerlərdə  sərf etməyə; rıza, Allahü təaladan gələn 
təqdirata razı olmağa; səbr, bəlalara səbr etməyə deyilir. 
Hüquqi ibad, qul haqqına riayət etmək, deməkdir. Qul haqqının  ən 
mühümü, ata-ana haqqıdır.  Şirin dillə, gülər üzlə, yardımlarına getməklə 
onların könüllərini almağa çalışmaq lazımdır. Sonra qonşu haqqı, müəllim 


 
143
haqqı, ər-arvad haqqı, dost haqqı, daha sonra dövlətin haqqı gəlir. Heç ki-
mə yalan danışmamaq, hiylə etməmək, ölçü alətlərini düzgün istifadə et-
mək, işçinin  əmək haqqını alın təri qurumadan ödəmək lazımdır. Borc 
ödəməmək, avtobus və  bənzərlərinin pullarını ödəməmək xəyanət hesab 
olunur. Dövlətə vergi ödəməmək, minlərlə insanın haqqını tapdalamaqdır. 
Dövlət zülm etdikdə, zülm edilənlər, dövlətə qarşı üsyan edərlərsə, bu üs-
yançılara yardım etməyin caiz olmadığı  “Berika”da fitnə mövzusunda, 
“Hindiyyə”də və “Dürr-ül-muxtar”da yazılmışdır. Hədisi-şərifdə: “Hö-
kumətə xəyanət edənə, Allah xəyanət edər”, buyrulmuşdur. Yəni üsyan 
edəni zəlil, dəyərsiz edər. Buna görə, Seyyid Qutb və Mevdudi kimi məz-
həbsizlərin, müsəlmanları hökumətə qarşı üsyana təşviq edən dağıdıcı, 
təxribatçı yazılarına aldanmaq olmaz. Zalım olan hökumətə də üsyan et-
mək və üsyançılara yardım etmək olmaz. İbni Abidin (rahimə-hullahü təa-
la), ipək paltar geyməyin kişilərə haram olduğunu bildirərkən deyir ki, 
“Toy və bayramlarda, ipək parça sərmək və qızıl, gümüş əşyaları istifadə 
etmədən nümayiş etdirmək, göstəriş üçün deyil, sadəcə hökumətin əmrini 
yerinə yetirmək üçün olarsa, caizdir. Lakin gündüzlər işıq,  şam yandır-
maq, işıqlı reklamlar göstərmək, malı zay etmək, lazımsız yerdə istifadə 
etmək olduğu üçün caiz deyil. Hökumətin əmri ilə olarsa, bunları etmək 
və övladlarını qız-oğlan qarışıq məktəblərə göndərmək caiz olur. “İslam 
Əxlaqı” kitabına baxın! Qadın-kişi qarışıq olan, övrət yerləri açıq şəxslə-
rin olduğu yığıncaqlara getmək də caiz deyildir.” Kafirlərin qanunlarına 
da üsyan etməyin caiz olmadığı İbni Abidinin “Cümə namazı” və “Qazi-
lik” bölmələrində yazılmışdır. 
Üzərində qul haqqı olanın ibadətlərinin qəbul olmayacağı, Cənnətə 
girə bilməyəcəyi bildirilmişdir. Kafirin haqqından qurtulmağın, müsəlma-
nın haqqından qurtulmaqdan daha çətin olduğu deyilir. Hər kəsə yaxşılıq 
etmək, pislik edənlərə pisliklə qarşılıq verməmək lazımdır. Həqiqi müsəl-
man, Allahü təalanın əmrlərinə, hökumətin qanunlarına itaət edər.
 
 
Möminə sədaqət yaraşır, görsə də ikrah, 
Yardımcısıdır doğruların Həzrəti Allah. 
 
ƏSHABIN FƏZİLƏTLƏRİ 
Bütün Səhabələrin içində Rəsulullahın dörd xəlifəsi (radıyallahü təala 
anhüm əcmain) digərlərindən üstündür. Hamısının xilafət müddəti otuz il-
dir. 
Əshab-ı kiramın (radıyallahü təala anhüm əcmain) hamısının Cənnətə 
gedəcəyi bildirilmişdir. Heç birini pisləmək olmaz.
 
Övliyanın kəraməti haqdır, doğrudur. 
Bütün Vəlilərin  ən üstünü həzrəti  Əbu Bəkri Sıddıqdır (radıyallahü 
təala anh). Xilafəti haqdır. Onun birinci xəlifə olduğu, ümmətin söz birliyi 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə